Məhkəmə qərarları › İş №2(102)-2462/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2462/2019

11.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2462/2019 11.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, cavabdeh x2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(103)11925/2018 saylı qətnaməsi ilə (hakim X.Məhərrəmova) iddia tələbi qismən təmin edilərək, x2 ödənilməmiş borc qismində 26000 manat, borcun gecikdirilməsinə görə cərimə qismində 100 manat, iddiaçı tərəfindən dövlət rüsumuna gö rə ödənilmiş 30 manat, nümayəndəyə çəkilən xərcə görə 500 manat, cəmi 26630 manat məbləğində pul vəsaitinin x1nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-11925/2018 saylı, 21 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: X.Cəmilova, İ.Xəlilov, İ.Kərimli) Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-4401/2018 saylı 16 iyul 2018-ci il tarixli qətnaməsi iddianın təmin olunan - cavabdehdən 26000 manat borcun tutulması hissəsində dəyişdirilərək, cavabdeh x2 iddiaçı x1nin xeyrinə ödənilməmiş borc qismində tutulmalı olan məbləğin 20000 manat müəyyən edilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun cavabdehin özünə aid edilməsi qət edilmişdir. Cavabdeh x2 kassasiya şikayəti verərək B akı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-11925/2018 saylı, 21 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı x1 cavabdeh x2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh x2 10.05.2017-ci il tarixli 003/17 nömrəli “Podrat Müqaviləsi” üzrə yaranmış 26000 manat borc pulun, həmin borc pulun gecikdirilməsinə görə hesablanılmış 3900 manat dəbbə pulunun, hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 1500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçı x1-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, x1 ilə x2 arasında 10.05.2017-ci il tarixli, 003/17 nömrəli Podrat Müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən şirkət həmin müqavilənin 1.2-ci bəndində göstərilən obyekti-ümumi sahəsi 283 kv.m. olan ünvan 1 ünvanında yerləşən mənzili müqavilə üzrə razılaşdırılmış qaydada və müddətdə təmir etməyi, x2 isə götürülmüş işin və təmir üçün istifadə edilmiş materialın dəyərini 10.05.2017-ci il tarixdə, 003/17 saylı müqavilənin 1 saylı əlavəsi olan Qiymətin razılaşdırılması protokolunda qeyd olunan məbləğdə şirkətə ödəməyi öhdəsinə götürmüşdür. Şirkət tərəfindən mənzil müqavilə üzrə razılaşdırılmış qaydada və müddətdə təmin edilərək sifarişçiyə təhvil verilmiş, lakin cavabdeh x2 müqavilə üzrə öhdəliklərinə əməl etməmiş, borcunu tam şəkildə ödəməmişdir. Tərəflər arasında bağlanılmış 10.05.2017-ci il tarixli müqavilən in 2.7-ci bəndinə əsasən işlərin 5 ay ərzində yekunlaşdırılaraq şifarişçiyə təhvil verilməsi nəzərdə tutulsa da, cavabdehə təmir edilmiş mənzil 8 ay sonra, yəni 2018-ci ilin yanvar ayında təhvil verilmişdir. Müqavilədə və onun 1 saylı əlavəsi olan qiymətlərin razılaşdırılması protokolundan görünür ki, mənzildə dizayn işlərinin iddiaçıya (icraçıya) həvalə edilməmişdir. Mənzilin 3 ay gec təhvil verilməsinin səbəbi isə sifarişçi tərəfindən mənzilin dizayn işlərinin həyata keçirilməsi üçün başqa dizayner cəlb edilməsi və həmin dizayner tərəfindən işlərin gec icra edilərək yubadılması olmuşdur. Dizayner tərəfindən dizayn işləri tamamlanmadan isə iddiaçı tərəfindən müqavilə üzrə işlərin görülməsi mümkün olmamışdır. Göründüyü kimi, gecikmə məhz cavabdehin üzündən baş verdiyinə görə bu iddiaçının müqavilə öhdəliyini vaxtında icra etməməsi kimi qəbul edilə bilməz. Əksinə, 2018-ci ilin yanvar ayında mənzilin təhvil alınmasından 6 ay keçməsinə baxmayaraq cavabdeh tərəfindən onun üzərinə düşən öhdəlik tam icra edilməmiş, müqavilə üzrə ödənilməli olan 81623,54 manat pulun 55623,54 manatı iddiaçıya ödənilsə də, pulun qalan hissəsi, yəni 26.000 manat məbləğində pul x1-yə verilməmişdir. Bundan başqa, cavabdeh x2 müqavilənin 5.2-ci və 5.3-cü bəndlərinə uyğun olaraq gecikdirilmiş hər gün üçün 1% hesablanılmaqla, 3900 manat məbləğində cərimə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Tərəflər arasında bağlanılmış müqavilənin 5.2-ci bəndində qeyd edilmişdir ki, sifarişçi müqavilə üzrə yaranmış borcunu müvafiq olaraq 4.2-ci və 6.6-cı bəndlərdə müəyyənləşdirilmiş müddət ərzində tam şəkildə ödə məzsə, gecikdirilmiş hər gün üçün Podratçıya olan borcunun 1% həddində əsas borcun üzərinə əlavə cərimə hesablanır. Həmin müqavilənin 5.3-cü bəndində qeyd edilmişdir ki, cərimənin ümumi həddi ödənilməli olan əsas borcun 15%-dən çox ola bilməz. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh x2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-11925/2018 saylı, 21 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. İş materialları ilə müəyyən edilir ki, x1 (Podratçı) ilə x2 (Sifarişçi) arasında bağlanmış 10.05.2017-ci il tarixli 003/17 nömrəli podrat müqaviləsindən görünür ki, Podratçı müqavilənin 1.2-ci bəndində göstərilən obyekti müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə təmir etməyi, Sifarişçi isə görülmüş işin və təmir üçün istifadə edilmiş mal-materialların dəyərini müqa vilə ilə razılaşdırılmış qaydada və müddətdə Podratçıya ödəməyi öhdəsinə götürmüşdür. Bu müqavilədə obyekt dedikdə, ümumi sahəsi 283 kv.m. olan ünvan 1 ünvanında yerləşən əmlak (bundan sonra “Obyekt”) nəzərdə tutulmuşdur. Obyektin təmiri ilə bağlı görüləcək işlərin (bundan sonra “İşlər”) siyahısı, habelə istifadə olunacaq mal-materialların adları, növləri, miqdarı, çeşidi, qiyməti və digər əlamətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan müvafiq əlavələrdə əks olunur. Müqavilənin 2.7-ci bəndinə əsasən Podratçı işləri 5 ay ərzində tam yekunlaşdıraraq, Sifarişçiyə təhvil verməyi öhdəsinə götürür. İşlərin icrası müddətinin Podratçıdan asılı olmayan səbəblər üzündən uzanması Sifarişçi tərəfindən sifarişdən imtina və müqavilənin ləğvi üşün əsas sayılmır. Buna görə də Podratçı he ç bir məsuliyyət daşımır. Müqavilənin 5.2-ci və 5.3-cü bəndlərinə əsasən Sifarişçi müqavilə üzrə yaranmış borcunu müvafiq olaraq 4.2-ci və ya 6.6-cı bəndlərlə müəyyənləşdirilmiş müddət ərzində tam şəkildə ödəməzsə, gecikdirilmiş hər gün üçün Podratçıya olan borcunun 1%-i həddində əsas borcun üzərinə əlavə cərimə hesablanır. Cərimənin ümumi həddi ödənməli olan əsas borcun 15%-dən çox ola bilməz. 10.05.2017-ci il tarixdə 003/17 saylı müqavilənin 1 saylı əlavəsi olan qiymətlərin razılaşdırılması protokolundan görünür ki, müqavilə üzrə görülməli olan işlərin məbləği 81623.54 manat təşkil edir. 20.02.2018-ci il tarixli 015 saylı xəbərdarlıqdan görünür ki, x2 şirkətə olan borcun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə x1 tərəfindən xəbərdarlıq edilmişdir. GİF seriyalı 215252 nömrəli 17.04.2018-ci il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, x1 tərəfindən hüquqi xidmət haqqı olaraq vəkil Yusifov Araz Arzu oğluna 1500 manat ödəniş edilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında 10.05.2017-ci il tarixdə bağlanmış podrat müqaviləsinə əsasən iddiaçı cavabdehə məxsus mənzili 5 ay müddətində təmir etməyi, cavabdeh isə görülmüş işin dəyərini 81623,54 manat məbləğində pulu iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh tərəfindən mənzilin dizayn işlərinin həyata keçirilməsi ilə əlaqədar mənzil 3 ay müddətinə gec təhvil verilmişdir. Cavabdeh tərəfindən ödənilməli olan 81623,54 manat pulun 55623,54 manat hissəsi ödənilmiş, 26000 manat məbləğində pul ödənilməmiş qalmışdır. Məhkəmə iclasında cavabdehin nümay əndəsi iddiaçıya 26000 manat borcun olmadığını, ödənilməmiş borcun yalnız 2000 manat məbləğində olduğunu bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsi barədə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulatı mülkiyyətçi sifarişçiyə verir. Əgər ə vəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axırında bitir. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmi ş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. İşdə olan cavabdehin nümayəndəsi və vəkili tərəfindən təqdim olunmuş ödəniş qəbzindən müəyyən olundu ki, həmin qəbzə əsasən cavabdeh tərəfindən iddiaçıya qalan qalıq borcun məbləği olaraq 20000 manat qeyd olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin iddiaçıya 20000 manat məbləğində borcu yarandığı öz təsdiqi ni tapdığından, iddiaçı bu sübutetmə yükündən azad olur, iddiaçıya 20000 manatdan daha az məbləğdə borcunun qalması barədə sübutetmə yükü isə cavabdehin üzərinə düşdüyü halda, cavabdeh bunu təsdiq edə biləcək hər hansı sübutu məhkəmələrə təqdim edə bilməmişdir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsində işə baxılarkən maddi hüquq normaları düzgün tətbiq olunduğundan, prosessual hüquq pozuntusuna yol verilmədiyindən, kassasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: x2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar