Məhkəmə qərarları › İş №2(102)-2470/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2470/2019

09.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2470/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkil X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2018-ci il tarixli qətnaməsindən iş üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Bağırov, iş № 2(009)-xx/18) İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rə dd olunmuşdur. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasınınxx xx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər S.Hacıyev-sədrlik edən və məruzəçi, R.Eyvazov və F.Talışinski, iş № 2(103)xx/18) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Səbail Rayon Məhkəməsinin xx xx 2018-ci il tarixli qətnaməsidəyişdirilmədən saxlanılmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrəxx xx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi, iddia ərizəsinin dəqiqləşdirilməsi, həmçinin iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 6000 00 (altı yüz min) AZN əsas borcun, 30 AZN dövlət rüsumunun əvəzinin və 252.000 AZN əldən çıxmış faydanın, cəmi 852030 (səkkiz yüz əlli iki min otuz) AZN məbləğində pulun Cavabdeh Məmmədhəsən oğlundan alınaraq ona (iddiaçıya) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçının vəkili S.Əliyeva məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və kassasiya şikayətində göstərilən xüsusatları təsdiq edən eyni məzmunlu izahat verdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və y eri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da, üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini, vəkil S.Əliyevanın izahatını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməli,Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrəxx xx 2018-ci il tarixli qətnaməsi ləğv olunmalı və iş apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşdən görübdüyü kimi, iddiaçının tələbi Cavabdeh 600000 (altı yüz min) AZN əsas borcun, 30 AZN dövlət rüsumunun əvəzinin və 252.000 AZN əldən çıxmış faydanın, cəmi 852030 (səkkiz yüz əlli iki min otuz) AZN məbləğində pulun tutulması barədədir. Cavabdehin yaşadığı yeri müəyyən etmək mümkün olmasa da birinci instansiya məhkəməsi sonuncu yaşayış yeri kimi iddia ərizəsində göstərilən ünvanı əsas götürərək işə mahiyyəti üzrə baxmış və iddianı əsassız olduğuna görə rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlamışdır. İddiaçının kassasiya şikayətinin əsas dəlili apellyasiy a instansiyası məhkəməsində işə baxılarkən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməməsi barədədir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən kassasiya şikayətinin bu dəlilini əsaslı sayır. İş materiallarından görünür ki, 22.06.2018-ci il tarixdə apellyasiya şikayəti mümkün sayılaraq işə apellyasiya qaydasında baxılmasıxx xx 2018-ci il tarixə saat 15:20-yə təyin edilmiş və bu barədə tərəflərə, o cümlədən cəzaçəkmə müəssisəsində saxlanılan iddiaçıya məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilmişdir. İşin 79-cu vərəqində olan məhkəmə bildirişindən görünür ki, həmin bildiriş 02.07.2018-ci il tarixdə İddiaçı deyil, “a1” soyadlı şəxsə təqdim olunmuş və bildiriş həmin şəxs tərəfindən imzalanmışdır. Bu səbəbdən iddiaçının məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatı olmamışdır. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi təyin olunmuş vaxtda iddiaçının iştirakı olmadan işə baxaraq hazırda mübahisələndirilən qətnaməni qəbul etmişdir. Halbuki, iddiaçı məhkəmə iclasında iştirak etmək arzusunda olduğunu apellyasiya şikayətində qeyd etmişdi. Azərbaycan Respublikası MPM-nin 138.1, 138.3-cü maddələrinin tələbinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərin öz müdafiəsini hazırlamağa və məhkəməyə vaxtında gəlmələrinə imkan yaratmaq üçün məhkəmə bildirişi onlara məhkəmə iclasının və ya müvafiq prosessual hərəkətin tarixinə ən azı 10 gün qalmış verilir. Həmin Məcəllənin 376.1, 376.2-ci maddələrinin tələbinə əsas ən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsində işə baxılarkən cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş, məhkəmə iclası təxirə salınmalı olduğu halda buna əməl edilməmiş və onun iştirakı olmadan işə baxılmışdır. Azərbaycan Respublikası MPM-nin 418.4.5-ci maddəsinin tələbinə görə, işə məh kəmə tərəfindən məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilməmiş işdə iştirak etməli şəxslərdən hər hansı birinin iştirakı olmadan baxılması şikayətin dəlillərindən asılı olmayaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv olunması üçün əsasdır. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmaqla apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan pozuntuları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri gö rməli, işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar etməli, prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiə hüququ və bu hüquqla əhatə olunan məhkəməyə müraciət hüququ beynəlxalqhüquqi aktlarda ədalətli məhkəmə araşdırması hüququ kimi geniş əks olunmuşdur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhk əmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Kraska İsveçrəyə qarşı” iş üzrə xx xx 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Krçmar Çex Respublikasına qarşı” iş üzrə xx xx 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, ədalətli araşdırma anlayışını daha da genişləndirən elementlərdən biri olan tərəflərin bərabərliyi prinsipi hər tərəfə, onu qarşı tərəfə nisbətən əhəmiyyətli dərəcədə əl verişsiz şəraitdə qoymayan şəkildə öz işini təqdim etmək imkanının verilməsini tələb edir. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinin tələbinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Həmin Məcəllənin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MP M-nin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrəxx xx 2018-ci il tarixli 2(103)-xx/18 saylı qətnaməsi ləğv olunsun və iş apel lyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar