Məhkəmə qərarları › İş №2(102)-247/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-247/2020

13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-247/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin vəkili Vəkil iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2526/2019 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğv e dicisi Əmanətlərin Sığortalanması Fondu və Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 193/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2016-cı il tarixə cavabdehin iddiaçıya əsas borc üzrə 694,700.00 manat, faiz borcu üzrə 329,513.42 manat, cərimə borcu üzrə 216,805.35 manat, cəmi 1,241.018.77 manat, C277/12 nömrəli, xx xxxxxx 2012-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə 96,005.93 USD, faiz borcu üzrə 110,441.00 USD, cərimə borcu üzrə 11,563.57 USD, cəmi 218,010.50 USD və dövlət büdcəsinə ödənilmiş 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişd ir. Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) xx xxx 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması barədə iddiası təmin edilməmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri - 295 (iki yüz doxsan beş) manat məbləğində pul iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinin hesabına keçirilməsi qət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, İnşallah Quliyev və Mahir Əsədli) xx xxxxxx 2019-cu il tarixli 2(107)-2526/2019 saylı qətnaməsi ilə iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi iddiaçı Ləğv prosesində olan “xxxx” ASC-nə mü nasibətdə dəyişdirilmədən, apelyasiya şikayəti isə təmin edilmədən saxlanılmışdır. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması və Vəkil kassasiya şikayəti verərək iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ekspert rəyindən də göründüyü kimi 193/13 və C277/12 nömrəli kredit müqavilələri Cavabdeh tərəfindən imzalanmışdır. Belə olan təqdirdə məhkəmə tərəfindən qeyd edilən müqavilələr üzrə iddianın rədd edilməsi mülki işə obyektiv baxılmasına xələl gətirir. 193/13 və C277/12 nömrəli kredit müqavilələri bank tərəfin dən məhkəməyə təqdim edilmişdir. Ucar rayon məhkəməsi tərəfindən də kredit müqavilələri, ona əsaslanan maliyyə arayışlarının mövcudluğu təsdiq edilir. Ekspert rəyində də adı çəkilən kredit müqavilələrinin Cavabdeh tərəfindən imzalanması təsdiq edilmişdir. Ucar rayon məhkəməsinin qətnaməsində 193/13 nömrəli, xx xxxx 2013-cü il tarixli və C277/12 nömrəli xx xxxxxx 2012-ci il tarixli kredit müqavilələri üzrə pul vəsaitlərinin verilməsini təsdiq edən sənədlərin surətinin aşkar edilməməsi iddianın rədd edilməsi əsası kimi göstərilmişdir, lakin bu, iddianın rədd edilməsi üçün əsas deyildir. Kredit müqaviləsi, maliyyə arayışları mövcuddur, kredit vəsaitinin verilməməsi mümkün ola bilməz. Kredit müqavilələri üzrə pul vəsaitlərinin verilməsini təsdiq edən sənədlərin surətinin aşkar edilməməsinin səbəbi mövcuddur. Azərbaycan Respublikası Mərkəzi X1 xx xxxxxx 2016-cı il tarixli 4/1 saylı qərarı ilə İddiaçı ASC-nin lisenziyası ləğv edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli 2-1 (81 )-1404/2016 saylı qərarı ilə İddiaçı ASC müflis elan edilmiş, Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilmişdir. Qeyd edilən vəziyyətdə İddiaçı ASC-də həyata keçirilən yerdəyişmə nəticəsində kredit müqavilələri üzrə pul vəsaitlərinin verilməsini təsdiq edən sənədlərin surətinin aşkar edilməməsi təbii haldır. Aşkar şəkildə mövcud olan sənədlərə qiymət vermədən iddianın rədd edilməsi qanuni deyildir. xx xxxx 2013-cü il tarixli, 193/13 nömrəli və xx xxxxxx 2012-ci il tarixli, C277/12 nömrəli kredit müqavilələri üzrə iddianın rədd edilməsi tamamilə əsassızdır, çü nki müqavilələr, maliyyə arayışları mövcuddur. Heç bir əsas olmadan iddia rədd edilə bilməz. PROSESSUAL MƏSƏLƏLƏR Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdirlər. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 739-cu maddələrinə əsasən işin materialları üzrə gəldiyi nəticələrə əsasən tərəflər arasında kredit müqaviləsi bağlansa da, müqavilədə nəzərdə tutulmuş məbləğin cavabdehə verilməsi və cavabdeh tərəfindən həmin məbləğin qəbul edilməsi təsdiq olunmur. İddiaçı tərəf pulun cavabdeh tərəfindən qəbul edilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələrlə razılaşmayaraq qeyd edir ki, məhkəmə birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməsi barədə qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gələrkən hazırkı işin faktiki h allarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, işin materiallarından görünür ki, xx xxxxxx 2012-ci il tarixli, C277/12 nömrəli kredit kartı vasitəsi ilə verilən kredit xətti müqaviləsinə əsasən bank ilə cavabdeh arasında borc verəninbankın cavabdehə-borc alana 36 ay müddətinə, illik 32 faiz dərəcəsi ilə 100000 USD məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır. xx xxxx 2013-cü il tarixli, 193/13 nömrəli təminatsız bərpa olunan kredit xətti müqaviləsinə əsasən isə bank ilə cavabdeh arasında borc verənin-bankın cavabdehə-borc alana 12 ay müddətinə, illik 15 faiz dərəcəsi ilə 660.000 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmış dır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli, 2-1(81)-1404/2016 nömrəli qərarının surətindən görünür ki, ərizəçi Azərbaycan Respublikası Mərkəzi Bankının İddiaçı ASC-nin iflas prosedurunun başlanmasına dair ərizəsi təmin edilməklə İddiaçı ASC müflis elan edilmiş və iflas proseduruna başlanılmış, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İddiaçının cavabdehə qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması barədə tələbinin əsasını 193/13 nömrəli, xx xxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən xx xxxxxxxx 2016-cı il tarixə cavabdehin iddiaçıya əsas borc üzrə 694,700.00 manat, faiz borcu üzrə 329,513.42 manat, cərimə borcu üzrə 216,805.35 manat, cəmi 1,241.018.77 manat, C277/12 nömrəli, xx xxxxxx 2012- ci il tarixl i kredit müqaviləsinə əsasən əsas borc üzrə 96,005.93 USD, faiz borcu üzrə 110,441.00 USD, cərimə borcu üzrə 11,563.57 USD, cəmi 218,010.50 USD borcu olması təşkil edir. Cavabdehin isə iş materiallarında olan etirazından görünür ki, onun bu müqavilədən xəbəri yoxdur. O, Bankdan kredit götürməmişdir. xx xxxxxxx 2016-cı il tarixli, 2578 saylı maliyyə arayışından görünür ki, cavabdehin xx xxxxxxxx 2016-cı il tarixə xx xxxxxx 2012-ci il tarixli C277/12 nömrəli kredit müqaviləsi üzrə borcuəsas borca görə 96005.93 USD, faiz borcuna görə 110441 USD, cərimə borcu üzrə 11563.57 USD, cəmi 218010.50 USD təşkil edir. xx xxxxxxx 2016-ci il tarixli, digər 2579 saylı maliyyə arayışından görünür ki, cavabdehin xx xxxxxxxx 2016-cı il tarixə xx xxxx 2013-cü il tarixli, 193/13 nömrəli kredit müqaviləsi üzrə borcuəsas borca görə 694700 manat, faiz borcuna görə 329513.42 manat, cərimə borcu üzrə 216805.35 manat, cəmi 1241018.77 manat təşkil edir. İşdə olan xx xxxxxxxx 2016-cı il tarixli, 2384 nömrəli borcun qaytarılması tələbinə dair xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə kredit müqavilələri üzrə öhdəliklərini yerinə yetirməsi təklif edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı və borc məbləğindən başqa tərəflərindən məhkəmə ilə əlaqədar çəkilmiş bütün xərclərin hamısının ondan tutulacağı bildirilmişdir. Həmçinin iş materiallarında olan cavabdehin iddiaya olan mövqeyinə əsasən təyin edilərək keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2017-ci il tarixli, 1068 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmu ş xx xxxx 2013-cü il tarixli, 193/13 nömrəli təminatsız bərpaolunan kredit müqaviləsində “Borcalan” qrafasındakı imzalar və xx xxxxxx 2012-ci il tarixli, C277/12 nömrəli kredit kartı vasitəsilə verilən kredit xətti müqaviləsində “Borcalan” qrafasındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2018-ci il tarixli, 23612 nömrəli və xx xxxxxx 2019-cu il tarixli, 6924 nömrəli ekspert rəylərindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx xxxxxx 2012-ci il tarixli, C277/12 nömrəli kredit müqaviləsinin şərtlərini əsas götürməklə cavabdehin xx xxxxxxxx 2016-cı il tarixədək (sualda göstərilən tarixədək) banka olan bor cu 181798.11 USD məbləğində müəyyən olunur, o cümlədən xx xxxxxxxx 2016-cı il tarixə əsas borc üzrə 96005.93 USD, faiz borcu üzrə 85792.18 USD. Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış və xx xxxx 2013-cü il tarixli, 193/13 nömrəli kredit müqaviləsinin şərtlərini əsas götürməklə cavabdehin xx xxxxxxxx 2016-cı il tarixədək (sualda göstərilən tarixədək) banka olan borcu 1021851.71 manat məbləğində müəyyən olunur, o cümlədən xx xxxxxxxx 2016-cı il tarixə əsas borc üzrə 694700.00 manat, faiz borcu üzrə 327151.71 manat. xx xxxxxxxx 2016-cı il tarixdən xx xxxxxx 2017-ci il tarixədək cavabdeh tərəfindən banka 280.00 manat məbləğində ödəniş edilmiş, amma bu ödənişlər sualda göstərilən tarixdən sonra baş verdiyi üçün cədvəldə nəzərə alınmadı. İş materiallarında olan cavabdehlə iddiaçı arasında bağlanmış xx xxxxxx 2012-ci il tarixli, C277/12 və xx xxxx 2013-cü il tarixli, 193/13 nömrəli kredit müqaviləsi üzrə cərimə pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Buna görə də hazırkı tədqiqatla cavabdehə cərimə hesablanmır. Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 №li Qərarının 3.3-cü bəndinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamə və ya qərardadda əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin ol unub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş materiallarında olan ekspert rəylərinə sadalanan qanunvericilik normalarının tələbləri və işin faktiki araş dırılmış halları baxımından düzgün hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-in 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə b orclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməm əsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranması faktı mövcud və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməli olduğu halda apellyasiya instansiyası məhkəməsi tərəflər arasında göstərilən müqavilənin bağlanmasını qeyd etsə də, kredit müqaviləsində nəzərdə tutulmuş məbləğin cavabdehə verilməsi və onun tərəfindən həmin məbləğin qəbul edilməsinin təsdiq olunmamasına dair qənaətini mötəbər və tutarlı sübutla rla əsaslandırmamışdır. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdehin müqavilədə nəzərdə tutulmuş məbləği almasını iddiaçı tərəfin sübut etməməsinə dair nəticəsi işin hallarına uyğun olmamışdır. Belə ki, işin materiallarından görünür ki, ekspert rəyində də adı çəkilən kredit müqavilələrinin Cavabdeh tərəfindən imzalanması təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə həmin ekspert rəyinin hazırki iş üzrə sübut növü kimi qiymətləndirilməməli olmamasına qiymət verməmişdir. Halbuki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, eləcə də cavabdeh tərəfin bu rəylə bağlı mövqeyi öyrənilmədən həmin rəyin hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməməli olmaması işə baxan məhkəmələr tərəfindən əsaslandırılmalı idi. Məhkəmə kollegiyası daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin xx xxxxxx 2017-ci il tarixli, 1068 nömrəli ekspert rəyi məhkəməyə daxil olduqdan sonra onun iştirakı ilə keçirilmiş xx xxxx 2017-ci il tarixli məhkəmə iclasında cavabdehin sözügedən rəylə bağlı mövqeyini öyrənmədən, həmçinin cavabdehin fikrini belə soruşmadan iddiaçının izahatı ilə kifayətlənib məhkəmə mühasibatlıq ekspertizasını təyin etməsinə, ümumiyyətlə cavabdehi n işə mahiyyəti baxılmasına iştirakının təmin edilməməsinə diqqət yetirməmiş, özü tərəfindən də onun apellyasiya şikayətinə münasibəti öyrənilmədən iştirakını təmin etmədən işə baxılmışdır. Həmçinin işin materiallarından görünür ki, müqavilə bağlanandan sonra müqavilə üzrə iki dəfə ödəniş həyata keçirilmişdir. Lakin apellyasiya instansiyası məhkəməsinin həmin ödənişlərin kimin adından və kimin tərəfindən ödənilməsini araşdırmamış, müəyyən edilmiş hallara isə hüquqi qiymət verməmişdir. Halbuki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sü butlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilibedilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə xüsusi qərardad çıxarılmasına baxmayaraq onun əsasında aparılan araşdırmanın nəticələrinin iş üçün mühüm əhəmiyyət kəsb etdiyi halda araşdırmağa cəhd etməmişdir. Kollegiya qeyd edir ki, iş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Maddənin məzmununa görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərd ə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Beləliklə də kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işə baxarkən gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Kassasiya şikayətinin dəlilləri yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsasdır. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondu və Vəkil tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)2526/2019 saylı qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar