Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2480/2021 11.03.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əliyev Zaur Əli oğlu, İddiaçı kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayəti vermişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, həmin kasssasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməlidir. Çünki, kassasiya şikayəti İddiaçı tərəfindən imzalansa da, şikayəti vəkil imzalamamış və vəkilin orderi ona əlavə edilməmişdir. Halbuki, Mülki-Prosessual Məcəllənin 407.3 və 407.4-cü maddələrinə görə, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Kassasiya şikayətinə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. Həmin Məcəllənin 408.1.1 və 408.1.3-cü maddələrinə əsasən, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, habelə kassasiya şikayətinə vəkilin orderi əlavə edilməmişsə kassasiya qaytarılmalıdır. Həmin Məcəllənin 408.2-ci maddəsinə əsasən, bu Məcəllənin 408.1.1. və 408.1.3.-408.1.5-ci maddələrində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Odur ki, İddiaçı kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilməli və şikayət geri qaytarılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməl idir. Azərbaycan Respublikası maddələrini rəhbər tutaraq, Mülki Prosessual Məcəlləsinin 408-ci QƏRARA ALDİM: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və şikayət geri qaytarılması üçün həmin məhkəməyə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-2480/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-2480/2021
11.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver