Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-246/2019 14.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ « 14 » yanvar 2019-cu il İş № 2(102)-246/19 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 24 iyul 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayəi üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Bərdə Rayon Məhkəməsinin (hakim M.Allahverdiyev) 02 may 2018-ci il tarixli, 2(021)-198/2018 qətnaməsi ilə iddiaçı AS C-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair iddiasınin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7886.64 ABŞ dolları əsas, 2962.81 ABŞ dolları faiz olmaqla, cəmi 10849.45 ABŞ dolları məbləğində kredit borcunun icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsinə müvafiq miqdarda və 20 (iyirmi) manat dövlət rüsumunun alınaraq iddiaçı ASC-nin xeyrinə, 10 (on) manat məbləğində dövlət rüsumunun isə dövlət büdcəsinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat pulun İddiaçı ASC-dən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK C TREAZ22 hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyul 2018-ci il tarixli, 2(104)-2732/2018 saylı qətnaməsi ilə (hakimlər A.Bayramov sədrlik edən, məruzəçi L.Süleymanov və İ.Şəfiyev) apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Bərdə Rayon Məhkəməsinin 02 may 2018-ci il tarixli, 2(021)-198/2018 saylı qətnaməsi faiz borcuna aid hissədə dəyişdirilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı ASC-nin xeyrinə tutulacaq 2962,81 ABŞ dolları məbləğində faiz üzrə borcun miqdarı dəyişdirilərək 1306,57 (bir min üç yüz altı ABŞ dolları əlli yeddi sent) ABŞ dolları məbləğində, cəmi borc 9193,21 (doqquz min yüz doxsan üç ABŞ dolları 21 sent) ABŞ dolları məbləğində müəyyən edilməsi, digər hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 8041,86 ABŞ dolları əsas, 2962,81 ABŞ dolları faiz, 8302,66 ABŞ dolları cərimə, cəmi 19307,33 ABŞ dolları borcun və 20 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 və onun vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, apellyasiya İnstansiya Məhkəməsi iş üzrə toplanmış materialları hərtərəfli obyektiv araşdırma yaraq sübutları birtərəfli qaydada qiymətləndirərək, işin həqiqi faktiki hallarını nəzərə alaraq yalnış olaraq qərəzsiz və əsasssz olan cavabdehin mənafeyinə uyugun qərarı qəbul etmişdir. Mənə hesablanmış əsas məbləğ düzgün yoxlanılmamışdır. Apellyasiya İnstansiya Məhkəməsi iş üçün əhəmiyyətli olan bütün faktiki halları aydınlaşdırmamış və məhkəmənin qətnaməsində bankın xeyrinə qərar qəbul edilmişdir. Ona görə də Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyul 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edrilər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 24 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ASC ilə Cavabdeh1 arasında 08 noyabr 2014-cü il tarixli, ********saylı əsas kredit və bank hesabı müqaviləsi bağlay araq 36 ay müddətinə 30000 manat məbləğində kredit xətti açılmışdır. Həmin müqaviləyə əsasən, İddiaçı ASC tərəfindən 08 noyabr 2014-cü il tarixli, ********* saylı əlavə kredit müqavilə üzrə Cavabdeh1 illik 28 faiz dərəcəsi ilə, 18 ay müddətinə 12500 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda əsas kredit və bank hesabı müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə bank arasında zaminlik müqaviləsi bağlanmış və zaminlər borcalanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərlərinə götürmüşlər. Tərəflər arasında yaranan öhdəlik münasibətləri üzrə iddiaçı öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə öhdəliklərini vaxtında icra etməmişlər. Cavabdehlər kredit müqaviləsinə ə sasən verilmiş kredit borcunu vaxtında icra etmədiyindən, onların banka borcu yaranmış, cavabdehlər borcu ödəməsi üçün xəbərdarlıq edilsə də, borclarını ödəməkdən yayınmışlar. Odur ki, iddiaçı hazırkı tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, mülki işin materiallarında olan kredit müqaviləsi, ödəniş qrafiki, maliyyə arayışı, şəxsi hesabdan çıxarış və ekspert rəyinin müqayisəli şəkildə təhlili ilə müəyyən edilir ki, faiz borcu birinci instansiya məhkəməsi tərəfindən düzgün müəyyənləşdirilməmişdir. Belə ki, kredit müqaviləsi üzrə ödəniş qrafiki ilə müəyyən edilir ki, Cavabdeh1 12500 ABŞ dolları əsas borc, 2952,60 ABŞ dolları faiz borcu olmaqla, cəmi 15452,60 ABŞ dolları kredit borcunu 18 ay müddətinə ödəməyə dair öhdəlik götürmüşdür. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliyin lazımi qaydada icra etməmiş vəödənişlərin ödənilməsi qaydasını pozmuş, qrafikə uyğun ödənişləri aparmamışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən borcalana 18 ay müddətinə illik 28 faiz olmaqla 12500 ABŞ dolları məbləğində kredit verilmişdir. Göründüyü kimi, kreditor borcalandan müqavilənin qüvvədə olma müddəti üzrə, yəni 08 noyabr 2014-cü il tarixdən 08 may 2016-cı il tarixədək hesablanmış faiz borcunun ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyasına təqdim edilmiş maliyyə arayışına əsasən Cavabdeh1 08 may 2016-cı il tarixə 08 noyabr 2014-cü il tarixli, ******** saylı kredit müqaviləsi üzrə 1306,57 ABŞ dolları ödənilməmiş faiz borcu yaranmışdır. Eyni zamanda məhkəmə kollegiyası iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2018-ci il tarixli, 23793 nömrəli ekspert rəyinə əsaslanaraq hesab edir ki, cavabdehlərdən tələb edilən əsas borc düzgün müəyyən edilmişdir. Beləki, ekspert rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh1 08 noyabr 2014-cü il tarixli, ******* saylı əlavə kredit müqaviləsi üzrə əsas borc üzrə 7886,64 ABŞ dolları ödənilməmiş borc yaranmışdır. Odur ki, əsas borc üzrə 7886,64 ABŞ dolları, faiz borcu üzrə 1306,57 ABŞ dolları ödənilməmiş qalmışdır. Borcun hissə-hissə ödənilməsi barədə şikayətin dəlilinə də hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin qeyd olunan dəlili işin hazırkı mərhələsində təmin oluna bilməz. Belə ki, bundan əvvəldə qeyd olunduğu kim i hazırkı işin predmeti İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 08 noyabr 2014-cü il tarixli, ********** saylı əsas kredit və bank hesabı kredit müqaviləsi üzrə yaranmış borc tələbidir. Qətnamənin hissə-hissə icrasının isə ayrıca prosessual qaydası nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Göründüyü kimi cavabdehin borcu hissə-hissə ödəməsi, yalnız qətnamənin icrası qaydasında mümkündür. Eyni zamanda kredit borcunun xarici valyuta olmasına mübasibətdə məhkəmə kollegiyas ı qeyd edir ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 05 nömrəli qərarının 10-cu bəndinə görə, qətnamədə alınması və yaxud ödənilməsi müəyyən olunan məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Apellyasiyainstansiyasıməhkəməsigəldiyinəticəni normaları ilə əsaslandırmışdır. aşağıdakı maddi hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icr a edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə görə, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. HəminMəcəllənin 445.2.1-ci maddəsinəəsasənisə,öhdəliyinonunicrasıüçünmüəyyənləşdirilmişmüddətdəicraedilməməsiborclunu nicranıgecikdirməsisayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449-cu maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsait ini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə görə, bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Həmin Məcəllənin 449.3-cü maddəsinə görə, əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə b ilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, peniya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 464.1-ci maddəsinə görə, kreditor qanunla müəyyənləşdirilmiş dəbbə pulunun ödənilməsini, tərəflərin razılaşmasında onun ödənilməsi vəzifəsinin nəzərdə tutulubtutulmadığından asılı olmayaraq, tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müə yyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminli k müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin n əticələri işin həqiqi hallarına uyğun olmaqla və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün qanuni və əsaslıdır. Cavabdeh1 kassasiya şikayətinin dəlillərinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış və bununla da onların arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, nəticədə kreditor qarşısında müqavilə üzrə öhdəlikləri yaranmışdır. Cavabdeh həmin öhdəliyin icrasından yayındığı üçün iddiaçı bu tələblə məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qalmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə üzrə tədbiq edilməli olan hüquq normalarını düzgün tətbiq edərək nəticə etibarı ilə qanuni və əsaslı qətnamə çıxarmışdır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz, ona görə də kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının həmin iş üzrə 24 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Ali Məhkəmənin hakimi Q.Əsgərov
Məhkəmə qərarları › İş №2(102)-246/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-246/2019
14.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver