Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2479/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kredit müqaviləsi üzrə borcun tutulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4437/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmə nin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx xxxxxxxx 2014-cü il tarixdə Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bank hesab, kredit və zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 illik istifadə dərəcəsi 23 faiz olmaqla 24 ay müddətinə 19.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin müqavilə üzrə borclunun öhdəliklərinin təminatı kimi iş üzrə digər cavabdehlər Cavabdeh5, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə zaminlik müqavilələri bağlanmışdır. xx xxxxxxx 2015-ci il tarixdə xx xxxxxxxx 2014-cü il tarixli müqavilənin bitmə müddəti xx xxxxxxx 2020-ci il tarixə kimi uzadılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin yanvar ayında İddiaçı İKB ASC borcl u və zaminlərə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 23.085,37 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin ondan və zaminlərdən tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(005)-66/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim: Cavabdeh1) iddia qismən təmin edilərək cavabdehlərdən bankın xeyrinə müştərək qaydada cəmi 11.197,83 ABŞ dolları məbləğində borcun ödəniş gününə olan rəsmi məzənnəyə uyğun olaraq manatla tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçı apellyasiya şikayəti verərək cavabdehlərdən kred itin düzgün hesablanmamış əsas kredit, faiz və cərimə borcları əsasında tutulmasını əsas göstərməklə qətnamənin qismən-cavabdehlərdən əsas, faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilib iddianın tam həcmdə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4437/2020 saylı, 19 avqust 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və A.V.Tanrıverdiyev) iddiaçı “xxxx” ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(005)-66/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraat ı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı “xxxx” ASC kassasiya şikayəti verərək işə baxan məhkəmə tərəfindən əsas, faiz və cərimə borcunun məbləğinin düzgün müəyyən olunmamasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının nü mayəndəsi və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 467 Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbay can Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının həd ləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə ed ib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kredit müqaviləsi üzrə tərəflər həmin müqaviləni bağlamaqla üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. Bank müqavilə üzrə öhdəliklərinin icrasını təmin edib müəyyən olunmuş pul məbləğini Cavabdeh1 ödəsə də, sonuncu müqavilə öhdəliklərini lazımınca icra etməyərək aldığı kreditin müqavilədə müəyyən edilmiş müddətdə və qaydada banka qaytarılmasını təmin etməmiş, nəticədə bank məhkəməyə müraciət etmişdir. Bankın nümayəndəsi, kassasiya şikayətinin məzmunundan göründüyü kimi, borcun məbləğinin düzgün müəyyən olunmamasından şikayətlənib iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini tələb etsə də, işdən göründüyü kimi, onun tərəfindən məhkəməy ə tələbinin tam əsaslı olmasını təsdiq edən kifayət qədər mötəbər sübutlar təqdim olunmamışdır. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının nəticəsi barədə verilmiş xx xxxxxx 2019-cu il tarixli rəydən görünür ki, Cavabdeh1 xx xxxxxx 2019-cu il tarixə olan əsas borcu 6.586,98 ABŞ dolları, faiz borcu 4.510,85 ABŞ dolları və ya əsas borcu 11.197,87 manat, faiz borcu 7.668,45 manat təşkil edir. İşə baxan apellyasiya instansiyası məhkəməsi iddianın qismən təmin edilməsini əsaslı sayarkən məhz ekspertin həmin rəyinə əsaslanmışdır. Tutulması qət olunan borcun məbləğinin düzgünlüyü şübhə doğurmadığından, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə borcun məbləğinin müəyyən olunmasına dair hissədə işdə olan sübutlara uyğundur. Cəriməyə görə 100 ABŞ dolları tutulması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə uyğun olduğundan, kollegiya həmin hissədə də qətnaməni qanuni və əsaslı sayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı “xxxx” ASC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4437/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2479/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2479/2021
31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver