Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2462/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X6 və X4 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, Cavabdeh1 və vəkili X5 iştirakı ilə, ASC «xxxx» Bankının Cavabdeh1, Cavabdeh2 və X2 qarşı «xx.xx.2014-cü il tarixli, **********30014 nömrəli kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair ilkin, Cavabdeh1, Cavabdeh2 və X1 ASC «xxxx» Bankına qarşı «xx.xx.2014-cü il tarixli, **********0014 saylı k redit müqaviləsinə Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxx 2015-ci il tarixli qərarı verildiyi gündən xitam verilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən iddiaçı ASC «xxxx» Bankı tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin (H.Mirzəliyev) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ASC “xxxx” Bankının Cavabdeh1, Cavabdeh2 və X2 qarşı «xx xxxxxxx 2014-cü il tarixli, **********30014 nömrəli kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan mənzildən çıxartma» tələbinə dair iddiasının qism ən təmin edilməsi, Cavabdeh2 12999.74 ABŞ dolları məbləğdə əsas, 926.41 ABŞ dolları məbləğdə faiz və 50 ABŞ dolları məbləğdə cərimə olmaqla, cəmi 13976.15 ABŞ dolları məbləğdə borcun qətnamə icra olunan günə manat məzənnəsi ilə hesablanıb ASC «xxxx» Bankına verilməsi, həmin borcun ödənilməsinin ipotekaya qoyulmuş, Cavabdeh1 mülkiyyətində olan mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi, mənzilin açıq hərracda satılmasından əldə olunacaq vəsait hesabına Cavabdeh2 banka olan borcunun ödənilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 30 manat və sənədlərin notariat qaydada təsdiq edilməsi üçün ödənilmiş 17 manat rüsumun Cavabdeh2 alınıb ASC «xxxx» Bankının hesabına ödənilməsi, iş üzrə 120 manat məbləğdə ekspertiza xərcinin iddiaçıdan və 100 manat məbləğdə ekspertiza xərcinin cavabdehdən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi, iş üzrə 250 manat məbləğdə əmlakın qiymətləndirilməsinə dair xərclərin Cavabdeh2 alınıb «xxxx» MMC-nin hesabına ödənilməsi, iş üzrə 250 manat məbləğdə əmlakın qiymətləndirilməsi xərcinin iddiaçı ASC «xxxx» Bankından alınıb «xxxx» MMC-nin hesabına ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh1Yəhya oğlunun, Cavabdeh2 və X1 ASC “xxxx” Bankına qarşı «xx.xx.2014-cü il tarixli, **********30014 nömrəli kredit müqaviləsi üzrə iddiaçının (kreditorun) tələblərinin təmin edilməsi üçün ipote ka predmetinə tutmanın yönəldilməsi» tələbinə dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.Mahmudov, hakimlər E.Hüseynov və V.Məlikov) «xxxx» Bank ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ASC «xxxx» Bankı kasasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmu ş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Hüquqi məsələlər: ASC “xxxx” Bankın nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, xx xxxxxxx 2014-cü il tarixli, **********30014 nömrəli ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan, Cavabdeh1 məxsus mənzilinə tutmanın yönəldilməsi, xx xxxxxxx 2014-cü il tarixli, **********30014 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 14437,74 ABŞ dolları məbləğdə əsas, 1322,53 ABŞ dolları məbləğdə faiz, 25,13 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 15785,40 ABŞ dolları məbləğdə borcun, xx xxxxxx 2017-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinin illik 19 faiz dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15 faiz dərəcəsi ilə hesablanan cərimə faizləri, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 17 manat məbləğdə çəkilmiş xərclər ipoteka predmetinin dəyərindən iddiaçı ASC “xxxx” Bankın xeyrinə tutulması, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsini, mənzil satıldıqdan sonra orada yaşayan Cavabdeh1, Cavabdeh2 və X3, onların ailəüzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri h alda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və ipoteka predmetinin ilkin satış qiyməti ipoteka predmetinin ipoteka müqaviləsinin 3.5-ci bəndində qeyd olunmuş likvid dəyərinin 20000 manat məbləğində təyin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1, Cavabdeh2 və X3 qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdeh ASC «xxxx» Bankı ilə onun arasında bağlanmış «xx.xx.2014-cü il tarixli, **********0014 saylı kredit müqaviləsinə Azərbaycan Respublikası Mərkəzi Bankının xx xxxxxx 2015-ci il tarixli qərarı verildiyi gündən xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşin mübahisə edilməyən hallarına görə Cavabdeh2 «xxxx Bank» ASC ilə xx xxxxxxx 2014-cü il tarixdə kredit müqaviləsi bağlayaraq, 48 ay müddətin ə, illik 19 faiz dərəcəsi olmaqla 17500 ABŞ dolları məbləğdə kredit götürmüşdür. Eyni zamanda Cavabdeh1 xx xxxxxxx 2014-cü il tarixdə ipoteka müqaviləsi bağlayaraq öhdəliyinin təmin olunması üçün mülkiyyətində olan, mənzilini ipotekaya qoymuşdur. Həmin vaxt ipoteka predmetinin bazar qiyməti müqavilədə 20000 manat qiymətləndirilmişdir. Cavabdeh2 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmişdir. Kredit müqaviləsi üzrə kreditor üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, lakin borcalan Cavabdeh2 müqavilə öhdəliklərinə vaxtında və lazımi qaydada əməl etməmiş və nəticədə onun kreditora borcu yaranmışdır. Məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxx 2018-ci il tarixli, xxxx saylı rəyi ilə müəyyən edilir ki, Cavabdeh2 xx xxxxxxx 2014-cü il tarixli, **********30014 saylı kredit müqaviləsi üzrə xx xxxxx 2017-ci il tarixə ASC “xxxx” Bankına olan borcu 15590.59 ABŞ dolları, o cümlədən: əsas borc üzrə 14664.18 ABŞ dolları, faiz borcu üzrə 926.41 ABŞ dolları təşkil edir. Məhkəmə mühasibatlıq ekspertizasının xx xxxxxx 2018-ci il tarixli, 11791 saylı rəyindən görünür ki, Cavabdeh2 xx xxxxx 2017-ci il tarixə ASC «xxxx» Bankına 14437.74 ABŞ dolları məbləğdə əsas, 1105.88 ABŞ dolları məbləğdə faiz borcu və 85.93 ABŞ dolları məbləğdə cərimə borcu olmaqla, cəmi 15629.55 ABŞ dolları məbləğində borcu yaranmışdır. «xxxx» MMC-nin xx xxxxxxxx 2018-ci il tarixli rəyindən görünür ki, ünvan 1 ünvanda yerləşən xx saylı mənzilinin real bazar dəyəri 40000 (qırx min) manat təşkil edir. «xxxx» MMC-nin xx xxxxxx 2019-cu il tarixli hesabatından görünür ki, ünvan 1 ünvanda yerləşən x x saylı mənzilinin real bazar dəyəri 37000 (otuz yeddi min) manat təşkil edir. İddiaçının nümayəndəsi bildirir ki, Cavabdeh2 «xxxx Bank» ASC ilə xx xxxxxxx 2014-cü il tarixdə kredit müqaviləsi bağlayaraq, 48 ay müddətinə, illik 19 faiz dərəcəsi olmaqla 17500 ABŞ dolları məbləğdə kredit götürmüşdür. Eyni zamanda Cavabdeh1 xx xxxxxxx 2014-cü il tarixdə ipoteka müqaviləsi bağlayaraq öhdəliyinin təmin olunması üçün mülkiyyətində olan,mənzilini ipotekaya qoymuşdur. İpoteka predmetinin bazar qiyməti müqavilədə 20000 manat qiymətləndirilmişdir. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini mütəmadi olaraq gecikdirmişdir və kredit müqaviləsi üzrə ödənişləri lazımi qaydada etməmişdir. Cavab deh2 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyini icra etməmişdir Cavabdeh1 bildirir ki, iddiaçı ASC «xxxx» Bankı ilə xx xxxxxxx 2014-cü il tarixdə kredit müqaviləsi bağlamış və 17500 ABŞ dolları məbləğdə kredit götürmüşdür. Eyni zamanda həmin tarixdə ipoteka müqaviləsi bağlamış və mülkiyyətindəki mənzili ipotekaya qoymuşdur. Lakin bank ona çox şişirdilmiş əsas, faiz və cərimə borcları hesablamışdır. Qeyd olunan borc məbləği ilə razı deyildir. Cavabdeh2 və X3 heç biri üzürlü səbəb göstərmədən işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişlər. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qətnaməsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 tərəfindən kredi t öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, iddiaçının cavabdehlərə qarşı tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Eyni zamanda Cavabdeh1 ilə iddiaçı arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi ipote kaya qoyulmuş, Cavabdeh1 mülkiyyətində olan mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi və Cavabdeh1, Cavabdeh2 və X3, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrində ləğv edilərək iş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmalı, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi ipotekaya qoyulmuş, Cavabdeh1 mülkiyyətində olan mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi və Cavabdeh1, Cavabdeh2 və X3, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrində qanuni və əsaslı deyildir. Azərbaycan Respublikası MPM-nin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəası baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödə nilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdi rmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin qeyd olunmuş müddəaları baxımından cavabdeh tərəfin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin laz ımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 12999.74 ABŞ dolları məbləğdə əsas, 926.41 ABŞ dolları məbləğdə faiz borcunun tutulması hissəsində dəyişdirmədən saxlamışdır. Eyni zamanda apelyasiya instansiyası məhkəməsi borcludan 50 ABŞ dolları miqdarda dəbbə pulu alınmalınması hissəsində də birinci instansiya məhkəməsi ilə razılaşmaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası MM-nin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Bundan başqa iş materiallarından görünür ki, ipoteka saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evi hesabına ödənilməsinə dair ipoteka saxlayanla ipoteka qoyan arasında notariat qaydasında təsdiqlənmiş razılaşma yoxdur. Odur ki ipoteka saxlayanın tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra-«İpoteka haqqında» Qanunun ) 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. "İpoteka haqqında" Qanunun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. "İpoteka haqqında" Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3. və 39.3.3-cü maddələrinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir. İlkin satış qiyməti ipoteka qoy anla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 ilə iddiaçı arasında ipoteka müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Ona görə də iddianın tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsi qanuni və əsaslı olduğundan apelyasiya instansiyası məhkəməsi bu hissədə də iddianı təmin etməklə iş üzrə düzgün qənaətə gəlmişdir. Məhkəmə kollegiyası borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi hissələrində apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşsa da ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində apelyasiya instansiy ası məhkəməsinin qətnaməsini qanuni və əsaslı hesab etmir. Belə ki, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən əmlakın likvid dəyərini deyil real bazar dəyərini əsas götürmüşdür. Halbuki “İpoteka haqqında” Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair xx xxxx 2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Qərardadında qeyd edilmi şdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Həmçinin həmin Qərardadda qeyd edilmişdir ki, “likvidlik” özü iqtisadi termin olaraq biznesdə, yaxud investisiya proseslərində aktivlərin bazarda əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmadan tez reallaşdırıla (satıla) bilməsi qabiliyyətidir. Likvid dəyər bazar dəyərinin müəyyənləşdirilməsi üçün adekvat marketinqin keçirilməsi üçün vaxt məhdudluğu şəraitində mülkiyyətin satılmasından real əldə oluna biləcək pulun məbləğidir. Bu baxımdan aydın olur ki, əmlakın likvid qiyməti onun bazar qiymətinin açıq bazar şəraitində daha asan və tez satılma imkanı verən həddini ehti va edir. Məlumdur ki, “Kredit müqavilələri üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması” tələblərinə dair işlərdə borcun vaxtında geri qaytarılmasından ibarət öhdəliyin icra edilməməsi özüözlüyündə borcverənin birbaşa zərərə məruz qalması ilə nəticələnməklə yanaşı, sahibkarlara münasibətdə qaytarılmalı borcun dövriyyədə istifadə edilməməsi səbəbi ilə onların sahibkarlıq fəaliyyətinə də zərər vurmuş olur. Eyni zamanda, məhkəmə mübahisələrinin kifayət qədər uzun müddət davam etməsi, habelə bununla bağlı borc alan və ya ipoteka qoyanlar tərəfindən yol verilən sui-istifadə halları da öz növbəsində zərər məbləğinin artmasının digər səbəblərindəndir. Bu vəziyyətdə borcun təminat vasitəsi olan ipoteka predmetinin satışına uzun müddət in sərf edilməsinin qarşısının alınması üçün qanunverici əmlakın real bazar dəyəri ilə deyil, onun daha tez realizə olunmasına imkan verən real bazar dəyərindən nisbətən aşağı, lakin əhəmiyyətli qiymət fərqi olmadan və dəyər itkisi yaratmayan likvid qiymətlə hərraca çıxarılmasını nəzərdə tutmuşdur. Təsadüfi deyil ki, “İpoteka haqqında” Qanuna edilmiş son dəyişikliklərlə ipoteka predmetinə tutmanın yönəldilməsi prosedurunun sadələşdirilməsi də məhz bu məqsədlərə xidmət edir. Bundan başqa məhkəmə kollegiyası iddianın Cavabdeh1, Cavabdeh2 və X3, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları hissəsində rədd edilməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə də razılaşmır. Belə k i, “İpoteka haqqında” Qanunun 59.3 və 59.4-cü maddələrinin tələbinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailəüzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Həmin müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailəüzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi ipotekaya qoyulmuş, Cavabdeh1 mülkiyyətində olan mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilm əsi və Cavabdeh1, Cavabdeh2 və X3, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrində qanuni və əsaslı olmamaqla maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinin məzmununa görə Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ASC «xxxx» Bankının kasasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ipotekaya qoyulmuş, Cavabdeh1 mülkiyyətində olan, mənzilin ilkin satış qiymətinin 40000 (qırx min) manat müəyyən edilməsi və Cavabdeh1, Cavabdeh2 və X3, onların ailə üzvləri və digər şəxslər mənzili 1 ay ərzində tərk etmədikləri halda, həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmalarının rədd edilməsi hissələrində ləğv edilsin. İş həmin hissələrdə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2462/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2462/2020
18.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver