Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-248/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: borc tələbi barədə 05.02.2025 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1235/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeharasında olan şifah i razılaşma əsasında sonuncu İddiaçı 2015ci il tarixində 10.000 ABŞ dolları məbləğində borc götürmüşdür. 2. 9 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardagöstərilmişdirki, Cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsində aparılan araşdırma zamanı vermiş olduğu izahatında göstərmişdir ki, İddiaçı sonuncu dəfə 2014-ci ildə 10.000 ABŞ dolları məbləğində borc götürüb, 1 il müddətində ayda 700 ABŞ dolları olmaqla ödəmiş, sonra devalvasiya olduğu üçün qalan borcunu ödəyə bilməmişdir. İddiaçı 2015-ci ildə faizi ilə birlikdə 3.700 ABŞ dolları verərək ona hazırda 7.000 ABŞ dollar borcu qalmışdır.
3. Həmin qərarla Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
4. İ ddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7.000 (yeddi min) ABŞ dolları məbləğində pulun, 1.000 (bir min) ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 8.000 (səkkiz min) ABŞ dollarının, eləcə də dövlət rüsumu kimi ödədiyi 131 (bir yüz otuz bir) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehi uzun müddətdir ki, çörək satışı ilə məşğul olan şəxs kimi tanıyır. X Həyat filialında işlədiyi müddətdə cavabdeh bankın müştərisi olmuşdur. Mütəmadi olaraq bankdan işləri ilə bağlı kredit götürmüşdür. 2015-ci ildə cavabdeh kredit üçün filiala müraciət etmiş, lakin adında gecikmələr olduğu üçün kredit götürə bilməmişdir. Bu zaman cavabdeh işləri ilə bağlı ondan 10.000 ABŞ dolları məbləğind ə borc pul istəmişdir. Cavabdehi uzun müddət tanıdığı üçün ona 10.000 ABŞ dolları borc vermişdir. Cavabdeh axırıncı dəfə ona aldığı borcdan 2022-ci ilin yanvar ayının əvvəllərində 500 ABŞ dolları məbləğində pul qaytarmışdır. Ümumiyyətlə 2016-2022-ci illər ərzində cavabdeh aldığı puldan ona hər il 500 ABŞ dolları olmaqla cəmi 3.000 ABŞ dolları qaytarmışdır. Lakin qalan 7.000 ABŞ dollarını dəfələrlə ondan tələb etməsinə baxmayaraq cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. O, 2023-cü ilin axırlarında məcburiyyətqarşısında qalaraq cavabdehin barəsində tədbir görülməsindən ötrü Bakı şəhəri Nəsimi RPİ-nə ərizə ilə müraciət etmişdir. Cavabdeh polis idarəsində araşdırma zamanı verdiyi izahatında ondan 10.000 ABŞ dolları borc götürdüyünü, hazırda isə ona 7.000 ABŞ dolları məblə ğində borcunun qaldığını etiraf etmişdir. Buna baxmayaraq, yenə də cavabdeh ondan aldığı pulu qaytarmaq istəmir. Cavabdeh ondan aldığı pulu vaxtında qaytarmış olsaydı, o, həmin pulu banka depozit qoymaqla daha çox gəlir əldə etmiş olardı.
6. Cavabdeh məhkəmədəki izahatında bildirmişdir ki, o, "xxxx" MMC-nin direktoru işləmişdir. O, Müdafiə Nazirliyinə tender əsasında çörək vermiş, həmçinin Cəlilabad rayonunda çörək satışı ilə məşğul olmuşdur. O, İddiaçı 2012-ci ildən “Texnika Bank”da kredit şöbəsinin müdiri vəzifəsində işlədiyi vaxtdan tanıyır. İşi ilə bağlı bankda hesabı olmuş, İlkin ilə həmin vaxtlardan münasibəti yaranmışdır. O, həmişə İlkindən 10.000 dolları məbləğində pulu faizlə götürüb qaytarmışdır. Sonuncu dəfə 2014-ci ildə İlkindən 10.000 ABŞ dolları məbləğində pul götürmüşdür. Həmin puldan 1 il müddətində ayda 700 ABŞ dolları olmaqla ödəmiş, sonra devalvasiya olduğu üçün qalan borcunu ödəyə bilməmişdir. Sonda o, İddiaçı 2015-ci ildə faizi ilə birlikdə 3.700 ABŞ dolları məbləğində pul vermişdir. Onun hazırda iddiaçıya 700 manat məbləğində borcu qalmışdır.
7. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-553/2024 saylı, 19 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Vüsal Cəbrayılov) iddianın qismən təmin edilməsi, cavabdehdən 7.000 ABŞ dolları məbləğində pulun (qətnamənin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə) alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
8. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iş materiallarında olan 09 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərardan görünür ki, Cavabdeh Bakı şəhəri Nəs imi rayon Polis İdarəsində aparılan araşdırma zamanı vermiş olduğu izahatında göstərmişdir ki, İddiaçı sonuncu dəfə 2014-ci ildə 10.000 ABŞ dolları məbləğində borc götürüb, 1 il müddətində ayda 700 ABŞ dolları olmaqla ödəmiş, sonra devalvasiya olduğu üçün qalan borcunu ödəyə bilməmişdir. İddiaçı 2015-ci ildə faizi ilə birlikdə 3.700 ABŞ dolları verərək ona hazırda 7.000 ABŞ dollar borcu qalmışdır.Həmin qərarla Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmişdir.
9. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh işləri ilə bağlı İddiaçı ilə aralarında olan şifahi razılaşma əsasında iddiaçıdan 2015-ci ildə 10.000 ABŞ dolları məbləğindən pul istəmişdir. İddiaçı cavabdehi uzun müddət tanıdığı üçün ona 10.000 ABŞ dolları borc vermişdir. 2016-2022ci illər ərzində cavab deh aldığı puldan hər il 500 ABŞ dolları olmaqla ona 3.000 ABŞ dolları qaytarmışdır. Lakin cavabdeh qalan 7.000 ABŞ dollarını dəfələrlə tələb etməyinə baxmayaraq qaytarmamışdır. İddiaçı bununla bağlı Bakı şəhəri Nəsimi RPİ-nə ərizə ilə müraciət etmişdir. Cavabdeh polis idarəsində verdiyi izahatında iddiaçıdan 10.000 ABŞ dolları borc götürdüyünü, hazırda isə ona 7.000 ABŞ dolları məbləğində borcunun qaldığını etiraf etmişdir.
10. Eyni zamanda, məhkəmə iclasında dindirilmiş şahid ifadəsi ilə, həmçinin iddiaçının özünün polis idarəsində aparılan təhqiqat zamanı verdiyi izahatı ilə müəyyən edilmişdir ki, cavabdeh axırıncı dəfə iddiaçıya olan borcundan 500 ABŞ dollarını 2022-ci ilin yanvar ayında qaytarmışdır.
11. Məhkəmə cavabdeh tərəfin iddia müddətinin keçməsi və bu əsasla mübahisəyə iddia m üddətinin tətbiq edilərək iddianın təmin edilməməsi barədə vəsatətinə qiymət verərək hesab etmişdir ki, indiki halda tərəflər arasında mövcud mübahisə ilə bağlı iddia müddəti ötürülməmişdir və bu səbəbdən də həmin vəsatət əsaslı hesab edilə bilməz. Cavabdeh 2022-ci ilin yanvar ayında borcunun etiraf edilməsini göstərən hərəkət edərək iddiaçıya 500 ABŞ dolları məbləğində pul qaytarmışdır. Onun bu hərəkəti ilə iddia müddətinin axımı kəsilmiş və həmin vaxtdan etibarən yenidən hesablanmağa başlanmışdır. Belə olan halda, cavabdeh tərəfin iddia müddətinin tətbiq edilməsi barədə verdiyi ərizəsi məhkəmənin iddianı təmin etməməsi barədə qərar çıxarması üçün əsas ola bilməz.
12. Məhkəmə iddianın əldən çıxmış fayda hissəsinə qiymət verərək hesab etmişdir ki, iddiaçı həmin halları təsdiq edəcək sübutl arı məhkəməyə təqdim edə bilmədiyindən, həmçinin iddianın bu hissəsi fərziyyə xarakteri daşıdığından və heç bir sübutla təsdiq edilmədiyindən təmin edilə bilməz.
13. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1, 377.2,377.3, 380.1,380.2,439.1, 439.2, 1091.1, 1091.2, 1092.1, 1093.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia müddəti tətbiq etməklə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən gəl inən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır.
16. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1235/2024 nömrəli, 16 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Tofiq Heydərov sədrlik edən, məruzəçi, İlham Əsədov və Samir Mayılov) apelyasiya şikayəti təmin edilmiş, iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 2(073)-553/2024 saylı, 19 aprel 2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi rədd edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə maddi hüquq normalarını işin faktiki hallarına münasibətdə düzgün tətbiq etməmiş və nəticədə cavabd ehin hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına səbəb olan qətnamə qəbul etmişdir.
18. Belə ki, İddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər. Hazırkı işin faktiki hallarından görünür ki, iddiaçı cavabdehə 10.000 ABŞ dolları borc verdiyini, cavabdehin axırıncı dəfə ona aldığı borcdan 2022-ci ilin yanvar ayının əvvəllərində 500 ABŞ dolları məbləğində pul qaytardığını, ümumiyyətlə 2016-2022ci illər ərzində cavabdehin aldığı puldan ona hər il 500 ABŞ dolları olmaqla cəmi 3.000 ABŞ dolları qaytardığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid da iddiaçının dediklərinin təsdiq i kimi 2022-ci il yanvar ayında iddiaçı ilə cavabdehin görüşdüklərini və həmin vaxt cavabdehin iddiaçıya müəyyən məbləğdə pul verdiyini bildirmişdir. Cavabdeh isə ümumiyyətlə iddiaçının dediklərinin əksinə, 2014-ci ildə İlkindən 10.000 ABŞ dolları məbləğində faizə pul götürdüyünü etiraf etsə də, həmin puldan 1 il müddətində ayda 700 ABŞ dolları olmaqla ödəniş etdiyini, sonra devalvasiya olduğu üçün qalan borcunu ödəyə bilmədiyini, sonuncu dəfə isə İddiaçı 2015-ci il tarixində faizi ilə birlikdə 3.700 ABŞ dolları məbləğində pul verdiyini bildirmişdir.
19. Birinci instansiya məhkəməsi iddiaçının və şahidin izahatlarını əsas götürərək, Mülki Məcəllənin 380.1-ci maddəsini tətbiq etməklə, cavabdehin 2022-ci ilin yanvar ayında borcunun etiraf edilməsini göstərən hərəkət, yəni iddiaçıya 500 ABŞ d olları məbləğində pul qaytarması qənaətinə gəlmiş və iddia müddətinin keçməsi əsası ilə iddianı rədd etməkdən imtina etmişdir.
20. Mülki Məcəllənin 380.1-ci maddəsinin tələbi baxımından iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutulmuşdur: müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.
21. Göründüyü kimi, məhkəmənin borcun etirafı kimi istinad etdiyi şahid izahatı olmuş və həmin izahatda şahid cavabdehin 2022-ci ilin yanvar ayında cavabdehlə iddiaçının görüşdüyünü və həmin vaxt cavabdehin iddiaçıya pul verdiyini gördüyünü bildirmişdir. Lakin müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti olduğundan müqavilə tərəfi olan borclunun iradəsindən kənar, yəni müddətin kəsilməsinə yönəlmiş borcun qaytarılmasına dair hər hansı hərəkət etmədiyi və bu barədə etirafı olmadığı halda məhkəmənin şahidin verdiyi izahat əsasında iddia müddətinin axımın kəsilməsi qənaətinə gəlməsi qanunsuz və əsassız olmuşdur. İddia müddətinin axımının kəsilməsi yalnız iddia müddətinin qüvvədə olduğu vaxt ərzində baş verə bilər. Əgər iddia müddəti bitirsə, bitmiş müddətin kəsilməsi halı həmin müddət bitdikdən sonra belə baş verə bilməz. Hazırkı işdə də cavabdeh sonuncu d əfə 2015-ci ildə faizi ilə birlikdə 3.700 ABŞ dolları məbləğində pul verdiyini bildirmiş, daha sonra isə devalvasiya olduğu üçün qalan borcunu ödəyə bilməmişdir. Göründüyü kimi, İddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün 2015-ci ildə başlamışdır, yəni tərəflər arasında müqavilə tələbi üzrə iddia müddətinin axımı 2015-ci ildə cavabdehin sonuncu hərəkəti ilə başlamış və 2018-ci ildə başa çatmışdır.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Lakin iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüq uqun olub-olmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz. Ona görə də, məhkəmə mübahisəni həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Mülki Məcəllədə göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır.
23. Tərəflər arasında borc münasibətinin 2014-cü il tarixdə yaranmasına və 2018-ci ildə başa çatmasına baxmayaraq, iddia ərizəsi 09 yanvar 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən iddia müddətini ötürmüşdür. Belə ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən olunmuş və hazırkı müqavilə üzrə iddia müddətinin axımı ötmüşdür. Bu isə onu deməyə əs as verir ki, iddiaçıtərəfindənməhkəməyə müraciət olunan zaman iddiamüddəti ötürülmüşdür. Bu isəonugöstərir ki, iddiaçı pozulmuş hüququnun müdafiəsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtda iddia müddətini ötürmüşdür. İddia müddətinin keçməsi isə iddia tələbinin rədd edilməsi üçün əsasdır.
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375.2, 377.1, 377.2, 377.3, 380, 385.1, 427.1, 442, 739.1, 740-cü maddələrinə istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı kassasiya şikayəti verərək (vəkil Nümayəndə), iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh borcunun olması halını etiraf etməsinə baxmayaraq, apellyasiya instansiyası məhkəməsi buna əhəmiyyət verməmiş və iddia müddətini tətbiq etmişdir. Beləliklə, iddiaçının konstitusion hüquqları pozulmuşdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
29. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
30. Maddə 375.2. Məhkəmə tərəfindən iddia m üddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
31. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
32. Maddə3 77.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
33. Maddə 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icras ı üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
34. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
35. Maddə 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
36. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
37. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icras ını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
38. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin süb utlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunu b-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
50. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki müb ahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
51. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olduğunu və sair göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
52. Belə ki, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqi ilə maddi hüquq normalarını işin faktiki hallarına münasibətdə düzgün tətbiq etməmiş və nəticədə cavabdehin hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına səbəb olan qətnamə qəbul etmişdir.
53. Nəzərə alınmalıdır ki, iddia müddətlərinin dəqiq hesablanması üçün müddətin axımının başlanğıcının müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər.
54. Hazırkı işin faktiki hallarından görünür ki, iddiaçı cavabdehə 10.000 ABŞ dolları borc verdiyini, cavabdehin axırıncı dəfə ona aldığı borcdan 2022-ci ilin yanvar ayının əvvəllərində 500 ABŞ dolları qaytardığını, ümumiyyətlə 2016-2022-ci illər ərzində cavabdehin aldığı puldan ona hər il 500 ABŞ dolları olmaqla cəmi 3.000 ABŞ dolları qaytardığını bildirmişdir.
55. Mülki Məcəllənin 380.1-ci maddəsinin tələbi baxımından iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutulmuşdur: müəyyənləşdi rilmiş qaydada iddia irəli sürülməsi; borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına borcun qismən ödənilməsi, əsas borc üzrə faizin köçürülməsi, kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi, öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.
56. İddia müddətinin axımının kəsilməsi yalnız iddia müddətinin qüvvədə olduğu vaxt ərzində baş verə bilər. Əgər iddia müddəti bitirsə, bitmiş müddətin kəsilməsi halı həmin müddət bitdikdən sonra belə baş verə bilməz.
57. Hazırkı işdə də cavabdeh sonuncu dəfə 2015-ci ildə faizi ilə birlikdə 3.700 ABŞ dolları məbləğində pul verdiyini bildirmiş, daha sonra isə devalvasiya olduğu üçün qalan borcunu ödəyə bilməmişdir.
58. Göründüyü kimi, iddiaçı öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gün 2015-ci ildə başlamışdır, yəni tərəflər arasında müqavilə tələbi üzrə iddia müddətinin axımı 2015-ci ildə cavabdehin sonuncu hərəkəti ilə başlamış və 2018-ci ildə başa çatmışdır.
59. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Lakin iddiaçı müqavilə öhdəlikləri üzrə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürmüş, bu vaxt ərzində hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etməmişdir.
60. Nəzərə alınmalıdır ki, işə mahiyyəti üzrə baxmadan subyektiv hüququn olubolmadığı və pozulub-pozulmadığı müəyyən edilə bilməz. Ona görə də, məhkəmə mübahisəni həll edərkən iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmadığını və həmin hüququn cavabdeh tərəfindən pozulub-pozulmadığını araşdırmalı deyil, Mülki Məcəllədə göstərilmiş gündən hesablamaqla iddia müddətinin keçdiyi görünürsə, iddia rədd olunmalıdır.
61. Apellyasiya instansiyası məhkəməsi, tərəflər arasında borc münasibətinin 2014-cü il tarixdə yaranmasına və 2018-ci ildə başa çatmasına baxmayaraq, iddia ərizəsi 09 yanvar 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən iddia müddətini ötürmüşdür.
62. Belə ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən olunmuş və hazırkı müqavilə üzrə iddia müddətinin axımı ötmüşdür. Bu isə onu deməyə əsas verir ki, iddiaçı tərəfindən məhkəməyə mür aciət olunan zaman iddia müddəti ötürülmüşdür. Bu isə onu göstərir ki, iddiaçı pozulmuş hüququnun müdafiəsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtda iddia müddətini ötürmüşdür. İddia müddətinin keçməsi isə iddia tələbinin rədd edilməsi üçün əsasdır.
63. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 sentyabr 2024-cü il tarixli, 2(106)-1235/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.