Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-249/2021 04.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdehin vəkili Vəkil iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2950/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qət naməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “xxxx” KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, «xxxx» KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli, 53B8/15 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 33B8/15-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, xx.xx.2018-ci il tarixədək, illik 23% ödəmək şərtilə 15 000,00 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxx» Kommersiya Bankı ilə X1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 33Bİ8/15 saylı ipoteka müqaviləsinə əsasən Cavabdeh2 mülkiyyətində olan ünvan 1 evin 44 saylı mənzili «xxxx» Kommersiya Bankına ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi xx.xx.2015-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx” Kommersiya Bankına ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. Borclu Cavabdeh1 xx.xx.2018-ci il tarixə xx.xx.2015-ci il tarixli 33B8/15-1 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 8 438,40 AZN, faiz borcu üzrə 287,19 AZN, cərimə borcu üzrə 149,28 AZN, cəmi 8 874,87 AZN məbləğində banka borcu təşkil edir. İddiaçı Cavabdeh1 iddiaçı “xxxx” KB ASC-nin xeyrinə xx.xx.2015-ci il tarixli, 33B8/15 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 33B8/15-1 saylı əlavə kredit müqaviləsinə əsasən əsas kredit borcu üzrə 8 438,40 AZN, faiz borcu üzrə 287,19 AZN, cərimə borcu üzrə 149,28 AZN, cəmi 8 874,87 AZN borcun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun müştərək qaydada tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 evin 44 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2015-ci il tarixli 33B8/15-1 əlavə kredit müqaviləsi üzrə 8 874,87 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pulun tutularaq iddiaçı “xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 72 000,00 (yetmiş iki min) manat məbləğində müəyyən edilməsi; ipoteka predmeti olan ünvan 1 evin 44 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən Cavabdeh2 və Cavabdeh3 çıxarılmaqla yaşayış sahəsinin boşaldılması barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məh kəməsində icraat Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.Rzayev, iş № 2(001)-3172/2018) iddiaçı “xxxx” KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair” iddia ərizəsi təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı “xxxx” KB ASC-nin xeyrinə əsas kredit borcu üzrə 8 438,40 AZN, faiz borcu üzrə 287,19 AZN, cərimə borcu üzrə 149,28 AZN, cəmi 8 874,87 AZN borc və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pul tutulması, tutma ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 evin 44 saylı mənzili nə yönəldilmiş, bu əmlakın ilkin satış qiyməti 80 000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2015-ci il tarixli 33B8/15-1 əlavə kredit müqaviləsi üzrə 8 874,87 AZN və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 AZN, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 AZN məbləğində pul tutularaq iddiaçı “xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmeti olan ünvan 1 evin 44 saylı ünvanında yerləşən mənzilinə tutma yönəldikdən və o satıldıqdan ən geci 1 ay ərzində həmin yaşayış sahəsi boşaldılması qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, «xxxx» KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli 53B8/15 saylı əsa s kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 33B8/15-1 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, xx.xx.2018-ci il tarixədək, illik 23% ödəmək şərtilə 15 000,00 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi «xxxx» Kommersiya Bankı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 33Bİ8/15 saylı ipoteka müqaviləsinə əsasən məlim olur ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 evin 44 saylı mənzili «xxxx» Kommersiya Bankına ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi xx.xx.2015-ci il tarixdə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. «xxxx» KB ASC-nin cavabdehlərə ünvanladığı ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildiriş lərə əsasən məlum olur ki, cavabdehlərə banka olan borclarını ödəmələri barədə xəbərdar edilmişdirlər. Əks təqdirdə müvafiq dövlət orqanlarına müraciət olunacağı cavabdehlərə bildirilmişdir. Azərbaycan Respublikasının Daşınmaz X3 Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz X3indən Seriya MH ******* saylı Çıxarışa əsasən məlum olur ki, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq pr-ti istifadədə olan 0.0328 ha torpaq sahəsində yerləşən 170 nömrəli, 16 mərtəbəli binada, 49,59 kv.m ümumi, 32.19 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı 44 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz X3ində 526 nömrəli reyestr kitanın 48444 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Daşınmaz X3 Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz X3indən Seriy a RX ******* saylı Çıxarışa əsasən məlum olur ki, ünvan 2, mənzil 44 saylı evi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Cavabdeh2 adına daşınmaz X3ində 526 nömrəli reyestr kitanın 48444 nömrəli vərəqində qeydiyyata alınmışdır. "xxxx" MMC-nin xx xxxx 2018-ci il tarixli, 0494/18/UB saylı ekspert rəyinə əsasən məlum olur ki, ünvan 2 ünvanındakı 16 mərtəbəli binanın 9-cu mərtəbəsində yerləşən, 49.59 kv.m ümumi, 32.19 kv.m yaşayış və 17.4 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı, 44 nömrəli mənzilin hal hazırda 1 kv.m-nin qiyməti 1613 (min altı yüz on üç) manat, real bazar qiyməti 80 000 (səksən min) manat təşkil edir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiq edilməsi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcəllənin 442-ci madd əsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin maddənin 2-ci bəndinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Mülki Məcəllənin 449.4- cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödə yə bilər. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştrakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonuna ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34-cü maddəsinə uyğun olaraq, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi maddələrinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı h esab edilir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 59.3-cü madddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci 1 ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə əsasən nəzərdə tutulmuş 1 ay müddətdə ipoteka qoyanın və onunla birlikdə yaşayan ailə üzvləri ilə və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qa ydada çıxarılır. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. "İpoteka haqqında" Azərbaycan Respublikası qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ekspert tərəfindən ipoteka predmeti 80 000 manat müəyyən edildiyindən, qətnamədə ipoteka predmetinin ilkin satış qiyməti 80 000 manat müəyyən edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.2015-ci il tarixli 33B8/15 saylı əs as kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 33B8/15-1 saylı əlavə kredit müqaviləsinə əsasən cavabdehlər öhdəliyi vaxtında icra etmədiklərinə görə kredit borcu üzrə 8 438,40 AZN, faiz borcu üzrə 287,19 AZN, cərimə borcu üzrə 149,28 AZN, cəmi 8 874,87 AZN borc cavabdehlərdən tutulmalı, tələb ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan ünvan 1 evin 44 saylı mənzilinə yönəldilməli, bu əmlak hərracda satılmalı və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 iddiaçı “xxxx" KB ASC-yə olan borcu ödənilməlidir. Həmçinin, ipoteka predmetinin ilkin satış qiymətinin 80 000,00 (səksən min) manat məbləğində müəyyən edilməli, ipoteka predmeti olan ünvan 1 evin 44 saylı mənzilinə tutma yönəldikdən və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəs indən Cavabdeh2 və Cavabdeh3 çıxarılmaqla yaşayış sahəsi boşaldılmalıdır. Birinci instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddəsini tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və E.Şamayev) Cavabdeh1 apellyasiya şikayəti q ismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3172/20018 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - əsas və faiz borcunun tutulması, cəmi borcun məbləbinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh1 tutulmalı əsas borc 7212.81 manat, faiz borcu 64.51 manat, cəmi borcun məbləği 7426.6 manat müəyyən edilmiş, apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 15 manat məbləğində rüsum Cavabdeh1 özünə aid edilmiş, apellyasiya baxışı zamanı keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının dəyəri qismində 200 manat pulun 100 manatı Cavabdeh1, 100 manatı “xxxx” KB ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli 53B8/15 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2015-ci il tarixli 33B8/15 saylı kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, xx.xx.2018-ci il tarixədək, illik 23% k şərtilə 15 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini Kommersiya Bankı ilə Cavabdeh2 arasında bağlanmış il tarixli 33Bİ8/15 saylı ipoteka müqaviləsinə əsasən sonuncunun mülkiyyətində olan ünvan 1 evin 44 saylı mənzili Banka ipotekaya qoyulmuşdur. Yüklülük dövlət qeydiyyatına alınmışdır. “xxxx” MMC-nin xx xxxx 2018-ci il tarixli, 8/UB saylı ekspert rəyinə əsasən məlum olur ki, ipoteka predmeti olan mənzilin hal hazırda 1 kv.-nın qiyməti 1613 manat, bazar qiyməti 80 000 manat təşkil edir. Apellyasiya instansiya məhkəməsi aşağ ıdakılara əsasən məhkəmənin borcun tutulması tələbi ilə bağlı gəldiyi nəticəni əsaslı hesab etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinəöhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur(m 443.1). Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (m 448.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1 -ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçəşəxsin razılaşması müqavilə sayılır. Həmin Məcə llənin 390.1 -ci maddəsinəəsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar Mülki Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ysı digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 421.2-ci maddəsin ə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun nəticəsində o müqavilə bağlanarkən ümid etməyə haqqıçatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi borcu hesablayarkən iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışına istinad etmiş, apellya tor isə apellyasiya şikayətində borcun şişirdildiyini və düzgün hesablanmadığını olduğunu iddia etmişdir. Apellyasiya instansiya məhkəməsi yaranmış vəziyyətdə sözügedən kredit müqaviləsi üzrə borcun məbləğinin müəyyən edilməsi üçün apellyasiya instansiya məhkəməsində icraat zamanı məhkəmə mühasibatlıq ekspertizası keçirilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxx 2019-cu il tarixli 16287 saylı ekspert rəyinə Cavabdeh1 maliyyə arayışının tərtib olunduğu xx.xx.2018-ci il tarixədək Banka olan əsas borcu 7212,81 manat, faiz borcu 64,51 manat müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, ekspertiza tədqiqatı nəticəsində müqavilə şərtlərinə uyğun hesablanmış əsas və faiz borcu məbləği iddia ərizəsi üzrə tələb və təmin edilən faiz borcundan azdır. Ekspert rəyinin nəti cə hissəsini şübhə altına almaq üçün əsas yoxdur, həmin hissə ekspert tərəfindən müvafiq hesablamalar aparılmaqla əsaslandırılmışdır. Belə olan halda, əsas və faiz borcunun məbləği ekspert rəyi ilə müəyyən edilmiş həcmdə müəyyən edilməlidir. Apellyasiya instansiya məhkəməsi cavabdeh qətnamənin ləğvini xahiş etdiyindən, qətnamənin əsaslılığını ipoteka predmetinə tutma yönəldilməsi hissəsində də yoxlamışdır. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə ilə razilaşmışdir. Mülki Məcəllənin 269.1-ci maddəsinə görə, girov və ipoteka hüququ girov qoyanin əşyasi barəsində girov saxlayanin əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşisinda pul və ya başqa öhdəliyinin icrasinin təmin edilməsi üsuludur. İpoteka daşinmaz əşyalara, habe lə rəsmi reyestrdə qeydə alinmali olan daşinar əşyalara əşya hüquqlarinin məhdudlaşdirilmasidir. Həmin Məcəllənin 317.1-ci maddəsinə görə, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşinmaz əşyanin satilmasini tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasini təmin etmək üçün əşyanin ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açiq hərracdan satmaq hüququna malikdir. Eyni Məcəllənin 319.6-ci maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satişindan götürülmüş məbləр ipoteka saxlayanin tələblərini ödəməyə kifayət etmirsə, borclu çatişmayan məbləрi ipoteka saxlayana ödəməlidir. Əgər satişdan gö türülən və ya əldə edilən məbləр ipoteka saxlayanin tələblərindən artiqdirsa, artiq məbləр borcluya qaytarilmalidir. “İpoteka haqqinda” Qanunun 33-cü maddəsinə görə, borclu əsas öhdəliyi icra etmədikdə, ipoteka saxlayanin tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə görə, əsas öhdəliyin və yaxud onun bir hissəsinin vaxtinda icra olunmamasi ani, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardicil olaraq iki dəfə pozulmasi ipoteka saxlayanin ipoteka predmetinə tutma yönəldilməsi hüququnun yaranmasina səbəb olur. Qanunun 36.1-ci maddəsinə görə, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumati əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonraki ipoteka saxlayanlara, o cümlə dən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmani yönəltməyə başlaya bilər. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işdə olan "xxxx" MMC-nin xx xxxx 2018-ci il tarixli ekspert rəyinə əsasən ipoteka predmeti olan mənzilin bazar qiyməti 80 000 manat müəyyən edilmişdir. Apellyasiya instansiya məhkəməsi məhkəmə tərəfindən təyin edilmiş qiymətləndirmənin əsassiz olmasi ilə bağlı hər hansi halin müəyyən edilməməsini və cavabdehin bu barədə hər hansi mötəbər sübutla çixiş etməməsini nəzərə alaraq hesab etmişdir ki, qiymətləndirmə rəyi real vəziyyəti özündə əks etdirən sübut kimi qəbul edilməli və ipoteka predmetinin ilkin satiş qiyməti 80000 manat müəyyən edilməlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 2950/2020 nömrəli iş üzrə 16 sentyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh1 vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntula rına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini, kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfind ən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüq uq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh1 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə istinad etmişdir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutl arı sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah ed ilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət vermişdir. Bundan əlavə kassator Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1ci maddəsinə müvafiq olaraq öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab etmir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2950/2019 nömrəli iş üzrə xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.