Məhkəmə qərarları › İş №2(102)-2461/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2461/2020

05.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2461/2020 05.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, iddiaçı “İddiaçı(Azərbaycan) ASC-nin Cavabdeh qarşı “avtomobil krediti müqaviləsi üzrə borc” tələbinə dair iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 18 mart 2015-ci il tarixli qətnaməsi ilə (hakim K. Süleymanov, iş № 2(075)-260/15) iddiaçı “İddiaçı(Azərbaycan) ASC-nin Cavabdeh qarşı “avtomobil krediti müqaviləsi üzrə borc” tələbinə dair iddiası qismən təmin edilərək, İddiaçı (Azərbaycan) x4 ilə Cavabdeh arasında bağlanmış 06 mart 2013-cü il tarixli, 111227-15657 nömrəli kredit müqaviləsindən irəli gələn, ödənilməmiş 19896,97 manat məbləğində əsas borc, 4529,26 manat məbləğində faiz borcu və 313 manat məbləğində cərimə borcu olmaqla, cəmi 24739,23 manat məbləğində borcun Cavabdeh alınaraq İddiaçı (Azərbaycan) x3 ödənilməsi, Cavabdeh tutulacaq məbləğ öhdəliyin təminatı kimi Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan və ipoteka ilə yüklü edilmiş «HYUNDAİ 40» minik markalı, **-DD-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, Cavabdeh tam mülkiyyət hüququ üzrə məxsus olan və ipoteka ilə yüklü edilmiş «HYUNDAİ 40» minik markalı, **-DD-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə edilən vəsaitin Cavabdeh İddiaçı (Azərbaycan) x1 borcunun ödənilməsinə yönəldilməsi, iddianın qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh İddiaçı (Azərbaycan) x2 xeyrinə tutulması qət olunmuşdur. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər İ.Şükürov-sədrlik edən və məruzəçi, A.Eyvazov və R.Əliyev, iş № 2(107)-3008/19) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətitəmin edilməyərək Şəki Rayon Məhkəməsinin 18 mart 2015-ci il tarixli qətnaməsi Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılmış dır. Cavabdeh kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apelyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı “İddiaçı(Azərbaycan) ASC Cavabdeh qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək,Cavabdeh 17 noyabr 2014-cü il tarixə banka borclu olduğu 19896,97 manat məbləğində əsas borc, 4529,26 manat məbləğində faiz borcu və 1513 manat məbləğində cərimə borcu olmaqla, cəmi 25939,23 manat məbləğində borcunun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq xeyrinə verilməsi, tələbin Cavabdeh mülkiyyət hüququ əsasında məxsus olan və banka ipoteka qoyulmuş, ipoteka predmeti olan «HYUNDAİ 40» markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılaraq əldə edilən vəsaitdən qeyd edilən pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmış və göstərilmişdir ki, apelyasya məhkəməsi tərəfindən göstərilən avtomobilin qiymətinin təhrif olunması aydınlaşdırılmalıdır. Lakin məhkəmə borcun və avtomobilin dəyərinə qoyulmuş rəqəmləri olduğu kimi qüvvədə saxlamışdır. Hesab ed ir ki, iş üzrə kompleks mühasibatlıq və əmtəəşünaslıq ekspertizası təyin olunmalıdır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Şəki Apelyasiya Məhkəməsi Mülki Kolle giyasının iş üzrə 21 noyabr 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı (Azərbaycan) x4 ilə Cavabdeh arasında 06 mart 2013-cü il tarixli, 111227-1-5657 nömrəli avto mobil krediti müqaviləsi bağlanmışdır. Həmin avtomobil krediti müqaviləsinin şərtlərinə görə İddiaçı (Azərbaycan) x4 Cavabdeh avtomobil satın alınması üçün illik faiz dərəcəsi 17 faiz olmaqla 48 ay müddətinə 21900 manat məbləğində kredit verməyi, cavabdeh isə 48 ay ərzində kreditin əsas məbləği və ona hesablanmış faizləri kredit müqaviləsinin 1 saylı əlavəsindəki qrafik üzrə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh öhdəliyinin icrasının təmin edilməsi məqsədilə İddiaçı (Azərbaycan) x4 ilə onun arasında 06 mart 2013-cü il tarixdə ipoteka müqaviləsi bağlanmışdır. 06 mart 2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh kreditdən təyinatı üzrə istifadə etməklə aldığı «HYUNDAİ 40» minik markalı, **-DD-*** dövlət nömrə qeydiyyat nişanlı avtomobil Cavabdeh 06 mart 2013-cü il tarixli, 111227 -15657 nömrəli kredit müqaviləsi üzrə öhdəliyinin təmin edilməsi üçün ipotekaya qoyulmuşdur. Cavabdeh ilə müqavilə bağladıqdan sonra İddiaçı (Azərbaycan) x4 müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş, lakin, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini gecikdirmişdir. Cavabdeh ilə dəfələrlə görüşlərin keçirilməsinə və xəbərdarlıqların edilməsinə baxmayaraq o, öhdəliklərini icra etməmişdir. Cavabdeh 17 noyabr 2014-cü il tarixə banka ödənilməmiş 19896,97 manat məbləğində əsas borc, 4529,26 manat məbləğində faiz borcu və 313 manat məbləğində cərimə borcu olmaqla, cəmi 24739,23 manat məbləğində borcu qalmışdır. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iş üz rə toplanmış sübutlara məcmu halında qiymət verməklə iddianı qismən təmin etməklə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 21, 442, 448.1 və 465.2-ci maddələrinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və lazımınca icra edilməməsi başa düşülür. Borclu onun risk dairəsinə daxil olan icra etmədiyi bütün hallar üçün cavabdehdir və hüququ pozulmuş şəxsin ona vurulmuş zərərin (real zərərin) və əldən çıxmış faydanın əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Əgər borclu öhdəliyin lazımınca icra edilmədiyi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilmədiyi halda, cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyi n icrasını tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Göründüyü kimi, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. Borclu müqavilə üzrə bankın müəyyən et diyi ödəniş cədvəlinə uyğun olaraq əsas borcu və faizi vaxtlı-vaxtında ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Nəticədə, borclunun banka kredit borcu yarandığından bu səbəbdən, iddiaçı kredit borcunun tutulması barədə borcluya qarşı tələb irəli sürməkdə haqlı olmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir; əsas borc, faizlər, öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi. Həmin Qanunun 34-cü madd əsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi anından İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququ yaranır. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Kassasiya şikayətində qətnamədə nəqliyyat vasitəsinin ilkin satış qiymətinin düzgün müəyyən edilməməsi və borc məbləğinin düzgün hesablanmaması göstərilmişdir. İlkin olaraq qeyd edilməlidir ki, cavabdehin göstərdiy i kimi nə birinci instansiya məhkəməsi, nə də apelyasiya instansiya məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətin müəyyən etməmişdir. Nəzərə alınsa ki, ipoteka predmeti nəqliyyat vasitəsidir və bazarda mütəmadi olaraq dəyəri dəyişir (eyni zamanda daha tez aşınmaya, zərər vurulmasına məruz qala bilir), belə olan halda məhz ilkin satış qiymətinin icra mərhələsində müəyyən edilməsi daha məqsədəmüvafiq və əhəmiyyətli bir qayda olması qeyd edilməlidir. Bu baxımdan məhkəmələr hazırkı işin icraatı daxilində nəqliyyat vasitəsinin ilkin satış qiymətini müəyyən etməməkdə haqlı olmuşlar. Nəqliyyat vasitəsinin ilkin satış qiymətinin müəyyən olunmadağı halda şikayətdə dəyərin daha aşağı müəyyən olumasının göstərilməsi cavabdehin niyyətinin işə yenidən prosessual qanunvericilin müəyyən etdiyi əsasl arla baxılmasına deyil, məhz məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsini ləngitmək məqsədi daşıması aşkar olaraq müəyyən olunmuş olur. Borc məbləğinin düzgün hesablanmadığını göstərmiş olsa da, bununla bağlı heç bir sübuta istinad etməmiş, yalnız formal mülahizələrə əsaslanmışdır. Məhkəmələr haqlı olaraq iddia tələbində göstərilən məbləğlərin mötəbər olmasını təqdim olunmuş maliyyə arayışı və hesabdan çıxarışda olan məlumatlara istinadla müəyyən etmişlər. Bu sübutlarda olan məlumatları təkzib edən hər hansı bir sübut isə mövcud deyildir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kassasiya kollegiyası, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd ed ir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərdən əsaslı olan qətnaməsini dəyişiklik edilmədən saxlayarkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillərlə bağlı heç bir sübut təqdim edilməmişdir. Belə olan halda, həmin dəlillər apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası. QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2019-cu il tarixli 2(107)-3008/19 nömrəli qətnaməsi kassatora münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar