Məhkəmə qərarları › İş №2(102)-2487/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2487/2022

17.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2487/2022 17.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı ilk, Cavabdeh Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi, mənəvi ziyan. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğ vedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “mənəvi ziyana görə 3**0 manat“ qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)- 2799/2021 nömrəli iş üzrə 2 noyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə 17 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 sent yabr 2014-cü il tarixli 122.LN.2**4.170914.****5 nömrəli kredit müqaviləsinə əsasən illik 06 faiz ödənilməsi şərti 36 ay müddətinə 15**0 manat məbləğində kredit verilmişdir.

2. İddiaçı cavabdehin müqavilə öhdəliklərinə riayət etməməsi əsası ilə hazırkı mübahisəni başlatmışdır. Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh kredit müqaviləsi üzrə 2**0 manat əsas borc, 4414.44 manat cərimə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 23 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 295.68 manat faiz borcu olmaqla cəmi 6710.12 manat məbləğində kredit borcunun, 30.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir.

4. İddia tələbi belə əsaslandırılmışdır ki, cavabdeh müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmiş və bunun nəticəsində 2**0 manat əsas borcu, 4414,44 manat cərimə borcu yaranmışdır. "xxxx" ASC-nin dəfələrlə yazılı və şifahi xəbərdarlıq etməsinə baxmayaraq cavabdeh müqavilənin şərtlərini yerinə yetirməyərək öhdəliyi icra etməmişdir.

5. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın ləğv edilməsi və vurulmuş mənəvi ziyana görə Əmanətlərin Sığortalanması Fondundan onun xeyrinə 3**0 manat tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, əsas və faiz borcu olmaqla 19**0 (on doqquz min) manatdan çox kredit borcu ödəmişdir. Lakin ayrı-ayrı vaxtlarda ödədiyi kredit borcu düzgün olmayaraq “cərimə faiz” borcu adı ilə silinmişdir. Belə ki, hesabdan çıxarışdan göründüyü kimi 26 may 2017-ci il tarixdə ödədiyi 6**0 (altı min) manatdan 45** manatı əsas borca, 177.91 manatı faiz borcuna hesablansa da, düzgün olmayaraq 1322.09 manatı cərimə faiz borcu və həmçinin 08 iyun 2017-ci il tarixdə ödədiyi 5**0 (beş min) manatdan da 35** manatı əsas borca hesablansa da, 15** manatı isə düzgün olmayaraq cərimə faiz borcu adına hesablanmışdır. Göründüyü kimi bank 26 may 2017-ci il tarixdən 08 iyun 2017-ci il tarixə kimi olan 12 gün ərzində ümumilikdə ödədiyi 11**0 (on bir min) manatdan 2822.09 (1322.09 + 15**=2822.09) manat və ümumilikdə isə (hesabdan çıxarışdan göründüyü kimi) 3791.27 manat qanunsuz olaraq cərimə faiz borcu adın a hesablamaqla, süni şəkildə əsas kredit borcunu azaltmamış və odur ki, əsassız olaraq iddia tələbində 2**0 manat əsas borc tələbi saxlanmışdır. Bununla yanaşı iddia tələbində dəbbənin (cərimə) miqdarı şişirdilmişdir. Onun banka borcu yoxdur. Həmçinin bankın qanunsuz hərəkətləri nəticəsində o və ailə üzvləri ciddi sarsıntılarla mənəvi əzablar keçirmişlər. Bankın bu qeyri ciddi ədalətsiz hərəkətlərini onlara qarşı olan hörmətsizlik hesab edir.

7. Cavabdeh vəsatətlə məhkəməyə müraciət edərək, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir.

8. Yardımlı Rayon Məhkəməsinin 2(038)-296/20 nömrəli, 1 dekabr 2020-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir.

9. Məhkəmə Ekspertiza Mərkəzinin 2 aprel 2021-ci il tarixli 9/5994 nömrəli rəyinə görə, 17 sentyabr 2014-cü il tarixdə bağlanmış 122.LN.2**4.170914.****5 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh 27 avqust 2020-ci il tarixinə (maliyyə arayışının tarixinə) iddiaçı "xxxx" ASC-yə 1340,31 (bir min üç yüz qırx manat otuz bir qəpik) manat məbləğində artıq ödənişi müəyyən olunmuşdur.

10. Yardımlı Rayon Məhkəməsinin (hakim İ.Həsənquliyev) 26 may 2021-ci il tarixli 2(038)-41/2021 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddialar rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iş üzrə Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə illik 06 faiz ödənilməsi şərti 36 ay müddətinə 15**0 manat məbləğində kreditin açılmasına dair 17 sentyabr 2014-cü il tarixli 122.LN.2**4.170914.****5 nömrəli kredit müqaviləs ini imzalamaqla həmin müqavilə üzrə müəyyən edilmiş müddətdə əsas borcu və hesablanmış faizləri qaytarmaq öhdəliyini üzərinə götürmüşdür. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti həmin kredit müqaviləsində göstərilən məbləği Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Keçirilmiş ekspertiza rəyi ilə müəyən edilmişdir ki, iş üzrə Cavabdeh kredit və ona hesablanmış faiz borcunu tam ödəmişdir. Eyni zamanda Cavabdeh mənəvi ziyana görə 3**0 manat tələbinə dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

12. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 13, Mülki Məcəlləsinin 385.1, 430.1, 433.1, 445.2.1, 448.1, 449, 462.1, 739.2 və MPM-nin 14.2, 77.1, 88-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddi açı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər İ.Əsədov (sədrlik edən, məruzəçi), S.Mayılov və N.Mirzəliyev) 2 noyabr 2021-ci il tarixli, 2(106)-2799/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 1-ci instansiya məhkəməsinin qətnaməsinə uyğun olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (vəkil X2) kassasiya şikayəti verərək, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank qanunvericiliyin tələbinə əsasən ödənişləri əvvəlcə cərimədən, sonra faizdən və əsas borcdan silmişdir. Lakin məhkəmə bu maddənin tələblərini nəzərə almamış, müqavilə şərtləri üzrə hesablanmamış ekspert rəyini əsas götürmüşdür. Məhkəmə-mühasibatlıq ekspertizasının rəyi həqiqəti əks etdirmir. Kredit müqaviləsi üzrə mühasibatlıq ekspertizası aparılan zaman ekspert cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri nəzərə almamış, müqavilə şərtlərinə uyğun hesablama aparmamışdır. Belə ki, ekspert rəyinə əsasən, cavabdeh X1 LPO "xxxx" ASC-yə artıq ödəniş etdiyi müəyyən edilmişdir. Lakin kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən, kredit cədvəl üzrə nəzərdə tutulan şəkildə ödənilmədiyi halda, borcalan bu müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarılma tarixinədək olan dövr ərzində illik 50% məbləğində artırılmış faizləri (cərimə) kreditora ödəməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

18. Kassasiya şikayətinə dair yazılı etiraz və ya yazılı izahat daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul öd əməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

20. Maddə 386.1. Zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

21. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

22. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət ver mir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

27. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

28. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassa siya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

29. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

31. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılmaqla hüquqi qiymət verilmişdir.

32. Kassasiya şikayətinin dəlilləri, əsasən iş üzrə keçirilmiş ekspertiza rəyinin düzgün tərtib olunmaması üzərində qurulmuşdur. Nəzərə almaq lazımdır ki, MPM-nin normalarında iş üzrə təkrar ekspertizanın keçirilməsi əsasları konkret olaraq müəyən edilmişdir. Həmin normada (102.2.) deyilir ki, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

33. Xüsusi biliyə malik olan məsələ ilə bağlı mütəxəssisin vermiş olduğu rəy sübutun bir növü olaraq qəbul edilir. Lakin, o həmdə yazılı sübutdur və eyni zamanda bu sahədə xüsusi biliyi olan şəxsin rəyidir. Həmin rəylə razılaşmamaq üçün əsaslar olmalıdır. Yuxarıda qeyd olunan normada rəylə razılaşmamanın iki halı nəzərdə tutulmuşdur. 1-ci hal hakim rəyin əsas lılığı ilə razılaşmamalı, 2-ci hal eyni məsələ ilə bağlı bir-birinə zidd olan bir neçə rəy olmalıdır. İddiaçının deməsinə görə hazırkı halda 1-ci hal əsasında təkrar ekspertiza keçirilməlidir. Lakin həmin halın mövcud olması üçün rəyin əsassız olmasına dair sübutlar təqdim edilməlidir. İddiaçı rəyin əsaslılığını aradan qaldıran sübutlar təqdim etməmişdir.

34. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yo xdur. 35. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2**5-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbi q olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-2799/2021 nömrəli iş üzrə 2 noyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar