Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2476/2022 06.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Hidayət qızına qarşı iş üzrə QƏRARİ Açar sözlər: dəymiş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh Hidayət qızına qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6775/2021 nömrəli, 03 dekabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 6 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin bina sında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Dövlət Neft Şirkəti İddiaçı Bakı X2 Departamenti ilə istehlakçı Cavabdeh Hidayət qızı arasında bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı” barədə xx.xx.2017-ci il tarixli, 03/22330 saylı müqavilə bağlanmış və həmin müqavilə paylayıcının müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götümüşdür.
2. Həmin ünvana İddiaçı İB-nın Bakı X2 Departamenti tərəfindən cavabdehə **********00360 nömrəli abonent kodu verilmişdir.
3. Cavabdehin ünvanında fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G-4 markalı 11602AZ**********90 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, 6444,79 manat məbləğində pulun cavabdehdən alınıb İddiaçı İB-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh yuxarıda göstərilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”nın tələblərinə əməl etmək) və “X1”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı t əşkilatın əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qanunsuz şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsir li hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 524,80 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 303,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 312,60 manat, xx.xx.2018-ci il tarixli 58/2750 saylı akt əsasında 178,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 134 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 66,60 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,2 0 manat, xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat; xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 142,20 manat, xx.x x.2019-cu il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 19,70 manat olmaqla, cəmi 4442,50 manat məbləğində birliyə maddi zərərin dəyməsi müəyyən olunmuşdur. Yuxarıda qeyd olunanlardan əlavə cavabdehin faktiki istifadə edilmiş, lakin dəyəri ödənilməmiş sayğac üzrə 2020-ci il üçün 30,60 manat, əvvəlki illərdən isə 1971,69 manat borcu qalmışdır. Cavabdehin birliyə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo üzrə ümumilikdə 6444,79 manat təşkil etməkdədir. İddiaçının nümayəndələri tərəfindən cavabdehə könüllü ola raq 6444,79 manatın ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb oluncağa izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində iddiaçıya vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
6. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərmişdir ki, o, həqiqətən 2018-ci ilin fevral ayında qaz xəttinə qanunsuz qoşulmaqla sayğacdan kənar qaz xəttindən qanunsuz istifadə etmişdir. Lakin həmin vaxtdan etibarən heç vaxt qaz xətindən qanunsuz ist ifadə etməmişdir. Hesab edir ki, iddiaçı tərəfindən barəsində tərtib edilmiş digər aktlar əsassızdır. Belə ki, onun həmin aktlardan xəbəri olmayıb. İddiaçı tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* saylı akt üzrə 303,20 manat hesablanmış borc məbləğini qəbul edir, iddianı qalan hissəsini qəbul etmir.
7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (hakim E.İ.Məmmədli) (bundan sonra – biurinci instansiya məhkəməsi) 19 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh Hidayət qızından təbii qazdan istifadəyə görə yaranmış 333,8 manat pul və 10,0 manat dövlət rüsumu olmaqla, cəmi 343,80 (üç yüz qırx üç manat səksən qəpik) manat pulun tutularaq İddiaçı hesabına ödənilməsi qət edilmiş, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun qalan 20 (iyirmi) man atının İddiaçınə aid olunmuş, iddia tələbi qalan hissədə rədd edilmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə kifayət qəd ər şübhə doğurur.
9. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
10. Məhkəmə qeyd edilənləri və cavabdeh tərəfindən yuxarıda göstərilən və onun tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli,0147431 saylı akt əsasında 303,20 manat borcu qəbul etməsini cavabdehin qanunsuz olaraq təbii qazdan istifadə etməsini təsdiq edən sübut kimi qəbul etməklə hesab etmişdir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. Belə ki, cavabdeh tərəf həmin hissədə iddia tələbini qəbul etməklə iddiaçının bu hissədə sübut etmə yükündən azad etmiş, buna görə də həmin halların iddiaçı tərəfindən sübut edilməsi zərurəti aradan qalxmışdır.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 11.6 və 13-cü maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X1”nın 1.3, 1.4, 2.5, 2.12, 3.4.1, 3.4.4, 6.5, 6.6 və 6.7 bəndlərinə və Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş“Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam olunması bar ədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya icraatı zamanı xx.xx.2021-ci il tarixdə məhkəmə-texniki ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 25 oktyabr 2021-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Ş.İskəndərov küçəsində yerləşən fərdi yaşayış evinə təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar hər hansı qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər (borucuq, qaynaq və.s) aşkar edilmədi. İş üzrə cavabdeh baxışda iştirak etmədiyindən, eləcə də mübahisə predmeti olan fərdi yaşayış evinin qapısı bağlı olduğundan yaşayış evində istifadə olunan qaz cihazlarının sayını və növünü müəyyən etmək mümkün olmadı.
14. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegi yasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6775/2021 saylı mülki iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, vurulmuş zərərin məbləği müəyyən edilərkən tərəflərin məsuliyyət ölçüsü də nəzərə alınmalıdır.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçının ilk aktın tərtib edildiyi vaxtda təqribən 3 il müddətdən sonra iddia verməsi onun hüquqdan sui-istifadə etməsi kimi qiymətləndirilməli və borclunun məsuliyyətinin azalması üçün əsas hesab edilməlidir.
17. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, cavabdeh tərəfindən bir dəfə 2018-ci ilin fevral ayında qanunsuz qoşulma həyata keçirildiyi etiraf edildiyindən, eyni zamanda iddiaçının zərərin azaldılması üçün müvafiq tədbirlər görməsi müəyyən edilmədiyindən iddia tələbinin xx.xx.2018-ci il tarixli, ******* nömrəli Akta münasibətdə əsaslı hesab edilməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi qanunauyğun olmuşdur.
18. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 386.1, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1» nın 1.3, 4.2, 4.8 və 6.5-ci bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Şikayət onunla əsaslandırılmışdır ki, mülki işə əlavə edilmiş aktlardan və saldodan da göründüyü kimi cavabeh iddiaçıya iddia tələbinin həcmi qədər zərər vurmuşdur. Zərərin vurulması qeyd aklarla təsbit və təsdiq olunsa da, məhkəmə tərəfindən həmin aktlara obyektiv qiymət verilməmişdir. Hazırki iş üzrə cavabdeh qaz paylayıcısı olan iddiaçının icazəsi olmadan və kənar müdaxilə etməklə qaz sərfiyyatını həyata keçirmiş, nəticədə qaz qurğusu sahibinə ziyan vurmuşdur. Cavabdehin bu hərəkəti onunla təsdiq olunur ki, iddiaçının səlahiyyətli nümayənədləri tərəfindən onun barəsində 2017, 2018 və 2020-ci illər tarixində X1nın pozulması ilə bağlı tərtib edilmiş aktların mövcudluğu, habelə keçən müddət ərzində qazdan istifadə edilən zaman iddiaçı tərəfindən tutulmalar həyata keçirilən zaman həmin tutulmalara etiraz etməməsidir. Qeyd edilən aktlar müvafiq olaraq hesabat şəkilində aidiyyəti üzrə təqdim edildiyindən həmin aktların birtərəfli təqdim edilməsi və cavabdehin imza atmaması halları əsas götürülərək tələbin təmin edilməməsi mülki qanunvericliyin tələbləri ilə uzlaşmır. Qeyd edilən hallar faktiki olaraq cavabdehin iddiaçıya zərər vurması faktını təsdiq edir ki, birinci instansiya məhkəməsi tərəfindən bu hallar nəzərə alınmamışdır. Cavabdeh tərəfindən aktlar tərtib olunan vaxt heç bir ödəniş olmamış, bu da özlüyündə iddianın predmetini sübut etməyinə baxmayaraq məhkəmə bu hal ı nəzərə almamışdır. Bu da özlüyündə cavabdehin qeyri-qanuni qaz istifadə etməsini və ya təqsirini açıq aşkar sübut etməsinə baxmayaraq məhkəmə bu halı nəzərə almamışdır. Bununla yanaşı məhkəmə cavabdehin etiraf etmədiyi aktları və ya iddiaçıya dəymiş ziyan tam tədqiq etməmiş qətnamənin təmin olunmuş hissəsi cavabdehin etirafına söykənmişdir. Qeyd edilənlərə baxmayaraq, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq, ekspertiza təyin edə və ya yerində müayinə edə bilərdi. Bununla iddiaçiya dəymiş ziyanı təmin edə bilərdi. Məhkəmələr mülki işin tam, obyektiv və hərtərəfli araşdırılmasına maraqlı olmamışdır.
21. İddiaçı kassasiya şikayətinin dəlillərinin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 443.1 və 448.1-ci madədlərinə, Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X1”nın 6.5-ci bəndinə, Mülki Prosessual Məcəllənin 77.1, 97.1 və 202.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
24. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraiti ndə əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
25. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istis na olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
30. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzr ə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsi nin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. İşdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsinin xx.xx.2018-ci il tarixli akt əsasında 303,20 manat ziyan tələbinin təmin olunması hissəsi ilə cavabdeh razılaşmış, apellyasiya şikayəti verməmişdir. İddiaçı cavabdeh tərəfindən təbii X1nın pozulması ilə bağlı tərtib edilmiş 27 akt üzrə ziyanın və əvvəlki illərdən qalmış 1971,69 manat borc tələbinin rədd olunmasından apellyasiya şikayəti vermiş və həmin hissə apellyasiya baxışının predmeti olmuşdur. İddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirir, ona görə də apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya qaydasında bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiya sı hesab edir ki, cavabdeh tərəfindən təbii X1nın pozulması ilə bağlı tərtib edilmiş 27 akt üzrə iddia tələbinin rədd olunması hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır.
40. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X1»nın 1.3, 4.2, 4.8 və 6.5-ci bəndlərinə istinad edən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, aktların tərtib edilmə sinə hal şahidləri cəlb edilməmiş, aktların tərtib olunmasından cavabdehin məlumatlı olmasına dair sübutlar təqdim edilməmişdir.
41. Cavabdeh tərəfindən uzun müddət ərzində dəfələrlə, qanunsuz qaz xəttinə qoşulma faktlarının aşkar olunmasını irəli sürən iddiaçı tərəfindən ziyanın qarşısının alınması üçün tədbirlər görülməməsi (qaz təminatının dayandırılması, həmin faktlar barədə hüquq mühafizə orqanlarına məlumat verilməsi), davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyini kifayət qədər şübhə altına alır. Təbii qazdan istifadə ilə bağlı cavabdeh tərəfindən mülki hüquq pzuntusu(delikt) törədilməsi təsdiq edən kifayət qədər mötəbər sübutlar iddaçı tərəfindən təqdim edilməmişdir.
42. Şərh olunalara əsasən məhkəmə kollegiyası hesab edir ki, 27 akt üzrə hesablanmış ziyan t ələbinin rədd olunması hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur, həmin hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
43. İşdən daha sonra görünür ki, birinci instansiya məhkəməsi qaz sərfiyyatı ilə bağlı əvvəlki illərə dair cavabdehdən 1971,69 manat borc tələbini rədd edərkən hesab etmişdir ki, həmin borcun yaranması üçün əsas olan sənədləri iddiaçı təqdim edə bilməmiş, iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
44. Tərəflər arasında bağlanmış qazın alqı-satqısı barədə müqaviləsinin şərtlərinə görə cavabdeh qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəmək vəzifəsini daşıyır.
45. İşdə olan abonentin saldosundan isə görünür ki, cavabdeh qaz sərfiyyatına görə uzun müddət ərzində ərzində çox cüzi ödənişlər etmişdir. Onun təbii qazdan istifadə etməsinin mübahisəsiz olması və bunun kənar xəttdən qoşulmaqla baş verməsinin istisna edilməsi (27 akt üzrə tələb rədd edilmişdir) nəzərə alındıqda məhkəmə kollegiyası hesab edir ki, 1971,69 manat əvvəlki borc tələbini kifayət qədər sübutların olmaması əsası ilə rədd edən birinci instansiya məhkəməsi sübutların qiymətləndirilməsində düzgün nəticəyə gəlməmiş, apellyasiya məhkəməsi də əsassız olaraq bununla razılaşmışdır.
46. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə cavabdehdən 1971,69 manat borc tələbinin rədd olunması hissədə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azəriqaz” İstehsalat Birliyi tərəfin dən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6775/2021 nömrəli mülki iş üzrə 03 dekabr 2021-ci il tarixli qətnaməsi qaz sərfiyyatına əvvəlki illərdən qalmış 1971,69 manat borcun Cavabdeh Hidayət qızından alınıb İddiaçı İB-nə ödənilməsinin rədd olunması hissədə ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.