Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-248/2020 13.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)2454/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevi r şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh 20704.81 manat məbləğdə əsas borc, 3140.23 manat məbləğdə faiz borcu və 1406.20 manat məbləğdə gecikmə faiz borcu olmaqla, cəmi 25251.24 manat məbləğində borcun vəödənilmiş 30 manat dövlət rüsumunun tutulub İddiaçı ASC-nə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(051)-111/2019 saylı qətnaməsi ilə (H.S.Mirzəliyev) iddia qismən təmin edilmiş, Cavabdeh 20704.81 manat məbləğdə əsas borc, 3140.23 manat məbləğdə faiz və 100 manat məbləğdə cərimə pulu olmaqla, cəmi 23945.04 manat məbləğdə pul alınaraq İddiaçı ASC-nə verilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul cavabdehdən tutulub İddiaçı ASC-nə ödənilməsi, iş üzrə 145 manat məbləğdə ekspertiza xərci Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)2454/2019 nömrəli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov, M.A.Əsədli və İ.F.Quliyev) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)2454/2019 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh və vəkili Atakişiyeva Təzəgül İsgəndər qızı kass asiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(107)-2454/2019 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, faiz borcu əsassız olaraq şişirdilmişdir. Bundan əlavə, məhkəmə qərar qəbul edərkən MM-nin 448.4-cü maddəsinin tələblərini nəzərə almamışdır. Cavabdeh borcundan yayınmır, sadəcə olaraq maddi vəziyyəti ilə əlaqədar borcu ödəmək iqtidarında deyildir. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlu kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlm əmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyası xx xxxxxx 2019-cu il tarixli 2(107)2454/2019 nömrəli qətnaməsi ilə cavabdehin, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(051)-111/2019 saylı qətnaməsini dəyişdirmədən saxlayarkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə q əbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, Cavabdeh xx xxxxxx 2014-cü il tarixdə İddiaçı ASC ilə kredit müqaviləsi bağlayaraq 24 ay müddətinə 15 faiz illik faiz dərəcəsi olmaqla 30000 manat məbləğdə kredit almışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş, müqavilənin şərtlərini pozaraq, kreditin ödənilməsini mütəmadi olaraq gecikdirmişlər. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o öhdəliklərini icra etməmişdir. Maddi və prosessual hüquq normalar yoxlanılarkən kassasiya kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni əsaslarını düzgün müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki h üquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunveiciliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıla rı arasında müqavilə olmalıdır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsi ndə icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 449.1-ci maddəsinə əsasən, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onuqaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. 467-ci mаddəsinə əsasən, məhkəmə işin hаllаrını nəzərə аlаrаq tənаsübsüz surətdə yüksək dəbbə pulunu аzаldа bilər. Tənаsüb müəyyənləşdirilərkən kreditorun həm əmlаk mənаfeləri, həm də bütün əsаslı mənаfeləri nəzərə аlınır. Yuxarıda sadalanan maddi hüquq normalarına istinad edən apellyasiya instansiya məhkəməsi haqql; olaraq qeyd etmişdir ki, cavabdeh faiz borcunun ödənilməsi ilə bağlı iddiaçı q arşısında hər hansı bir öhdəlik götürmədiyini bildirsə də, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, faiz borcu müqavilə şərtlərində vardır və cavabdeh həmin müqaviləni imzalamışdır. Bundan əlavə cavabdeh birinci instansiya məhkəməsinin cərimə məbləğini azaltmadığını bildirsə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(051)111/2019 saylı qətnaməsindən görünür ki, 1406.20 manat məbləğdə cərimə əsaslı şəkildə azaldılaraq 100 manat məbləğində müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən, аpellyаsiyа şikаyətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnаməsinin ləğv edilməsi üçün əsаs olа bilməz. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektiva raşdırmış vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnormalarınıdü zgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Kassasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi isə kassasiya instansiyası məhkəməsinin səlahiyyətinə aid olmadığından həmin sübutların məzmunu ilə bağlı kassasiya şikayətinin dəlillərini kollegiya əhəmiyyətsiz hesab edir. Belə ki, Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxx xxx 2019-cu il tarixli, 2(107)2454/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-248/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-248/2020
13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver