Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2482/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi İddiaçı1 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun tutulmasının ipoteka predmetinə yönəldilməsi, əmlakın likvid qiyməti, ipoteka predmetinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi İddiaçı1 Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmet inə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-103/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 11/0793/KBK saylı kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana dövriyyə vəsaitinin artırılması üçün 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 100.000 manat məbləğində kredit verilmişdir. 2. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehə tam mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, ümumi s ahəsi 134.2 kv.m olan 109 saylı mənzil (yeni qaydalarla: AZ1011, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 bank qarşısında ipoteka ilə yüklü etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Ləğvedicisi İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə xx.xx.2020-ci il tarixli 11/0793/KBK saylı kredit müqaviləsi üzrə 93.720,60 manat əsas borc, 29 938,52 manat faiz borcu olmaqla, cəmi 123659,14 manat məbləğində borcun, ödənilmiş 413 manat məbləğində dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun tutulması, tutmanın cavabdehə tam mülkiyyət hüququ ilə məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 134.2 kv.m olan 109 saylı mənzilə (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 2 yönəldilərək ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan 1 ay sonra boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinad etməklə belə əsaslandırmışdır ki, Bankın Nəsimi filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 11/0793/KBK saylı kredit müqaviləsinə əsasən borcalana 36 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 100.000 manat məbləğində kredit verilmişdir. Bankla ipoteka qoyan arasında bağlanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinə əsasən verilmiş kreditin təminatı kimi xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən tam mülkiyyət hüququ üzrə cavabdehə məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti ev 84, mənzil 109 (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 134.2 kv.m olan yaşayış sahəsi ipotekaya qoyulmuşdur. Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, habelə **********676 saylı xx.xx.2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və k redit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirməmişdir. xx.xx.2020-ci il tarixli müqavilə üzrə xx.xx.2021-ci il tarixinə cavabdehin kredit üzrə cəmi borcu 123.659,14 manat təşkil edir. Bundan 93.720,60 manat əsas, 29.938,52 manat faiz borcu təşkil edir. Bank tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinin tələblərinə uyğun olaraq ipoteka qoyana bildiriş göndərilmiş və həmin bildirişin müvafiq qaydada Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir.
5. Məhkəmə tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertiza əsasında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli, 82 saylı hesabatına əsasən Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 134.2 kv.m olan 109 saylı mənzilin (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsən bey ünvan 2 bazar qiyməti 290.000 manat, likvid dəyəri isə 270.000 manat təşkil edildiyi qeyd olunmuşdur.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-1428/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Məmmədov) iddianın təmin edilməsi, cavabdehdən xx.xx.2020-ci il tarixli 11/0793/KBK saylı kredit müqaviləsi üzrə 93.720,60 manat əsas borc, 29.938,52 manat faiz borcu olmaqla, cəmi 123.659,14 manat məbləğində borc, 413 manat dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin q eydə alınması üçün ödənilmiş 40 manat rüsumunun Bankın xeyrinə tutulması, tutmanın cavabdehə tam mülkiyyət hüququ ilə məxsus olan, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 270.000 manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin ipoteka qoyana qaytarılması, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdən və əmlak satıldıqdan 1 ay sonra boşaldılması qət olunmuşdur.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəməyə təqd im olunmuş sübutlar və dəlillər kifayət qədər əsaslıdır və bu baxımdan da iddia tələbi qanuni və əsaslı olduğundan təmin olunmalıdır.
8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 319.1, 319.6, 385.1, 386.1, 425.1, 427.3, 442, 445.1, 445.2.1, 448.1, 739.1-ci, “İpoteka haqqında” Qanununun 34, 59.3.1, 59.3.2, 59.4-cü, Mülki Prosessual Məcəlləsinin 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəmsinin e2(004)-1428/2022 saylı 04 iyul 2022-ci il tarixli qətnaməsinin qismən “əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi” hissəsində ləğv edilməsi, əmlakın hazırki likvid dəyərinin yenidən müəyyən edilməsi məqsədi ilə təkrar məhkəmə-ə mtəəşünaslıq ekspertizasının təyin edilməsini və yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsinin 2.3-cü maddəsində, ipoteka predmetinin bazar dəyəri 200.000 manat müəyyən edilmişdir. Bundan əlavə, daşınmaz əmlak bazarında alıcılıq qabiliyyətinin aşağı düşməsini nəzərə alaraq, tərəflərindən daşınmaz əmlakların satışı üzrə internet satış sayıtlarından araşdırılıb, müqayisələndirilib və müəyyən olunub ki, həmin ərazidə anoloji mənzillərin bazar dəyəri məhkəmə tərəfindən müəyyən edilmiş məbləğlərdən aşağıdır. Sözügedən qətnamədə ipoteka predmeti olmuş əmlakın ilkin satış qiymətinin real dəyərini əks etdirmədiyi üçün icra edilməsi əsassız yerə ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi İddiaçı1 tərəfindən əmlakın Bankın mülkiyyətinə götürüldüyü təqdirdə iş üzrə cavabdehə əsassız fərq ödəməsinə gətirib çıxaran amildir. Bu isə Bankın kreditorları qarşısındakı öhdəliklərinin çox gec icra edilməsinə və kreditor hüquqlarının pozulmasına zəmin yaradır. Məhkəmə iclasında nümayəndə tərəfindən ekspert rəyinə etiraz edilmiş, hüquqi əsaslarla ekspert rəyinin əsassız olduğu bildirilmiş və iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatət qaldırılmışdır. Lakin sədrlik edən tərəfindən vəsatət təmin edilməmişdir.
11. Qətnamədən həmçinin cavabdeh də apellyasiya şikayəti verərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 04 iyul 2022-ci il tarixli e-2(004)-1428/2022 nömrəli qətnaməsinin borcun məbləği hissədə qısmən ləğv olunmas ı, iş üzrə araşdırma apararaq, yeni qətnamənin çıxarılmasını xahiş etmişdir
12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçıya olan kredit borcu 60.000 manat məbləğində təşkil edir. Buna dair sübut: Azərbaycan Kredit Bürosu MMC-dən verilmiş SF-5017 nömrəli çıxarış da təsdiq edir. Məhz həmin çıxarışdada qeyd olunubdur ki, onun həmin kredit üzrə borcu 60.000 manat məbləğində təşkil edir. Qeyd etmək istəyir ki, Azərbaycan kredit bürosu MMC-dən SF-5017 nömrəli çıxarış tərəfindən xx.xx.2022-ci il tarixdə əldə olunmuşdur. Belə ki, tərəfindən kredit xətti müqaviləsi bağlanmış və həmin kredit xətti müqaviləsinə əsasən ona hissə-hissə 60.000 manat məbləğində pul vəsaiti verilmişdir. O iddia tələbində qeyd olunduğu kimi bankdan 100.000 manat pul götürməmişdir. Əgər 100.000 man at bankdan götürülmüşdürsə o halda iddiaçı imzası ilə təstiqlənən həmin pulun götürülməsinə dair kassa məxaric orderini məhkəməyə təqdim etməli idi. Bundan başqa onun bankdan götürdüyü 60.000 manat pul məbləğindən də tərəfindən banka 12.000 manat məbləğində ödəniş həyata keçirilmişdir.
13. Cavabdehin apellyasiya şikayətinin dəlilləri baxımından apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq, həmçinin təkrar məhkəmə-mühasibatlıq ekspertizası əsasında cavabdehin xx.xx.2020-ci il tarixli 11/0793/KBK saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə əsas borc üzrə 51.668,84 manat, faiz borcu üzrə 16.505, 32 manat borcu olduğu müəyyən edilmişdir.
14. İddiaçının apellyasiya şikayətinin dəlilləri baxımından apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizas ı əsasında Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 134.2 kv.m olan 109 saylı mənzilin (yeni qaydalarla: AZ 1011, Bakı şəhəri, Yasamal rayonu, Həsən bey ünvan 2 bazar qiyməti 312.686, manat, likvid dəyəri isə 281.418,0 manat təşkil etməsi müəyyən olunmuşdur.
15. Belə ki, apellyasiya baxışı zamanı təyin edilmiş məhkəmə-mühasibatlıq, həmçinin təkrar məhkəmə-mühasibatlıq ekspertizasının nəticələri eyni olmuşdur.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-103/2024 nömrəli mülki iş üzrə 29 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), P.Hüseynov və C.Yusifov) iddiaçının apellyasiya şikayətinin təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin q ətnaməsinin qismən-borcun məbləği hissəsində dəyişdirilməsi, cavabdehdən xx.xx.2020-ci il tarixli, 11/0793/KBK saylı kredit müqaviləsi üzrə 51.668,84 manat əsas borc, 16.505,32 manat faiz borcu olmaqla, cəmi 68.174,16 manat məbləğində borcun iddiaçının xeyrinə tutulması qət edilmişdir.
17. Məhkəmə kollegiyası öz mövqeyini iş materiallarında olan dəlil və sübutlara həmçinin təyin olunmuş məhkəmə ekspertizalarının rəylərinə əsasən əsaslandırmışdır.
18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 442, 448.1, 448.2-ci, 739.1-ci “İpoteka haqqında” Qanununun 39.3, 39.3.3, 59.4-cü, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 372.1, 372.6, 384.0.3-cü maddələrinə və “Mülki Prosessual Məcəllənin 372-ci maddəsinin və 372.7-ci maddələrinin tələbləri baxımından şə rh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. İddiaçı (Bankın nümayəndəsi və Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin borcun tutulması və ipoteka predmeti olan əmlakın likvid dəyərinin müəyyən edilməsi hissəsində ləğv edilərək, işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, hər iki məhkəmə instansiyası öz qətnamələrini məhkəmə ekspertizalarının rəylərinə əsaslanaraq əsaslandırmışdırlar. Belə ki, məhkəmələr ekspert rəylərini əsas sübut kimi qəbul etmişlər. Halbu ki, ipoteka qoyulmuş əmlakın hazırkı likvid dəyəri hərracda satılması üçün qətnamə üzrə müəyyənləşdirilmiş ilkin hərrac qiymətindən dəfələrlə aşağıdır və müəyyən edilmiş qiymət həmin əmlakın real dəyərini əks etdirmir. Belə ki, tərəflər arasında imzalanmış 23 yanvar 2020-ci il tarixli ipoteka müqaviləsinin 2.3-cü maddəsində, ipoteka predmetinin bazar dəyəri 200.000 manat müəyyən edilmişdir. Bundan əlavə qiymətləndirmə rəyində hansı səviyyədə təmirli olduğu qeyd olunmur. Mənzilin texniki xarakterizəsində qeyri adi bir eleməntlər, materiallar və s. qeyd edilmir. Belə ki, mənzil orta təmirli bir mənzildir və nəzərə alınmalıdır ki, mənzil yeddinci mərtəbədə yerləşir. Qeyd olunan bu hallar nzərə alınmamış və hazırda mənzilin satış qiymətinin 200.000-230.000 manat məbləğində olması qənaətindədir.
21. Şikayətdə həmçinin qeyd etmişdir ki, işə apellyasiya instansiya məhkəməsi tərəfindən baxılarkən əmlakın likvid qiymətinin yenidən müəyyən edilməsi və təkrar məhkəmə mühasibatlıq ekspertizasının təyin edilməsi barədə elektron məhkəmə kabineti vasitəsi ilə vəsatət verilsə də məhkəmə kollegiyası hər hansısa bir əsaslandırılmış qərardad qəbul etmədən vəsatətə münasibət bildirməmişdir. Halbuki, qeyd edilən prosessual normanın tələbi baxımından işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.
22. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci “İpoteka haqqında” Qanunun 1,0.9-cu, Mülki Prosessual Məcəlləsinin 88, 97, 103.1, 217-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı et irazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
26. Maddə 448.1. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hal lar üçün cavabdehdir.
27. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
28. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu
29. Maddə 39.3 və 39.3.3. məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müs təqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
30. Maddə 59. ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş s ayılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gəl ərək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi nin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-103/2024 nömrəli, 29 mart 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.