Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2473/2019 26.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə və Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)11979/2018 nömrəli iş üzrə 15 noyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayon Məhkəməsinin ( hakim E.E.Rəhimov) (2(009)-2547/2018 saylı 20 avqust 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh 21.600 manat icarə haqqının tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər V.Ə.Baxışova (sədrlik edən və məruzəçi), V.T.Həsənov və N.Ş.Cəfərov) 2(103)-11979/2018 nömrəli, 15 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməsi, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-2547/2018 saylı 20 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia rədd edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Cavabdeh qarşı “icarə haqqının və əldə çıxmış faydanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdı r ki, o, 28.05.2015-cı il tarixdə Bakı şəhəri, Ə.Cavad küçəsi və Y.İbrahimli küçələrinin kəsişməsində inşa edilən binanın “C” blokunda yerdən başlamaqla 2-ci mərtəbədə yerləşən 410 kv/m olan qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri 18 saylı Notariat Kontorunda Cavabdeh ilə icarə müqaviləsi bağlamışdır. Həmin müqavilənin 2-ci bəndinə əsasən icarə müddəti 3 il müəyyən edilmiş və müqavilənin 3-cü bəndinə əsasən cavabdeh ona icarəyə verilmiş tikili üçün, hər ayın ilk beş günü ərzində 600 manat məbləğində icarə haqqı verilməsini öhdəsinə götürmüşlər. Lakin bir müddət ərzində cavabdeh ona icarə haqqı ödəməmişdir. Hal-hazırda icarəyə götürülmüş qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən boşaldılıb və icarə haqqı bu günədək ödənilməmişdir. Bundan başqa icarə haqqının ödənilməsi ilə bağlı məktub ilə c avabdehə müraciət edilmiş, lakin heç bir nəticəsi olmamışdır. Göstərilənlərə əsasən, 21.600 manat məbləğində icarə haqqının və 50.000 manat əldən çıxmış faydanın Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11979/2018 nömrəli iş üzrə 15 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və İddiaçı Cavabdeh qarşı “icarə haqqının və əldə çıxmış faydanın ödənilməsinə” dair iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına iddiaçının kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştiarak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı ol madan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-11979/2018 nömrəli iş üzrə 15 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiy mət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşin mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 28.05.2015-ci il tarixdə daşınmaz əmlakın icarəyə verilməsi barədə notarial qaydada təsdiq edilmiş icarə müqaviləsi bağlanılmış, müqavilənin şərtlərinə əsasən İddiaçı Cavabdeh Bakı şəhəri, Ə.Cavad küçəs i və Y.İbrahimli küçələrinin kəsişməsində inşa edilən binanın “C” blokunda yerdən 410 kv/m olan qeyri-yaşayış sahəsini hər ay 600 manat ödəmək şərtilə 3 il müddətinə icarəyə vermiş, 28.05.2018-ci il tarixdə müqavilənin müddəti bitmiş və icarə münasibətlərinə xitam verilərək obyekt icarəyəverənə qaytarılmışdır. İddiaçı müqavilənin qüvvədə olduğu müddət ərzində icarəçi tərəfindən heç bir məbləğdə icarə haqqı ödənilmədiyini iddia etmiş, məhkəmə cavabdeh tərəfindən iddiaçıya tələb olunan məbləğdə icarə haqqı ödənilməsi barədə mötəbər sübutlar olmadığını əsas gətirərək iddianın təmin edilməsi barədə düzgün olmayan nəticəyə gəlmiş, işin hallarına düzgün hüquqi qiymət verməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 29.06.2014-cü il tarixli Qanunun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. 2.3-cü maddəyə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. İstinad edilən normanın tələbinə əsasən 28.05.2015-ci il tarixdə tərəflər bağlanmış icarə müqaviləsi əsasında icarəçinin icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalı idi. İş materiallarında bu barədə sübut olmasa da tərəflər bu hüququ mübahisələndirmədiyindən sözügedən icarə müqaviləsi məhkəmə tərəfindən etibarlı müqavilə kimi qəbul edilir. İcarə müqaviləsinin 3-cü bəndində 600 manat icarə haqqının hər ayın ilk beş günü ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, A.İsmayılzadə ilə iddiaçı arasında 21.11.1995-ci i l tarixdə nikah bağlanmışdır. Cavabdeh iddiaya etirazında icarə haqqının tam ödənildiyini, müqavilə bağlandıqdan sonra ilk iki ayının icarəyəverənin şəxsən özünə, qalan hissəsinin onun arvadı Afaq İsmayılzadəyə ödənildiyini göstərmiş və buna sübut olaraq A.İsmayılzadənin yazılı ifadəsini məhkəməyə təqdim etmiş, həmin ifadənin notarial qaydada təsdiq edilmiş nüsxəsi apellyasiya instansiyası məhkəməsinə daxil olmuşdur. Qeyd edilən yazılı ifadədə A.İsmayılzadə cavabdehin icarə haqlarını tam ödədiyini, ona və həyat yoldaşına borcu olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar— iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar v ə sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. İşin həqiqi hallarının müəyyən edilməsi məqsədi ilə tərəflərin məhkəməyə təqdim etdiyi yazılı sübutlar məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilmədiyi halda məhkəmə bu barədə gəldiyi nəticəni əsaslandırmalıdır. Birinci instansiya məhkəməsi iddiaçının həyat yoldaşı A.İsmayılzadənin yazılı ifadəsini hansı səbəbdən mötəbər sübut kimi qəbul etmədiyini əsaslandırmamış, nəzərə almamışdır ki, cavabdeh tərəfindən icarə haqlarının tam ödənildiyini təsdiq edən şəxs iddiaçının öz həyat yoldaşıdır. Cavabdeh tərəfindən həmin şəxsin məhkəməyə şahid qismində çağırılması barədə 09.08.2018-ci il tarixdə daxil olmuş vəsatət məhkəmə iclasında müzakirə edilməmiş, vəsatətin təmin edilib-edilməməsi ilə bağlı məhkəmə tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instnasiya məhkəməsi qeyd edilənlərə əsasən düzgün olaraq cavabdeh tərəfindən 28.05.2015-ci il tarixli icarə müqaviləsi üzrə icarə haqqının tam ödənildiyinə dair iddiaçının həyat yoldaşı A.İsmayılzadənın yazılı ifadəsinin etirazın dəlillərini təsdiq edən mötəbər sübut kimi qəbul edilməməsi üçün heç bir əsas olmaması nəticəsinə gəlmişdir. Apellyasiya məhkəməsi bu qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən 2 ay istisna olmaqla sonrakı aylar üçün icarə haqları bilavasitə iddiaçının özünə ödənilməsə də, onun tapşırığı əsasında həyat yoldaşına ödənildiyi A.İsmayılzadənin yazılı ifadəsindən başqa eyni zamand a bununla təsdiq olunur ki, icarəyə verən tərəfindən müqavilənin qüvvədə olduğu 3 il ərzində icarəçiyə borcla bağlı heç bir xəbərdarlıq, pretenziya məktubu göndərilməmiş, icarə müqaviləsinin ləğv edilməsi üçün təşəbbüs göstərilməmişdir. Buna görə də apellyasiya instnasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmadığından qətnamə ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin nəticəsi qanunvericiliyinin tələblərinə uyğun olduğundan onunla razılaşır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə e tməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların m üəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesa b edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11979/2018 nömrəli iş üzrə 15 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı, nümayəndəsi və vəkili Nümayəndə kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-11979/2018 nömrəli iş üzrə 15 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qə
Məhkəmə qərarları › İş №2(102)-2473/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2473/2019
26.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver