Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2460/2024 10.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə QƏRARDADI (Açar sözlər: vəkil tərəfindən kassasiya şikayətinin imzalanmaması əsası ilə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi hakim), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-53/2024 n ömrəli, 5 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı QSC (Vəkil) və Cavabdeh1 (Vəkil) tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinin mümkünlüyünü yoxlayaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı QSC-nin (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Ağcabədi Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2014-cü il tarixli, 04R00001294 nömrəli kredit razılaşması üzrə kreditin əsas məbləğindən 57951,12 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcundan 18290,02 ABŞ dolları, 84851,81 ABŞ dolları dəbbə pulu, 61 manat məhkəmə xərcinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə edilən pul məbləğindən borcun tutulması, hərracdan əldə edilmiş vəsait kifayət etmədikdə qalan borcun cavabdehlərdən ümumi qaydada tutulması, yaşayış evinə tutma yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4 mənzilə istifadə hüququnun itirilməsi, mənzildən çıxarılması, mənzilin boşaldılması və alıcıya təhvil verlməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
2. Ağcabədi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(017)-1218/2017 nömrəli, 18 may 2017-ci il tarixli qətnaməsi ilə (hakim Etibar Quliyev) iddia qismən təmin edilmiş, kredit razılaşması üzrə əsas borc 57951,12 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcu 18290,02 ABŞ dolları, 1000 ABŞ dolları dəbbə pulu olmaq la, ümumilikdə 77241,14 ABŞ dolları borcun, 45 manat məhkəmə xərcinin cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına kredit borcunun iddiaçıya ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin ipoteka qoyan Cavabdeh4 verilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait qətnamənin icrası üçün kifayət etmədikdə qalan borc məbləğinin cavabdehlərdən ümumi qaydada tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
3. Qətnamədən Cavabdeh4 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apelyasiya instansiya məhkəməsi) 2(106)-282/2019 nömrəli, 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Etibar Camalov (sədrlik edən və məruzəçi), Kamil Bəşirov və Elşad Əliyev) Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən dəyişdirilmiş, kredit razılaşması üzrə əsas borc 57951,12 ABŞ dolları, əsas məbləğə hesablanmış faiz borcu 18290,02 ABŞ dolları, 1000 ABŞ dolları dəbbə pulu olmaqla, ümumilikdə 77241,14 ABŞ dolları məbləğdə borcun ödəniş günü Azərbaycan Respublikası manatına məzənnəsi ilə cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsi, ipoteka predmeti olan mənzilin ilkin s atış qiymətinin 115000 manat müəyyən olunması qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
5. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 (Vəkil) məzmunu və dəlilləri əsasən eyni olmaqla ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, qətnamənin ləğv olunması və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar çıxarılmasını xahiş etmişlər.
6. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5800/2022 nömrəli, 12 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Abiddin Hüseynov (məruzəçi), Əhməd Nurməmmədov və Zaur Əliyev) kassasiya şikayətləri qismən təmin edilmiş, apelyasiya instansiya məhkəməsinin qətnaməsi “kredit borcunun məbləğinin müəyyən edilməsi” hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə “ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi” hissəsində dəyişdirilmədən saxlanılmışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
7. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-53/2024 nömrəli, 5 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Pərviz Əhmədov (sədrlik edən və məruzəçi), Tale Kərimov və Cahid İmanov) Cavabdeh4 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmetini təşkil edən – “kredit borcunun məbləğinin müəyyən edilməsi” hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin olunması, kredit razılaşması üzrə əsas borc qismində 5 7951,12 ABŞ dolları və cərimə borcu qismində 1000 ABŞ dolları olmaqla, cəmi 58951,12 ABŞ dolları məbləğində pul vəsaitinin (ödəniş anında Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata məzənnəsi nəzərə alınmaqla) cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməsi, ekspertiza tədqiqatının dəyəri qismində 100 manat məbləğdə pul vəsaitinin 50 manat hissəsinin iddiaçıdan, 50 manat hissəsinin isə cavabdehlərdən müştərək qaydada tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri:
8. Qətnamədən İddiaçı QSC (Vəkil) kassasiya şikayəti verərək, mübahisələndirilən qətnamənin “faiz borcu ilə bağlı təmin edilməyən” hi ssəsində ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
9. Qətnamədən Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, mübahisələndirilən qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
10. Maddə 407.3. Şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.
11. Maddə 407.1.4. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir.
12. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. 13. 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilm əmişsə.
14. Maddə 408.3. Kassasiya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.
15. Maddə
409. Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının qanunu
16. Maddə 3.2. İnformasiya Sisteminin istifadəçiləri tərəfindən sənədlər “Elektron kabinet” vasitəsilə PDF, ADOC və EDOC formatında “Proses iştirakçısının Elektron kabineti”ndən istifadə qaydalarında nəzərdə tutulmuş prosedurlar üz rə gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə etməklə göndərilir.
17. Maddə 5.2. Sənədlərin elektron dövriyyəsi zamanı göndərilən sənədlərin gücləndirilmiş elektron imza ilə təsdiq edilməsi tələb olunur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
18. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin mümkünlüyünü araşdıraraq, aşağıdakılara əsasən hesab edir ki, Cavabdeh1 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti mümkün olsa da, İddiaçı QSC (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilməli və geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
19. Belə ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti daxil olduqda onu vermiş şəxsin kassasiya şikayəti vermək hüququna malik olmasını ( şikayət verilmiş qətnamənin MPM-nin 402.1-ci maddəsində nəzərdə tutulmuş kassasiya şikayəti verilməsi istisna edilmiş qətnamələr kateqoriyasına aid olub-olmamasını), kassasiya şikayətinin qanunla müəyyən olunmuş müddətdə verildiyini, kassasiya şikayətinin qanunla nəzərdə tutulmuş forma və məzmun tələblərinə cavab verdiyini yoxlamalı, həmin qaydalara riayət olunduğu halda kassasiya şikayətini baxılması üçün kassasiya instansiyasına göndərməli, göstərilən tələblərə cavab vermədiyi halda isə, kassasiya şikayətinin geri qaytarılması barədə əsaslandırılmış qərardad çıxarmalıdır.
20. Lakin hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsi bu tələblərə tam əməl etməmişdir. İş materialları araşdırılarkən məlum olur ki, kassasiya şikayəti yalnız iddiaçı Bankın nümayəndəsi Nümayəndə tərəfindən elek tron qaydada imzalanmış, Vəkil tərəfindən elektron qaydada imzalanmamışdır.
21. Bundan başqa, iddiaçının kassasiya şikayətindən görünür ki, “kassasiya şikayəti verən şəxsin qanuni nümayəndəsi və ya nümayəndəsi” hissəsində kassatorun nümayəndəsi Nümayəndə haqqında məlumatlar qeyd olunmalı olduğu halda, Vəkilin məlumatları qeyd olunmuşdur.
22. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikası MPM-nin 408.1.1-ci maddəsinə əsasə kassasiya şikayəti bu Məcəllənin 402 və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
23. Göstərilən halda apellyasiya instansiyası məhkəməsi, kassasiya şikayəti verilməsi üçün MPM-nin 407-ci maddəsinə riayət olunmasını araşdırmaqla, kassasiya şikayətini geri qaytarmalı idi.
24. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmaması (o cümlədən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilmədikdə), apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur. Kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyasının səlahiyyəti olduğuna görə, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
25. Beləliklə, iddiaçı tərəfindən kassasiya şikayəti verilərkən MPM-nin 407-ci maddəsinə riayət olunmadığından kassasiya şikayəti icraata qəbul edilə bilməz.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir.
27. Həmin Məcəllənin 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
28. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı QSC-nin (Vəkil) kassasiya şikayəti qeyri-mümkün hesab edilməli, geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir.
29. H əmçinin, apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətini geri qaytardıqdan sonra, mülki işi Cavabdeh1 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə baxılması üçün Ali Məhkəməyə göndərməlidir.
30. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 407-409-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-53/2024 nömrəli, 5 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı QSC (Vəkil) tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və qəbul edildiyi andan qüvvəyə minir.