Məhkəmə qərarları › İş №2(102)-246/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-246/2021

06.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-246/2021 06.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: “müqavilənin etibarsız hesab edilməsi və vurulmuş 20.000 manat məbləğində maddi zərərin ödənilməsi” Açar sözlər: icarə haqqı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, Cavabdeh vəkili Vəkil2 Humsi oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli, 2(103)-3705/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən ve rilmiş kassasiya şikayətinə dair işə 06 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarına əlavə edilmiş Bakı şəhəri 20 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş 14 may 2015-ci il tarixli “İcarə Müqaviləsi”nin surətindən görünür ki, X1 (İcarəyə verən) X.ünvanında yerləşən ümumi sahəsi 197.6 kv.metr olan qeyri-yaşayış sahəsinin 20 kv.metrini Cavabdeh (İcarəçi) icarəyə verir. Həmin Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti 14 may 2016-cı il tarixədək müəyyən edilir və onun bitməsinə bir ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə, icarə müddəti daha bir il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 4-cü bəndinə əsasən icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən Cavabdeh icarəyə verən İddiaçı 0 manat 00 qəpik icarə haqqı ödəyir. Müqavilənin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir. Müqavilənin 11-ci bəndinə əsasən həmin müqavilə üç nüsxədən ibarət Azərbaycan dilində tərtib edilmiş, onlardan biri notariat kontorunda saxlanılmaqla digər nüsxələri isə tərəflərə verilmişdir. Həmin Müqavilədə həmçinin qeyd edilmişdir ki, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılması nəticələri barədə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeyd iyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, ünvan 1 ünvanda yerləşən 197.6 kv.metr sahəsi olan 1 mərtəbəli qeyri-yaşayış binasına İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində *** nömrəli reyestr kitabının 5884 nömrəli vərəqində ********** nömrə ilə 27 may 2014-cü il tarixdə qeydiyyata alınmışdır. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X.ünvanında yerləşən ümumi sahəsi 197.6 kv.metr olan qeyri-yaşayış sahəsinin mağazanın 20 kv.metr hissəsinin icarə haqqına görə ödənilməli olan 2015-ci ilin sentyabr ayından hər ay üçün 500 manat hesablanmaqla 2 0.500 manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, cavabdeh tərəfindən onu aldatma yolu ilə bağlanmış 14 may 2015-ci il tarixli icarə müqaviləsinin etibarsız hesab edilməsi və X.ünvanında yerləşən ümumi sahəsi 197.6 kv.metr olan qeyriyaşayış sahəsinin mağazanın 20 kv.metr hissəsinin 2015-ci ilin sentyabr ayından 2018-ci ilin dekabr ayına kimi plastik qapı-pəncərə sexi kimi işlətməsi müqabilində ona ödəməli olduğu hər ay üçün 500 manatı ödəməyərək ona vurduğu 20.000 manat məbləğində maddi ziyanın (əldən çıxmış faydanın) əvəzinin Cavabdeh tutulub ona ödənilməsi barədə qətnamə qəbul edil məsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3530/2019 saylı işi üzrə 01.08.2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Ə.Rüstəmli) iddia qismən təmin edilərək, Cavabdeh 3.700 (üç min yeddi yüz) manat məbləğində vəsaitin tutularaq İddiaçı ödənilməsi və iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli, 2(103)-3705/2020 saylı qətnaməsi ilə (hakimlər – F.Ş.Talışinski (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və Z.Ə.Əliyev) Cavabdeh apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3530/2019 saylı işi üzrə 01.08.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştira kı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasına və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işə baxarkən iddiaçının Fəxrəddin adlı şəxslə olan mübahisəsinə dair Binəqədi Rayon Məhkəməsində baxılan işi nəzərdən keçirməmiş, həmin mübahisəyə dair icra işini tələb edərək mübahisəyə düzgün hüquqi qiymət verməmiş, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nə ticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. İddiaçı kassasiya şikayətinə etiraz təqdim edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli, 2(103)-3705/2020 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili Vəkil2 Humsi oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı vəkili Vəkil1 vəsatətlə müraciət edərək Covid-19 pandemiyası ilə əlaqədar karantində olduğundan məhkəmə iclasının 14 gün müddətinə təxirə salınmasını xahiş etmiş, lakin bununla əlaqədar işin təxirə alınmasının zəruriliyini əsaslandıran sübutu məhkəmə kollegiyasına təqdim etməmiş, buna görə məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsinə əsasən onun i ştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, iş üzrə İddiaçı və Cavabdeh hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin; -339.3-cü maddəsinə görə aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin; -337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; -337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; -354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər; -354.2-ci maddələrinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. -390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; -146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); -404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun dig ər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; 404.2-ci maddəsinə görə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; -700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; -732-ci maddəsinə əsasən əvəzsiz istifadə müqaviləsinə görə, hər hansı əşyanı kirayəyə verən onu kirayəçinin istifadəsinə verməyi öhdəsinə götürür, kirayəçi isə həmin əşyan ı kirayəyə verənə qaytarmağı öhdəsinə götürür, özü də bu öhdəlikləri iştirakçılar əvəzsiz icra etməlidirlər. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq n ormalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarından görünür ki, iddiaçı 14 may 2015-ci il tarixli “İcarə Müqaviləsi”nin onun aldadılması nəticəsində bağlandığını iddia etsə də, bu barədə məhkəmələrə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin müqavilədən və onun mətnindən görünür kimi, müqavilə Azərbaycan dilində tərtib edilmiş, iddiaçı tərəfindən notariat orqanında imzalanmış, müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmiş, notariat hərəkətlərinin aparılması nəticələri barədə xəbərdarlıq edilmiş və müqavilənin bir nüsxəsi ona verilmişdir. İddiaçı həmin müqavilənin etibarsız sayılmasına əsas verən halları bilməli olduğu, yəni müqaviləni imzaladığı 14 may 2015-ci il tarixindən onun mübahisələdirilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik müddəti də ötürmüşdür. Məhkəmələr tərəf indən müəyyən edilmişdir ki, cavabdeh müqavilə müddəti bitdikdən sonra, yəni 14 may 2017- ci il tarixdən 2018-ci ilin dekabr ayına qədər iddiaçıya məxsus mülkiyyətdən qanuni əsas və ya müqavilə əsası olmadan istifadə etməklə və buna görə hər hansı haqq ödəməməklə əsassız varlanmışdır. Qeyd edilmişdir ki, iddiaçıya məxsus mülkiyyətdən istifadəyə görə 500 manat məbləğində aylıq haqqın müəyyən edildiyi iş materiallarında öz təsdiqini tapmadığına görə, aylıq haqqın cavabdehin etirafı əsasında 200 manat məbləğində müəyyən edilməsi məqsədə müvafiqdir və buna görə də 2017-ci il üçün yeddi bütov ay və bir yarım ay üçün 1.500 manat (7ay x 200 manat=1400 manat + 1yarım ay x 100 manat=100 manat), 2018-ci il üçün 2.200 manat (11ay x 200 manat) hesablanmaqla, cəmi 3.700 manat məbləğində vəsait Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı mübahisələndirilən hissədə yoxlayan apellyasiya instansiyası məhkəməsi MM-in 146, 337, 339, 354, 390, 404, 700, 732, 1091, 1092; MPM-in 14.2, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 220.5, 372, 385, 386, 388, 390- cı maddələrinə istinadən hesab etmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdir ilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 mart 2020-ci il tarixli, 2(103)-3705/2020 saylı qətnaməsi kassasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar