Məhkəmə qərarları › İş №2(102)-2477/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2477/2023

13.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2477/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Cavabdeh qarşı (Astara rayon polis şöbəsi və Astara rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iş üzrə QƏRARİ Açar sözlər: qeyri-yaşayış binasının və onun yerləşdiyi ərazinin torpaq sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təb ii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin Cavabdeh qarşı (Astara rayon polis şöbəsi və Astara rayon İcra Hakimiyyəti müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “qeyri-yaşayış binasının və onun yerləşdiyi ərazinin torpaq sahəsinin mənimsənilməsinin qarşısının alınması, zəbt edilmiş dövlət əmlakının öz hesabına boşaldılması, qeyri yaşayış obyektinə qanunsuz pasport qeydiyyatının ləğv edilməsi və cavabdehin məskunlaşdığı əraziləri boşaltmağı” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 fevral 2023-cü il tarixli, 2(106)-289/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 13 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazıl ı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binası Astara Hidrometroloji stansiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin (bundan sonra – iddiaçı) balansındadır.

2. Cavabdeh (bundan sonra – cavabdeh) 1982-ci ildən 2022-ci ilədək Astara Hidrometoroloji stansiyasında müxtəlif vəzifələrdə çalışmış, işlədiyi müddətdə qeyd olunan qeyri-yaşayış binasını yaşayış sahəsi kimi istifadə edərək ailə üzvlərini də ora köçürmüşdür.

3. Azərbyacan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya xidmətinin rəisi Umayra Tağıyeva tərəfindən imzalanmış 30 iyun 2022ci il tarixli məktuba əsasən, iddiaçının balansında olan Azərbaycan HMS -nın qeyri-yaşayış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən 02 avqust 2021-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş **********37-06301 reyestr nömrəli texniki pasportuna əsasən 2 anbar, 1 xidmət otağı istisna olmaqla, 144.9 kv.m hissəsi və stansiyanın 0.10 hektar torpaq hissəsi cavabdeh tərəfindən qeyri-qanuni istifadə olunduğu, ərazidə müxtəlif növ ağaclar əkildiyi və qanunsuz həyət tikilisi inşa edildiyi barədə sonuncuya bildirilmişdir. Cənub RHM-nın Astara HMS-sı strateji əhəmiyyətli və beynəlxalq ötürücülüyə malik obyekt olduğunu nəzərə alaraq həmin ərazinin dərhal könüllü boşaltmağı cavabdehdən xahiş edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci in stansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər balansında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinə 02 avqust 2021-ci il tarixində (mövcüd vəziyyətə əsasən) qeydə alınmış **********37-06301 reyestr nömrəli texniki pasportuna əsasən Astara HMS-nın qeyri-yaşayış binasının və onun yerləşdiyi ərazinin torpaq sahəsinin (dövlət əmlakının) mənimsənilməsinin qarşısının alınması, zəbt edilmiş dövlət əmlakının öz hesabına boşaldılması, qeyri-yaşayış obyektinə qanunsuz pasport qeydiyyatının ləğv edilməsinə və cavabdehin məskunlaşdığı əraziləri boşaltmağına dair qətnamə qəbul edilməsini xa hiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, qanunsuz məskunlaşma, dövlət əmlakının mənimsənilməsi və torpaq sahəsinin zəbt edilməsi faktlarının araşdırılması məqsədi ilə Azərbyacan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya xidmətinin rəisi Umayra Tağıyevanın 18 may 2022-ci il tarixli 666/EM nömrəli ezamiyyə əmrinə əsasən Hidrometeorologiya Xidmətin əməkdaşları tərəfindən X2 Mərkəzinin (CRHM) X1 baxış keçirilmişdir. Əraziyə baxış zamanı müəyyən olmuşdur ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometorologiya Xidmətinin balansında olan Astara HMS-nın qeyri-yaşayış binası Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlak ın Dövlət Reyestri Xidməti 10 saylı Lənkəran Ərazi İdarəsi tərəfindən 02 avqust 2021-ci il tarixdə olan vəziyyətə əsasən tərtib olunmuş **********3706301 reyest nömrəli texniki pasporta əsasən 2 anbar, 1 xidmət otağı istisna olmaqla, yerdə qalan 144.9 kv.m hissəsi 1982-ci ildən 2022-ci ilədək Astara Hidrometoroloji stansiyasında müxtəlif vəzifələrdə çalışmış cavabdeh tərəfindən qeyri-qanuni zəbt olunmuşdur. Stansiyanın inzibati binasının ətrafında olan və stansiyanın meteoroloji meydançanın yerləşdiyi ərazinin torpaq sahəsi də, cavabdehin qeyri-qanuni istifadəsində olmuşdur. Cavabdeh torpaq sahəsinin təxminən 0.10 hektar hissəsini qanunsuz istifadə edərək ərazidə müxtəlif növ ağaclar əkmiş və qanunsuz tikililər inşa etmişdir. HMS-nın inzibati binasına məxsus otaqları cavabdeh tərəfindən zə bt edildiyindən Astara HMS-nın işçiləri, iş şəraiti yararsız vəziyyətdə olan koridorda iş fəaliyyəti ilə məşğul olmaq məcburiyyətində olduğunu qeyd etmişdir. İşçilərin istifadəsində olan anbarlar otaq kimi istifadə üçün yararsızdır. Qanun pozuntuları aşkar edilmiş Cənub RHM-nın Astara HMSnın strateji əhəmiyyətli və beynəlxalq ötürücülüyə malik obyekt olmasına baxmayaraq, stansiyanın mövcud yerləşdiyi ərazidə texniki şərtlər kobud şəkildə pozulmuşdur. Qanunsuz məskunlaşmış cavabdehlə ərazinin qanunsuz tutulması ilə əlaqədar söhbətlər aparılmasına baxmayaraq, uzun illər qeyd edilmiş ərazidə stansiya rəisi işləməsini əsas gətirərək, ərazinin tərk etmək istəmədiyini bildirmişdir.

6. Məhkəmə iclasında cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, təmsil etdiyi şəxsə iddia edilən əmla kın boşaldılmasına dair hər hansı bir xəbərdarlıq məktubu göndərilməmişdir. O, müxtəlif tarixlərdə müdir vəzifəsində işlədiyini, mübahisəli evin xidməti yaşayış sahəsi olduğunu, cavabdehin və sonuncunun ailə üzvlərinin orada qanuni əsasla yaşadığını bildirmişdir. Mübahisəli mənzil cavabdehə 1989-cu il tarixdə müqavilə əsasında ailə üzvləri ilə birlikdə yaşaması üçün xidməti yaşayış sahəsi kimi verilmiş və bu barədə ev kitabı açılmışdır. Cavabdeh həmin xidməti yaşayış sahəsinə o zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) tələblərinə uyğun olaraq köçürülməklə orada yaşamış, iddiaçı müəssisədə 40 ilə yaxın müddət ərzində işləmişdir. Həmin Məcəllənin tələblərinə görə isə cavabdeh oradan çıxarıla bilməz.

7. Astara Rayon Məhkəmə sinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(018)1062/2022 nömrəli, 06 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim: Mübariz Məmmədov) iddiа qismən təmin edilmiş, iddiaçının balansında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin **********37-06301 reyestr nömrəli texniki pasportuna əsasən Astara HMS-nın qeyri-yaşayış binası və onun yerləşdiyi ərazinin torpaq sahəsinin (dövlət əmlakı) cavabdeh tərəfindən öz vəsaiti hesabına boşaldılması və iddiaçıya təhvil verilməsi, iddia tələbinin “qeyri-yaşayış binasının və onun yerləşdiyi ərazinin torpaq sahəsinin mənimsənilməsinin qarşısının alınması, qeyri-yaşayış obyektinə qanunsuz pasport qeydiyyatının ləğv edilməsi” hissəsində təm in edilməməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən mübahisəli evin xidməti ev olduğu, cavabdehin və onun ailə üzvlərinin orada qanuni əsaslarla yaşadığı bildirilsə də, bu barədə heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Belə ki, zəbt edilmiş dövlət əmlakı cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

9. Həmçinin, məhkəmə gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddia tələbinin qeyriyaşayış obyektinə qanunsuz pasport qeydiyyatının ləğv edilməsi ilə bağlı məsələlər aidiyyəti üzrə Astara Rayon Məhkəməsinə aid olmadığından iddia bu hissədə təmin edilə bilməz. Belə ki, qanunvericiliyin tələbinə əsasən, pasport qeydiyyatının ləğv edilməsi ilə bağlı məsələlər inzibati məhkəmə icraatı qaydasında baxılır.

10. Bundan başqa, iddia tələbinin qeyri-yaşayış binasının və onun yerləşdiyi ərazinin torpaq sahəsinin mənimsənilməsinin qarşısının alınması hissəsi də təmin edilməməlidir. Belə ki, zəbt edilmiş dövlət əmlakı cavabdeh tərəfindən boşaldıldıqdan sonra onun tərəfindən mübahisəli əmlakın mənimsənilməsi faktının davam etməsi öz təsdiqini tapmamışdır.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48, 100, 103.2, 103.3-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində ic raat

12. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin “iddiaçının balansında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsinin **********37-06301 reyestr nömrəli texniki pasportuna əsasən Astara HMS-nın qeyri-yaşayış binası və onun yerləşdiyi ərazinin torpaq sahəsinin (dövlət əmlakı) cavabdeh tərəfindən öz vəsaiti hesabına boşaldılması və iddiaçıya təhvil verilməsi” hissəsində ləğv olunaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

13. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 14 fevral 2023-cü il tarixli, 2(106)-289/2023 saylı qətnaməsi ilə (hakimlər: Tofiq Heydə rov (sədrlik edən və məruzəçi), İlham Əsədov və Samir Mayılov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir.

15. Həmçinin, apellyasiya instansiyası məhkəməsi qeyd etmjişdir ki, hüquq müəyyənedici sənəd olmadan cavabdeh tərəfindən iddiaçıya məxsus əmlak hüququnu özündə ehtiva edən inzibati binanın xidməti yaşayış evi kimi ona verilməsini iddia etməs i özü-özlüyündə əhəmiyyətsizdir. Ona görə ki, artıq həmin inzibati binanın hüquqi rejimi müəyyən edilmiş və qeyri-yaşayış binasının xidməti yaşayış evi kimi ona və ailə üzvlərinə verilməsini bildirməsinin hüquqi əhəmiyyəti yoxdur.

16. Bundan başqa, cavabdeh apellyasiya şikayətində iddiaçı təşkilat tərəfindən onun müdir işlədiyi müddətdə inzibati binanın ona xidməti yaşayış sahəsi kimi verilməsinin əsasını təşkil edən (xidməti order) orderin verilməməsini mübahisələndirmir, o, yalnız işin həlli üçün əhəmiyyət kəsb etməyən hüquqi baxışlarını bildirir. Bu isə onu deməyə əsas verir ki, cavabdehin apellyasiya şikayətində verilmiş iddia tələbinə etirazının heç bir əhəmiyyəti yoxdur. Məhkəmə bu barədə sübutlar tələb etməməlidir. Əks halda Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərini pozmuş olardı. Burada söhbət işin həlli üçün önəmli olmayan hallardan və faktlardan gedir. Yəni cavabdehin iddiaçı müəssisədə 40 ilə yaxın müddət ərzində işləməsi, inzibati binanın ona və ailə üzvlərinə xidməti yaşayış sahəsi kimi verilməsi, bu barədə onun adına ev kitabının açılması, hətta xidməti yaşayış sahəsi kimi istifadə etdiyi yaşayış sahəsinə görə işıq, qaz, su, və kirayə haqqı olaraq komunal xidmət haqqının ödəməsini bildirməsi, zəbt edilmiş dövlət əmlakının boşaldılaraq iddiaçıya təhvil verilməməsinin qanuni əsası deyil.

17. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq cavabdehin adına ev kitabının olması, hətta xidməti yaşayış sahəsi kimi istifadə etdiyi yaşayış sahəsinə görə işıq, qaz, su, və kirayə haqqı olaraq komunal xidmət haqqının ödəməsi ilə bağlı araşdı rma aparmamışdır. Bu isə işin faktiki hallarının birinci instansiya məhkəməsi tərəfindən tam araşdırılmaması kimi qiymətləndirilə bilməz. Göründüyü kimi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri heç bir sübutla təsdiqini tapmayan formal mülahizədən ibarət olmuşdur. Beləliklə, məhkəmə kollegiyası tərəfindən işdə olan sübutların məzmununu qətnamədə təkrarlamağa zərurət görülməmişdir.

18. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2-ci, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48, 100, 103.2, 103.3-cü, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.2, 111.3-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 88, 119, 217.1, 217.4, 385.2-ci mad dələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmələr cavabdehə xidməti yaşayış sahəsi verən AR ETSN Milli Hidrometrologiya Xidmətinin Astara Hidrometroloji stansiyasında onun 40 ildən artıq müddətə çalışmasını və yaşa görə pensiyaya çıxması səbəbindən əmək müqaviləsinə xitam verilməsini nəzərə almamışlar. Həmçinin, məhkəmələr məsələni birbaşa tənzimləyən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 105-ci maddəsin ə ümumiyyətlə istinad etməmişlər. Belə ki, dövlət mənzil fondu evində xidməti yaşayış sahəsi verilməsi haqqında qərar əsasında cavabdehə order verilmiş və bu order həmin yaşayış sahəsinə köçməsi üçün əsas olmuşdur. Xidməti yaşayış sahəsinə köçürülməsinə əsas olmuş sənədlərin digər nüsxəsini tapa bilməsə də, həmin sənədlərin bir nüsxəsi sənədləşdirmə işləri başa çatdıqdan sonra tərəfindən iddiaçıya göndərilmişdir.Lakin, iddiaçı cavabdehlə aralarında məhkəmə mübahisəsi olan dövrdə həmin sənədləri məhkəməyə təqdim etməkdə maraqlı olmamışdır. Həmin sənədlərin bir nüsxəsinin iddiaçıda olmasını sübut edən ən başlıca hal iddiaçının 1983-cü ildən hazırki vaxtadək balansında olan yaşayış binasının boşaldılaraq ona qaytarılması tələbi ilə cavabdehə qarşı məhkəmədə iddia qaldırmamasıdır.

21. Digər tə rəfdən, cavabdeh 40 ildən artıq müddətdə fasiləsiz, vicdanlı və mübahisəsiz olaraq sözügedən yaşayış sahəsində ailəsi ilə birlikdə yaşamışdır.İddiaçının bu müddətdə onun balansında olan əmlakda cavabdeh və onun ailəsinin birlikdə yaşamasından xəbərsiz olması mümkün deyildir. Əgər iddiaçı onun balansında olan binada cavabdehin 40 ildən artıq yaşamasına etiraz etməyibsə, deməli cavabdehin orada sahiblik və istifadə hüququ ilə bağlı “qanuni gözləntisi” nəzərə alınmalıdır.

22. Bundan başqa, məhkəmələr Azərbaycan Respublikası Mülki və Torpaq Məcəllərinin hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmayan maddi hüquq normalarına istinad etmişlər ki, bu hal da qanunla yolverilməzdir.

23. Eyni zamanda hazırki iş üzrə tərəflərdən biri inzibati orqandır, yəni xüsusi subyektdir və mübahisənin pre dmeti inzibati xarakterlidir. Belə ki, iddiaçının tələbi xidməti yaşayış sahəsindən çıxarılma ilə bağlıdır. Ona görə də, hazırki işə mülki deyl, inzibati məhkəmədə baxılmalı idi.

24. Kassator şikayətini 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48, 100, 103, 105-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 9.1, 9.3, 88, 217.1, 217.3, 372-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası

26. Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

27. Maddə 13 (hissə 3). Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadl ıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

28. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər Azərbaycan Respublikası Mülki Məcəl ləsi

29. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

30. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi

31. Maddə

48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər.

32. Maddə

100. Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır.

33. Maddə

103. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi

34. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi h alları sübut etməlidir.

37. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır.

40. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətlə ndirilməməlidir.

42. Hazırki kassasiya şikayətində cavabdeh tərəfindən qətnamənin qismən ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndir ilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. 45. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materialları na uyğun olsun.

46. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kas sasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-289/2023 saylı, 14 fevral 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar