Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2478/2023 18.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2ə və Cavabdeh1 MMC-yə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ Açar sözlər: məhkəmə aidiyyəti Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyanın hakimi X1 (məruzəçi), Kommersiya Kollegiyasının hakimi Dadaşov İlqar Ağababaş oğlu və İnzibati Kollegiyanın hakimi Nəbizadə Rahib Sahib oğlundan ibarət hakimlərin qarışıq tərkibində İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2ə və Cavabdeh1 MMCyə qarşı iş ə bərpa və sair tələblərə dair ilk, iddiaçı Cavabdeh1 MMC-nin cavabdeh İddiaçı qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi barədə qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-917/2023 nömrəli iş üzrə 01 mart 2023-cü il tarixli qərardadından ilk iddia üzrə iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nin təsisçisi Cavabdeh2ə və Cavabdeh1 MMC-yə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, onun işdən azad olunmasını qanunsuz hesab edərək, xx.xx.2018-ci il tarixli qərarın ləğvi, əmək kitabçasındakı qeydi etibarsız hesab edərək iş yeri olan «XXX” MMC-yə direktor vəzifəsinə bərpa edilməsi, onun qanunsuz olaraq işləməkdən azad edildiyi bütün vaxt üçün 2017-ci ilin sentyabr tarixindən başlayaraq işə bərpa olunacağı günə qədər olan orta əmək haqqı, işdən kənarlaşdırılan zaman ona hesablanmış son haqq-hesab, 500.000 manat məbləğdə ona dəymiş mənəvi ziyanın cavabdehlərdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı Cavabdeh1 MMC də cavabdeh İddiaçı qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, 952.320 manat zərərin və 30 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-7/2022 nömrəli iş üzrə 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Rüstəmli) hər iki iddia rədd edilmişdir. b) Apellyasiya instansiya sı məhkəməsində icraat
4. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan ilk və qarşılıqlı iddialar üzrə iddiaçılar ondan apellyasiya şikayətləri vermişlər.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-917/2023 nömrəli iş üzrə 01 mart 2023-cü il tarixli qərardadı ilə (hakimlər A.İmanov (sədrlik edən və məruzəçi), Q.Əsgərov və F.Talışinski) apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, işin aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslarına görə, ““İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhk əmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 13-ü bəndinin 3-cü cümləsində məhkəmələrə izah olunmuşdur ki,... Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin qərarın 19-cu bəndinə izah edilmişdir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 405-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yan aşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəldə göstərilmişdir ki, komm ersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərə) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri baxır. Beləliklə müəyyən olunur ki, hazırki iş üzrə iddiaçı cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi olmuş və iddia tələbini hüquqi şəxsin idarə edilməsindən irəli gəlməsi ilə əsaslandırmışdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri pozularaq, hazırki tələblərin hüquqi şəxsin fəaliyyətindən irəli gəlib-gəlməməsinə hüquqi qiymət verilməmiş və son nəticədə işin məhkəmə aidiyyətini Ali Məhkəmənin Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərar ında göstərilmiş meyarlar əsasında müəyyən etməmişdir.... İş materiallarından göründüyü kimi, iddiaçı fiziki şəxs olmaqla, hazırda cavabdeh MMC ilə hüquqi bağlılığı olmasa da, o, əvvəllər həmin Cəmiyyətin direktoru olmuş və hər iki tələb ilkin iddia üzrə iddiaçının direktor olduğu dövrdə onun MMC-də olan fəaliyyəti ilə bağlıdır.” KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
7. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə razılaşmayan ilk iddia üzrə iddiaçı ondan kassasiya şikayəti verərək, qərardadın ləğv edilib, işə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasında baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Kassasiya şikayətinin dəlillərinə görə, Bakı şəhəri Səbail Rayon məhkəməsinə müraciət etdiyi zaman kommersiya məhkəməsi mövc ud olmamışdır. Kommersiya məhkəmələri xx.xx.2020-ci ildə təsis edilmişdir. O, müraciət edən zaman həmin işlərə aidiyyatı üzrə rayon məhkəmələrində baxılırdı.
9. MPM-in 31.2-ci maddəsinin tələbinə görə 2020-ci il 1 yanvara qədər qüvvədə olan prosessual qanunvericiliyə əsasən, aidiyyat qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul edilmiş iş sonradan aidiyyat qaydaları dəyişmiş olsa belə həmin məhkəmədə baxılmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə
62. Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol veri lməməsi Hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir; Maddə
125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 12. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 13. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
15. İşlərin Azərbaycan Respublikası qanunveri ciliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya əsassız olaraq qanuni hakimin icraatından alınması qadağandır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir; Maddə 31.2. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir; Maddə 403-1.6. Kasasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə və məhkəmə aidiyyətinə dair məhkəmələr arasında fikir ayrılığı məsələlərinə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinləni lmək üçün çağırılmadan 10 gün müddətində baxılır; Maddə 403-1.7. Kasasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 403-1.8. Kasasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən: 403-1.8.3. işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, ərizəni yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərə bilər; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarları “K.Bunyatovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 12 yanvar 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına v ə qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərar: “... kassasiya qaydasında işə baxılması yalnız formal xarakter daşımamalı və məhz şikayətçi tərəfindən qanunvericiliyin tələblərinə müvafiq olaraq irəli sürülən dəlillərin yoxlanılmasına xidmət etməlidir.” “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı: “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Həmin maddəyə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Məhz bu baxımdan məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhk əmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. … Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanunimaraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Bu isə məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməsini və aydın başa düşülməsini tələb edir. Əks halda məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyin yaranması ilə yanaşı, məhkəmələr tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. … Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir.”
16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarı: Bənd 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkə mə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur; Bənd
11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmi şdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması ü çün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Hakimlərin qarışıq tərkibi şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir.
18. Kassasiya şikayətinin əsas dəlili 2020-ci ildən əvvəl qaldırılmış iddiaya 2020-ci ildən qüvvəyə minmiş prosessual hüquq normalarının tətbiq edilməsinin qanunsuzluğu ilə bağlıdır.
19. Şikayətin dəlili əsaslıdır.
20. Belə ki, apellyasiya instansiyası məhkəməsinin qərardadından müəyyən edildiyi kimi, həmin məhkəmə hazırkı mübahisəyə məhkəmə aidiyyəti üzrə kommersiya məhkəməsində baxılmalı olması ilə əlaqədar gəldiyi nəticəni MPM-in Azərbaycan Respublikasının xx.xx.2019-cu il tarixli Qanunu ilə əlavə və dəyişikliklər edildikdən sonra xx.xx.2020-ci il tarixdən qüvvəyə minən redaksiyada 24.2, 26.1 və 26.2-ci maddələri, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli 10 nömrəli Qərarının müvafiq bəndləri ilə əsaslandırmışdır.
21. Halbuki, üzərində aparılmış qeydlərdən məlum olur ki, hər iki iddia ərizəsi 2018-ci ildə birinci instansiya məhkəməsinə təqdim olunmuşdur.
22. Göründüyü kimi, apellyasiya instansiyası məhkəməsi mübahisəli qərardadını qəbul edərkən MPM-in 31.2-ci maddəsinin tələbini nəzərə almamış, işin aidiyyət qaydalarına riayət edilməklə birinci instansiya məhkəməsinin icraatına qəbul olunduğunu diqqətdən qaçırmışdır.
23. Beləliklə, hakimlərin qarışıq tərkibi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, məhkəmə aidiyyətini tənzimləyən prosessual hüquq normaları pozulduğu üçün apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, kassasiya şikayəti təmin edilməlidir.
24. Göstərilənlərə əsasən və MPM-in 32, 403-1.8 və 417-419-cu maddəsini rəhbər tutaraq, hakimlərin qarışıq tərk ibi QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-917/2023 nömrəli iş üzrə 01 mart 2023-cü il tarixli qərardadı ləğv edilsin, iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. İlk iddia üzrə İddiaçı kassasiya şikayəti təmin edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.