Məhkəmə qərarları › İş №2(102)-2485/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2485/2024

04.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2485/2024 04.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı ilk, Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələbinə dair (Bakı şəhəri Binəqədi rayon icra şöbəsi və X17 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) mülki iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntularından (deliktdən) irəli gələn mübahisələr, dövlət orqanları, yerli özünüidarə orqanları və onların vəzifəli şəxslərinin vurduqları zərərdən irəli gələn mübahisələr) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki k ollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı “dövlət orqanının vəzifəli şəxsləri tərəfindən vurulmuş zərərin əvəzinin ödənilməsi”nə dair ilk, Cavabdeh2 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “pul” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1990/2024 nömrəli, 3 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə 4 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Sığortaçı "Azsığorta” ASC ilə sığortalı "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək daşınmaz əmlakın icbari sığorta müqaviləsi üzrə müqavilə münasibətləri olmuş və Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən "xxxx" tikinti materialları bazarının yalnız 2-ci mərtəbəsi (2000 kv.m) ******* manat məbləğində sığorta olunmuşdur. 49500 manat isə azad olunma məbləği (franşiza) müəyyən edilmişdir. Bu barədə BA seriyalı, 957787 nömrəli sığorta şəhadətnaməsi verilmişdir.

2. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı 10 sentyabr 2021-ci il tarixli icra vərəqəsinə əsasən təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X8 və X9 və "xxxx" MMC-dən müştərək qaydada 391 891 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X12, 389 974 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X13, 135 800 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X3, 193 465 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X15, 193 909 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X2, 324 866 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X10, 115 083 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X14, 107 804.48 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X7 ödən ilməlidir.

3. Həmin icra sənədi xx.xx.2023-cü ildə borclu "xxxx" MMC-yə münasibətdə icra edilməsi üçün Binəqədi rayon icra şöbəsinə göndərilmişdir.

4. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Cavabdeh2 xx.xx.2023cü ildə icraata başlamaq haqqında qərar qəbul etmiş və tələbin könüllü icrası üçün müddət verilmiş, borclunun nümayəndəsinin izahatı alınmış, borclunun banklarda və digər kredit təşkilatlarında olan hesabları və əmanətləri sorğulanmış, borclunun tələbin yönəldilə biləcəyi əmlaklarının olub-olmadığı araşdırılmışdır. Bundan bir nəticə əldə edilmədikdən sonra icra məmuru borclunun üçüncü şəxslərdə olan vəsaitini sorğulamaq üçün hərəkətlər etmişdir. X1 icra şöbəsinə müraciət edərək, tələbin borclunun "Azsığorta” ASC-də olan sığorta ödənişinə yönəldilməsini xahiş etmişdir. 5. 14.04.2023-cü ildə icra məmuru borclunun manat və ya xarici valyutada olan pul vəsaitlərinin həbs qoyulması və tələbin həmin pul vəsaitlərinə yönəldirilməsi haqqında qərar qəbul etmiş və qərar icra edilməsi üçün banklara göndərilmişdir. Qərarda icra sənədi üzrə ümumi borc məbləğinin 185291.48 manat olduğu və 129703.87 manat icra ödənişinin miqdarı olduğu göstərilmişdir.

6. İcra qurumu tərəfindən xx.xx.2023-cü ildə "xxxx" ASC-yə məktub ünvanlanmış və "xxxx" MMC üçün nəzərdə tutulmuş sığorta vəsaitinin hansı bankda olan depozit hesabda yerləşməsi barədə məlumat verilməsi tələb edilmişdir.

7. İcra məmuru Cavabdeh2 xx.xx.2023-cü il tarixdə “borclunun üçüncü şəxslərdə olan əmlakı (pul vəsaitləri) üzərinə məhdudiyyət qoyulması haqqında” Qərar qəbul etmişdir və qərarla "xxxx" MMC-nin "xxxx" AS C-də olan sığorta üçün nəzərdə tutulmuş pul vəsaitinə hər hansı bir sərəncam verilməsinə tələb həcmində məhdudiyyət qoyulmuşdur. Eyni tarixdə əmlakın üzərində həbs qoyulması barədə təqdimatla Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir.

8. Bundan sonra "xxxx" ASC tərəfindən İcra Şöbəsinə xx.xx.2023-cü il tarixdə icra qurumunun xx.xx.2023-cü il tarixli məktublarına cavab göndərilmiş və "xxxx" MMC-nin sığorta tələbi ilə bağlı sığorta ödənişin ödənilməsindən imtina edildiyi və "xxxx" ASC tərəfindən "xxxx" MMC-yə hər hansı sığorta ödənişinin verilməsinin nəzərdə tutulmadığı bildirilmişdir. Həmin məktub xx.xx.2023-cü il tarixdə icra şöbəsinə daxil olmuşdur.

9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)376/2023 saylı qərardadı ilə icra məmurunun təqdimatı təmin e dilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinin icrasının təmin olunması məqsədi ilə "xxxx" MMC-nin "xxxx" ASC-də olan RAZ********** nömrəli sığorta şəhadətnaməsi üzrə sığorta üçün nəzərdə tutulmuş ******* manat pul vəsaitinin üzərinə həbs qoyulmuşdur. Həmin qərardad xx.xx.2023-cü il tarixdə icra olunması üçün Binəqədi İcra Şöbəsinə göndərilmişdir. 10. 19 may 2023-cü il tarixli 130 saylı inkasso sərəncamı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı 10 sentyabr 2021-ci il tarixli icra vərəqəsi əsasında "xxxx" ASC-də olan 1 250 000 manat məbləğinə inkasso sərəncamı verilmiş, həmin məbləğ Binəqədi rayon icra şöbəsinin hesabına köçürülmüşdür. 11. "xxxx" ASC qərardaddan şikayət vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(10 3)-172/2023 saylı qərardadı ilə "xxxx" ASC-nin şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(001)376/2023 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

12. Bundan sonra xx.xx.2023-cü il tarixdə icra məmuru Cavabdeh2 “borcludan tutulmuş pul məbləğlərinin tələbkarlar arasında bölüşdürülməsi haqqında” qərar qəbul etmiş və tələbkarların öz aralarında olan razılığına əsasən ******* manat pul vəsaiti onlar arasında bölünmüşdür. 13. 04.07.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)376/2023 saylı qərardadı ilə "xxxx" ASC-nin Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1 may 2023-cü il tarixli, 8(001)-376/2023 saylı qərardadına izah verilməsi barədə "xxxx" ASC-nin nümayəndəsi Vəkil ərizəsi təmin edilməmişdir. 14. "xxxx" ASC məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Cavabdeh2 xx.xx.2023-cü il tarixli “Borclunun üçüncü şəxslərdə olan əmlakı (pul vəsaitləri) üzərinə məhdudiyyət qoyulması haqqında qərarının qanunsuz və əsassız sayılması, xx.xx.2023-cü il tarixində Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Cavabdeh2 və rəisi Cavabdeh4 "xxxx" ASC-nin mülkiyyətində olan və "xxxx" QSC-də saxlanılan 1 250 000 manat məbləğində pul vəsaitinin köçürülməsinə (alınmasına) dair hərəkətlərinin qanunsuz sayılması, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru Cavabdeh2 və rəisi Cavabdeh4 "xxxx" QSC-yə verdiyi xx.xx.2023cü il tarixli 130 saylı inkasso sərəncamının qanunsuz sayılması və ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

15. Bakı şəhəri Binə qədi Rayon Məhkəməsinin 8(001)- 457/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC-nin şikayəti təmin edilməmişdir.

16. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)- 642/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icra məmuru Cavabdeh2 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərardan "xxxx" ASC-nin verdiyi şikayət təmin edilməmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8(103)-313/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)642/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8(103)-319/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" ASC tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-457/2023 saylı, xx.xx.2023cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. 19. "xxxx" ASC yenidən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 8(001)-376/2023 saylı qərardada izah verilməsi üçün məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli, 8(001)- 376/2023 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8(103)-393/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 9 oktyabr 2023-cü il tarixli, 8(001)-376/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

20. İddiaçı "xxxx" AS C (bundan sonra – iddiaçı) cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və onun vəzifəli şəxsləri Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 49 500 (qırx doqquz min beş yüz) manat pul vəsaitinin müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə, qətnamə çıxarılmasını xahiş etmişdir.

21. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən "xxxx" MMC-yə BA seriyalı, 957787 nömrəli sığorta şəhadətnaməsi blankı verilmək yolu ilə sığorta müqaviləsi bağlanılmışdır. Sığorta şəhadətnaməsinə əsasən Bakı ş., Binəqədi ray., Sulutəpə qəsəbəsi ünvanında yerləşən ticarət mərkəzinin 2-ci mərtəbəsinin 2000 (iki min) kv. metr sahəsi qismən sığorta olunmuşdur. xx.xx.2019-c u il tarixində baş vermiş yanğın hadisəsi nəticəsində sığorta təminatı verilmiş tikilinin 2-ci (ikinci) mərtəbəsində yerləşən 2000 (iki min) kv.metr sahənin bir hissəsinə qismən zərər dəymişdir. Sığorta hadisəsi ilə bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2020-ci il tarixli, xx/xx-03580 nömrəli məktubunda göstərilmişdir ki, ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus tikinti və inşaat materialları bazarı yanğın hadisəsi baş verdiyi tarixədək yanğın təhlükəsizliyi sahəsində layihə həlli olmadan tikilmiş, tikililər arasında yanğına qarşı ara məsafəsi gözlənilməmiş, mal və məhsulların yığılması qaydası pozulmuş, obyektin elektrik təsərrüfatı “Elektrik qurğularının quraşdırılması qaydalarının” tələblərinə uyğun quraşdırılmamış, ya nğına qarşı su təchizatı tələbatı ödənməmiş, yanğın su hovuzuna yanğın avtomobillərinin sərbəst yan alması təmin edilməmişdir. Bundan başqa obyekt avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusu, ilkin yanğınsöndürmə vasitələri ilə normaya uyğun təmin olunmamış, digər çoxnömrəli norma və qayda pozuntuları şəraitində istismar edilmişdir. Sığorta hadisəsinin təsdiq edilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının reyestrində qeydiyyata alınan "xxxx" MMC-yə müraciət edilmişdir. xx.xx.2021-ci il tarixli, 0339 nömrəli ekspert rəyinə əsasən, ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus tikinti və inşaat materialları bazarının, yanğın baş verdiyi tarixədək tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan, şəhərsalma və tikinti norma və qaydal arını ciddi surətdə pozmaqla tikilmiş, yəni özbaşına tikinti olmuşdur. “İcbari sığortalar haqqında” AR Qanununun 35.3.4-cü maddəsinə (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180-ci maddəsinə uyğun olaraq özbaşına tikinti sayılan daşınmaz əmlak) əsasən "xxxx" MMC-yə dəymiş zərər hesablanmayaraq sığorta ödənişi verilməmişdir. Sığortalıya sığorta ödənişinin verilməsindən imtina olunması barədə xx.xx.2020-ci il və xx.xx.2023-cü il tarixli bildirişlər göndərilmişdir. Ümumiyyətlə, İddiaçı ASC dəymiş zərərlə bağlı sığorta kompensasiyasını hesablamamış və bununla bağlı hər hansı pul vəsaitini bank hesablarında saxlamamışdır (ödəniş tapşırığı verməmişdir). BA seriyalı, 957787 nömrəli (RAZ**********) sığorta şəhadətnaməsi blankında qeyd olunan 1 250 000 (bir milyon iki yüz əlli min) manat sığorta məbləği “Eurohome’’ MMC-nin sahibliyində, istifadəsində və ya sərəncamında olan pul vəsaiti olmamışdır. Bakı şəhəri Binəqədi rayon icra şöbəsi İddiaçı ASC-yə müxtəlif tarixlərdə məktublar ünvanlamış, xx.xx.2023-cü il tarixli, xx/xx-57094-29 nömrəli məktubla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən borclu "xxxx" MMC-nin sığorta ödənişləri barədə məlumatın Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinə göndərilməsi xahiş olunmuş, xx.xx.2023-cü il tarixli məktubla Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə “borclunun üçüncü şəxslərdə olan əmlakı (pul vəsaitləri) üzərinə həbs qoyulması haqqında” icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı İddiaçı ASC-yə göndər ilmiş, xx.xx.2023-cü il tarixli digər məktubla isə həmin icra vərəqəsinə əsasən borclu "xxxx" MMC üçün nəzərdə tutulmuş sığorta vəsaitinin İddiaçı ASC-yə məxsus hansı bankda olan depozit hesabda yerləşməsi və həmin hesab rekvizitləri barədə məlumat verilməsi xahiş olunmuşdur. İddiaçı ASC xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023- cü il tarixli məktublarla Bakı şəhəri Binəqədi rayon icra şöbəsinə bildirmişdir ki, "xxxx" MMC-nin mülkiyyətində (sahibliyində, istifadəsində və ya sərəncamında) olan pul vəsaiti İddiaçı ASC-də olmamış və hər hansı öhdəliyi yaranmamışdır. Lakin Binəqədi rayon İcra Şöbəsinin vəzifəli şəxsləri Cavabdeh2 və Cavabdeh4 yuxarıda sadalanan hallara nəzər yetirmədən, BA seriyalı, 957787 nömrəli (RAZ**********) sığorta şəhadətnaməsi blankında qeyd oluna n 1 250 000 manat sığorta məbləğini yanlış olaraq "xxxx" MMC-nin sahibliyində, istifadəsində və ya sərəncamında olan “pul vəsaiti”, yəni əmlakı kimi qəbul etmişdir. Həmçinin Binəqədi rayon İcra Şöbəsinin vəzifəli şəxsləri Cavabdeh2 və Cavabdeh4 İddiaçı ASC-nin öhdəliyində qalmayan 49 500 (qırx doqquz min beş yüz) manat azadolma məbləğini də "xxxx" MMC-nin pul vəsaiti kimi hesab etmişlər. Halbuki sığortaçı tərəfindən sığortalıya azadolma məbləği çıxıldıqdan sonra sığorta ödənişi həyata keçirilir. xx.xx.2023-cü il tarixində Binəqədi rayon İcra Şöbəsinin vəzifəli şəxsləri Cavabdeh2 və Cavabdeh4 tərəfindən qanunsuz və əsassız olaraq "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixli, 130 nömrəli inkasso sərəncamı göndərilmiş və İddiaçı ASC-nin 1 250 000 (bir milyon iki yüz əlli min) manat həcmində investi siya kapitalı Ədliyyə Nazirliyinin bank hesabına köçürülmüşdür.

22. Cavabdeh2 iddiaçı "xxxx" ASC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 50000 (əlli min) manat məbləğində maddi və mənəvi ziyanın tutularaq YAŞAT FONDU-na (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu) köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021-038 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi xx.xx.2023-cü il tarixdə Binəqədi rayon icra şöbəsinə daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. İcra vərəqəsində göstərilən tələbi 10 (on) gün müddətində könüllü qaydada təmi n edilməsi barədə xx.xx.2023-cü il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək bildirişlə birlikdə tərəflərə göndərilmişdir. “Azsığorta’' ASC tərəfindən son üç ay ərzində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə icra məmurunun hərəkət və qərarlarından eyni predmet üzrə 6 əsassız ərizə daxil olmuş və həmin ərizələr məhkəmə qərarları (qərardadları) ilə təmin edilməmişdir. Göründüyü kimi, "xxxx" ASC yenidən daha bir əsassız ərizə ilə bu dəfə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə üz tutmuş və əvvəlki eyni məzmunlu müraciətləri barədə məhkəməyə məlumat verməyərək, məhkəmənin vaxtını almaqla yalan məlumatlar verməyini davam etdirmişdir. Məlumat üçün bildirilmişdir ki, sözügedən icra sənədi üzrə hadisələr (ticarət müəssisəsində baş vermiş yanğınla çoxnömrəli zərərçəkənlərə dəymiş ziyan h əcmi) Azərbaycan cəmiyyətində kifayət qədər ictimailəşmiş məsələdir və hər kəs bundan media və mətbuat vasitəsi ilə xəbərdardır. Belə olan halda "xxxx" ASC tərəfindən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə yenidən əsassız ərizə ilə müraciət etməsi (məhkəməni aldatmağa çalışması, eyni müraciətlərlə məhkəmələrin iş yükünü artırmağa çalışması (səbəb olması) və sairə) tamamilə qəbulolunmazdır və məsuliyyət səbəb olmalıdır. Göründüyü kimi "xxxx" ASC-nin əslində iddia tələbi Mülki Məcəllənin 893.3-cü maddəsinin müddəaları baxımından tamamilə əsassızdır və icra sənədi üzrə hazırkı ziyan məbləği 1 800 000 (bir milyon səkkiz yüz min) manatdan yuxarı olduğu halda, nəzərdə tutulan sığorta məbləği mövcud ziyan məbləğini belə hazırda ödəmədiyi halda azadolma məbləğinin tələbi qanunvericiliyə uyğun mümkü n deyildir.

24. Cavabdeh2 ilk iddiaya qarşı etiraz edərək əlavə olaraq bildirmişdir ki, əvvəl məbləğ tələbkarlar arasında bölünməmiş, Apellyasiya Məhkəməsində bununla bağlı prosesin yekunlaşması gözlənilmişdir. Apellyasiya Məhkəməsinin qərarından sonra pul bölünmüşdür. Bundan əlavə, bu iş səkkiz tələbkarla bağlı iş idi. Zərərçəkən şəxslər mütəmadi idarəyə gəlirmişlər. Pulun bölünməsi ilə bağlı şəxslər arasında razılıq əldə olunduğundan pul tərəflər arasında bölünmüşdür. Hərəkətləri ilə bağlı məhkəmələrdə proseslər də olmuşdur və nəticədə onun lehinə qərarlar qəbul edilmişdir. Bu qərarlar da onun hərəkətlərində qanunsuzluq olmadığının göstəricisidir.

25. Cavabdeh4 nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, sığorta şəhadətnaməsində azadolmanın qarşısında şərtli sözü yazılmayıbsa, bu şərtsiz h esab edilir. Qanunda göstərilmişdir ki, azadolma şərtli, şərtsiz, müddətli və müddətsiz ola bilər. Bu, qanunda göstərildiyinə görə burada mütəxəssis rəyinə də xüsusi ehtiyac yoxdur. Həmçinin azadolma məcburi olmadığından, sığorta şəhadətnaməsinə salınmamalıdır. Bu, tərəflər arasında razılaşmaya əsasən olan məsələdir və sığorta müqaviləsində göstərilməlidir. Buna görə də icra məmurları sığorta müqaviləsinin təqdim edilməsini istəmişlər, lakin qarşı tərəf təqdim etməmişdir. Hesab etmişdir ki, azadolmanın qarşısında heç nə yazılmayıbsa, bu, şərtlidir. Azadolma terminin salınmasının burada doğru hesab etməmişdir. Çünki tərəflər qarşılıqlı razılığa gəlməmişlər. İddia tələbi əsassız olduğundan təmin edilməməlidir.

26. Mübahisə pedmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Binəqədi rayon icra şöbəsinin nümayəndəsi X18 bildirmişdir ki, təqdimatda "xxxx" üçün "xxxx" ASC-də nəzərdə tutulmuş vəsait barədə qeydlər etmişlər. "xxxx" ASC-yə bu vəsaitin hansı hesabda saxlanılması barədə sorğular verilmişdir. Ancaq bu sorğularla bağlı ya cavablar verilməmiş, ya da əksik məlumatlar verilmişdir. Buna görə də "xxxx" ASC-də olan vəsaitlə bağlı olduğuna görə bütün hesablara sərəncam göndərmişlər. Həmçinin "xxxx" ASC-nin hesabında olan adlardan biri sərəncamı icra etmədiyinə görə onun barəsində inzibati tədbir görmüş, protokol tərtib etmişlər və bununla bağlı protokolla bağlı qüvvədə olan məhkəmə qərarı mövcuddur. Azadolmanın şərtli və ya şərtsiz olmasını icra məmuru müəyyənləşdirə bilməz. Ümumi sığorta məbləğini tutmuşlar. Göstərilən 49500 (qırx doqquz min beş yüz) manat, 1 250 000 (bir milyon iki yüz əlli min) manatın tərkibinə aiddir. Şəhadətnamədə ümumi məbləği görmüş, 49500 (qırx doqquz min beş yüz) manatı görməmişlər. İlkin iddia üzrə iddiaçı tərəfin qaldırdığı bu iddia əsassızdır və rədd edilməlidir.

27. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(004)-4492/2023 nömrəli iş üzrə 26 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişlər.

28. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, hazırkı halda sığorta şəhadətnaməsində hər hansı şərt göstərilmədiyindən 49 500 (qırx doqquz min beş yüz) manat şərtsiz azadolma məbləğidir. Şərtsiz azadolma məbləği isə, yəni 49 500 (qırx doqquz min beş yüz) manat hər bir halda dəyən zərəri n sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissədir. Hazırkı iş üzrə icra işi araşdırılarkən 49 500 (qırx doqquz min beş yüz) manat məbləği də daxil olmaqla 1 250 000 (bir milyon iki yüz əlli min) manat məbləğində sığorta ödənişinin tələbkarlar arasında bölüşdürüldüyü məlum olmuşdur. 1 250 000 (bir milyon iki yüz əlli min) manat məbləğində sığorta məbləğinə həbsin qoyulması, daha sonra inkasso sərəncamı ilə həmin məbləğin borclular arasında bölüşdürülməsinə dair, icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsinə dair iddiaçının şikayət ərizələri təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, icra məmuru və icra məmuruna nəzarəti həyata keçirən müvafiq dövlət orqanının vəzifəli şəxslərinin hərəkətlərində qanunsuz hər hansı hərəkət olmadığından iddia cavabdehl ərə münasibətdə əsassızdır və rədd edilməlidir.

29. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, sözügedən icra sənədi üzrə dəyən zərər tam ödənilməmiş, yəni icra sənədinin tam icra edilmədiyi və icra sənədi üzrə icraata xitam verilmədiyi işin mübahisəsiz halıdır. Sığorta şəhadətnaməsindən də göründüyü kimi 49 500 (qırx doqquz min beş yüz) manat şərtsiz azadolma məbləğidir. Belə olan halda borclu "xxxx" MMC tərəfindən tələbkarlara ödənilməli olan, lakin azadolma məbləği hesabına ödənilmiş 49500 (qırx doqquz min beş yüz) manat məbləğində pul dəyərində "xxxx" MMC əsassız varlanmışdır. Bu səbəbdən iddiaçı "xxxx" ASC-nin borclu "xxxx" MMC-yə qarşı 49500 (qırx doqquz min beş yüz) manat azadolma məbləği həddində vurulmuş ziyanın qaytarılması barədə iddia ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır.

30. Məhkəmə hesab etmişdir qarşılıqlı iddia da əsassız olduğundna təmin edilməməlidir.

31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 439.4, 898.2, 898.3, 898.4, 898.5, 898.6, 898.7, 1091.1, 1091.2, 1093.1-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 13.1, 13.5, 15.1, 16.2, 41.1-ci, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu 1-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2, 3-cü, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddəsinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instan siyası məhkəməsindəki icraat

32. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

33. İddiaçı apellyasiya şikayətini ilk iddia tələbinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, məhkəmə qanunvericiliyə istinad edərək, 49 500 (qırx doqquz min beş yüz) manat azadolma məbləğinin sığortalının üzərində qalan hissə olduğunu qeyd etdiyi halda, növbəti abzasda icra məmurunun həmin məbləği azadolma məbləği kimi qiymətləndirməyərək, sığorta ödənişinin tərkib hissəsi sayıb İddiaçı ASC-nin bank hesabından çıxararaq borclular arasında bölüşdürməyini qanuni hesab etmişdir.

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1990/2024 nömrəli, 3 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: X20 (sədrlik edən və məruzəçi), X4 və X5) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(004)4492/2023 nömrəli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.

35. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər işin halları ilə təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.

36. Kollegiya apellyasiya şikayətinin dəlilinə münasibətdə bi ldirmişdir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 39.2-ci maddəsinə əsasən, yaşayış evləri və mənzillər istisna olmaqla, digər daşınmaz əmlakın icbari sığortası üzrə azadolma məbləği müvafiq icbari sığorta müqaviləsində razılaşdırılır. Bu halın razılıaşdırılması ilə bağlı müddəaların yer aldığı tərəflər arasında bağlanmış icbari sığorta müqaviləsi təqdim olunmamış, habelə belə bir razılaşmanın olmasını təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir.

37. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 898.2, 898.3, 898.4, 898.5, 898.6, 898.7-ci, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 13.1, 13.5, 15.1, 16.2, 39.2, 41.1-ci, “İcr a haqqında” Azərbaycan Respublikası Qanununun 2, 3-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 218.3, 372.6, 384.0.1, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı "xxxx" ASC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ilk iddia ərizəsinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.8-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanları sığortaçının fəaliyyətinə qarışa, onun əmlakına, o cümlədən bank hesablarındakı vəsaitlərinə sərəncam verə bilməzlər. Lakin Binəqədi rayon İcra şöbəsinin vəzifəli şəxsləri Cavabdeh2 və Cavabdeh4 yuxarıdasadalanan hallara nəzər yetirmədən, BA seriyalı, 957787 nömrəli (RAZ**********) sığorta şəhadətnaməsi blankında qeyd olunan 49500 manat azadolma məbləğini yanlış olaraq "xxxx" MMC-nin sahibliyində, istifadəsində və ya sərəncamında olan “pul vəsaiti”, yəni əmlakı kimi qəbul etmişdir. xx.xx.2023-cü il tarixində tarixində Binəqədi rayon İcra Şöbəsinin vəzifəli şəxsləri Cavabdeh2 və Həsənovİlham Qəribağa oğlu tərəfindən qanunsuz və əsassız olaraq "xxxx" ASC-yəxx.xx.2023-cü il tarixli, 130 nömrəli inkasso sərəncamı göndərilmiş və İddiaçı ASC-nin 49500 (qırx doqquz min beş yüz) manat həcmində investisiya kapitalıƏdliyyə Nazirliyinin bank hesabın a köçürülmüşdür.

40. İddiaçı xx.xx.2024-cü il tarixli sübutların təmin edilməsi haqqında ərizə ilə müraciət edərək, bildirmişdir ki, iddiaçı “İcra haqqında” Qanunun 43.1.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayət ərizəsi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət etmiş və xx.xx.2024-cü il tarixli qərardadla ərizənin icraata qəbulundan imtina edilmişdir. Həmin qərardadın qəbulu ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının, Bakı Dövlət Universitetinin, Ali Məhkəmənin və digərlərini mülahizə və rəyləri alınmışdır. İddiaçı hazırki iş üzrə həmin şikayət üzrə toplanmış materialların(mülahizələr, rəylər, iclas protokolu və s. sənədlər) zəruri sübut k imi surətlərinin alınmasının təmin edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

42. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

43. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülü r.

44. Maddə 898.2. Azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır.

45. Maddə 898.4. Şərtsiz azadolma məbləği nəzərdə tutulduqda həmin məbləğ hər bir halda tətbiq edilir.

46. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

47. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəx siyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

48. Maddəı 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

51. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

52. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya insta nsiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

59. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fak tlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

63. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edir və qeyd edir ki, eyni dəlillərə istinad edilməklə icra məmurlarının qərar və hərəkətlərindən verilmiş şikayətlər qanuni qüvvəyə minnmiş məhkəmə aktları ilə təmin edilməmiş, cavabdehlərin hərəkətlərində hər hansı qanun pozuntusu aşkar edilməmişdir. Həmçinin apellyasiya məhkəməsi tərəfindən də iddiaçıya sığorta müqaviləsi üzrə şərtsiz azadolma məbləğinin sığorta olunandan geri tələb edilməsi üçün iddia vermək hüququnun olması izah edilmişdir.

64. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin bu dəlili əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

65. İddiaçı "xxxx" ASC-nin konstitusiya şikayəti üzrə toplanmış materialların(mülahizələr, rəylər, icl as protokolu və s. sənədlər) zəruri sübut kimi tələb edilməsi barədə ərizəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, ka ssasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

66. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

67. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 aprel 2024-cü il tarixli 2(103)1990/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar