Məhkəmə qərarları › İş №2(102)-2486/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2486/2021

17.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2486/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin (əvvəlki adı – “xxxx” X1 Açıq Səhmdar Cəmiyyəti) Cavabdeh1 qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: borcalanın ölməsi, borcun zamindən tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6662/2020 nömrəli iş üzrə 07 oktyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfində n verilmiş kassasiya şikayətinə dair işə 17 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları “xxxx” X1 Açıq Səhmdar Cəmiyyəti (yeni adı “xxxx” Açıq Səhmdar Cəmiyyəti) ilə (bundan sonra – iddiaçı və ya Bank) borcalan Cavabdeh2 və zamin Cavabdeh1 (bundan sonra – cavabdeh) arasında bağlanmış 29.08.2014-cü il tarixli 6-MZ-1-0-1725-14 saylı bank hesabı, kredit və zaminlik müqaviləsinə əsasən, Bank borcalana istehlak məqsədilə 18 ay müddətinə qaytarmaq, illik 28% ödəmək şərti ilə 12740 ABŞ dolları kredit vermişdir. Kredit müqaviləsinə 1 saylı əlavəyə əsasən, borcalan Cavabdeh2 29.09.2014-cü il tarixdən 29.02.2016-cı il tarixədək olan dövr ərzində əsas borca görə 12740 ABŞ dolları, faiz borcuna görə 3008,07 ABŞ dolları olmaq la, cəmi 15748,07 ABŞ dolları borcu hissəhissə qaytarmağı öhdəsinə götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı borcalana və cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29.08.2014-cü il tarixli kredit müqaviləsinə əsasən əsas borca görə 10348 ABŞ dolları, faiz borcuna görə 2494 ABŞ dolları olmaqla, cəmi 12842 ABŞ dolları borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmiş, nəticədə Bank qarşısında qeyd olunmuş məbləğdə borc yaranmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, borcalan 14.01.2015-ci il tarixdə vəfat etmiş, onun adına vərəsəlik işi açılmamışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12.11.2019-cu il tarixli qərardadı ilə mülki iş üzrə icraata Cavabdeh2 aid hissədə xitam verilmişdir. Məhkəmənin 2(001)-3067/2020 nömrəli iş üzrə 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim S.Səlimova) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borcalanın kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi işdə olan sübutlarla öz təsdiqini tapdığından, zamin kreditor qarşısında borcalanla birgə məsuliyyət daşıdığından, borclunun ölümü zamini öhdəliklərini icra etməkdən azad edən hal olmadığından iddia tələbi əsaslı hesab edilərək təmin olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 439.1, 439.2, 439.7, 442, 445.7, 472.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6662/2020 nömrəli iş üzrə 07 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev) apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, iddianı təmin etməkdə haqlı olmuş, qətnamə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas deyildir. Məhkəmə borclu Cavabdeh2 varislərinin işə cəlb edilməməsi və kreditin onun varislərindən tutulmaması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin müvafiq sorğusuna Ədliyyə Nazirliyinin 25.10.2019-cu il tarixli cavab məktubundan müəyyən olunmuşdur ki, sonuncunun adına Respublikanın notariat ofisində vərəsəlik işi açılmamşdır. Bundan əlavə, mülki iş üzrə icraata Cavabdeh2 aid hissədə xitam verilmiş, lakin həmin qərardad cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə ölmüş borclunun əmlaklarının qalmasına, varisləri olan yaxın qohumlarının olmasına baxmayaraq, qeyd olunmuş halların aydınlaşdırılması üçün hər hansı prosessual hərəkət etməmiş, maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Kassator qeyd etmişdir ki, borcalanın aldığı kreditdən bəhrələnməmişdir. Mərhumun vərəsələri bilərəkdən vərəsəliyi qəbul etməmişlər ki, borcu o ödəsin. Hüquqdan anlayışı olmadığından zamin durmuşdur. Heç yerdə işləmir, himayəsində 3 azyaşlı uşağı və yaşlı valideynləri vardır. Kassasiya şikayətinin əsası kimi Mülki Məcəllənin 1261, 1262, 130 6, 1314-ci maddələrinin tələblərinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar ş əklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (739-cu maddə). Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (maddə 472.2). Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər (maddə 475.1). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1). Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar (maddə 1306.2). Mülki Məcəllənin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli qərarı Mülki Məcəllənin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borc lunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Borclunun ölümü zaminliyin xitamına səbəb olmur. Zaminin ölmüş borclunun kreditorları qarşısında məsuliyyətinin həddi miras əmlakın həcmi ilə məhdudlaşmır. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Kassasiya instan siyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, iddianın təmin olunması Mülki Məcəllənin 472.1 və 1306-cı maddələrinin tələblərinə və həmin maddələrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi tərəfindən 4 iyun 2018-ci il tarixli qərarla verilmiş rəsmi şərhə uyğundur. İşə baxılarkən məhkəmələr tərəfindən mü əyyən edilmişdir ki, borcalan 14.01.2015-ci il tarixdə ölmüş və mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər çərçivəsində onun adına vərəsəlik açılmamışdır. Mövcud vəziyyət kredit borcunun birgə borclu qismində zamindən tutulmasına mane olmur. Həmçinin qeyd olunmalıdır ki, qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nə zərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6662/2020 nömrəli iş üzrə 07 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar