Məhkəmə qərarları › İş №2(102)-2466/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2466/2021

27.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2466/2021 27.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı alimentin artırılması QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin icrata qəbul olunmasına dair qərardadın ləğv olunması və işin kassasiya baxışından çıxarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8153/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsindən Cav abdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 27 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh onun xeyrinə, 10 may 2015-ci il təvəllüdlü X1 və 07 noyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa görə hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, 10 m ay 2015-ci il təvəllüdlü X1 və 07 noyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər uşağa görə ayda 170 manat sabit pul məbləğində alimentinonun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbin onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh onun xeyrinə, 10 may 2015-ci il təvəllüdlü X1 və 07 noyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər uşağa görə hər ay 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırkı iqtisadi çətinliklər dövründə cavabdehin hər ay ödədiyi 140 manat aliment yetərli deyildir. Bu səbəbdən uşaqlara sərf olunan xərclər artdığı üçün alimentin artırılm asına ehtiyac vardır. Özü heç bir yerdə işləmir və pula böyük ehtiyacı var. Cavabdeh isə uşaqların normal saxlanmasına və onların əlavə xərclərinə heç bir köməklik göstərmir. Azyaşlı Ayla hazırda xəstədir və onun müalicəsi üçün pul lazımdır. Cavabdeh həm rəsmi əmək haqqı alır, həm də əlavə işlər görməklə gəlir əldə edir. Həmçinin, cavabdehin anası pensiya, qaçqın olmalarına görə müavinət alır və özü də işləyir. Bundan başqa, o, məhkəmə qaydasında cavabdehin evinə köçürülsə də, münasibətləri gərgin olduğundan orada yaşamaq qeyri-mümkündür. Ona görə də kirayədə yaşamağa məcbur olacaqdır. Bu halın da nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakim Z.Hacıyev, iş № 2(008)-2635/2 020 saylı) iddia qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli 2(008)-3863/2019 №-li qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə 10 may 2015-ci il təvəllüdlü X1 və 07 noyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə ayda 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 20 (iyirmi) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məm mədov və R.Həsənov, iş № 2(103)-8153/2020) apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2635/2020 saylı, 18 avqust 2020-ci il tarixli qətnaməsi alimentin məbləğinin müəyyən edilmiş hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul ediliməklə iddianın təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 29 avqust 2019-cu il tarixli 2(008)- 3863/2019 №-li qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə 10 may 2015-ci il təvəllüdlü X1 və 07 noyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa görə ayda 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulması və qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X3) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)8153/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili X3 izahatında göstərmişdir ki, işə baxarkən apelyas iya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı ApelLyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8153/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin baxılması üçün geri qaytarılmasını xahiş etdi Məhkəmə kollegiyası iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikasının MPM-nin 67-ci maddəsinə əsasən məhkəmə kollegiyası İddiaçı izahatını dinləməmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatd an az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması müəyyən edərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Cavabdeh kassasiya şikayəti MPMnin tələblərinə zidd olaraq icraata qəbul edilmişdir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, iddiaçı məhkəmədə iddia qaldıraraq, əvvəl hər bir uşağa görə müəyyən olunmuş 140 manat məbləğində alimentin artırılaraq 170 manat müəyyən olunmasını tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya ş ikayətində yalnız iddianın alimentin artırılmış hissəsi mübahisələndirildiyindən, həmin tələbin bir il ərzində məcmusu isə (170+170=340 (əvvəl 140+140=280 fərq 60 manat), 60 X 12 ay = 720 manat) 2000 manatdan az olduğundan qətnamənin həmin hissəsindən kassasiya şikayəti verilə bilməz Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, Ali Məhkəmənin Mülki kollegiyasının 10.02.2021-ci il tarixli 2(102)-2466/2021 nömrəli işin icraata qəbul edilməsinə dair qərardadı ləğv edilərək kassasiya şikayəti məhkəmə baxışından çıxarılaraq geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 112, 402, 417.1.7-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh Bakı Apelyasiya Məhkəməsi Mülki Kolle giyasının 2(103)-8153/2020 nömrəli iş üzrə 16 noyabr 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 10.02.2021-ci il tarixli 2(102)-2466/2021 nömrəli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə baxışından çıxarılsın. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar