Məhkəmə qərarları › İş №2(102)-246/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-246/2024

01.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-246/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarş iş üzrə QƏRARİ iş № 2(102)-246/2024 Açar sözlər: delikt nəticəsində vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3674/2023 nömrəli iş üzrə 15 avqust 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı q ərarı qəbul etdi. İŞİN HALLARİ

1. Cavabdeh1 nəqliyyat vasitələrini idarə etmək hüququ məhkəmə qətnaməsi ilə xx.xx.2020-ci il tarixdən 6 ay müddətinədək məhdudlaşdırılsa da, sürücülük vəsiqəsi qərara əlavə edilməmiş, sürücülük vəsiqəsinin itirilməsi barədə ərizə verilmədiyinə, eləcə də sürücülük vəsiqəsini aidiyyatı üzrə təqdim etmədiyinə görə sürücülük hüququnun məhdudlaşdırılması müddətinin axımı dayanmışdır. 2. xx.xx.2022-ci il tarixli etibarnamə ilə Cavabdeh2 MMC şirkəti “Kia Optima” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra – avtomobil) Cavabdeh1 xx.xx.2022-ci il saat 18:00 tarixdən xx.xx.2022 saat 21:00 tarixinədək idarə etməyi həvalə etmişdir. 3. 19.03.2022-ci il tarixində iddiaçıya məxsus avtomobili etibarnamə ilə idarə edən Nümayəndə2 Bakı şəhəri, H.Əliyev prospektində, Sabunçu rayon ərazisində mərkəz istiqamətində hərəkətdə olarkən Cavabdeh1 avtomobili yüksək sürətlə idarə edərək, iddiaçıya məxsus avtomobili arxa hissəsindən vurmuş, nəticədə Nümayəndə2 idarə etdiyi avtomobilə ziyan dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsinə görə Cavabdeh1 AR İXMin 327.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. 4. “Auto Azərbaycan” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən, avtomobilin cəmi təmir xərcləri 17 237,00 manat məbləğində təşkil edir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizələr ilə məhkəməyə müraciət edər ək, ona məxsus “Hyundai Sonata” markalı, EL-033 İK dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyana görə 20.000 manat və mənəvi ziyanın əvəzi olaraq 5.000 manat məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

6. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus avtomobilə maddi zərər dəymişdir. Cavabdeh1 sürücülük hüququ olmamasına baxmayaraq, Cavabdeh2 MMC şirkətə məxsus olan avtomobili Cavabdeh1 idarəçiliyinə verərək qanunvericiliyin tələbini pozmuşdur. Sürücülük hüququ olmayan şəxsə avtomobili verən Cavabdeh2 MMC yüksək təhlükə mənbəyinin - avtomobilin sahibi kimi vurulmuş zərər üzrə maddi məsuliyyət daşıyır.

7. Mə hkəmənin qərardadı ilə mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə həvalə edilmişdir.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-ci il tarixli, 9/9414 saylı ekspert rəyi ilə iş materiallarında olan “Auto Azərbaycan” şirkətinin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “Hyundai Sonata” markalı, EL-033 İK dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 15437,0 manat müəyyən edilmişdir.

9. Səbail Rayon Məhkəməsinin 2(009)-131/2023 nömrəli, 27 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddia qismən təmin edilmiş, cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 15437 manatın tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə hesab etmişdir ki, iddiaçıya məxsus 2012-ci il buraxılışlı “Hyundai Sonata” markalı, EL-033 İK dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği, ekspert rəyi ilə müəyyən olunmuş məbləğ, yəni 15437,0 manat əsas götürülməklə müəyyən olunmalı və həmin məbləğ cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır.

11. Məhkəmə iddianın mənəvi ziyan tələbi hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı mənəvi zərərə görə cavabdehlərdən onun xeyrinə 5000 manat tutulması barədə tələb irəli sürsə də, bununla yanaşı, cavabdehin hərəkətləri ilə bağlı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar sübutları m əhkəməyə təqdim etməmişdir, ona görə də, həmin hissədə iddia tələbi təmin edilməməlidir.

12. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1108.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

13. Cavabdeh2 MMC apellyasiya şikayəti verərək, qə tnamənin ona aid hissədə ləğv edilərək, həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi ilə bağlı cavabdeh MMC öhdəlik daşımamalıdır. Belə ki, MMC-dən avtomobili icarəyə götürən digər Cavabdeh1 hadisə zamanı qanunvericiliyin tələbini pozmuş, inzibati xəta törədib və yüksək təhlükə mənbəyi-avtomobilin sahibi kimi də məsuliyyəti o daşıyır. Bundan əlavə, Cavabdeh1 sürücülük hüququ məhdudlaşdırılmış şəxs olsa da, MMC avtomobili onun idarəçiliyinə verməklə qanunvericiliyin tələbini pozmuşdur, bununla bağlı cavabdeh MMCnin nümayəndəsi bildirir ki, Cavabdeh1 ilə MMC arasında müqavilə bağlananda sürücülük vəsiqəsi MMC-yə təqdim edilmişdir, lakin MMC-nin belə bir imkanı və ya X4 məluma t bazasına çıxışı yoxdur ki, həmin vaxt sürücülük fəaliyyətinin məhdudlaşdırılması və Tərtər Rayon Məhkəməsinn Cavabdeh1 nəqliyyat vasitəsindən istifadə hüququnun məhdudlaşdırılması barədə informasiya əldə edə bilsin, bu halda MMC hər hansı məsuliyyət daşımır. Delikt üzrə məsuliyyət təqsirli, hüquqa zidd əməl nəticəsində yaranır. Lakin, burada Cavabdeh2 MMC-nin hər hansı təqsirli əməli, hərəkət və ya hərəkətsizliyi yoxdur. Eyni zamanda avtomobilin mülkiyyətçisi də Cavabdeh2 MMC deyil, X1r.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3674/2023 nömrəli, 15 avqust 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Namiq Cəfərov, Kamran Əkbərov) apellyasiya şikayəti təmin olunmuş, qətnamənin qismən, cavabdeh "xxxx" MMC-yə aid iddia tələbinin təmin edilən hissəsində ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin cavabdeh "xxxx" MMC-yə aid hissədə təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 83 (səksən üç) manat dövlət rüsumunun iddiaçıdan alınaraq cavabdeh "xxxx" MMC-yə verilməsi qət edilmişdir.

16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Cavabdeh1 avtomobili götürən zaman öz sürücülük vəsiqəsini təqdim etməsi ilə bağlı dəlilini əsaslı hesab edərək qeyd etmişdir ki, MMC-nin elə bir səlahiyyəti yoxdur ki, Cavabdeh1 sürücülük hüququnun məhdudlaşdırılmasını yoxlaya bilsin. MMC-nin hər hansı təqsirli əməli, hərəkət və ya hərəkətsizliyi olmadığından, iddia tələbi ona aid hissədə təmin edilə bilməz.

17. Məhkəmə kollegiyası həmçinin MMC-nin Cavabdeh1 sürücülük hüququ nun məhdudlaşdırılmasının yoxlamaq imkanının olmaması ilə bağlı dəlili ilə razılaşaraq əsaslı hesab etmişdir. Belə ki, Cavabdeh1 sürücülük hüququnun xx.xx.2020-ci il tarixdə Tərtər Rayon Məhkəməsi tərəfindən 6 ay xx.xx.2020-ci il tarixədək məhdudlaşdırılmasına baxmayaraq, sürücülük vəsiqəsinin qərara əlavə edilmədiyi, nəticədə onun avtomobili MMC-dən götürdüyü zaman sürüclük vəsiqəsini MMC-yə təqdim etməsi mülki iş materialları ilə təsdiq olunduğundan, hazırkı deliktin törədilməsində MMC-nin təqsiri müəyyən edilmir, bu səbəbdən hazırkı iddia tələbi cavabdeh MMC-yə münasibətdə təmin edilə bilməz.

18. Məhkəmə hesab etmişdir ki, hadisənin baş verdiyi vaxt avtomobil qanuni əsaslarla Cavabdeh1 sahibliyində olduğundan iddia tələbi cavabdeh MMC-yə aid hissədə təmin edilə bilməz.

19. Məhkəmə kol legiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 qeyd etdiyi cavabdeh MMC-nin icarəyə verdiyi “KİA Optima” markalı avtomobilin icbari sığortası olmaması barədə dəlili üzrə bildirilmişdir ki, bu hazırkı mübahisənin həlli üçün əhəmiyyət kəsb etmir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2, 1108.1, İnzibati Xətalar Məcəlləsinin 152.1, 152.2, 153.1, 153.3, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 372.1, 372.2, 372.3, 372.4, 372.6, 372.7, 384.0.2, 385.1-ci maddələrinə istinad etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək (Vəkil2) qətnamənin ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassator şikayə tini iddia ərizəsi ilə eynilik təşkil etməklə əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət verməmiş, qətnamə qəbul edərkən səhv nəticəyə gəlmişdir. Apellyasiya instansiya məhkəməsi işə baxılarkən avtomobilin mülkiyyətçisi X2 məhkəmə prosesə cəlb etməmişdir. Hesab edilmişdir ki, məhkəmə işə baxarkən həqiqətə nail olmaq üçün cavabdeh tərəfindən heç bir sübut təqdim edilmədiyi halda iddianın təmin edilməsi barədə qətnamədən cavabdeh "xxxx" MMC-nin verdiyi apellyasiya şikayəti obyektiv araşdırılmamış və nəticədə təmin edilməklə iddiaçının hüquqlarını pozmuşdur.

23. Kassator həmçinin qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşün aslıq ekspertizası üzrə AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-ci il tarixli, 9/9414 saylı ekspert rəyini və apellyasiya instansiya məhkəməsinin bu maddi ziyanın vurulmasında cavabdeh "xxxx" MMC-nin məsuliyyətini nəzərə almamışdır.

24. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2, 1108.1, Mülki Prosessual Məcəllənin 9.1, 14.1, 14.2, 77.1, 88, 217.4, 417-ci maddələrinə, AzərbaycanRespublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ciil 24 noyabr tarixli, 04 nömrəli qərarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 1096.1. Mülki hüquq po zuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

27. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

28. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

29. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

30. Ma ddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahib lik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi

31. Maddə 152.1. Nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması haqqında qərar sürücülük vəsiqəsinin alınması yolu ilə icra edilir.

32. Maddə 152.2. Nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs sürücülük vəsiqəsini təhvil verməkdən imtina etdikdə, sürücülük vəsiqəsinin alınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təmin edilir.

33. Maddə 153.1. Fiziki şəxsə verilmiş xüsusi hüququn məhdudlaşdırılması haqqında qərar qanuni qüvvəyə mindiyi gündən həmin fiziki şəxs xüsusi hüququ məhdudlaşdırılmış hesab olunur.

34. Maddə 153.3. Xüsusi hüququ məhdudlaşdırılmış fiziki şəxs onun xüsusi hüququnu təsdiq edən müvafiq sənədi təqdim etmədikdə, xüsusi hüququn mə hdudlaşdırılması müddətinin axımı dayanır. Bu halda müddətin axımı müvafiq sənədin alındığı və ya həmin sənədin itirilməsi barədə ərizənin verildiyi gündən başlayır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmama sına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Apellyasiya məghkəməsinin qətnaməsi iddia tələbinin cavabdeh "xxxx" MMCnə qarşı hissəsinə aid olduğundan iddiaçının kassasiya şikayətinin dəlilləri əsasında apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Belə ki, cavabdeh "xxxx" MMC-nə hadisəni törədən yüksək təhl ükə mənbəyinin mülkiyyətçisi, nə də avtomobili etibarnamə ilə istifadəyə verdiyi Cavabdeh1 Camələddin oğlunun məsuliyyətinə görə qanunla cavab veməli olan şəxs deyildir.

49. Mülki Məcəllənin 1108.1-ci maddəsində zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Cavabdeh "xxxx" MMC-nin hadisənin törədilməsində və ya törədilməsinə şərait yaradılmasında hər hansı təqsiri apellyasiya məhkəməsi tərəfindən müəyyən edilməmişdir. Buna görə də, o, nə təqsirə görə, nə də qanuna əsasən vurulmuş ziyana görə cavabdehlik daşıya bilməz.

50. Kassasiya şikayətinin dəlillərində avtomobilin mülkiyyətçisi Rəş ad Fətəlizadəni məhkəmə prosesinə cəlb edilmədiyi qeyd edilsə də, həmin şəxs 3-cü şəxs qismində xx.xx.2023-cü il tarixli qərardadla işə cəlb edilmiş, ona məhkəmə iclasları barədə bildiriş göndərilmiş, lakin o, bildirişi almasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Həmçinin iddiaçının həmin şəxsə qarşı hər hansı tələbləri olmamamışdır.

51. Kassasiya şikayətində qeyd edilən digər hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır və hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normala ra əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

52. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3674/2023 nömrəli iş üzrə 15 avqust 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar