Məhkəmə qərarları › İş №2(102)-2497/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2497/2021

31.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2497/2021 31.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı2 Cavabdeh2 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-164/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: xx xxxxxx 2012-ci il tarixdə İddiaçı2 ilə Cavabdeh2 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı2 tərəfindən Cavabdeh2 5 il müddətinə 100.000 ABŞ dolları məbləğində borc verilmişdir. xx xxxxxx 2016-cı il tarixdə İddiaçı2 məktubla Cavabdeh2 müraciət edərək əmlak vəziyyətinin pisləşməsi ilə əlaqədar ona olan borcunun 3 gün müddətində qaytarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2017-ci ilin fevral ayında İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 kredit müqaviləsi üzrə öhdəliyini icra etməməsini əsas göstərməklə cavabdehdən onun xeyrinə 100.000 ABŞ dollarının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1947/2017 saylı, x x xxxx 2017-ci il tarixli qətnaməsi ilə (hakim: S.M.Quliyeva) iddia təmin olunmuşdur. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh2 apellyasiya şikayəti verərək işə onun iştirakının təmin edilmədən baxılmasını, borc müqaviləsinin tanışı X1 xahişi ilə şəxsiyyət vəsiqəsinin üstündə olmamasına görə onunla bağlanmasını, müqavilənin məzmunundan xəbərsiz olmasını, X1 həmin müqaviləni bir həftədən sonra öz adına dəyişdirəcəyini bildirməsini, müqavilədə göstərilən pulun ona verilməməsini əsas göstərməklə Abşeron Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-164/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (ha kimlər – L.M.Məmmədova (sədrlik edən və məruzəçi), T.Q.Məmmədov və G.F.Tağızadə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-1947/2017 saylı, xx xxxx 2017-ci il tarixli qətnaməsi Cavabdeh2 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin iştirakçılarının izahatları və ona etirazın dəlilləri, məhkəmə icraatı Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh2 kassasiya şikayəti verərək borc müqaviləsini X1 xahişi ilə bağlamasını, müqavilədə göstərilən 100.000 ABŞ dolları məbləğində pulun ona verilməməsini, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətin ə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 739.1 Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı v ə onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmə nin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamənin ləğv edilməsi xahiş olunduğundan kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlan ılmalıdır. Cavabdeh2 kassasiya şikayətində borc müqaviləsinin başqasının xahişi ilə bağlanmasını və müqavilədə göstərilən pul məbləğini almamasını iddia etsə də, işdən görünür ki, İddiaçı2 iddia ərizəsində və məhkəmə instansiyalarında verdiyi izahatlarında borcu məhz Cavabdeh2 verməsini bildirmiş və iddia tələbini də ona qarşı irəli sürmüşdür. Borc müqaviləsi, işdən göründüyü kimi, cavabdehlə bağlanmış, onun tərəfindən imzalanmış və sonuncu aldığı borcu 5 il müddətində qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Borc müqaviləsi notariatda təsdiq olunmaqla onun bağlanması zamanı hər hansı qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara m ülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin məzmunundan görünür ki, Cavabdeh2 iddiaçının borc qismində verdiyi 100.000 ABŞ dolları məbləğində pulu qəbul etməsini müqavilənin 2-ci bəndində təsdiq etmişdir. İşin müəyyən olunmuş həmin halları cavabdehin kassasiya şikayətində göstərdiklərini təkzib etdiyindən, kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 385, 442-ci maddələrinin müddəalarına əsaslanıb iddianı təmin etməkdə haqlı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-164/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar