Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2493/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Sadıq oğlunun Cavabdehnə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: işin kassasiya baxışından çıxarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Sadıq oğlunun Cavabdeh MTK-ya qarşı müqavilə şərtlərinin pozulmasına görə pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 959/2022 nömrəli, 25 avqust 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin b inasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları:
1. İddiaçı Sadıq oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MTK tərəfindən ondan qanunsuz alınmış 7380 ABŞ dolları və 13 il ərzində ona dair faiz qismində hesablanmış 7694.388 ABŞ dolları, binanın saxlanılmasına dair artıq alınmış 557 manatı, 30 manat dövlət rüsumunun, etibarnaməyə sərf edilmiş 11.5 manatı, ümumilikdə 15074.388 ABŞ dolları icra gününə olan Mərkəzi Bankın məzənnəsi ilə, qaz sayğacına dair 400 manat, antenaya dair 120 manat, su sayğacına dair 70 manat, işıq sayğacına görə isə 80 manat ümumilikdə 670 manat məbləği və 598.5 manat məbləğlərini Cavabdeh MTK-dan alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (ha kim A.Novruzova) xx.xx.2021-ci il tarixli, 2(005)- 2508/2021 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.
3. İddiaçı qətnamənin ləğv edilərək iddianın tam təmin edilməsi barədə apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-959/2022 saylı, 25 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.M.Həsənov (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və E.M.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(005)- 2508/2021 saylı qətnaməsi qismən ləğv edilmiş, Cavabdehndən iddiaçının xeyrinə 1575 ABŞ dollarının (ödəniş gününə olan məzənnə ilə) tutulması, qətnamənin qalan hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
4. İş üzrə Cavabdeh MTK Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 avqust 2022-ci il tarixli qətnaməsinin qismən, iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddianın tam həcmdə rədd edilməsinə dair qərar çıxarılması barədə kassasiya şikayəti vermiş, kassasiya şikayəti baxılması üçün Ali Məhkəməyə göndərilmişdir.
5. Ali Məhkəmənin Mülki Kollegiyasının 12 may 2023-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti icraata qəbul edilmişdir.
6. Kollegiya hesab edir ki, aşağıdakı səbəblərdən kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad ləğv edilməli, iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
7. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
8. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti MPM-in 402.1-ci maddəsində müəyyən olunmuş məbləğdən aşağı olduğundan, kollegiya hesab edir ki, həmin işə kassasiya qaydasında baxıla bilməz.
9. Azərbaycan Respublikası MPM-in 417.1.7 maddəsinə əsasən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə mür aciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər.
10. Göstərilənlərlə əlaqədar, kollegiya hesab edir ki, iş kassasiya baxışından çıxarılmalıdır.
11. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 402 və 417-ci maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Cavabdeh MTK-nın Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-959/2022 nömrəli iş üzrə 25 avqust 2022-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin 12 may 2023-cü il tarixli qərardadı ləğv edilsin. İddiaçı Sadıq oğlunun Cavabdeh MTK-ya qarşı müqavilə şərtlərinin pozulmasına görə pul tələbinə dair mülki iş kassasiya baxışından çıxarılaraq apellyasiya i nstansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.