Məhkəmə qərarları › İş №2(102)-2478/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2478/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2478/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə və qeyrilərinə qaşı iş üzrə QƏRARİ iş № 2(102)-2478/21 (Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı, vəkili Vəkil, tərcüməçi X1 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(103)8088/2020 saylı qətnaməsindən İddiaçı ka sasiya şikayəti üzrə işə 24 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, iddiaçı məhkəmədə cavabdehlərə və üçüncü şəxslərə qarşı iddia qaldıraraq, cavabdehlər tərəfindən onun mənzili yerləşən binanın yaşayış üçün yararsız vəziyyətə salınması, boşaldılmış mənzillərin sökülməsi, yükdaşıyan divar və konstruksiyalarının zədələnməsi, eləcə də davamlı səs-küy salınması, elektrik enerjisi, su, qaz və başqa kommunikasiya xətlərinin bağlanılması, ona qarşı psixoloji təzyiqə yol verilməsi və sair narahatçılığın yaradılması və onun pis rəftara məruz qalması, mənzil və mülkiyyət hüquqlarının pozulması hesab edilməsi, onunla cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin MKTD arasında bağlanılmış, Bakı şəhəri, 13 saylı notarial ofisində təsdiq edilmiş 01 may 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdehlərdən müştərək qaydada maddi zərərə görə 422.660 manat, mənəvi zərərə görə 100.000 manat tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim Ş.Z.Abdullayev) iddia rədd edilib. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mübahisəli mənzil iddiaçının mülkiyyətində olub və sonuncu notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən mənzili 188.350 manata cavabdeh Bakı şəhəri İcra Hakimiyyəti MKTD satıb. İddiaçı alqı-satqı müqa viləsinin etibarsız hesab edilməsini iddia etsə də, tələbinin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmayıb. Belə ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. İddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqavilələrin lazımi subyektlərin (səlahiyyətli şəxslərin) arasında bağlanmış olduğu mübahisə mövzusu deyil. Müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı da irəli sürülməyib, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilmir. Eyni zamanda iddiaçının tələbinin qa nuni əsası kimi mülki qanunvericiliyin delikt hüququ ilə bağlı məsuliyyətin yaranması üçün üç əsas ünsürün məcmu halda mövcudluğu tələb olunur: zərərin mövcud olması; zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması; zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbin əsassız olmasını təsdiq edib. Bundan başqa, iddiaçı, maddi ziyanın nədən ibarət olmasını və cavabdehlərin hansı qanunsuz hərəkətlərindən irəli gəlməsini biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməyib. Ona görə də iddia rədd olunmalıdır. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 324.1, 337.1, 339.1, 339. 2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. İddiaçı apelyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər F.F.Babayev sədrlik edən, məruzəçi, X.A.Mərdanova və E.M.Həsənov) apelyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 10 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, iddianı rədd etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlib, maddi və prosessual hü quq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəlləsinin 21, 386.1, 1096.1, 1097.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub, iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar verdilər. Cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti, Bakı şəhəri İcra Hakimiyyətinin MKTD, Azərbaycan Respublikası Nazirlər Kabineti və üçüncü şəxslər Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Bakı şəhəri 13 saylı Notariat Kontoru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Re spublikası Mülki Məcəlləsi: Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydal arı və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya inst ansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kasasiya şikayətində iş üzrə ape lyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblə rini pozmasını, iddianın təmin edilməsi üçün əsasların olmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, 05 fevral 2005-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi 57 saylı evin 3 otaqlı, ümumi sahəsi 59,41 kv.metr, yaşayış sahəsi 43,41 kv.metr, faktiki sahəsi 75,0 kv.metr olan 42 saylı mənzili iddiaçının mülkiyyətində olub və sonuncu həmin mənzili 01 may 2020-ci il tarixli notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən 188.350 manata cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin MKTD satıb. Hazırda iddiaçı, cavabdeh tərəfin təqsiri üzündən mülkiyyətində olan mənzilin yararsız vəziyyətə salındığı nı, mənzilinin boşaldılaraq söküldüyünü və nəticədə mənzilə olan mülkiyyət hüququnun pozulduğunu, mənzilə dair alqı-satqı müqaviləsinin cavabdeh tərəfin hakimiyyətdən sui-istifadə etməsi, onunla pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmasını əsas tutub, mənzilə dair onunla cavabdeh Bakı şəhər İcra Hakimiyyətinin MKTD arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsini, cavabdehlərdən müştərək qaydada onun xeyrinə maddi zərərə görə 422.660 manat, mənəvi zərərə görə 100.000 manat pulun tutulmasını iddia edir. Cavabdeh tərəf isə iddiaçıya məxsus mənzilin qəzalı vəziyyətdə olmasını, iddiaçının öz iradəsinə uyğun olaraq həmin mənzili əvəzi ödənilməklə Bakı şəhər İcra Hakimiyyətinin MKTD satmasını əsas tutub, iddiaya etiraz edir. İşə əlavə edilmiş Bakı Şəhər İcra Hakim iyyətinin 08 may 2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi, 57 və 10-cu Park döngəsi 6 saylı yaşayış binaları qəzalı vəziyyətdə olduğundan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 dekabr 2019-cu il tarixli, 764 “s” saylı Sərəncamına əsasən qeyd olunan binalardan sakinlərin köçürülməsi, həmin binaların sökülməsi və digər zəruri tədbirlərin görülməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib. Qeyd olunan Sərəncamın icrasının təmin edilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 24 dekabr 2019-cu il tarixli, 409 saylı Sərəncam qəbul edilərək köçürmə komissiyası yaradılıb və hazırda Komissiya tərəfindən qəzalı vəziyyətdə olan yaşayış binalarında yaşayan sakinlərə ayrılmış vəsaitə uyğun olaraq kompensasiya ödənilməklə köç ürmə işlərinə başlanıb. Eyni zamanda, iddiaçının sifarişinə əsasən “xxxx” MMC qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanda yerləşən 3 otaqlı 42 saylı mənzilin 31 may 2020-ci il tarixə hesablanmış bazar qiyməti 217.431 manat və ya 1 kv.metr bazar dəyəri isə 3314 manat təşkil edir. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlillərini araşdırıb müəyyən etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 dekabr 2019-cu il tarixli, 764 “s” saylı Sərəncamına əsasən, Bakı şəhəri, Səbail rayonu, Saraykin küçəsi, 57 və 10-cu Park döngəsi, 6 saylı yaşayış binaları qəzalı vəziyyətdə olduğundan qeyd olunan binalardan sakinlərin köç ürülməsi, həmin binaların sökülməsi və digər zəruri tədbirlərin görülməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilib. Apelyasiya instansiyası məhkəməsi iddiaçının irəli sürdüyü arqumentlərlə razılaşmayıb qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin MKTD arasında notarial qaydada təsdiq edilməklə alqı-satqı müqaviləsi bağlanıb və iddiaçı həmin müqaviləyə əsasən mülkiyyətində olan mənzili cavabdeh Bakı şəhəri İcra Hakimiyyətinin MKTD satıb. İddiaçı, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətində sözügedən alqı-satqı müqaviləsinin cavabdeh tərəfin hakimiyyətdən sui-istifadə etməsi, onunla pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmasını və onun alqı-satqı müqaviləsini bağlamağa məcbur edilməsini və sair iddia etsə də, apelyasiya instansiyası m əhkəməsi bununla razılaşmamışdır. Apelyasiya instansiyası məhkəməsi ilk növbədə haqlı olaraq qeyd etmişdir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu baxımdan apelyasiya instansiyas ı məhkəməsi işin müəyyən olunmuş hallarını məhz bu kontekstdə qiymətləndirərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələblərini təmin etməməkdə haqlı olub. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Eyni zamanda müqavilənin etibarsızlığı dedikdə- onun qanunun tələblərinə uyğun olmadan tərtib edilməsi və bağlanması başa düşülür və yalnız bu halda müqavilə müəyyən hüquqi nəticə doğurmaya bilər. Nəzərə alınmalıdır ki, müqavilədə tərəflərin hərəkətləri müəyyən hüquqi nəticənin əldə olunmasına yönəlir və müqavilənin etibarlılığı üçün: müqavilənin subyektiv tərkibinin qanunilyi; müqavilənin məzmununun qanunilyi; müqavilə üzrə tərəflərin iradə və iradə ifadəsinin uyğunluğu; həmçinin müqavilənin formasının qanuniliyi şərtlərinin olması zəruridir. Müqavilənin subyektiv tərkibinin qanunilyi müqavilənin hüquq və fəaliyyət qabiliyyətinə malik olan şəxslər tərəfindən bağlanmasını nəzərdə tutur. Müqavilənin məzmunu dedikdə- müqavilədə əksini tapan şərtlərin məcmusu başa düşül ür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir. Hər bir halda müqavilədə iradə və iradə ifadəsinin vahidliyi, yəni üst-üstə düşməsi olduqca əhəmiyyətlidir. Çünki iradə və iradə ifadəsinin vahidliyi olmadığı halda, müqavilə mübahisə ediləndirsə məhkəmə qərarı əsasında, yox əgər əhəmiyyətsizdirsə, o zaman belə qərar olmadan da etibarsız sayıla bilər. İradə ifadəsinin olmaması isə o, zaman baş verir ki, birincisi, ortada iradə ifadəsi olur, lakin onu formalaşdıran daxili iradə olmur (məsələn: hədə-qorxu, zorakılıq, öz hərəkətlərinin mənasını başa düşməyən və onlara rəhbərlik edə bilməyən şəxslərin bağladığı əqd); ikincisi, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirir, lakin bu ifadə əsl istəyin formalaşmasına mane olan faktorların təsiri altında baş verir (məsələn: aldatma, şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan sui-istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd, vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd); üçüncüsü, iradə ifadəsi daxili iradəni düzgün olaraq əks etdirmir (məsələn: bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi, Mülki Məcəllənin 339.1, 339.2, 339.3, 339.4-cü maddələri). Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb haqlı olaraq qeyd etmişdir ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və on un bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir; iddiaçının etibarsız hesab edilməsini tələb etdiyi müqavilənin lazımi subyektlər (səlahiyyətli şəxslər) arasında bağlanmış olduğu mübahisə mövzusu deyil; müqavilənin, bu növ əqdlər üçün nəzərdə tutulmuş forma və məzmuna uyğun olmadığı da irəli sürülməyib, onu bağlamış şəxslərin arasında iradə vahidliyinin yoxluğu isə sübuta yetirilməyib. Apelyasiya instansiyası məhkəməsi həmçinin iddianın “maddi ziyanın tutulması” barədə hissəsi ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əm ələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb qeyd etmişdir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zə rərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və sair) irəli gəlir. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini əsas tutub, kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb düzgün olaraq qeyd etmişdir ki, iddiaçının iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin delikt hüququ ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Belə ki, Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki qanunvericiliyin sadalanan müddəalarının mənasından göründüyü kimi deliktə görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Apelyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verməklə düzgün olaraq qeyd etmişdir ki, iddiaçı maddi ziyanın nədən ibarət olmasını və cavabdehlərin hansı qanunsuz hərəkətlərindən irəli gəlməsini biri digərini tamamlayan mötəbər dəlillərlə sübut edə bilməyib. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini “maddi ziyanın tutulması” hissəsində də təmin etməyib. Kasasiya instansiyası məhkəməsi iddiaçının apelyasiya şikayəti ilə eyni məzmunlu olan kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzili əvəzi ödənilməklə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinə əsasən 188.350 manata Bakı şəhəri İcra Hakimiyyətinin MKTD satması və həmin pulu notariat kontorunun depozitindən götürməsi, cavabdeh tərəfin hakimiyyətdən sui-istifadə etiməsini, müqavilənin pis niyyətlə bağlanmasını, habe lə iddiaçının ağır vəziyyətə düşməsi və cavabdeh tərəfin bundan istifadə etməsi nəticəsində onun özü üçün son dərəcə əlverişsiz şərtlərlə alqı-satqı müqaviləsini bağlamağa məcbur edilməsini və sair istisna edir. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb hesab edir ki, iddiaçının kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətində göstərdiyi digər dəlillərinə apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün, həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 noyabr 2020-ci il tarixli, 2(103)-8088/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar