Məhkəmə qərarları › İş №2(102)-2471/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2471/2021

03.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2471/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları, iddia müddətinin keçməsi, iddia müddətinin axımının dayandırılması, iddia müddətinin axımının kəsilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı, Cavabdeh vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2885 /2020 nömrəli iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunda bağlanmış 08.12.1999-cu il tarixli borc müqaviləsinə əsasən iddiaçı cavabdehə altı ay müddətinə 3200 ABŞ dolları məbləğində borc vermişdir. 21.04.2004-cü il tarixdə iddiaçının şikayəti əsasında Yasamal Rayon Polis İdarəsi İstintaq şöbəsində (bundan sonra – RPİ İŞ) cavabdehin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsilə cinayət işi başlanmışdır. Həmin orqanın 30.01.2017-ci il tarixli qərar ı ilə cinayət işi üzrə icraata cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 6400 ABŞ dolları, mənəvi ziyana görə 15000, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə onun arasında pulun alınmasını təsdiq edən borc müqaviləsi Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunda rəsmiləşdirilmişdir. O, eyni zamanda eyni üsulla 12 may 2000-ci il tarixdə X1 da aldadaraq 1100 ABŞ dolları məbləğdə pulunu ələ keçirmiş və hal-hazıra kimi qaytarmamışdır. Cavabdehin qanunsuz hərəkətlərindən m üxtəlif hüquq mühafizə orqanlarına dəfələrlə müraciət etsə də, heç bir nəticəsi olmamış, nəticədə əsəb gərginliyi keçirmiş, iztirab çəkmişdir. Cavabdeh onun pul vəsaitini iki ildən çox müddətə saxlayaraq ondan faydalanmışdır. Bu baxımdan həmin puldan bəhrələnməyə görə faizlər ödəməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-2583/2019 nömrəli iş üzrə 25 aprel 2019-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisənin predmetini təşkil edən müqavilələrin bağlandığı vaxtdan 10 ildən artıq müddət keçdiyindən və iddiaçı tərəfindən müddətin ötürülməsi ilə bağlı hər hansı bir üzrlü səbəb məhkəməyə təqdim edilmədiyindən iddia mü ddəti tətbiq edilərək iddia tələbi müddətin ötməsinə görə rədd edilməlidir. Məhkəmə öz mövqeyini 11 sentyabr 1964-cü il tarixdə qəbul edilmiş Mülki Məcəllənin (bundan sonra - əvvəlki Mülki Məcəllə) 73, 77 və 82-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 217.2-ci maddəsinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin hərəkətləri ilə bağlı müraciətinə əsasən Yasamal Rayon Polis İdarəsində 21 aprel 2004-cü il tarixdə Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmış, lakin həmin cinayət işinə 30.01.2017-ci il tarixdə xitam verilmişdir. Xitamla bağlı ona nə rəsmi, nə də qeyri-rəsmi məlumat verilməmişdir. Həmin xitam qərarını yalnız 01.02. 2019-cu il tarixdə cinayət işi ilə maraqlanan zaman müstəntiq bildirmiş və ona məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək bildirmişdir ki, 43 saylı Notarial Kontorunda 08.12.1999-cu il tarixində borc müqaviləsinə əsasən 3200 ABŞ dolları məbləğində altı ay müddətinə bir müqavilə bağlanılmışdır. Həmin borc onun tərəfindən qaytarılmış, lakin tərəf müqaviləni ləğv etməmişdir. Yasamal RPİ tərəfindən qəbul edilmiş qərarda texniki səhvlər buraxılmaqla onunla iddiaçı arasında 19, 27 saylı Notariat Kontorlarında müqavilənin rəsmiləşdirilməsi qeyd edilmişdir. Notariat Baş Arxiv İdarəsində onun tərəfindən iki müqavilənin rəsmiləşdirilməsi qeydə alınmamşdır. Həmçinin hazırkı iş materialları nda iki müqavilə və etibarnamə yoxdur. Digər tərəfdən 1999-cu il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı 3 il müddətində tələb irəli sürməli idi, lakin 10 ildən artıq müddətdir ki, tələb irəli sürülməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2885/2020 nömrəli iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbinin qismən təmin edilməsi, cavabdehdən 3200 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən etdiyi manat məzənnəsinə uyğun olaraq) və ödənilmiş dövlət rüsum u 30 manatın alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 739-cu maddəsi təşkil edir. İddiaçı borcun verilməsi ilə bağlı 08.12.1999-cu il tarixdə iki borc müqaviləsini bağlandığını qeyd etsə də, Bakı şəhəri 43 saylı Dövlət Notariat Kontorunda iddiaçı ilə cavabdeh arasında bağlanmış 08.12.1999-cu il tarixli bir borc müqaviləsini təqdim edir, cavabdeh də iddia tələbini 08.12.1999-cu il tarixli həmin borc müqaviləsinə münasibətdə qəbul edir, lakin həmin pulu da qaytardığını bildirir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir. Buna görə də etirazının əsası kimi istinad etdiyi bu halı, yəni borcun qaytarılmasını cavabdeh sübut etməlidir. Cavabdeh belə bir sənəd, yəni borcun ödənilməsinə dair sənəd təqdim edə bilmir. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehin etiraf etdiyi hissədə, 3200 ABŞ dollarına münasibətdə əsaslıdır və təmin edilməlidir. Apellyasiya instansiyası məhkəməsi iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbini rədd edən birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı iddia müddəti ərzində polisə müraciət etdiyi və Yasamal RPİ Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başladığı üçün həmin cinayət iş inin icraatı mərhələsində ona dəymiş zərərin ödənilməsinin qanuni əsasları mövcuddur, ona görə də onun qanuni gözləntisi olmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırkı halda iddia müddət Yasamal RPİ İŞ-in “Cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 30 yanvar 2017-ci il tarixli qərarından hesablanmalıdır ki, bu halda da müddət ötürülməmişdir. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 739-cu maddəsinə, MPM-in 77.1, 385.1.1, 385.1.1, 386, 388-ci madələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi ni, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə iş üzrə birbaşa əlaqəsi olan şahidlərin ifadələrini dinləməkdən imtina etmiş, bu, işin həllinə birbaşa təsirini göstərmişdir. 2000-ci ilin aprel ayında avtomobilini sataraq borcunu qaytarmış və bu barədə polisdə verdiyi ifadələrində qeyd etmişdir. Lakin məhkəmə bu halları nəzərə almayaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Kassator şikayətinin əsası kimi MPM-in 62.1, 62.2, 386, 418, 418.4.6, 418.4.7, 416maddələrinin, Mülki Məcəllənin 337.1, 338, 339-cu maddələrinin tələblərinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlar a qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qə bul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan işdə iddia tələbi apellyasiya instansiyası məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Kassasiya şikayətində iş üzrə yeganə cavabdeh olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etsə də, iddia tələbinin rədd edilən hissəsi iddiaçı tərəfindən mübahisələndirilmədiyindən, qətnamə yalnız mübahisələndirilən hissədə, yəni iddia tələbinin təmin olunan hissəsində yoxlanılır. Tətbiq edilən hüquq Əvvəlki Mülki Məcəllə Hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün üm umi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativ və sair ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə isə bir il müəyyən edilir (maddə 73). İddia müddəti tərəflərin bildirməsindən asılı olmayaraq, məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi tərəfindən tətbiq olunur (maddə 77). İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır; iddia hüququ, şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Bu qaydadan istisnalar, habelə iddia müddətinin dayandırılması və iddia müddətində fasilə, SSR İttifaqı qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilir (maddə 78). İddia müddətinin axımı aşağıdakı hallarda dayandırılır: 1) iddia qaldırmağa fövqəladə və həmin şəraitdə qarşısı alına bilməyən hadisə (qarşısı alına bil məyən qüvvə) mane olduqda; 2) SSRİ Nazirlər Soveti və ya Azərbaycan SSR Nazirlər Soveti tərəfindən öhdəçiliklərin icrası üçün möhlət (moratorium) müəyyən edildikdə; 3) iddiaçı və ya cavabdeh hərbi vəziyyətə keçirilmiş SSRİ Silahlı Qüvvələrinin tərkibində olduqda. Bu maddədə göstərilən vəziyyət iddia müddətinin axırıncı altı ayı ərzində baş verdikdə və ya mövcud olmaqda davam etdikdə iddia müddətinin axımı dayandırılır; iddia müddəti altı aydan az olduqda isə, - iddia müddəti ərzində dayandırılır. Müddətin dayandırılması üçün əsas olan öhdəçiliyin xitam edildiyi gündən, müddətin axımı davam edir və müddətin qalan hissəsi altı aya qədər uzadılır, iddia müddəti altı aydan az olduqda isə, iddia müddəti həmin müddətə çatdırılır (maddə 80). Müəyyən edilmiş qaydada iddianın qaldırılması ilə iddia müddətinin axımı kəsilir. Qaldırılmış, lakin baxılmamış iddia, iddia müddətinin axımını kəsmir. Tərəflərdən biri və ya hər ikisi vətəndaş olan mübahisələr üzrə iddia müddətinin axımı, borclu şəxsin borcu e`tiraf etməsini təsdiq edən hərəkətləri ilə də kəsilir. Fasilədən sonra iddia müddətinin axımı yenidən başlayır; fasiləyə qədər keçmiş vaxt yeni müddətə hesablanmır. Cinayət işində qaldırılmış iddiaya məhkəmə tərəfindən baxılmayıbsa, iddianın qaldırılmasına qədər olan iddia müddətinin axımı, iddianı baxılmamış saxlayan hökm qanuni qüvvəyə mindiyi gündən davam edir (maddə 81). İddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün əsasdır. Məhkəmə, arbitraj və ya münsiflər məhkəməsi iddia müddətinin keçməsi səbəbini üzrlü hesab etdikdə, pozulmuş hüquq müdafiə edilməlidir (maddə 82). Borc müqaviləsinə görə bir tərəf (borc verən) digər tərəfin (borc alanın) mülkiyyətinə, əməli surətdə idarə etməsinə pul və ya cinsi əlamətləri ilə müəyyən edilən şey verir, borc alan isə müqavilədə müddət göstərilmədikdə isə borc verənin tələbi üzrə (bu Məcəllənin 163-cü maddəsi), aldığı eyni pul məbləğini və ya şeyin miqdarına, keyfiyyətinə və cinsinə bərabər olan şeyi qaytarmaq öhdəçiliyini öz üzərinə götürür. Tərəflərin borc öhdəçiliyi alğı-satqıdan, əmlakın kirayə verilməsindən və ya digər əsaslardan irəli gəldikdə, bu fəslin qaydaları tətbiq edilir. Borc müqaviləsində müqavilənin predmeti ilə yanaşı onun pulla qiyməti də göstərilməlidir. Borc müqaviləsi pulun və ya şeylərin təhvil verildiyi vaxt bağlanmış hesab olunur (maddə 266). X2 şikayəti ilə əlaqədar Azərbaycan Resp ublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarı Pozulmuş hüquqların məcburi müdafiəsi qeyri-məhdud deyil, qanunvericilikdə konkret müəyyənləşdirilən müddətlər - iddia müddətləri daxilində mümkündür. Əvvəlki Mülki Məcəllənin 78-ci maddəsinə əsasən iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Əvvəlki Mülki Məcəllənin 77-ci maddəsi iddia müddətlərilə bağlı məsələlərin həllini tərəflərin iradəsindən asılı olmayaraq birbaşa məhkəməni n səlahiyyətinə aid edir, 82-ci maddəsi isə iddia qaldırılana qədər bu müddətin keçməsini iddianı rədd etmək üçün əsas kimi müəyyənləşdirirdi. Sadalanan normalar, həmçinin, iddia müddətin axımının başlanğıcının düzgün müəyyən edilməsinin tərəflərin hüquq və qanuni mənafelərinə təsiri məhkəmənin bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla təyin etməsi zərurətini ortaya çıxarır. İddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Ə.Ə.Nəsibovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstituriya Məhkəməsi Plenumunun 03 may 2012-ci il tarixli qərarı... atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. MPM Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2). Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməs ində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin (maddə 386). Kassasiya məhkəməsi işə baxarkən:...apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər... (maddə 417.1.4) Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır (maddə 418.1). Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hes ab edilir (maddə 418.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi MPM-in 217.2-ci maddəsinə görə, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisələndirilməyən hallarına görə tərəflər arasında borc müqaviləsi 08.12.1999-cu ildə ay müddətinə bağlanmışdır. Qeyd edilən normanın tələbinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına uyğun çıxarılmalı olduğu halda apellyasiya instansiyası məhkəməsi mübahisəyə qüvvədə olan Mülki Məcəllənin 739-cu maddəsini tətbiq etməklə maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. MPM-in 418 və 386-cı m addələrinə əsasən isə bu hal apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün əsasdır. MPM-in 217.2-ci maddəsinin tələbləri baxımından tərəflər arasında 08.12.1999-cu il tarixdə bağlanmış borc müqaviləsi üzrə pul tələbinin qanuni əsası kimi həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin 266-cı maddəsi çıxış edir. Bununla yanaşı, qüvvədən düşmüş Mülki Məcəllə hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün üç illik ümumi müddət (iddia müddəti) müəyyən edilirdi və tərəflərin bildirməsindən asılı olmayaraq, bu müddəti tətbiq etmək məhkəmənin vəzifəsi kimi nəzərdə tutulur, iddia qaldırılana qədər iddia müddətinin keçməsi iddianı rədd etmək üçün birbaşa əsas hesab edilirdi (maddə 73, 77, 82). Qanun nəzərdə tuturdu ki, iddia müddətin in axımı iddia hüququ əmələ gələn gündən, yəni şəxsin öz hüququnun pozulmasını bildiyi və ya bilməli olduğu gündən əmələ gəlir. Bu qaydadan istisnalar, habelə iddia müddətinin dayandırılması və iddia müddətində fasilə, SSR İttifaqı qanunvericiliyi və bu Məcəllə ilə müəyyən edilir (maddə 78). İddiaçı ilə cavabdeh arasında borc müqaviləsi 08.12.1999-cu il tarixdə 6 ay müddətinə bağlandığından həmin müddətin keçməsi ilə iddiaçı pulun qaytarılması ilə bağlı hüququnun pozulduğunu bilmiş və Məcəllənin 78-ci maddəsinə əsasən iddia müddətinin axımı başlanmış, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə təxminən 19 il sonra müraciət etmişdir. Əvvəlki Mülki Məcəllənin 82-ci maddəsinə əsasən bu hal iddianı rədd etmək üçün birbaşa əsasdır. Nəzərə alınmalıdır ki, hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş mülki qanunvericilikdə müddətin axımının dayandırılması (maddə 80), kəsilməsi (maddə 81) və buraxılmış müddətin üzürlü hesab edilməsi (maddə 82) qaydası və əsasları müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2012-ci il tarixli və 03 noyabr 2008-ci il tarixli qərarlarında iddia müddətləri ilə bağlı ifadə edilmiş hüquqi mövqelərə görə atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Qanunda iddia müdətinin axımının başlanması anının xüsusi tənzimlənməsi, onun dayandırılması və kəsilməsinin məhdud dairəsinin müəy yən edilməsi məhz subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Lakin baxılan iş üzrə iddiaçı tərəfindən məhkəmə baxışı zamanı belə hallara istinad edilməmiş və məhkəmlər tərəfindən bu halların mövcudluğu müəyyən edilməmişdir. Eyni zamanda əvvəlki Mülki Məcəllədə iddia müddətinin axımının dayandırılması və kəsilməsinin konkret (məhdud) əsasları sırasında kreditorun pozulmuş hüququnun müdafiəsi üçün digər dövlət orqanlarına, o cümlədən, hüquq mühafizə orqanlarına müraciət etməsi kimi hal müəyyən edilməmişdir. Digər tərəfdən baxılan iş üzrə iddiaçının şikayəti əsasında cinayət işi də onun hüququnun pozulduğunu bildikdən, yəni borc müqaviləsi üzrə pulun qaytarılma vaxtı çatdıqdan, başqa sözlə iddia müdətinin axımı başlandıqdan 3 ildən artıq müddət keçdikdən sonra qaldırılmışdır. Qeyd edilənlərə əsasən Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə mübahisələndirilən hissədə ləğv edilməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmədiyndən və iş üzrə müəyyən edilmiş hallar və sübutlar yeni qərar qəbul olunmasına imkan verdiyindən MPM-in 417.1.4 və 417.2-ci maddələrinə əsasən həmin hissədə yeni qərar qəbul edilməli və iddia təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cav abdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2885/2020 nömrəli iş üzrə 26 avqust 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddia tələbinin təmin olunan hissəsində ləğv edilsin. Həmin hissədə yeni qərar qəbul edilsin və iddia həmin hissədə də təmin olunmasın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar