Məhkəmə qərarları › İş №2(102)-2481/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2481/2020

17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2481/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə, İddiaçı KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(104)-91/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili X2tərəfindən verilmi ş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçının xeyrinə xx xxxx 2014-cü il tarixli, 10KV/14 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx xxxx 2014-cü il tarixli, 10KV/14-1 saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 13508,15 ABŞ dolları, faiz borcu üzrə 1913,54 ABŞ dolları, cərimə üzrə 7093,80 ABŞ dolları, cəmi 22515,49 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin ipoteka p redmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 küçəsində yerləşən 6A saylı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 borcunun iddiaçıya ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 55000 məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 küçəsində yerləşən 6A saylı fərdi yaşayış evinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(042)-15/2017 nömrəli qətnaməsi ilə (hakim M.S.Kazımov) iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı KB ASC-nin xeyrinə xx xxxx 2014-cü il tarixli 10KV/14 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx xxxx 2014-cü il tarixli 10KV/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 13508,15 ABŞ dolları əsas borc, 1913,54 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 15521,69 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan manatına olan məzənnə hesabı ilə və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun əvəzinin tutulması, X1 mülkiyyətində olan ünvan 1 küçəsində yerləşən tərəflərin qarşılıqlı razılığı ilə 55000 manat dəyərində qiymətəndirilmiş 6A saylı fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə olunmuş məbləğin Cavabdeh1 tutulmalı olan xx xxxx 2014-cü il tarixli, 1 0KV/14-1 saylı əlavə kredit müqaviləsi üzrə 15521,69 ABŞ dolları məbləğində borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun əvəzinin ödənilməsinə yönəldilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(104)-91/2019 nömrəli qətnaməsi ilə (hakimlər Ş.M.Əliyeva - sədrlik edən və məruzəçi, R.Ş.Muradov və Ə.İ.Məmmədov) İddiaçı KB ACS-nin apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Gədəbəy Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(042)-15/2017 nömrəli qətnaməsinin iddianın xx xxxx 201 4-cü il tarixli 10KV/14-1 saylı əlavə kredit müqaviləsi üzrə Cavabdeh1 tutulmalı olan 1913,54 ABŞ dolları faiz borcu hissəsində dəyişdirilərək, faiz borcunun 1883,07 ABŞ dollar məbləğində (icra olunan günə Azərbaycan manatı məzənnəsi ilə) və buna müvafiq olaraq Cavabdeh1 xx xxxx 2014-cü il tarixli 10KV/14-1 saylı əlavə kredit müqaviləsi üzrə tutulmalı olan 15521,69 ABŞ dolları məbləğində borcun cəmi məbləğinin azaldılaraq, 15391,22 ABŞ dolları müəyyən edilməsi, qətnamənin iddia tələbinin ipoteka əmlakının ilkin satış qiymətinin 55000 manat dəyərində müəyyən edilməsi və 100 ABŞ dolları cərimənin tutulması hissəsində ləğv edilməsi və Cavabdeh2 mülkiyyətində olan ünvan 1 küçəsində yerləşən 6A saylı fərdi yaşayış evinin ilkin satış qiymətinin 65000 manat dəyərində müəyyən edilməsi, cərimə borc unun tutulması hissəsində iddianın rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 və vəkili X2kassasiya şikayəti verərək, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(104)-91/2019 nömrəli qətnaməsinin qismən ləğv edilərək, işi yenidən baxılması üçün Apellyasiya Məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarılmış, ipoteka predmeti düzgün qiymətləndirilməmiş və müstəqil qiymətləndirmə keçirilməsinə dair cavabdehin vəsatəti təmin edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi t ərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş üzrə müəyyən edilən hallara əsasən İddiaçı KB ASC və Cavabdeh1 arasında xx xxxx 2014-cü il tarixdə əsas kredit müqaviləsi bağlanmış və həmin müqavilə çərçivəsində xx xxxx 2014-cü il tarixli əlavə kredit müqaviləsi üzrə bank tərəfindən cavabdehə 18 ay müddətinə, illik 22% ödəmək şərtilə 45000 ABŞ dolları məbləğində kredit verilmişdir. xx xxx 2015-ci il tarixdə imzalanmış kredit müqaviləsinə əlavə ilə kreditin qaytarma müddəti xx xxxx 2016-cı il tarixədək uzadılmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi İddiaçı KB ASC və X3 arasında xx xxxx 2014-cü il tarixdə ipoteka müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 küçəsində yerləşən 6A saylı fərdi yaşayış evini İddiaçı KB ASC-yə ipoteka qoymuşdur. İş üzrə həmçinin müəyyən olunmuşdur ki, cavabdeh kredit müqaviləsindən irəli gələn kredit və kredit faizlərinin qaytarılmasına dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmiş, bu səbəbdən iddi açı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı KB ASC cavabdehin kredit müqaviləsi üzrə 13508,15 ABŞ dolları əsas, 1913,54 ABŞ dolları faiz və 7093,80 ABŞ dolları cərimə borcunun olmasını iddia etmiş, apellyasiya instansiyası məhkəməsində araşdırma zamanı isə təyin olunmuş məhkəməmühasibatlıq ekspertizasının xx xxxxxx 2019-cu il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 banka 13552,67 ABŞ dolları əsas, 1883,07 ABŞ dolları faiz borcu vardır. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin dəlillərinə uyğun olaraq ipoteka predmetinin qiymətləndirilməsini həyata keçirmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx xxxxxx 2019-cu il tarixli 028-11/18 saylı rəyi ilə müəyyən olunmuşdu r ki, ünvan 1 küçəsində yerləşən 6A saylı fərdi yaşayış evinin xx xxxx 2018-ci il tarixinə bazar dəyərini 65000 manat təşkil edir. Apellyasiya instansiyası məhkəməsi həmin rəyləri əsas götürərək, mübahisələndirilən qətnaməni qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamənin yoxlanılan hissələri üzrə düzgün nəticəyə gəlmiş və maddi və prossesual hüquq normalarının pozuntusuna yol verməmişdir. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq iş üzrə keçirilmiş qiymətləndirmə rəyini ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün əsas götürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin rəyinin mötəbərliyini şübhə altına alınm ası üçün də əsaslar mövcud deyildir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəfləri n tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məcəllənin 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-ci maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləlik lə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə mübahisələndirilən hissədə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respub likası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 və vəkili X4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxx 2019-cu il tarixli, 2(104)-91/2019 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar