Məhkəmə qərarları › İş №2(102)-2498/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2498/2019

17.07.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2498/2019 17.07.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və X1 ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli 2(105)-4106/2018 saylı qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şabran rayon məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov, iş № 2(031)-273/2018) İddiaçı2 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı əsassız varlanma ilə əldə olunmuş pulu n qaytarılması və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilərək cavabdeh “xxxx” ASC-dən 9000 manat alınaraq İddiaçı2 verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 11 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: S.A.Qafari, L.M.Məmmədova və F.Ə.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilərək Şabran rayon məhkəməsinin 27 avqust 2018-ci il tarixli qətnaməsi qismən – 9000 manatın tutulmasına dair hissədə ləğv edilmiş, əsassız varlanmaya görə “xxxx” ASC-dən 9000 manat tutulmasına dair İddiaçı2 iddiasının rədd olunması, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: İddiaçının oğlu Cavabdeh4 ilə “xxxx” ASC arasında 01 iyun 2017-ci il tarixli xidmət müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 özünün ixtisas, bilik və peşə fəaliyyətindən istifadə etməklə sifarişçinin müəyyən etdiyi qaydada anbar fəaliyyətinin təşkilinə dair xidmətlər göstərməyi öhdəsinə götürmüşdür. 27 oktyabr 2017-ci il tarixdə anbarda audit yoxlaması aparılmış və bu barədə tərtib olunmuş “Daxili Audit Departamentinin Anbar İnventarizasiya” aktında anbarda 80.200,687 manat məbləğində çatışmazlığın olması müəyyən olunmuşdur. Bununla əlaqədar iddiaçı tərəfindən ASC-yə 28 noyabr 2017-ci il tarixli kassa mədaxil orderi ilə 5.000 manat, 01 dekabr 2017-ci il tarixli kassa mədaxil orderi ilə 4.000 manat, cəmi 9000 manat ödənilmişdir. 2018-ci ilin fevral ayında İddiaçı2 “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin ASC-nin anbarında çatı şmazlığın müəyyən olunması ilə əlaqədar hüquq – mühafizə orqanlarına məlumat verəcəyi ilə hədələməklə ondan 9000 manat almasını, halbuki çatışmazlığın olması barədə hər hansı araşdırmanın aparılmamasını, nəticədə onun tərəfindən ödənilmiş pul məbləğini özündə saxlamaqla ASC-nin əsassız varlanmasını əsas göstərməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən ASC-dən onun xeyrinə 9000 manat və dəymiş mənəvi zərərə görə 10.000 manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı kassasiya şikayəti verərək oğlu Cavabdeh2 tərəfindən ASC-yə məxsus əmlakın mənimsənilməsini təsdiq edən hər hansı bir sənədin təqdim edilməməsini, belə olduqd a alınmış pul məbləğinin ASC-dən alınaraq ona verilməli olmasını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və həmin pul məbləğinin cavabdehdən alınaraq ona verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiy a şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İşdən görünür ki, Cavabdeh2 ilə 01 iyun 2017-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış və o, həmin müqaviləyə əsasən anbarda yerləşən maddi dəyərlərin-əmlak və məhsulların qorunub saxlanılması barədə üzərinə məsuliyyət götürmüşdür. İşdən həmçinin görünür ki, “xxxx” ASC-nin təsisçiləri Cavabdeh2 və qeyrilərinin qanuna zidd hərəkətləri ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət etmiş və toplanılmış materiallar araşdırmanın davam etdirilməsi üçün Baş Prokurorluq yanında Korr upsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı ona qaytarılmasını tələb etdiyi məbləği oğlunun müəssisəyə vurduğu zərərin əvəzi olaraq ödəmişdir və bu həmin pul məbləğinin ödənilməsi barədə tərtib olunmuş kassa mədaxil orderlərində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. (1091.1.) Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar arad an qalxmış əsasa söykənir.(1091.2.) Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddianın təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsasların olması müəyyən olunmadığından iddiaçının tələb etdiyi pul məbləği ona qaytarıla bilməz. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisə müəyyən olunmuş sübutlara və qanunun tələbinə uyğun çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan 11 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar