Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-248/2019 11.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ 11 yanvar 2019-cu il iş № 2(102)-248 Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlərdən Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi, Kalbalıyev Aslan Kalbalı oğlundan və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Xnun katibliyi ilə, İddiaçı, Cavabdeh, vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı 100 000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi MK-nın 16 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Zaqatala rayon mə hkəməsinin 30 iyun 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən E.Məmmədov) İddiaçı Cavabdeh qarşı 100 000 ABŞ dolları məbləğində pulun alınıb ona verilməsi tələbinə dair iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2017-ci il tarixli qətnaməsi ilə (sədrlik edən M.Əsədli, hakimlər Ə.Məcidov və İ.Quliyev) Zaqatala rayon məhkəməsinin 30 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia ərizəsi qismən təmin edilmiş, 60.000 ABŞ dolları pulun Azərbaycan manatına məzənnəsi ilə Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmiş, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 30 aprel 2018-ci il tarixli qərarı i lə (sədrlik edən M.Əhmədova, hakimlər Ə.Rüstəmov və Ə.Nurməmmədov) Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 noyabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Rəfiyev, hakimlər G.Abbasov və E.Hüseynov) Zaqatala rayon məhkəməsinin 30 iyun 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddia ərizəsi qismən təmin edilmiş, 60.000 ABŞ dolları pul Azərbaycan manatına məzənnəsi ilə Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmiş, iddia ərizəsi qalan hissədə təmin edilməmiş, ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ, Cavabdeh k assasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı iddia ərizəsində cavabdeh X3un atası mərhum X1a 2011-ci ilin avqust ayında 100.000 ABŞ dolları məbləğində fındıq məhsulu verdiyini, lakin həmin məhsulun dəyərinin ona verilmədiyini göstərmişdir. Daha sonra, məhkəmədə verdiyi izahatlarını bir neçə dəfə dəyişdirmiş, nəticə etibarı ilə bildirmişdir ki, əslində X1la fındıq məhsulunun ticarəti ilə bağlı əməkdaşlıq etmiş, X1a 100.000 ABŞ dolları məbləğində pul vermiş, X1 isə vəfat edən tarixə kimi təxminən ona 40.000 ABŞ dolları qaytarmışdır; lakin həmin 40.000 ABŞ dolları fındıq ticarətindən əldə edilmiş gəlirin iddiaçı X2ə çatan hissəsi olmuş, 100.000 ABŞ dolları isə yenə də X1da qalmışdır. Apellyasiya məhkəməsi bu z iddiyyətli ifadələrə lazımı hüquqi qiymət verməmişdir. Hesab edir ki, iddiaçı X2in izahatını sonradan dəyişdirməsinin səbəbi cavabdeh X3un iddia müddətinin tətbiqi barədə ərizə verməsi olmuşdur. Apellyasiya məhkəməsi isə həmin ərizəyə əsasən iddianı rədd etməli olduğu halda, bunun etməmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin MK-nın 16 avqust 2018-ci il tarixli qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi haqqında yeni qərarın qəbulunu xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 100.000 ABŞ dolları məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul olunmalıdır. İşin mübahisəsiz hallarından aydın olur ki, iddiaçı X2 və cavabdeh X3un atası mərhum Haydar Ramazanov arasında 20 avqust 2011-ci il tarixdə müqavilə ("Müqavilənamə") bağlanmışdır. Həmin müqavilədə göstərilmişdir ki, iddiaçı X2 mərhum X1a 100.000 ABŞ dolları məbləğində fındıq məhsulu təhvil vermiş, sonuncu isə hər ayın 20-dən gec olmayaraq iddiaçıya 4.000 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. X1 22.12.2015-ci ildə vəfat etmişdir. Cavabdeh X3 miras əmlakı qəbul etmiş və bu barədə onun adına 29 fevral 2016-cı ildə Qanun üzr ə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İddiaçı X2 birinci instansiya məhkəməsində verdiyi izahatında mərhum X1un iddiaçıdan təhvil aldığı fındıq məshlunun satışından xeyrli gəlir götürərək iddiaçıya hər ay 4.000 ABŞ dolları məbləğində pul verdiyini, lakin əsas borc məbləği olan 100.000 ABŞ dollarını ödəmədiyini bildirmişdir (20 iyun 2017-ci il tarixli məhkəmə iclas protokolu, i/v 33). İddiaçı X2 verdiyi apellyasiya şikayətində izahatını dəyişdirərək göstərmişdir ki, əslində X1a fındıq məhsulu deyil, 100.000 ABŞ dolları məbləğində pul vermişdir. Məqsəd X1la birgə fındıq ticarəti ilə məşğul olub gəlir əldə etmək olmuşdur. Çünki fındıq sezonu hər ilin avqust-dekabr aylarını əhatə edir; mərhum X1 iddiaçıdan aldığı 100.000 ABŞ dollarını dövr etdirməli idi. Mərhum X1 ilin hər ayını n deyil, fındıq sezonunun hər ayı üçün iddiaçıya 4.000 ABŞ dolları pul ödəmişdir. Sonuncu ödəniş 2015-ci ilin oktyabr ayında edilmişdir. İşə məhkəmə baxışlarında cavabdeh yazılı ərizə verərək mübahisəyə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı X2 mərhum X1un iddiaçıya 40.000 ABŞ dolları məbləğində pul qaytardığını etiraf etmişdir. Cavabdeh X3 öz izahat və kassasiya şikayətində atası mərhum X1un borcunu etiraf etdiyini və mərhumun öhdəliyini icra etdiyini göstərmişdir. Eyni zamanda, müqavilədə tərəflərin gəlir əldə etmək məqsədilə birgə fəaliyyəti öz əksini tapmamışdır. Ona görə də, 100.000 ABŞ dolları məbləğindən 40.000 ABŞ dolları çıxılmaqla, iddia 60.000 ABŞ dolları hissəsində təmin edilməlidir. Bundan başqa, apellyasiya məhkəməsi cavabdehin iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə qeyd etmişdir ki, ərizə təmin edilə bilməz. Çünki mərhum X1 öldüyü tarixə kimi iddiaçı X2ə ödənişlər etmiş, sonuncu ödəniş isə 2015-ci ilin oktyabr ayında olmuşdur. Deməli, X1 ölən günə kimi borcunu etiraf etmişdir. Apellyasiya məhkəməsi X2 və X1 arasında bağlanmış müqaviləyə borc müqaviləsi kimi hüquqi qiymət vermiş, qeyd edilən halı əsas tutaraq mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 740-cı maddələrini tətbiq etmişdir. Məhkəmə kollegiyası aşağıda göstərilən əsaslara görə, apellyasiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Hər şeydən əvvəl, apellyasiya məhkəməsi X2 və mərhum X1 arasında bağlanmış müqavilənin hüquqi təbiətini düzgün müəyyən etməmişdir. Belə ki, müqavlənin məzmunundan aydın olduğu kimi, X2 100.000 ABŞ dolları məbləğində fındıq məhsulunu mərhum X1a təhvil vermiş, sonuncu isə hər ayın 20-sindən gec olmamaqla 4.000 ABŞ dolları ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin məzmunu tərəflər arasında borc müqaviləsinin bağlanmasını deməyə imkan vermir. Çünki müqavilədə X2in 100.000 ABŞ dolları məbləğində pul verdiyi göstərilmədiyi kimi, X1un da hər ay 4.000 ABŞ dolları dəyərində fındıq verəcəyi öz əksini tapmamışdır. Halbuki borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc v erənə qaytarmağı öhdəsinə götürür (MM, m. 739.1). Göründüyü kimi, apellyasiya məhkəməsi MM-in 739.1 və 740-cı maddələrini hazırkı mübahisəyə tətbiq etməklə maddi hüquq pozuntusuna yol vermişdir. Məhkəmə kollegiyası, 20 avqust 2011-ci il tarixli müqavilənin məzmununa istinad etməklə hesab edir ki, tərəflər arasında borc deyil, nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Belə ki, MM-in 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. MM-in 600.1-ci maddəsinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. MM-in 601.1-ci maddəsinə görə, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Göründüyü kimi, X2 və X1 arasında əldə edilmiş razılığa görə, 100.000 ABŞ dolları məbləğində fındıq məhsulunun (malın) qiyməti X1 tərəfindən hissə-hissə (yəni hər ayın 20-sinədək 4.000 ABŞ dolları olmaqla) ödənilməli idi. Deməli, X1 malın dəyərini 25 ay ərzində (Ümumi borc (100.000 ABŞ dolları): aylıq ödəniş (4.000 ABŞ dolları) = 25 ay) hissə-hissə ödəməli idi. İlk ödəniş 2011-ci ilin sentyabr ayının 20-dək, sonuncu ödəniş isə 2013-cü ilin oktyabr ayının 20-dək həyata keçirilməli idi. Cavabdeh bu əsaslardan çıxış etməklə mübahisəyə iddia müddətinin tətbiq edilməsinə dair yazılı ərizə versə də apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddia müddəti ötürülmədiyindən mübahisəyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təmin edilmə bilməz. Məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hazırkı iş üzrə iddia müddətinin ötürülməməsinə dair gəldiyi nəticə ilə razılaşmır. Belə ki, yuxarıda qeyd edildiyi kimi, X1 fındıq məhsulunun dəyərini ən geci 2013-cü ilin oktyabr ayının 20-sinədək ödəməli idi. MM-in 377.2-ci maddəsinə görə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Yəni, X2in iddiası üzrə iddia müddətinin axımı 2013-cü ilin oktyabr ayının 20-sindən etibarən başlanmışdır; MM-in 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia ərizəsi isə, məhkəməyə 28 aprel 2017-ci il tarixdə, yəni 3 illik iddia müddəti ötürüldükdən sonra daxil olmuşdur. MM-in 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi, apellyasiya məhkəməsi MM-in 375.2-ci maddəsini tətbiq etməklə iddianı rədd etməli olduğu halda, bun u etməmiş, nəticədə növbəti maddi hüquq pozuntusuna yol verməklə mübahisəyə MM-nin 380-ci maddəsini tətbiq etmişdir. Belə ki, apellyasiya məhkəməsi yalnız iddiaçı X2in izahatlarından çıxış etməklə 40.000 ABŞ dolları məbləğində pulun ödənildiyi nəticəsinə gəlmiş, sonuncu ödənişin isə 2015-ci ilin oktyabr ayında edildiyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, X2in ona X1 tərəfindən 40.000 ABŞ dolları məbləğində pulun ödənilməsinə, xüsusilə də sonuncu ödənişin 2015-ci ilin oktyabr ayına təsadüf etməsinə dair izahatı iddia müddətinin tətbiqinin onun barəsindəki mənfi nəticəsindən yayınmaq məqsədi daşıdığından qəbul edilə bilməz. Belə ki, MM-in 380.1-ci maddəsinə görə isə, borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi iddia müddətinin axımının kəsilməsi üçün əsasdır. İş materiallarında X1 tərəfindən iddiaçı X2ə hər hansı məbləğdə, o cümlədən 2015-ci ilin oktyabr ayında pul ödənilməsini təsdiqləyən hər hansı sübut yoxdur. Mülki prosessual məcəllənin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 106.4-cü maddəsinə görə, məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi MM-in 529.5-ci maddəsini də hazırkı mübahisəyə tətbiq etməkd ə haqlı olmamışdır. Belə ki, həmin maddəyə görə, borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. Göründüyü kimi, qeyd edilən maddə öhdəliklərin (nəzərə alınmalıdır ki, maddədə "borc" kəlməsinə yer verilmiş olsa da, bu ifadə geniş mənada, yəni "öhdəlik" olaraq başa düşülməlidir) hissə-hissə icrası ilə bağlı yazılı sübut (sənəd) verildiyi hallarda tətbiq edilə bilər. Hazırkı işdə isə belə bir yazılı sübut mövcud deyildir. Bir sözlə qeyd edilən maddənin hazırkı mübahisəyə tətbiqi üçün hər hansı əsas yoxdur. Göründüyü kimi işin hallarının tam araşdırılmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsi həmin hallara düzgün hüquqi qiymət verməmiş, nəticədə iddianın rədd edilməsi barədə birinci instansiya nəhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamalı olduğu halda, həmin qətnaməni ləğv edərək iddianı qismən təmin etmişdir. Azərbaycan Respublikası MPM-nin 417.1.4-cü maddəsinə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi MK-nın 16 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı 100 000 ABŞ dolları məbləğində p ulun alınıb ona verilməsi tələbinə dair iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Ələsgər Əliyev Hakimlər: Aslan Kalbalıyev Vəfaddin İbayev Sədrlik edən: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Ələsgər Əliyev
Məhkəmə qərarları › İş №2(102)-248/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-248/2019
11.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver