Məhkəmə qərarları › İş №2(102)-2475/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2475/2019

09.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2475/2019 09.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, vəkillər Vəkil və X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2016-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova, iş № 2(005)-xx/16) iddiaçı ləğv prosesində olan “xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “bank krediti üzrə borcun ödənilməsi, tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsi və ipoteka predmeti olan mənzilin boşaldılması” tələbinə dair iddiasıqismən təmin edilərək, İddiaçı ilə Cavabdeh2 arasında 16.06.2015-ci il tarixli 15 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 əsas borca görə 26390 ABŞ dolları, faiz borcuna görə 3966,58 ABŞ dolları olmaqla, cəmi 30356,58 ABŞ dollarının ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun İddiaçınin xeyrinə tutulması, tələbin Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Güloğlan Məmmədov küçəsi 6a saylı evin 46 saylı mənzilinə yönəldilərək həmin mənzilin açıq hərracdan satılması və satışdan əldə olunan vəsaitdən 30356,58 ABŞ dolları ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla İddiaçı-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov-sədrlik edən və məruzəçi, E.Nəbiyev və S.Hacıyev, iş № 2(103)xx/17) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxx 2016-ci il tarixli qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2017-ci il tarixli qərarı ilə (hakimlər- Ə.Mirzəliyev-sədrlik edən və məruzəçi, T.Qoldman və G.Quliyev, iş № 2(102)-xx/17) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsi tutmanın Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu ev1 yönəldilməsi, mənzilin açıq hərracdan satılması hissəsində ləğv edilmiş, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər V.Baxışova-sədrlik edən və məruzəçi, V.Həsənov və N.Cəfərov, iş № 2(103)xx/18) cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmişapellyasiya şikayəti qismən təmin edilərək, Nərimanov Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsi ipotekaya tutma yönəldilməsi hissəs ində dəyişdirilmiş, ipoteka predmeti olan Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, ev1 ilkin satış qiyməti 60.000 manat müəyyən edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixli qətnaməsinin ləğv olunmasını və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ləğv prosesində olan “xxxx" ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh2 arasında 16.06.2015-ci il tarixli 15 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 əsas borca görə 26390 ABŞ dolları, faiz borcuna görə 3966,58 ABŞ dolları olmaqla, cəmi 30356,58 ABŞ dollarının ödənişin icra ediləcəyi gün Azərbaycan Respublik ası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun İddiaçınin xeyrinə tutulması, tələbin Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri Xəzər rayonu ev1 yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması, hərracdan bir ay sonra mənzilin boşaldılması və satışdan əldə olunan vəsaitdən İddiaçı-nin xeyrinə tutulması barədə qətnamə şıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. Cavabdehin vəkili H.Eynullayev məhkəmə kollegiyasının iclasında kassasiya şika yətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçının vəkili Vəkil isə kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2018-ci il tarixl i qətnaməsini kassasiya qaydasında yalnız Cavabdeh1 mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız onun kassasiya şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məruzəçini, vəkillərin izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli və Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ipotekaya tutma yönəldilməsi hissəsində dəyişdirərkən aşağıdakıları nəzərə almışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3, 39.3.3-cü madd əslərinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İşə baxmış birinci instansiya məhkəməsi Qanunun bu tələbinə əməl etmədiyindən apellyasiya instansiya məhkəməsi tərəfindən ipoteka pretmetinin ilkin satış qiymətinin müəyyən edilməsi məqsədilə xx xxx 2018-ci il tarixdə qərardad qəbul edilərək Cavabdeh1 məxsus Bakı şəhəri ev1 hazırki bazar dəyərinin müəyyən edilməsi müstəqil qiymətləndirici şirkət “X2” MMC-yə həvalə edilmişdir. “X2” MMC tərəfindən verilmiş 30.10.2018-ci il tarixli qiymətləndirmə barədə rəyə əsasə n Bakı şəhəri ev1 hazırki bazar dəyəri 60.000 manat müəyyən olunmuşdur. İşə yenidən baxılarkən iddiaçının nümayəndəsi məhkəmə iclasında qiymətləndirmə rəyi ilə razılaşdıqlarını və ipoteka predmetinin ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsinə etiraz etmədiyini bildirmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin rəyi nəzərə alaraq hesab etmişdir ki, qətnamə yoxlanılan hissədə dəyişdirilərək ipoteka predmeti olan Bakı şəhəri ev1 ilkin satış qiyməti 60.000 manat müəyyən edilməlidir. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Nərimanov Rayon Məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsi ipotekaya tutma yönəldilməsi hissəsində dəyişdirilməli, ipoteka predmeti olan Cavabdeh1 xüsusi mülkiyyətində olan Bakı şəhəri ev1 ilkin satış qiyməti 60.000 manat müəyyən edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən onlar öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı et irazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəmə tərəfindən təmin olunan hissədə sübut edə bilmişdir. Kassatorun kassasiya şikayətinə əlavə etdiyi yeni qiymətləndirmə hesabatına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunduğu kimi sübutları araşdırmır, o, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutları qiymətləndirərkən yuxarıda göstərilən tələblərə əməl etmişdir. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq Bakı Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticəni qanuni və əsaslı sayır və hesab edir ki, qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Res publikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xxx 2018-ci il tarixli 2(103)-xx/18 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar