Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2466/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı qızının cavabdeh X4 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüquqlarının tanınması) 05.07.2023 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı, Həsənov Vüqar Təvəkgül oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı qızının cavabdeh X4 qarşı mənzildən istifadə hüquqlarının tanınması, istifadə qaydalarının müəyyən edilməsi və istifadəyə edilən maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Şirvan Məhkəməsi Mülki kollegiyasının 2(106)-229/2023 nömrəli, 09 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilm iş kassasiya şikayətinə 5 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Hümmbətova X3 Ramil Binnət oğlu ilə 22 noyabr 2007-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənib ailə qurmuş, birgə nikahlarından 30 iyul 2008-ci il tarixdə Rabil və 29 aprel 2011-ci il tarixdə isə Türkan adlı uşaqları olmuş, X10 20 mart 2014-cü il tarixdə vəfat etmişdir.
2. Hümbətova Cavabdeh Afərim Qənimət qızının qaynanasıdır. 3. ünvan 1 ünvanda İddiaçı qızı, X7, X8, X15, X11, X14, X9, X5 və X1 daimi qeydiyyatdadırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı qızı (bundan sonra – iddiaçı) X4 (bundan sonra – cavabdeh) qarşı mənzildən istifadə hüquqlarının tanınması, istifadə qaydalar ının müəyyən edilməsi və istifadəyə edilən maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, əri Ramilin ölümündən bir qədər sonra qayınatası X12 vəfat etmişdir. Hazırda o, azyaşlı uşaqları və qayınanası ilə ünvan 2 ünvanda yaşayırlar və həmin evdə qeydiyyatdadırlar. Lakin bir yerdə yaşamalarına baxmayaraq, qayınanası ilə aralarında mübahisə olduğuna görə cavabdeh digər oğlunun yanına getmişdir. O, Ağcabədi regional “ASAN xidmət” mərkəzinə sorğu ilə müraciət edərək ünvan 2 ünvanda yerləşən evin mülkiyyətçiləri barədə məlumat verilməsini xahiş etmişdir. Sorğunun verilməsindən sonra cavabdeh mübahisəli evə 19 aprel 2022-ci il tarixdə çıxarış alaraq mülkiyyət hüququnun olmasını əsas tutaraq ünvan 2 ünvanda yerləşən evə qaz, elektrik enerjisi və su verilməsini dayandırmış, lakin sonradan məhkəmə qərarı ilə bərpa edilmişdir. Cavabdeh mübahisənin məhkəmədən kənar həllinə razılaşmamışdır.
6. Birinci instansiya məhkəməsində cavabdehin vəkili və nümayəndəsi iddianı qismən qəbul etmiş və bildirmişdir ki, hazırda mübahisəli evdə tərəflər birlikdə yaşayır. İddiaçının cehiz əşyaları həmin evdədir. Ailə üzvü kimi qəbul edilərək onlarla birlikdə təsərrüfat aparmış, mübahisəli evə qeydiyyata alınmışdır.
7. Ağcabədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 24 oktyabr 2022-ci il tarixli, 2(017)-1339/2022 saylı qətnaməsi ilə (hakim S.P.Ləzimov) iddia qismən təmin edilmiş, iddiaçının azyaşlı uşaqları - 30 iyul 2008-ci il tarix də anadan olmuş X14 və 29 aprel 2011-ci il tarixdə anadan olmuş X8 ilə birlikdə Daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində cavabdehin adına qeydə alınmış və Ağcabədi şəhəri Heydər Əliyev prospekti 101 saylı ünvanda yerləşən fərdi yaşayış evinə istifadə hüququnun tanınması və uşaqları ilə birlikdə həmin evdən istifadə edilməsinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı X10 ilə 2007-ci ildə ailə qurduqdan sonra ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmaqla gəlin köçmüşdür. İddiaçının cehiz əşyaları da həmin yaşayış evinə yığılmış və hazırda da həmin evdədir. İddiaçı ilə X2 nikahlarından 2008-ci ildə Rabil Hümmbətov və 2011-ci ildə Tü rkan Hümmbətova adlı iki uşaqları doğulmuşdur. X10 20 mart 2014-cü il tarixdə ölmüşdür. İddiaçı hazırda ünvan 2 ünvanda qeydiyyatdadır və onun başqa yaşayış yeri yoxdur. Cavabdeh iddiaçının evdən könüllü surətdə çıxıb getdiyini bildirsə də, müəyyən olunmuşdur ki, cavabdeh onu evdən məcburi qaydada çıxarmış, onu mübahisəli evə buraxmadığına görə Afərim məcbur olub uşaqları ilə birlikdə öz atası evinə getmişdir. İş üzrə cavabdeh 2007-ci ildə ailə qurub ünvan 4 ünvanda uşaqları ilə birlikdə yaşamasını istəyir.
9. İddiaçının azyaşlı uşaqları ilə birlikdə köçürülməsini tələb etdiyi Ağcabədi şəhəri Heydər Əliyev prospekti 101 saylı ünvanda yerləşən cavabdehin yaşadığı mübahisəli fərdi yaşayış sahəsi mülkiyyət hüququ əsasında tərəflərin heç birinin adına xüsusi mülkiyyət kimi dövlət reyestrində q eydə alınmamışdır.
10. Məhkəmə hesab etmişdir ki, mübahisəli yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmadığı üçün mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadığından, mübahisə Mülki Məcəllənin 11.1-ci və Mülki Prosessual Məcəllənin 13.4-cü maddələrinə əsasən qanunun analogiyası üzrə analoji münasibətləri tənzimləyən hüquq normalarına, yəni tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinə əsasən həll edilməlidir.
11. Məhkəmə həmçinin hesab etmişdir ki, iddiaçının X10 ilə 2007-ci ildə nikah münasibətlərinə girməklə ailə qurduqdan sonra cavabdehlərin razılığı ilə Ağcabədi şəhəri Heydər Əliyev prospekti 101 saylı ünvanda yerləşən fərdi yaşayış evinə gəlin köçdüyündən, cavabdehlə birlikdə y aşayıb onlarla ümumi təsərrüfat apardığından, həmin ünvana qeydiyyata alındığından və azyaşlı uşaqları ilə birlikdə həmin evdə yaşadıqlarından mübahisəli yaşayış evinə istifadə hüquqları tanınmalıdır.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 43, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 11.5, 2009cu ilin oktyabr ayının 1-nə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54, 54, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 14.2, 77.1, 78.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş e tmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddianı təmin edərkən məhkəmə mübahisəli fərdi yaşayış evinin tərəflərdən heç birinin adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmadığını göstərərək mübahisəli hüquq münasibətlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 11.1-ci və 13.4cü maddələrinə əsasən qanununun analogiyasını tətbiq etmiş və tərəflər arasında hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələrinin tələblərini şamil etmişdir. Halbuki, mübahisəli fərdi yaşayış evi 19 aprel 2022- ci il tarixdən onun mülkiyyətindədir, buna qədər isə mübahisəli fərdi yaşayış evi mərhum əri X6 mülkiyyətində olmuş, onun ölümündən sonra isə vərəsəlik qaydasında onun mülkiyyətinə keçmişdir. Hazırkı hüquq münasibətlərinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci və 228.2-ci maddələrinin tələbləri şamil edilməli olduğu halda, qeyd edilən maddi hüquq normalarının tələbləri pozulmuş və tətbiq edilməmişdir. Mübahisəli fərdi yaşayış evi iddiaçı həmin evə qeydiyyata düşməzdən əvvəl mərhum əri X6 mülkiyyətində olmuş, sonuncu iddiaçı həmin fərdi yaşayış evinə qeydiyyata alınarkən notariat qaydasında təsdiq edilən razılaşma verməmişdir. Daha sonra fərdi yaşayış evi vərəsəlik qaydasında onun mülkiyyətinə keçmiş və iddiaçı ilə aralarında notariat qaydasında təsdiq edilmiş hər hansı razılaşma mövcud deyildir. Məhkəmə tərəfindən iddiaçının hansı tarixdən mübahisəli fərdi yaşayış evinə qeydiyyata alınması, mübahisəli fərdi yaşayış evinin iddiaçı həmin ev ə qeydiyyata düşməzdən əvvəl və sonrakı hüquqi rejimi, hazırkı mülkiyyətçi ilə iddiaçının faktiki ailə daxili münasibətləri, iddiaçının tələblərinin cavabdehin mülkiyyət hüquqlarına təsiri və gələcəkdə mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəlmiş hərəkətləri araşdırılmamışdır. İddiaçının faktiki olaraq mübahisəli fərdi yaşayış evinə qeydiyyat düşərkən mülkiyyətçi ilə notariat qaydasında təsdiq edilmiş razılaşmanı əldə etməməsi qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun olmamasına sübutdur.
15. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-229/2023 nömrəli mülki iş üzrə 09 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər P.T.AƏhmədov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və C.F.İmanov) apellyasiya şik ayəti təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia təmin edilməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmamış və qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin 19 aprel 2022-ci il tarixli Çıxarışa əsasən, Ağcabədi şəhəri Heydər Əliyev prospekti 101 saylı ünvanda 0,0641 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi (ümumi sahəsi 134,5 kv.m) cavabdehin adına verilmiş və daşınmaz əmlakın dövlət reyestrində 7 nömrəli reyestr kitabının 23 nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci insta nsiya məhkəməsi Ağcabədi şəhəri Heydər Əliyev prospekti 101 saylı ünvanda yerləşən mübahisəli fərdi yaşayış sahəsinin mülkiyyət hüququ əsasında tərəflərin heç birinin adına xüsusi mülkiyyət kimi dövlət reyestrində qeydə alınmadığını göstərmişdir.
17. Məhkəmə bununla da, iş üzrə zəruri əhəmiyyət kəs edən bütün sübutları nəzərə almamış və müəyyən edilmiş faktiki hallara mötəbər sübutlar əsasında düzgün qiymət verməmişdir.
18. Daşınmaz əmlakın dövlət qeydiyyatına alınması cavabdehin mübahisəli evə məhz həmin andan sərəncam vermək hüququnun həyata keçirilməsinin hüquqi faktı kimi qəbul edilməklə, həmin daşınmaz əmlaka dair onunla digər ailə üzvləri arasında yaranan mülki və mənzil münasibətlərinə təsir göstərir.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına, xüsusən də mübahisəli fərdi yaşayış evinin 19 aprel 2022-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında dövlət reyestrində cavabdehin adına qeydiyyata alınmasına diqqət yetirməmiş, nəticədə isə maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 228, 552, 1253, Mənzil Məcəl ləsinin 30-cu maddələrini düzgün tətbiq etməmişdir. Mübahisəli yaşayış evinə iddiaçı və uşaqları transmissiya qaydasında vərəsədirlər. Əmlak Hümmbıtov binnət Kərim oğlunun mülkiyyətində olmuş, sonra vərəsəlik qaydaısnda cavabdehin mülkiyyətinə keçmidir. Belə olan halda miras qoyann vərəsələri sırasında iddiaçının əri də nəzərdə tutulur, o, vəfat etdiyindən iddiaçı və uşaqları vərəsələri hesab edilirlər. Qeyd edilənlərə əsasən iddiaçının mübahisəli mənzilə vərəsəlik və mülkiyyət hüququ vardır, bununla da müqavilə olmasına zərurət yoxdur və bu münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq edilmir. İddiaçının 2007-ci ildə nikaha daxil olaraq həmin vaxtdan mübahisəli evə gəlin köçdüyündən Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilə bilməz. İddiçı öz tələbinin əsası kimi istinad etdiy i halları sübut edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi sübutlara düzgün hüquqi qiymət verməmiş, iddiaçının mənzilə nə vaxt hüququnun yaranması, hüquq münasibətlərinə tətbiq olunan normalar düzgün qiymətləndirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
23. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
24. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).
25. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli Qərarı
26. Yaşayış binasının tərkib hissəsindən (mülkiyyət hüququnun tərkib hissəsi olan) istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə riayət edilməsi tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsi eyni zamanda nəzərdə tutur ki, yaşayış binasının t ərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə gəldikdə isə Mülki Məcəllənin 228.5-ci maddəsi həmin şəxslərin köçürülməsini mülkiyyətçinin razılığı ilə şərtləndirmişdir. Qanunun bu müddəalarının mənasına görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri tərəfindən öz ər və ya arvadının həmin sahəyə köçürülməsi üçün mülkiyyətçinin razılığı tələb olunur. Mülki Məcəllənin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. MPM
27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim e tdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
30. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
31. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
32. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işi n faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmu şdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
39. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müv afiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı qız tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-229/2023 nömrəli mülki iş üzrə 9 mart 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Q