Məhkəmə qərarları › İş №2(102)-2486/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2486/2023

05.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2486/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı3 Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X7 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə iddiaçılar İddiaçı1 və İddiaçı3 Cavabdeh2 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-253/2023 nömrəli iş üzrə 07 fevral 2023-cü il tarixli qərardadından iddiaçıların kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı1 “XXX” KFT-nın təsərrüfatın inkişaf etdirilməsi üçün “Bıstraya poçta” ilə Cavabdeh2 19 oktyabr 2006-cı il tarixdə 5.000 ABŞ dolları, 29 noyabr 2006-cı il tarixdə 5.000 ABŞ dolları, 30 yanvar 2007-ci il tarixdə 5.000 ABŞ dolları, 11 yanvar 2007-ci il tarixdə 5.100 ABŞ dolları, 02 fevral 2007-ci il tarixdə 5.000 ABŞ dolları, 06 fevral 2007-ci il tarixdə 5.000 ABŞ dolları, 26 fevral 2007-ci il tarixdə 5.000 ABŞ dolları, 04 may 2007-ci il tarixdə 3.000 ABŞ dolları, 25 may 2007-ci il tarixdə 2.500 ABŞ dolları, 31 iyul 2007-ci il tarixdə 5.000 ABŞ dolları, 02 oktyabr 2007-ci il tarixdə 3.060 ABŞ dolları, 19 noyabr 2007ci il tarixdə 5.000 ABŞ dolları, 11 avqust 2008-ci il tarixdə 5.000 ABŞ dolları, 03 sentyabr 2008-ci il tarixdə 5.000 ABŞ dolları və 28 aprel 2009-cu il tarixdə 5.000 ABŞ dolları olmaqla, cəmi 68.500 ABŞ dolları pul göndərmişdir.

2. Hacıqabul Rayon Məhkəməsinin (hakim M.Qarayev) 2(071)-XXX/2012 nömrəli iş üzrə 29 fevral 2012-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı3 qarşı “XXX” KFT-yə dair aidiyyatı sənədlərin təhvil verilməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq ona qaytarılması tələbinə dair ilk iddiası təmin edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı3 Cavabdeh1 qarşı əqdin etibarsız hesab olunması və 80.000 ABŞ dolları məbləğdə pulun qaytarılması tələbinə dair qarşılıqlı iddiası rədd edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən N.Mirzəyev, hakimlər T.Heydərov və M.Allahverdiyev) 2(106)-XXX/2012 nömrəli iş üzrə 04 iyul 2012-ci il tarixli qətnaməsi il ə İddiaçı3 verdiyi apellyasiya şikayəti qismən təmin olunaraq, Hacıqabul Rayon Məhkəməsinin 29 fevral 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə ilk və qarşılıqlı iddialar rədd olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən Q.Allahverdiyev, hakimlər V.İbayev və İ.Əliyev) 2(102)-XXX/20212 nömrəli iş üzrə 18 dekabr 2012-ci il tarixli qərarı ilə ilk iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin olunmadan, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. 3. 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən rəsmi olaraq təsdiq edilmiş sənədlərə görə, “XXX” kəndli fermer təsərrüfatının nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə İmişli bölgə şöbəsində 06 dekabr 1999-c u il tarixdə XXX nömrə ilə qeyd edilmişdir. 4. 5 saylı Ərazi Vergilər İdarəsində saxlanılan “XXX” kəndli fermer təsərrüfatının 26 oktyabr 2010-cu il tarixli iclas protokoluna əsasən, həmin iclasda təsərrüfatın üzvləri Cavabdeh2, X3 və X4 ərizələrinə baxılmış və həmin iclasın qərarı ilə Cavabdeh2 “XXX” kəndli fermer təsərrüfatının başçısı və üzvlüyündən, X8 və X9 isə “XXX” kəndli fermer təsərrüfatının üzvlüyündən çıxarılmış və İddiaçı3 “XXX” Kəndli Fermer təsərrüfatının başçısı təyin edilmişdir. 5. 12 dekabr 2011-ci il tarixdə Cavabdeh2 4 nömrəli əmrlə İddiaçı3 “XXX” kəndli fermer təsərrüfatının sədri vəzifəsindən azad etmiş və özünü XXX” kəndli fermer təsərrüfatının sədri təyin etmişdir.

6. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-XXX/2018 nömrəli iş üzrə 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehlər İddiaçı3, X1 və X5 Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının 18 saylı 30 yanvar 2013-cü il tarixli Sərəncamı və Hacıqabul Rayon İcra Hakimiyyəti ilə iddiaçı “XXX” KFT arasında bağlanmış 02 saylı 30 yanvar 2013-cü il tarixli Torpağın icarəyə verilməsinə dair Müqavilə əsasında iddiaçı “XXX” kəndli (fermer) təsərrüfatının qanuni istifadəsinə verilmiş torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən “XXX” kəndli (fermer) təsərrüfatı tərəfindən inşa edilmiş 12 ədəd daşınmaz əmlakdan (qoyun yataqları və çoban evlərindən) çıxarılmaları qət edilmiş, qətnamə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)XXX/2019 nömrəli iş üzrə 27 iyun 2019-cu il tarixli qətnaməsi, sonuncu qətnamə isə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(1 02)-XXX/2019 nömrəli iş üzrə 18 noyabr 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

7. Cavabdeh1 mübahisəyə iddia müddətinin tətbiq olunması barədə ərizə təqdim etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçılar İddiaçı1 və İddiaçı3 Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən onların xeyrinə maddi ziyana görə 239.792 ABŞ dolları, 1.377.152 rus rublu, mənəvi ziyana görə 50.000 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

9. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı1 2006-cı ildə cavabdehlə iri və xırda buynuzlu heyvandarlığın inkişafı ilə bağlı təsərrüfatla məşğul olmağa başlamış, cavabdehin təsərrüfatı olduğundan, eləcə də, qohumu olduğundan əlavə olaraq ailə kəndli təsərr üfatının yaradılmasına ehtiyac duymamış, Azərbaycanda yaşamadığından qardaşı İddiaçı3 cavabdehlə birlikdə işləməyə cəlb etmişdir. Həmin təsərrüfatın inkişaf etdirilməsi üçün “Bıstraya poçta” ilə cavabdehə 2006-2009-cu illər ərzində cəmi 69.870 ABŞ dolları pul göndərmiş, həmçinin onun xahişi ilə qardaşı XXX“Strana Ekspress” vasitəsi ilə cavabdehin xahişinə əsasən yeznəsi X6 xx.xx.2006-cı il tarixdə 137.025 rubl, xx.xx.2006cı il tarixdə 274.050 rubl, xx.xx.2006-cı il tarixdə 246.645 rubl olmaqla, cəmi 657.720 rubl, özü isə xx.xx.2008-ci il tarixdə “Zolotaya Korona” vasitəsi ilə 203.000 rubl göndərmişdir. 2010-cu ildə cavabdehin bütün heyvanları satdığını eşitmiş, bu barədə ondan soruşduqda cavabdeh xəstə olduğunu və avtoqəza keçirdiyini bildirərək, müalicə olunmaq üçün təsərrüfatda olan bütü n heyvanları satmaq məcburiyyətində qaldığını bildirmiş, o da, təsərrüfatın inkişafına 149.870 ABŞ dolları və 860.720 rubl xərclədiyini bildirərək, KFT-nin gəlir və xərclərini hesablayaraq ona çatası pulu tələb etmiş, lakin cavabdeh təsərrüfatda bölünməsi heç nəyin olmadığını qeyd etmişdir. Belə olan halda, cavabdehdən göndərdiyi pulları qaytarmasını tələb etmiş, cavabdeh heyvanların saxlandığı binaları satıb pulunu qaytarması üçün 2-3 gün vaxt istəmiş, bu müddət keçsə də, vədinə əməl etməmiş, 80.000 ABŞ dolları müqabilində KFT-nin bütün sənədlərini əmlakı ilə birlikdə onlara verib çıxmaq istədiyini bildirmişdir. Onlar bununla razılaşmış, cavabdeh ailə üzvləri ilə birlikdə KFT-dən çıxmaq barədə Hacıqabul Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmişlər. Bundan sonra qardaşı İddiaçı3 və onun ailə üzvləri ərizə yazaraq həmin KFT-nin üzvlüyünə daxil olmuş və İddiaçı3 təsərrüfatın başçısı seçilmişdir. Hacıqabul RİH cavabdehlə bağlanmış icarə müqaviləsini və 400 ha torpaq sahəsini 15 illiyə İddiaçı3 icarəyə vermiş, həmin ərazidə 6 çoban evi və 6 tövlə olmuşdur. Bundan sonra, cavabdeh KFT ilə bağlı bütün sənədləri, eləcə də, KFT-nin möhrünü və ştampını İddiaçı3 təhvil vermiş, İddiaçı1 və dayısı oğlu XXXun iştirakı ilə 80.000 ABŞ dollarını təxminən 2010-cu ilin sentyabr ayında cavabdehə vermişdir. Lakin bir ildən sonra cavabdeh onlara qarşı iddia qaldırmağa başlamış, 2012-ci ildə başlayan mübahisə 2017-ci ildə onunla nəticələnmişdir ki, Hacıqabul RİH-dən İddiaçı3 icarədə olan 400 ha torpaq sahəsinin 85 hektarının qeyri-neft sektorunun inkişafı ilə bağlı olaraq təyinatının dəyi şdiriləcəyi, eyni zamanda həmin torpaq sahəsinin 18 hektarının neft kəmərinin mühafizə zonasına düşdüyü bildirərək, həmin torpaq sahəsinin 103 ha sahəsindən imtina etməli olduğu bildirilmiş, o da etiraz etməyərək, bu barədə ərizə ilə müraciət etmiş, lakin Nazirlər Kabinetinin həmin 85 ha torpaq sahəsinin təyinatının dəyişdirilməsi ilə bağlı qərarı olmadığı halda (hazırda da həmin qərar yoxdur) 2017-ci ildə İddiaçı3 icarəsində olan 400 ha torpaq sahəsi heç bir əsas olmadan cavabdehə verilmiş və sonuncu KFT-nin rəhbəri kimi İddiaçı3 və ailəsinin həmin torpaq sahəsindən çıxarılması barədə məhkəmədə iddia qaldırmış, Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiası təmin edilmiş və qətnamə qanuni qüvvəsini almışdır. Beləliklə, mübahisəli sahədə olan 6 çoban evi və 6 t övlə cavabdehə qalmış, ötən müddət ərzində cavabdeh tərəfindən onlara 69870 ABŞ dolları+80000 ABŞ dolları=149870 ABŞ dolları; 657720 rubl+203000 rubl=860720 rubl məbləğində maddi ziyan vurulmuş, eyni zamanda həmin pulları onlara vaxtında qaytarmadığı üçün əldən çıxmış faydaya görə (2012-2019-cu illər üçün) həmin miqdarın 7,5%-i (Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2019-cu il tarixli qərarı ilə uçot faiz dərəcəsi 7,5%-dir) həcmdə maddi ziyan dəymişdir. Bundan başqa, iddiaçılar qeyd olunanlarla əlaqədar mənəvi iztirablara məruz qalmışlar. Belə ki, birgə biznes qurduqları, yeznəsinə belə biznes qurmaq üçün pul göndərdikləri cavabdeh onlardan dəfələrlə polis orqanlarına şikayət vermiş, onları lüzumsuz yerə məhkəmə çəkişmələrinə cəlb etmiş, 7 ildən artıq müddət ərzində onları bu işlə məşğul etmişdir. Bu səbəbdən, onlara 50.000 manat həcmində mənəvi zərər dəymişdir.

10. Cavabdeh iddia ərizəsinə qarşı etiraz, eyni zamanda iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, bildirmişdir ki, İddiaçı3 ona qarşı əvvəllər də 80.000 ABŞ dolları pul tələbinə dair iddia qaldırmış, Şirvan Apellyasiya Məhkəməsinin 04 iyul 2012-ci il tarixli qətnaməsi ilə qarşılıqlı iddiası öz təsdiqini tapmadığından təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Bundan başqa, iddia ərizəsindən görünür ki, İddiaçı1 80.000 ABŞ dolları pulu cavabdehə vermək üçün qardaşı İddiaçı3 verməsini qeyd etmişdir. Göründüyü kimi, iddiaçılar özləri də pulun İddiaçı3 deyil, İddiaçı1 məxsus olmasını təsdiq edirlər. Belə olan halda, İddiaçı3 ona pul verməsini təsdiq edən hər hansı sübutun olmadığından g ecikdirməyə görə faiz tələbi də yersizdir. Eyni zamanda, mənəvi zərərin ödənilməsi barədə iddia ərizəsində göstərilənlər də tamamilə əsassızıdır. Belə ki, İddiaçı3 və ailə üzvləri tərəfindən ona qarşı edilən qanunazidd əməllər barədə qanuni qüvvəyə minmiş hökmlər, səlahiyyətli dövlət orqanlarının müvafiq qərarları mövcuddur və bu rəsmi dövlət sənədləri ilə də öz təsdiqini tapmışdır. Bundan başqa, İddiaçı1 2006-2009-cu illər ərzində ona göndərdiyi 69.870 ABŞ dolları pulu aldığını etiraf etmiş, lakin bu tələb üzrə iddia müddəti ötmüşdür. Belə ki, o, İddiaçı3 adına verdiyi xx.xx.2010-cu il tarixli etibarnaməni xx.xx.2010-cu il tarixdə ləğv etdirmiş, dolayısı ilə də həmin tarixdən tərəflər arasındakı şərikliyə xitam verildiyi İddiaçı3 aydın olmuşdur. Təsadüfi deyildir ki, İddiaçı3 xx.xx.2012-c i il tarixdə əqdin etibarsız hesab edilməsi və 80.000 ABŞ dolları pulun tutulması barədə iddia qaldırmışdır. İddiaçı1la arasında KFT-nin birgə idarə edilməsi ilə bağlı razılaşma olmuş, qarşı tərəf də məhz bu məqsədlə 2006-2009-cu illər ərzində köçürmə yolu ilə pul vəsaiti göndərdiyini bildirmişdir. Bu ortaqlıq 2010-cu ilin oktyabr ayında pozulmuşdur. Pul tələbinin həmin müqavilədən (razılaşmadan) irəli gəldiyi halda 3 illik, tərəflər arasında müqavilə olmadığı və ya xitam verildiyi halda isə əsassız varlanmaya dair 2 illik iddia müddəti ötürülmüşdür. Bundan başqa, İddiaçı1 KFT-nin alınması üçün ona 80.000 ABŞ dolları verdiyini bildirsə də, bunu təsdiqləyən hər hansı sənəd təqdim etməmiş, cavabdeh ondan 60.000 ABŞ dolları aldığını qəbul etmişdir. Aralarındakı razılaşmaya əsasən, KFT-dakı pa yın satış qiyməti 300.000 ABŞ dolları müəyyən edilmiş, 60.000 ABŞ dolları ödənilmiş, qalan hissəsinin isə gələcəkdə ödəniləcəyi razılaşdırılmışdır. Buna görə də, İddiaçı3 adına etibarnamə vermişdir. Həmin vaxt ağır əməliyyatdan çıxdığına görə təsərrüfatı idarə edə bilmirdi. Lakin pulun qalan hissəsi ödənilmədiyindən etibarnaməni 2010-cu ilin oktyabr ayında ləğv etdirmiş, dolayısı ilə də payın alqı-satqısı barədə razılaşma həmin tarixdə ləğv edilmişdir. Hazırkı iddia ərizəsi 2020-ci ilin yanvar ayında, 10 ilə yaxın vaxt keçdikdən sonra verilmişdir. Müqavilənin ləğvi halında cavabdehin aldığı pulu geri vermə öhdəliyi əsassız varlanmadan irəli gələn öhdəlikdir ki, bu öhdəlik üzrə 2 illik xitamverici müddət keçdiyindən ona xitam verilmişdir. 860.720 rubl məbləğində pul tələbinə aid hissədə də iddia müddəti keçmiş, əgər iddiaçı əsassız varlanma qaydasında bu tələbi irəli sürmüşsə, həmin tələb artıq qüvvədən düşmüşdür. Belə olan halda, yəni əsas tələb mövcud deyilsə, ondan irəli gələn faiz tələbi də mövcud ola bilməz. Həmçinin, əsas tələb üzrə iddia müddəti keçibsə, əlavə tələb üzrə də müddət keçmiş sayılır. Digər tərəfdən, iddiaçılar Mülki Məcəllənin 449-cu maddəsində nəzərdə tutulmuş dispoziya şərtlərinin ödənilməsini sübuta yetirə bilmədiyindən iddia müddətinin ötmədiyi halda belə, faiz tələbi təmin oluna bilməzdi.

11. İddiaçı “XXX” kəndli fermer təsərrüfatı da cavabdehlər İddiaçı1 və İddiaçı3 qarşı maddi zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Məhkəminin 18 avqust 2020-ci il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirilmişdi r.

12. Hacıqabul Rayon Məhkəməsinin 2(071)-XXX/2021 nömrəli iş üzrə XXX mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əzizov) iddiaçılar İddiaçı1 və İddiaçı3 iddiası qismən təmin edilərək, Cavabdeh1 128.500 ABŞ dollarının (ödəmə gününə manatın dollara olan məzənnəsi ilə) tutularaq iddiaçılara verilməsi, həmin iddianın qalan hissədə, iddiaçı “XXX” kəndli fermer təsərrüfatının iddiasının isə bütövlükdə rədd olunması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

13. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan tərəflər ondan apellyasiya şikayətləri vermişlər.

14. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-1077/2022 nömrəli iş üzrə 19 may 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Zeynalov (sədrlik edən və məruzəçi), Z.Allahyarov və M. Həsənov) iddiaçılar İddiaçı1 və İddiaçı3 apellyasiya şikayəti rədd, Cavabdeh1 apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi iddia təmin olunan hissədə ləğv edilmiş, həmin hissədə iddia rədd olunmuş, qətnamə iddia rədd olunan hissədə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

15. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçılar İddiaçı1 və İddiaçı3 ondan kassasiya şikayəti vermişlər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-5273/2022 nömrəli iş üzrə 25 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər V.Həsənov (məruzəçi), Ə.Əhmədov və İ.Şəfiyev) kassasiya şikayəti qismən təmin edimiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1077/2022 nömrəli iş üzrə 19 may 2022-ci il tarixli qətnaməsi qismən - «iddiaçılar İddiaçı1 və İddiaçı3 Cavabdeh2 qarşı maddi ziyana görə 239.792 ABŞ dolları, 1.377.152 rus rublun tutulmasına dair» iddianın rədd olunan hissədə (həmin hissə üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılan hissəsi daxil olmaqla, mənəvi zərərin ödənilməsinə dair hissə istisna olmaqla) ləğv edilmiş və iş həmin hissələrdə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-253/2023 nömrəli iş üzrə 07 fevral 2023-cü il tarixli qərardadı ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), P.Əhmədov və C.İmanov) Hacıqabul Ra yon Məhkəməsinin XXX mart 2021-ci il tarixli qətnaməsi - ilkin iddianın qismən təmin edilməsi, Cavabdeh1 128.500 ABŞ dolları məbləğdə pulun ödəmə gününə manatın dollara olan məzənnəsi ilə tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı3 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi hissəsində ləğv edilmiş, iddiaçı XXXun cavabdeh XXXdan “XXX” kəndli fermer təsərrüfatının alınması ilə bağlı verdiyi 80.000 ABŞ dolları məbləğdə pulun qaytarılması tələbinə dair iş üzrə icraata xitam verilmişdir.

18. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-253/2023 nömrəli iş üzrə 07 fevral 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər T.Heydərov (sədrlik edən və məruzəçi), P.Əhmədov və C.İmanov) iddiaçılar İddiaçı1 və İddiaçı3 apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 apelyasiya şikayət i təmin edilmiş, Hacıqabul Rayon Məhkəməsinin XXX mart 2021-ci il tarixli qətnaməsi - ilkin iddianın qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 128500 ABŞ dolları məbləğində pul ödəmə gününə manatın dollara olan məzənnəsi ilə tutularaq ilkin iddia üzrə iddiaçılar, qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı1 və İddiaçı3 verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissə üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçılar İddiaçı1 və İddiaçı3 Cavabdeh1 qarşı dəymiş maddi ziyana görə 239.792- 80.000=159.792 ABŞ dolları, 1.377.152 rus rublu məbləğində pulun tutulması tələbinə dair iddiası təmin edilməmişdir.

19. Apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslarına görə, “Cavabdeh2 nümayəndəsi və vəkili təkrar apellyasiya icraatı zamanı vermiş olduqları apellyasiya şikayətini müdafiə edərək, göstərmişdir ki, iddiaçıların hazırda ondan tələb etdiyi 80.000 ABŞ dolları məbləğindən pulun geri alınması ilə bağlı 2012-ci ildə məhkəmə qətnaməsi olmasına baxmayaraq iddiaçı XXX eyni tələbi yenidən irəli sürmüş və Hacıqabul Rayon Məhkəməsinin 2(071)XXX/2021 saylı, XXX mart 2021-ci il tarixli qətnaməsi ilə, həmin tələb üzrə qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, eyni tərəf, eyni predmet, eyni əsasla iş üzrə qəbul olunmuş məhkəmə qərarı olduğu halda yenidən həmin tələb üzrə qərar qəbul olunması yolverilməzdir. İş materiallarından görünür ki, Hacıqabul rayon məhkəməsinin (hakim M. Qarayev) 2(071)-XXX/2012 saylı, 29 fevral 2012-ci il tarixli qətnaməsi ilə ilk iddi a üzrə iddiaçı Abduləli XXXun cavabdeh İddiaçı3 qarşı “XXX” KFT-yə dair aidiyyatı sənədlərin təhvil verilməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq ona qaytarılması tələbinə dair ilk iddiası təmin edilmiş, qarşılıqlı iddia üzrə İddiaçı3 Cavabdeh1 qarşı əqdin etibarsız hesab olunması və 80.000 ABŞ dolları məbləğində pulun qaytarılması tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsi MK-nın (sədrlik edən N. Mirzəyev, hakimlər T. Heydərov və M. Allahverdiyev) 2(106)-XXX/2012 saylı, 4 iyul 2012-ci il tarixli qətnaməsi ilə Ə. Qəmbərovun verdiyi apellyasiya şikayəti qismən təmin olunaraq Hacıqabul rayon məhkəməsinin (hakim M. Qarayev) 2(071)-XXX/2012 saylı, 29 fevral 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə ilk və qarşılı qlı iddialar rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın (sədrlik edən Q. Allahverdiyev, hakimlər V. İbayev və İ. Əliyev) 2 (102)-XXX/12 saylı, 18 dekabr 2012-ci il tarixli qərarı ilə ilk iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin olunmadan, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Hazırda iddiaçılar X11 və X10 cavabdeh X2 qarşı məhz əvvəllər mübahisə predmeti olmuş tələbdən irəli gələn eyni tələblə yəni “XXX” KFT-ın alınması ilə bağlı verdikləri 80.000 ABŞ dolları məbləğində pulu qaytarılması ilə bağlı məhkəməyə müraciət etmiş və Hacıqabul Rayon məhkəməsi tələb üzrə yenidən qətnamə qəbul etmişdir. Halbuki qanunvericiliyin tələbləri bağımından eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətna məsi olarsa iş üzrə icraata xitam verilməlidir.”

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 262.1, 262.4, 391, 400, 402.2-402.3-cü maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı ilə razılaşmayan İddiaçı1 və İddiaçı3 ondan kassasiya şikayəti verərək, qərardadın ləğv edilib, iddianın təmin edilməsi barədə yeni vahid qərar qəbul edilməsini etmişlər.

22. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsi istinad edilən qərar və qətnamələrin mahiyyətinə varmamış, onların nəticə hissələrini öz qətnaməsinə köçürməklə, guya həmin məhkəmə aktlarına əsasən qətnamə qəbul etdiy i barədə görüntü yaratmaq istəmişdir. Hacıqabul Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli qətnaməsi qanuni qüvvəyə minmiş və 6 tövlə və 6 çoban evi Cavabdeh1 təhvil verilmişdir. Yəni eyni iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin bir-birinə zidd iki qərarı (xx.xx.2012 və xx.xx.2019) vardır vǝ apellyasiya instansiyası məhkəməsi tərəfindən ikinci qərar tamamilə gözardı edilmişdir. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfin həqiqətə uyğun olmayan mülahizələri əsasında qnunsuz və əsassız olaraq bu nəticəyə gəlmişdir. Halbuki tərəflər arasında münasibətlərə tapşırıq müqaviləsinin müddəaları deyil, şifahi alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməli idi. Apellyasiya instansiyası məhkəməsinin işin bir hissədə icraata xitam verilməsi ilə əlaqədar mövqeyi ilə bağlı bi ldirilmişdir ki, hazırkı halda həmin tələb üzrə icraata xitam verilə bilməzdi. Çünki 2012-ci ildə sözügedən KFT-nın iddiaçılarda qalması barədə qərar qəbul edildiyi üçün həmin 80.000 ABŞ dolları həcmində iddianın təmin edilməsindən söhbət gedə bilməzdi. Apellyasiya instansiyası məhkəməsi hər hansı sübuta əsaslanmadan qərar qəbul etmişdir. Məhkəmə iclasına sədrlik edən hakim tərəflərin əvvəlki məhkəmə çəkişməsi zamanı məhkəmə tərkibində iştirak etmişdir. Belə olan halda məhkəmə iclasına sədrlik edən özözünə etiraz etməli olduğu halda, bunu etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı Cavabdeh1 etirazının dəlilləri onun iddiaçılar İddiaçı1 və İddiaçı3 iddiasına qarşı etirazının dəlillərinə uyğun olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respu blikasının Konstitusiyası: Maddə

60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə

125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. 25. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə

6. Ədalətli məhkəmə araşdırması hüququ

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam ve rir: 261.0.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa; Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.5. birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq o laraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 4XXX.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 4XXX.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4c ü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün q ətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayətində qərardadın ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.

29. Məhkəmə kollegiyası hüquq un inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, işə məhkəmə iclasında baxılması barədə iddiaçılar İddiaçı1 və İddiaçı3 vəsatəti ilə razılaşmamış və kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardadın qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qərardadının tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, şikayətin Ali Məhkəmənin bir-birinə zidd i ki qərarının olması barədə dəlili əsassızdır. Belə ki, adıçəkilən qərarlarda hər hansı ziddiyyət müəyyən edilmir.

32. Şikayətin tərəflər arasında münasibətlərə şifahi alqı-satqı müqaviləsinin müddəalarının tətbiq edilməli olması barədə dəlil də işin konkret halına yaxud mötəbər sübuta istinad etmir, bu hal (kimin kimə nəyi nə vaxt neçə manata satdığı) işin materiallarından da müəyyən edilmir.

33. Kassasiya şikayətinin hazırkı halda icraata xitam verilə bilməməsi haqqında dəlili də əsaslı deyil. Belə ki, Hacıqabul Rayon Məhkəməsinin 29 fevral 2012-ci il tarixli qətnaməsi ilə ilk iddia üzrə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı3 qarşı “XXX” KFT-yə dair aidiyyatı sənədlərin təhvil verilməsi, zəbt olunmuş torpaq sahəsinin boşaldılaraq ona qaytarılması tələbinə dair ilk iddiası təmin edilmiş, qarş ılıqlı iddia üzrə İddiaçı3 Cavabdeh1 qarşı əqdin etibarsız hesab olunması və 80.000 ABŞ dolları məbləğdə pulun qaytarılması tələbinə dair qarşılıqlı iddiası rədd edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 iyul 2012-ci il tarixli qətnaməsi ilə İddiaçı3 verdiyi apellyasiya şikayəti qismən təmin olunaraq, Hacıqabul Rayon Məhkəməsinin 29 fevral 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə ilk və qarşılıqlı iddialar rədd olunmuş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 18 dekabr 2012-ci il tarixli qərarı ilə ilk iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin olunmadan, apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmışdır (bu Qərarın 2-vci bəndi). Hazırda iddiaçılar XXX və XXX cavabdeh XXXa qarşı məhz əvvəllər müba hisə predmeti olmuş tələbdən irəli gələn eyni tələblə, yəni “XXX” KFT-nın alınması ilə bağlı verildiyi irəli sürülən 80.000 ABŞ dolları məbləğdə pulu qaytarılması ilə bağlı məhkəməyə müraciət etmiş və Hacıqabul Rayon Məhkəməsi tələb üzrə yenidən qətnamə qəbul etmişdir. Halbuki qanunvericiliyin tələbləri bağımından eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa iş üzrə icraata xitam verilməli idi.

34. Şikayətin apellyasiya instansiyası məhkəməsi hər hansı sübuta əsaslanmadan qərar qəbul etməsinə dair dəlil işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı o lduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.

35. Kassasiya şikayətinin məhkəmə iclasına sədrlik edən hakim tərəflərin əvvəlki məhkəmə çəkişməsi zamanı məhkəmə tərkibində iştirak etdiyi üçün öz-özünə etiraz etməli olması barədə dəlil də əsassızdır. Belə ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının baxdığı istinad olunan 2(106)-XXX/2019 nömrəli mülki mübahisənin (bu Qərarın 6-cı bəndi) əsası və predmeti hazırkı işlə eyni olmamışdır.

36. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və MPM-in 4XXX, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)-253/2023 nömrəli iş üzrə 07 fevral 2023-cü il tarixli qərardadı dəyişiklik edilmədən saxlanılsın. İddiaçılar İddiaçı1 və İddiaçı3 kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar