Məhkəmə qərarları › İş №2(102)-2458/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2458/2021

05.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2458/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər:mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı və onun vəkili Vəkil Babaxan oğlunun, Cavabdeh-nin vəkili X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-602/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətn aməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı xx xxxx 2017-ci il tarixdə cavabdeh ”Cavabdeh” MMC-nin “ klinik” atoloji Klinikasında atologiya xidmətlə bağlı müraciət etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehə məxsus “ klinik” atoloji Klinikasının əməkdaşları tərəfindən dişlərinin yanlış müalicəsi və keramik diş protezlərinin qoyulması nəticəsində sağlamlığına dəymiş zərərin aradan qaldırılması üçün cərrahi əməliyyatlarına, dərman və sair xidmətlər üçün xərclədiyi 1000 manat maliyyə vəsaitinin, sağl amlığının bərpası məqsədi ilə ehtiyac olan müalicə, cərrahiyə əməliyyatı və implant dişlərin qoyulması üçün 35000 manat maliyyə vəsaitinin, eləcə də mənəvi ziyana görə 10000 manat vəsaitin, cəmi 46000 manat pulun Cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, o, dişlərinin müalicəyə və protez qoyulmasına ehtiyacı olduğu üçün xx xxxx 2017-ci il tarixdə atologiya xidməti göstərən cavabdeh ”Cavabdeh” MMC-nin “ klinik” atoloji Klinikasında diş həkimi X3 müraciət etmişdir. Həmin həkim ona üst çənəsində 10 dişini müalicə edərək keramikadan hazırlanmış protez, alt çənəsində yeddi dişini müalicə edərək hər tərəfə bir diş protezi artırmaqla doqquz keramikadan hazırlanmış diş protezi qoymuşdur. Bütün bunlara görə 646 manat pul ödəmişdir. Sonradan onun dişlərində ağrılar başlamış, o, bununla bağlı həkim Günel Əliyevaya müraciət etmiş, lakin onun müalicələri nəticə verməmiş və o, məcbur qalıb müxtəlif həkimlərə və sonda 2018-ci ilin fevral ayında Azərbaycan Dövlət Tibb Universitetinin atoloji Klinikasının professoru a müraciət etmişdir. Onun tərəfindən müalicə aparılmış və xx xxxx 2108-ci il tarixdə əməliyyat olunmuşdur. Əməliyyat nəticəsində onun mövcud olan bütün 17 dişinin hamısı çəkilmişdir. O, əməliyyatla bağlı 500 manat, rentgen, dərman və digər xərclər üçün 500 manat, cəmi 1000 manat vəsait xərcləmişdir. Lakin yenidən ağrıları baş qaldırmış, panorama rentgendən sonra onun çənəsində problemlərin qaldığı müəyyən olunmuş və təkrar əməliyyat olunmuşdur. Bir müddət sonra üçüncü dəfə xx xxxx 2018-ci il tarixdə əməliyyat olunmuşdur. Hal-hazırda da onun çənəsində ağrılar davam edir. Onun çənəsində aparılacaq yeni cərrahiyyə əməliyyatı və dişlərinin implant köməyi ilə bərpasına zərurət yaranmışdır. “ Klinik” atoloji Klinikasında diş həkimi X2 xətaları nəticəsində o, 17 dişini itirmiş, çənə sümüyü zədələnmiş, iki dəfə əməliyyat olunmuş, üçüncü əməliyyata zərurət yaranmışdır. X5 səhlənkarlığı, öz peşəsini bilməməsi nəticəsində təkcə dişləri və çənə sümüyü deyil, başqa orqanları da zərər görmüş, artıq onda ürək ağrıları baş qaldırmış, ümumiyyətlə sağlamlığına yüksək dərəcədə ziyan dəymişdir. Cavabdeh iddiaya etiraz edirək bildirmişdir ki, İddiaçı 4 ədəd xroniki periodontit diaqnozu qoyulan dişi kanalların yuyulması üsulu ilə müalicə olunmuş, germetiklə bağlanmış, müvəqqəti dişlər otuzdurulmuş, həmçinin 2 ədəd dişi plomblanmışdır. Bundan sonra İddiaçı diş ətinin qanaması və qapaqların laxlanması şikayəti ilə müraciət etmiş, ona təkrar müalicə təklif olunmuşdur. Lakin İddiaçı bundan imtina etmiş, klinikaya ödədiyi 646 manatı geri tələb etmişdir. Həmin pul ona qaytarılmışdır. Bundan sonra iddiaçı başqa klinikalarda müalicə olunmuş və bütün dişlərini çəkdirmişdir. İddiaçının 17 dişinin çəkilməsi ilə cavabdeh klinika tərəfindən aparılan müalicə arasında hər hansı əlaqə yoxdur. İddiaçını müalicə edən həkimin arayışında da göstərilmişdir ki, həmin dişlər iddiaçının təkidi ilə çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya EET Birliyinin 29/KEŞ saylı xx xxxx 2019-cu il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, 1962-ci il təvəllüdlü İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsaslanaraq ekspertiza qarşısında qoyulmuş suallara uyğun olaraq komissiya aşağıdakı nəticəyə gəlir: 1.2.3. İddiaçı adına “ Klinika”da hər hansı tibbi sənəd tərtib edilmədiyindən, ona təyin edilmiş diaqnoz aparılmış müayinə, müalicələr və üzərində icra edilmiş atoloji prosedurlar haqqında fikir söylənilməsi mümkün olmamışdır. Lakin aparılmış mütəxəssis müayinəsi zamanı xəstənin ağız boşluğunda atoloji manipulyasiyaların icra olunduğu müəyyən edilmişdir.

4. İddiaçı məhkəmə-tibbi və mütəxəssis müayinələrinə əsasən, hal-hazırda onda aparılmış ilkin otoloji müayinə və müalicələr zam anı dişlərin kanallarının natamam, normadan artıq doldurulması nəticəsində dişlərin çəkilməsinə və kuretaj əməliyyatının icra olunmasına səbəb olmuşdur. Hazırda İddiaçı yenidən cərrahiyyə əməliyyatının icrasına ehtiyac olmasa da, çənələrdə distal implantasiyaların aparılmasına zərurət vardır. Müalicələrlə əlaqədar hansı vəsaitin tələb olunduğu məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil.

5. İddiaçı “ Klinika”da göstərilmiş tibbi yardımlardan sonra onun sağlamlığında yaranmış digər şikayətlər (yuxarı və aşağı ətraflarda, ürək nahiyyəsində olan ağrılar, yuxusuzluq və əsəbilik) subyektiv xarakter daşıdığından həmin şikayətlərin obyektiv olaraq qiymətləndirilməsi mümkün olmamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Pərviz Hüseynov) xx xxx 2019-cu il tarixli 2(006 )-583/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh-dən vurulmuş maddi ziyana görə 15000 manat, mənəvi zərərə görə 1000 manat, cəmi 16000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1118.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinə, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2002-ci il tarixli Qərarına, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Al i Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarına istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Cavabdeh-yə məxsus “ Klinika”sında atoloji müayinə və müalicələr aparılmış, onda aparılmış ilkin otoloji müayinə və müalicələr zamanı dişlərin kanallarının natamam, normadan artıq doldurulması nəticəsində dişlərin çəkilməsinə və kuretaj əməliyyatının icra olunmasına səbəb olmuş, onun ağız boşluğundan 17 ədəd diş çəkilərək xaric edilmişdir. Hazırda İddiaçı çənələrdə distal implantasiyaların aparılmasına zərurət vardır. Məhkəmə iddia tələbinin “cavabdehə məxsus “ klinik” oloji Klinikasının əməkdaşları tərəfindən dişlərinin yanlış müalicəsi və keramik diş protezlərinin qoyulması nəticəsində sağlamlığına dəymiş zərərin aradan qaldırılması üçün cərrahi əməliyyatla rına, dərman və sair xidmətlər üçün xərclədiyi 1000 manat maliyyə vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçı iddia tələbinin bu hissəsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də iddia tələbi bu hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “sağlamlığının bərpası məqsədi ilə ehtiyac olan müalicə, cərrahiyə əməliyyatı və implant dişlərin qoyulması üçün 35000 manat maliyyə vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddia bu hissədə qismən təmin edilərək, hazırda iddiaçıda çənələrdə distal implantasiyaların aparılmasına zərurət olduğundan və implantasiya hər iki çənədə aparılmalı olduğundan dişlərin implantasiyası və müalicə xərcləri il ə əlaqədar olaraq (dişlərin implantasiyasının orta qiyməti 600-700 manat olması nəzərə alınmaqla) cavabdehdən vurulmuş maddi ziyana görə 15000 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin “mənəvi ziyana görə 10000 manat maliyyə vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə əlaqədar isə qeyd etmişdir ki, iddiaçının sağlamlığına ziyan vurulması nəticəsində o, mənəvi sarsıntı və iztirab keçirmişdir. Ona görə də ona vurulmuş mənəvi zərər ödənilməlidir. Eyni zamanda məhkəmə dəymiş mənəvi zərərin məbləği ilə əlaqədar qeyd edir ki, mənəvi zərərin iddia tələbində göstərilən məbləği çox olmaqla reallığı əks etdirmir. Mənəvi zərərin tələb olunan məbləğdə deyil, 1000 manat məbləğində təmin olunmasını məhkəmə əsaslı hesab etmişdir. Cavabdeh həmin q ətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya baxışı zamanı iş üzrə əlavə məhkəmə tibb ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 Təcrübə və Tədris Birliyi tərəfindən xx xxxx 2020-ci il tarixli 95 saylı rəy verilmişdir. Həmin rəyə əsasən “ Klinika”da İddiaçı adına hər hansı tibbi sənəd tərtib edilmədiyindən, orada ona göstərilmiş tibbi yardımlar haqqında hazırda fikir söyləmək mümkün olmadı. Mütəxəssis müayinələri zamanı xəstənin ağız boşluğunda atoloji manipulyasiyaların icra olunduğu müəyyən edilmişdir. Müdafiə Nazirliyinin Baş Hərbi Kliniki hospitalının üz-çənə cərrahı R.Əzizov xx xxxxxx 2020-ci il tarixdə İddiaçım müayinə edərkən, onun ağız boşluğunun selikli qişasında hə r hansı patologiya aşkar etməsə də, xx xxxxxx 2019-cu il tarixdə ATU-nun Tədris-Cərrahiyyə Klinikasında müayinəsi zamanı diş kanallarının natamam və normadan artıq doldurulması nəticəsində dişlərin çəkilməsi və küretajı əməliyyatı icra olunduğu və əməliyyatdan sonrakı rentgenoloji görüntüdə iltihabi prosesə səbəb olan patologiyanın olmaması müəyyən edilmişdir. İddiaçı ATU-nin atoloji Klinikasına xx.xx.2018-ci il tarixdə müraciət edərkən Kliniki və rentgenoloji müayinələrdən sonra ona “12, 21, 31 dişlərin xroniki periodontiti” diaqnozu qoyulmuş, 12, 21, 31-ci dişlərin ekstraksiyası və ya zirvəsinin rezeksiyası, digər dişlərin isə konservativ müalicəsi təklif olunaraq yerli keyləşdirmə altında həmin tarixdə “31, 32, 33, 34, 41, 42, 43-cü dişlərin ekstraksiyası” və xx xxxxx 2018-ci il tarixdə “11, 12, 13, 15, 16, 17, 21, 23, 24, 26-cı dişlərin ekstraksiyası” əməliyyatı icra olunmuşdur. İddiaçı adına “ Klinika”da hər hansı tibbi sənəd tərtib edilmədiyindən, onun ağız boşluğunda aparılmış cərrahiyyə əməliyyatları ilə göstərilmiş tibbi yardımlar arasında səbəbli əlaqənin olub-olmaması haqqında fikir söyləmək mümkün olmadı. İddiaçı subyektiv şikayətləri əsasında sağlamlığında qeyd etdiyi problemlərin (qaraciyər böyüməsi, böyrək kistası, yuxusuzluq və s.), ağız boşluğunda aparılmış tibbi manipulyasiyalarla səbəbli əlaqəsi yoxdur. Apellyasiya baxışı zamanı Azərbaycan Dövlət Tibb Universitetinin atoloji Klinikasının professoru, ağız və üz-çənə cərrahı dan mütəxəssis rəyi alınmış və rəydə bildirilmişdir ki, xəstə İddiaçı xx.xx.2018-ci il tarixində Tibb Universitetinin Tədris atoloji K linikasına müraciət etmişdir. Kliniki və rentgenoloji müayinələrdən sonra xəstədə dəfələrlə müalicə olunmuş 11, 12, 13, 15,16, 17, 21, 23, 24, 26, 31,32, 33, 34, 41, 42, 43-cü dişlərin xroniki periodontiti diaqnozu qoyulmuşdur. Bəzi dişlərdə plomb materialı dişlərin zirvəsindən kənarda (çənə sümüyündə) qeyd edilirdi. Xəstəyə 12, 21, 31-ci dişlərin ekstraksiyası və ya diş zirvəsinin rezeksiyası, bəzi dişlər nahiyəsində çənədən yad cismin (plomb materialının) küretaj yolu ilə çıxarılması, digər dişlərin isə konservativ müalicəsi təklif olundu. Xəstə müalicə prosesindən yorulduğunu və təkidlə bütün dişlərin çıxarılmasını tələb edirdi. Xəstənin təkidi ilə xəstəyə yerli keyləşdirmə altında xx.xx.2018-ci il tarixində 31, 32, 33, 34, 41, 42, 43-cü dişlərin ekstraksiyası, çənədən yad cismin çıxarı lması, sümüyün küretajı və xx xxxxx 2018-ci il tarixində 11, 12, 13, 15, 16, 17, 21, 23, 24, 26-cı dişlərin ekstraksiyası əməliyyatı aparılmışdır. Xəstəyə müvafiq təyinatlar verilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Raqib Qurbanov - sədrlik edən və məruzəçi, Cahangir Yusifov, Vüsalə Baxşıova) xx xxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi maddi zərərin tutulması hissəsində dəyişdirilmiş, Cavabdeh-dən maddi zərərin əvəzi olaraq 1400 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi qət olunmuş, qətnamə mənəvi zərərin tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hər iki ekspert rəyi ilə təsdiq o lunur ki, iddiaçının xx xxxxxx 2019-cu il tarixdə ATU-nun Tədris-Cərrahiyyə Klinikasında müayinəsi zamanı diş kanallarının natamam və normadan artıq doldurulması müəyyən edilmişdir. Həmçinin iddiaçını bilavasitə müalicə etmiş həkim-atoloq tərəfindən verilmiş mütəxəssis rəyi ilə təsdiq olunur ki, xx xxxx 2018-ci il tarixdə keçirilən müayinə zamanı iddiaçının bəzi dişlərində plomb materialı dişlərin zirvəsindən kənarda (çənə sümüyündə) qeyd edilirdi. Eyni zamanda cavabdeh klinika tərəfindən iddiaçının adına tərtib olunmuş atoloji pasiyentin tibbi kitabçasının surətində iddiaçıya aşağıdakı müalicənin aparılması qeyd olunmuşdur: Xəstənin 11, 12, 21, 31-ci dişlərin periondontitin müalicəsi, kanalların beloderlə yuyulması, 23-24-cü dişlərin plomblanması. 11, 12, 21, 31-ci periodontit dişlərin me tapeks ilə germetik bağlanması, dişlərin müvəqqəti otuzdurulması. Qeyd olunanlara əsasən müəyyən olunur ki, iddiaçının dişlərinin ekstraksiyasına (çıxarılmasına) əsas səbəb diş kanallarının natamam və normadan artıq doldurulması nəticəsində plomb materialının dişlərin zirvəsindən kənarda (çənə sümüyündə) yerləşməsi olmuşdur. Eyni zamanda cavabdeh klinikada yalnız 23-24-cü dişlərin plomblanması təsdiq olunur. Belə ki, bu hal iddiaçının adına olan tibbi kitabçada qeyd olunmuşdur. Digər dişlərin cavabdeh klinikada plomblanması isə hər hansı sübutla təsdiq olunmur. Çünki iddiaçı tərəfindən bunu təsdiq edən sübutlar təqdim edilməmişdir. İddiaçının məhkəmə iclasında baxış üçün təqdim etdiyi rentgen foto-şəkilləri isə bu halı təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Ona görə ki, iddiaçın ın cavabdeh klinikadakı müalicəsi 2017-ci ilin avqust ayında aparılmış, həmin rentgen foto-şəkilləri isə 2018-ci ilin mart ayında çəkilmişdir. Cavabdehin nümayəndəsi də təqdim edilən sübutu mübahisələndirmiş və vaxt fərqini əsas gətirərək, həmin rentgen foto-şəkillərini klinikada aparılan müalicənin nəticəsini əks etdirən sübut kimi qəbul edilməsinə etiraz etmişdir. Belə olan halda isə həmin rentgen foto-şəkilləri məhz cavabdeh klinikada aparılan müalicəni əks etdirən sübut kimi qəbul edilə bilməz. Beləliklə, cavabdeh klinikada iddiaçının 17 dişinin deyil, cəmi 2 dişinin plomblanması sübut olunur. Eyni zamanda ekspert və mütəxəssis rəyləri ilə təsdiq olunur ki, həmin dişlərin plomblanması düzgün həyata keçirilməmiş və bu da dişlərin çəkilməsinə və kuretaj əməliyyatının icra olunmasına səbə b olmuşdur. Həmçinin iddiaçıda yenidən cərrahiyyə əməliyyatının icrasına ehtiyac olmasa da, çənələrdə distal implantasiyaların aparılmasına zərurət vardır. Bu baxımdan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehdən 2 dişin düzgün müalicə edilməməsi nəticəsində vurulmuş maddi zərərin əvəzi kimi dişlərin implantasiyası və müalicə xərcləri ilə əlaqədar olaraq (dişlərin implantasiyasının orta qiymətinin 700 manat olması nəzərə alınmaqla) 1400 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mənəvi zərərin tutulması hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə m ənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. İşin hallarını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Belə ki, yuxarıda qeyd olunanlara əsasən cavabdeh tərəfindən iddiaçıya maddi zərərin vurulması tam təsdiq olunur. Bundan başqa cavabdehin hərəkətlərinə görə iddiaçının sağlamlığın da əlavə problemlər yaranmış, bununla bağlı müəyyən müddət fiziki ağrılara məruz qalmış, başqa həkimə müraciət edərək əlavə müalicə olunmuş və nəticədə iddiaçının həyatının adi axarının gedişi dəyişmişdir. Ümumi həyat təcrübəsinə görə isə qeyd olunan hallarda mənəvi sarsıntının keçirilməsi mübahisəsizdir. Qeyd olunan halları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq mənəvi zərərin əvəzi kimi 1000 manat ağlabatan məbləğ kimi müəyyənləşdirilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil Babaxan oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, birinci instansiya məhkəm əsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxarakən cavabdeh tərəfındən onun iki dişində düzgün müalicə aparılmadığının sübuta yetirildiyi, digər dişlərinin isə onun təkidi ilə çəkildiyi göstərilmiş, nəticədə əsasız nəticəyə gəlinmişdir. Dişləri cavabdeh klinikada yanlış müalicə nəticəsində baş vermiş xəstəliyin inkişafı nəticəsində çəkilmişdir. Bu fakt isdə olan sübutlarla öz təsdiqini tapmışdır. Lakin məhkəmə işdə olan sübutları düzgün qiymətləndirməyərək səhv nəticəyə gəlmişdir. Cavabdeh (vəkil X4) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qismən, təmin olunması hissədə ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti o nunla əsaslandırılmışdır ki, iş materiallarında olan sübutlarla müəyyın olunur ki, iddiaçı “ Klinika”da dişlərini müalicə etdirmək üçün deyil, prob üçün müraciət etmişdir. Klinikada iddiaçının ağız boşluğunun müayinəsi zamanı müəyyən edilmişdir ki, onun dişlərinin hamısı müalicə olunmuş və qapaqla örtülmüş vəziyyətdə olmuşdur. Həmin diş qapaqları köhnəldiyindən ağızda durmamış və düşməsi təhlükəsi olmuşdur. İddiaçı Klinikaya məhz ağız boşluğundakı bütün qapaqların sökülməsi və əvəzində tam olaraq protez qoyulması üçün müraciət etmişdir. Lakin ilkin müayinə zamanı iddiaçının dişlərində peridontitin olduğu müəyyən edilmiş və ona dişlərin qapaqlarının sökülməsi və diş köklərinin müalicəsi təklif edilmişdir ki, gələcəkdə protezin altında qalan diş kökləri ağrı verməsin. İddiaçının yalnız 2 diş inin müalicəsi “ Klinika”da aparılmış və həmin dişlərə müvəqqəti plomb qoyulmuşdur ki, müalicənin effektivliyi müəyyən edilə bilsin. Yəni həmin dişlərdə ağrılar olarsa müvəqqəti plomblar sökülərək peridontitin müalicəsi davam etdirilirdi. Təəssüf ki, iddiaçının həmin dişlərinin peridontiti xroniki xarakrter daşımış və müalicəyə gəlməmişdir. Diş köklərinin rezeksiyası əməliyyatını aparmağa lisenziya olmadığından iddiaçı “ Klinika”da müalicənin davam etdirilməsindən imtina etmiş, ona müalicə üçün ödədiyi vəsait geri qaytarılmışdır. Daha sonra iddiaçının dişlərinin müalicəsini ATU-nun professoru aparmış və bu barədə məhkəməyə müvafıq arayış vermişdir ki, həmin arayışda da iddiaçının dişlərinin hamısı çıxarılmasının onun özünün təkidi ilə olması göstərilmişdir. Yəni “ Klinika”nın həkimləri tər əfindən iddiaçıya hər hansı bir maddi və mənəvi ziyan vurması faktı öz təsdiqini tapmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətiri b çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş süb utlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İşdən görünür ki, iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, tələbin rədd edilən hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinə əsasən qətnaməni iddia tələbinin təmin edilən hissədə yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən isə iddia tələbinin təmin edilən hissəsi dəyişdirilmişdir. Hazırda kassasiya şikayəti verən iddiaçı tələbin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edilən hissəsini mübahisələndirir. İddia tələbinin birinci instansiya məhkəməsi tərəfindən rədd edilən hissəsi iddiaçın kassasiya baxışının predmetini təşki l etmir. Çünki iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayət verməmişdir. Cavabdeh isə kassasiya şikayətində iddia tələbinin təmin edilən hissəsini mübahisələndirir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə kollegiyasının iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbinin cərrahiyyə əməliyyatları və implant dişlərin qoyulması üçün 35000 manat pulun təmin olunmaması hissəsində ləğv edilməli və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, Cavabdehnin kassasiya şikayəti isə təmin edilməməlidir. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh klinikada iddiaçının yalnız 23-24-cü dişlərin plomblanması təsdiq olunur. Belə ki, bu hal iddiaçının adına olan tibbi kitabçada qeyd olunmuşdur. Digər dişlərin cavabdeh klinikada plomblanması isə hər hansı sübutla təsdiq olunmur. Çünki iddiaçı tərəfindən bunu təsdiq edən sübutlar təqdim edilməmişdir. Ona görə də, məhkəmə dişlərin implantasiyasının orta qiymətinin 700 manat olması nəzərə alınmaqla 1400 manat məbləğində pul vəsaitinin tutulmasını qət etmişdir. Lakin məhkəmə bu nəticəyə gələrkən işdə olan sübutları MPM-nin 88-ci maddəsinin tələblərinə uyğiun olaraq qiymətləndirməmişdir. Həmin normaya görə, məhkəmə sübutla ra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi sübut kimi qəğul etdiyi İddiaçı adına Cavabdeh-də xx xxxxxx 2017-ci il tarixdə tərtib edilmiş 78 nömrəli Tibbi kitabçanın surəti MMC-nin direktorunun tarixsiz və nömrəsiz məktubu apellyasiya məhkəməsinə göndərilmiş, həmin sənədlərin məhkəməyə daxil olması xx xxxx 2020-ci il tarixdə qeydə alınmışdır. Lakin bu sənədlər əlavə tibbi ekspertizaya təqdim olunmamış, ekspert tədqiqatının obyekti olmamışdır. Birinci instansiya məhkəməsində işə baxılan cavabdeh MMC nümayəndə vasitəsilə təmsil olunmuş, nümayəndə məhk əmə iclaslarında iştirak etmiş və yazılı etiraz da təqdim etmişdir. Nümayəndə həm yazılı etirazında, həm də izahatında iş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının rəyinin İddiaçı “ Klinika”da müayinəsi və müalicəsini əks etdirən sənədlərin tədqiq edilməməsi əsası ilə natamamlığını irəli sürmüş, lakin həmin sənədləri məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi İddiaçı adına cavabdeh MMC-də tərtib edilmiş Tibbi kitabçanı əsas sübutlardan biri kimi qəbul edərkən göstərilən halları nəzərə almamış, həmin kitabçanın birinci instansiya məhkəməsinə təqdim olunmamasının səbəblərini müəyyən etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinə görə yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işd ə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarına görə, cavabdeh klinika tərəfindən iddiaçının adına tərtib olunmuş atoloji pasiyentin tibbi kitabçasının surətində iddiaçıya aşağıdakı müalicənin aparılması qeyd olunmuşdur: Xəstənin 11, 12, 21, 31-ci dişlərin periondontitin müalicəsi, kanalların beloderlə yuyulması, 23-24-cü dişlərin plomblanması. 11, 12, 21, 31-ci periodontit dişlərin metapeks ilə germetik bağlanması, dişlərin müvəqqəti otuzdurulması. Göründüyü kimi, cavabdeh klinikada iddiaçıya yalnız 23-24-cü dişlərin plomblanması xidməti deyil, eyni zamanda 11, 12, 21, 31-ci dişlərin periondontitin mü alicəsi, kanalların beloderlə yuyulması, 11, 12, 21, 31-ci periodontit dişlərin metapeks ilə germetik bağlanması, dişlərin müvəqqəti otuzdurulması xidmətləri də göstərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X6 Təcrübə və Tədris Birliyi tərəfindən xx.xx.2020-ci il tarixli 95 saylı rəyində qeyd edilmişdir ki, “...xx.xx.2019-cu il tarixdə ATU-nun Tədris-Cərrahiyyə Klinikasında müayinəsi zamanı diş kanallarının natamam və normadan artıq doldurulması nəticəsində dişlərin çəkilməsi və küretajı əməliyyatı icra olunduğu və əməliyyatdan sonrakı rentgenoloji görüntüdə iltihabi prosesə səbəb olan patologiyanın olmaması müəyyən edilmişdir. İddiaçı ATU-nin atoloji Klinikasına xx.xx.2018-ci il tarixdə klinikaya müraciət edərkən Kliniki və rentgenoloji müayinələrdə n sonra ona “12, 21, 31 dişlərin xroniki periodontiti” diaqnozu qoyulmuş, 12, 21, 31-ci dişlərin ekstraksiyası və ya zirvəsinin rezeksiyası, digər dişlərin isə konservativ müalicəsi təklif olunaraq yerli keyləşdirmə altında həmin tarixdə “31, 32, 33, 34, 41, 42, 43cü dişlərin ekstraksiyası” və xx.xx.2018-ci il tarixdə “11, 12, 13, 15, 16, 17, 21, 23, 24, 26cı dişlərin ekstraksiyası” əməliyyatı icra olunmuşdur. Apellyasiya baxışı zamanı Azərbaycan Dövlət Tibb Universitetinin atoloji Klinikasının professoru, ağız və üz-çənə cərrahı dan mütəxəssis rəyi alınmış və rəydə bildirilmişdir ki, xəstə İddiaçı xx.xx.2018-ci il tarixində Tibb Universitetinin Tədris atoloji Klinikasına müraciət etmişdir. Kliniki və rentgenoloji müayinələrdən sonra xəstədə dəfələrlə müalicə olunmuş 11, 12, 13, 15,16, 1 7, 21, 23, 24, 26, 31,32, 33, 34, 41, 42, 43-cü dişlərin xroniki periodontiti diaqnozu qoyulmuşdur. Bəzi dişlərdə plomb materialı dişlərin zirvəsindən kənarda (çənə sümüyündə) qeyd edilirdi. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi cavabdeh klinikada iddiaçıya yalnız iki dişinin plomblanması deyil, digər xidmətlər də göstərilmiş və işdə olan ekspert və mütəxəssis rəyləri ilə iddiaçının dişində diş kanallarının natamam və normadan artıq doldurulması nəticəsində dişlərin çəkilməsi və küretajı əməliyyatı icra olunduğu və əməliyyatdan sonrakı rentgenoloji görüntüdə iltihabi prosesə səbəb olan patologiyanın olmaması müəyyən edilmişdir. İşdən daha sonra görünür ki, birinci instansiya məhkəməsində işə baxılan zaman məhkəmə-tibbi ekspertizası təyin edilmiş və xx xxxx 2019-cu il tarixli 29/KEŞ nömrəli rəy alınmışdır. Həmin rəyə və tərəflərin iş üzrə təqdim etdikləri digər sübutlara əsasən məhkəmə iddianı qismən təmin edərək, Cavabdeh-dən vurulmuş maddi ziyana görə 15000 manat, mənəvi zərərə görə 1000 manat, cəmi 16000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsini qət etmişdir. Apellyasiya instansiyası məhkəməsi göstərilən rəylə razılaşmamış, öz təşəbbüsü ilə əlavə məhkəmə-tibbi ekspertizası təyin etmiş, bunu onunla əsaslandırmışdır ki, ekspertiza keçirilən zaman iddiaçının cavabeh Cavabdeh-də müayinə və müalicəsi ilə bağlı tərtib edilmiş tibbi sənədlər təqdim edilməmiş, bu da ekspert rəyinin natamamlığına səbəb olmuşdur. İşə apellyasiya məhkəməsində baxılarkən cavabdeh tərəf İddiaçı “ Klinika”da müayinəsi və müalicəsini əks etdirən bir ədəd DVD-R diski təqdim edilmişdir. Həmin disk tədqiq edilməklə əlavə ekspertiza keçirilməli və rəy verilməlidir. Lakin əlavə tibbi ekspertizasının rəyində yenə də iddiaçının cavabdeh klinikada müayinəsi və müalicəsi, bunun İddiaçı ağız boşluğunda, dişlərində baş vermiş fəsadlarla səbəbli əlaqənin olub-olmaması ilə bağlı sualları cavablandırmamış, ekspertlər bunu cavabdeh klinikada İddiaçı adına hər hansı tibbi sənədin tərtib edilməməsi ilə əlaqələndirmişdir. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, hər iki ekspertizanın natamamlığının (bütün suallar cavablandırılmayıb) səbəbi cavabdeh MMC tərəfindən iddiaçının müayinəsi və müalicəsi barədə tibbi sənədlərin tərtib olunmaması və ya vaxtında məhkəməyə təqdim edilməməsi olmuşdur ki, cavabdehin bu hərəkətsiziyi də Azərbaycan Respublikası Mülki Prosess ual Məcəlləsinin 97.5-ci maddəsinin tələblərinə zidd olmuşdur. Həmin maddəyə görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi işdə olan sübutları tam, hərtərəfli və obyektiv tətqiq etməyərək iş üzrə düzgün ol mayan nəticəyə gəlmişdir. İddiaçı kassasiya şikayətində qətnamənin ləğv edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdiyindən onun kassasiya şikayəti qismən təmin edilməlidir. Məhkəmə kollegiyası cavabdeh kassasiya şikayətinin dəlillərini əsasszı hesab edir. Cavabdeh kassasiya şikayətində göstərmişdir ki, ilkin müayinə zamanı iddiaçının dişlərində peridontitin olduğu müəyyən edilmiş və ona dişlərin qapaqlarının sökülməsi və diş köklərinin müalicəsi təklif edilmişdir ki, gələcəkdə protezin altında qalan diş kökləri ağrı verməsin. İddiaçının yalnız 2 dişinin müalicəsi Klinikada aparılmış və həmin dişlərə müvəqqəti plomb qoyulmuşdur. Lakin birinci instansiya məhkəməsində və apellyasiya instansiyası məhkəməsində cavabdehin nümayəndəsi izahat verə rək göstərmişdir ki, iddiaçının 4 ədəd xroniki periodontit diaqnozu qoyulan dişi kanalların yuyulması üsulu ilə müalicə olunmuş, germetiklə bağlanmış, müvəqqəti dişlər otuzdurulmuş, həmçinin 2 ədəd dişi plomblanmışdır. Bundan başqa iş materialarında olan ekspert və müətəxəssi rəyləri ilə iddiaçının iki dilində deyil, digər dişlərində də nöqsanların olduğu müəyyən edilmişdir. Görünüyü kimi, cavabdehin kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmır, ziddiyətlidir. Qeyd olunan halları və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üz rə gəldiyi nəticə maddi ziyanın təmin edilməməsi hissədə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmçin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda göstərilən nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllən in 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-602/2020 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi iddia tələbinin cərrahiyə əməliyyatları və implant dişlərin qoyulması üçün 35000 manat pulun təmin olunmaması hissəsində ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətin kassa siya şikayəti təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar