Məhkəmə qərarları › İş №2(102)-2499/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2499/2021

31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2499/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” ASC-nin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, vəsatətlərin müzakirə edilməsi, ədalətli araşdırma hüququ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçının vəkili X1, Cavabdeh3 və vəkili X2 iştirakı ilə, Bakı Apellya siya Məhkəməsi Mülki kollegiyasının 2(103)-146/2020 nömrəli iş üzrə 21 iyul 2020-ci il tarixli qətnaməsindən iddiaçı “xxxx” ASC və Cavabdeh3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “xxxx” ASC ilə Cavabdeh3 arasında bağlanmış 27.07.2013-cü il tarixli QUFS-3514 saylı baş kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfındən illik 23% olmaqla 48 ay (6 ay güzəşt müddəti ilə), avadanlıq və heyvan alışı məqsədilə 100.000 min manat kredit verilmişdir. İddiaçı2-nin kassa məxaric orderinə əsasən Cavabdeh3 99.230 manat məbləğində krediti hesabdan nağd götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh3 arasında bağlanmış 27.07.2013-cü il tarixli ipoteka müqavilə sindən görünür ki, Cavabdeh3 kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı üçün mülkiyyətində olan X kəndində yerləşən 0,2496 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 168.0 kv.m yaşayış sahəsi, 149.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi, Xndə yerləşən sahəsi 1.1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, sahəsi 1.2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Xndə yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. "xxxx" ASC ilə Cavabdeh1 arasında və Cavabdeh2 arasında 27.07.2013-cü il tarixli zaminlik müqavilələri bağlanmışdır. "xxxx" ASC-nin 13.05.2015-ci il tarixli maliyyə arayışına əsasən kredit üzrə 99873,58 manat əsas borc, 27121,50 manat faiz borcu, cərimə borcu 11.600 manat, cəmi 138.595,08 manat borc u, 03.09.2015-ci il tarixli maliyyə arayışına əsasən kredit üzrə 99873,58 manat əsas borc, 34690 manat faiz borcu, cərimə borcu 20000 manat, cəmi 154563,58 manat borcu vardır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 23.01.2015-ci il tarixdə İddiaçı “xxxx” ASC cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin boşaldılması, ipoteka predmetinin açıq hərracda satılması tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC-nin Quba fılialı ilə Cavabdeh3 arasında bağlanmış 27 iyul 2013-cü il tarixli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 22 faiz olmaqla 48 ay müddətinə 100000 manat məbləğində kredit ve rilmişdir. Həmin müqaviləsinin təminatı olaraq 27 iyul 2013-cü il tarixində Cavabdeh1, Cavabdeh2 arasında zaminlik müqavilələri bağlanmışdır. 27 iyul 2013-cü il tarixli Baş kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh3 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlər dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh3 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. 13.01.2015-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh3 27 iyul 2013-cü il tarixli Baş kredit müqaviləsi üzrə əsas borca görə 99973,58, faiz borcuna görə 20159,10 manat, cərimə borcuna görə manat borcu n cəmi məbləği 131732,68 manat təşkil edir. 27 iyun 2013-cü il tarixli Baş kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh3 məxsus olan X kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kvadrat metr yaşayış sahəsi, 149,7 kvadrat metr sahədən ibarət fərdi yaşayış evi, Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinin verdiyi ******* saylı çıxarışa əsasən Cavabdeh3 məxsus Xndə yerləşən sahəsi 1,1425 ha kənd tərrüfatı təyinatlı torpaq sahəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinin verdiyi ******* saylı çıxarışa əsasən Cavabdeh3 məxsus olan sahəsi 1,2635 ha kənd təsərrüfatı təyin atlı torpaq sahəsi, Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Xaçmaz Ərazi İdarəsinin verdiyi ******* saylı çıxarışa Cavabdeh3 məxsus Xndə yerləşən 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Banka girov/ipotekaya qoyulmuşdur. Qeyd olunanlara əsasən cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyi üçün Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, 27 iyul 2013-il tarixli Baş kredit müqaviləsi üzrə borcunun məbləği kredit borcuna görə 99973,58, faiz borcuna görə 20159,10 manat, cərimə borcuna görə 11600 manat, borcun cəmi məbləği 131732,68 manat məbləğində pul tutulmalıdır, tələblər ipoteka predmetlərinə yönəldilməlidir, ipoteka predmeti boşalılmalıdır, ipoteka predmetləri satıl dıqdan sonra cavadehlər ipoteka predmetlərindən çıxarılmalıdır, cavabdehlərin ipoteka predmetlərində istifadə hüquqları itirilmiş hesab olunmalıdır. Daha sonra iddiaçı "xxxx" ASC iddia ərizəsinə dəqiqləşdirilməsinə dair ərizə verərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 27 iyul 2013-cü il tarixli Baş kredit müqaviləsi üzrə borcunun məbləği kredit borcuna görə 99973,58 manat, faiz borcuna görə 34690 manat, cərimə borcuna görə 20000 manat, cəmi 154563,58 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Xaçmaz şəhər Ərazi Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 124 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində, cəmi 154 manat pulun tutulması, Cavabdeh3 mülkiyyətində olan X kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kvadrat metr yaşa yış sahəsi, 149,7 kvadrat metr yardımçı sahədən ibarət fərdi yaşayış evin, Xndə yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Xndə yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılması, tələbin Cavabdeh3 mülkiyyətində olan X kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kvadrat metr yaşayış sahəsi, 149,7 kvadrat metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə, Xndə yerləşən sahəsinə 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Xndə yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 27 iyul 2013-cü il tarixli Baş kredit müqaviləsi üzrə borcunun məbləği kredit borcuna görə 99973,58, faiz borcuna görə 20159,10 manat, cərimə borcuna görə 11600 manat, borcun cəmi məbləği 154563,58 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 154 manat məbləğində pulun iddiaçı "xxxx" ASC-nə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh3 mülkiyyətində olan X kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kvadrat metr yaşayış sahəsi, 149,7 kvadrat metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə, Xndə yerləşən sahəsinə 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin, Xndə yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldikdən və o satıldıqdan sonra ən geci 1 ay ərzində cava bdehlərin həmin yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 27 iyul 2013-cü il tarixli müqavilə üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, tələbin Cavabdeh3 digər əmlakına yönəldilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Məhkəmə qərardadına əsasən təyin edilərək keçirimiş məhkəmə qiymətləndirmə ekspertizası üzrə “xxxx" MMC-nin rəyinə əsasən Cavabdeh3 məxsus X kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168.0 kv.m yaşayış sahəsi, 149.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin bazar dəyəri 110000 manat məbləğində, Xndə yerləşən 1,1425 ha torpaq sahəsinin bazar dəyəri 16530 manat məbləğində, Xndə yerləşən 0,347 ha torpaq sahəsinin bazar dəyəri 4930 manat məbləğində, Xndə y erləşən 1,2635 ha torpaq sahəsinin bazar dəyəri 18270 manat məbləğində qiymətləndirilmişdir. Bakı şəhəri, Yasamal rayon məhkəməsinin (hakim İlahə Abbasova) 08 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 99973,58 manat, faiz borcuna görə 34690 manat, cərimə borcuna görə 2000 manat, cəmi 136.663,58 manat və bildirişlərin qeydə alınması üçün ödənilmiş 124 manat pulun “xxxx”ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh3 mülkiyyətində olan X kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kvadrat metr yaşayış sahəsi, 149,7 kvadrat metr yardımçı sahədən ibarət fərdi yaşayış evinə, Xndə yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsin in, Xndə yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, X kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kvadrat metr yaşayış sahəsi, 149.7 kvadrat metr yardımçı sahədən ibarət fərdi yaşayış evi, Xndə yerləşən sahəsi 1,1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, sahəsi 1,2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Xndə yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin boşaldılması, həmin əmlakların açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi qət edilmiş, iddia tələbi ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, ipoteka predmetlərinin açıq hərracdan satılmaqla əldə edilmiş vəsait qeyd olunan 27 iyul 2013-cü il tarixli müqavilə üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, tələbin Cavabdeh3 digər əmlakına yönəldilməsi hissəsində rədd edilmiş, iddia qismən təmin edildiyindən, iddiaçı "xxxx" ASC tərəfındən ödənilmiş 30 manat dövlət rüsumunun 90%, yəni 27 manatı cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, qalan 10%, yəni 3 manatın iddiaçıya aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 250 manat məbləğində pulun 225 manatının cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2, qalan 25 manatının isə iddiaçı "xxxx" ASC alınaraq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, bank tərəfındən müqavilə öhdəlikləri icra edilsə də, borclu müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliklərini lazımınca və vaxtında icra etməmiş, nəticədə bank qarşısında borcu yaranmışdır. "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.07.2013-cü il tarixli QUFŞ saylı zaminlik müqavilələrinə əsasən, zamin Cavabdeh1 və Cavabdeh2 borcalanla birlikdə bank qarşısında olan 27.07.2013-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyinin yerinə yetirməsinə görə məsuliyyəti öz üzərilərinə götürmüşlər lakin, üzərilərinə götürdükləri öhdəlikləri yerinə yetirməmişlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfındən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin əsas borcuna münasibətdə tənasübsüz surətdə yüksək olduğundan 2000 (iki min) manat məbləğində dəbbə pulu tutulmalıdır. Məhkəmə həmçinin tutulacaq məbləği kreditin təminatı kimi Cavabdeh3 mülkiyyətində olan X kəndində yerləşən 0,2496 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 5 otaqlı, 168.0 kv.m yaşayış sahəsi, 149.7 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi, Xndə yerləşən sahəsi 1.1425 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, sahəsi 1.2635 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və Xndə yerləşən sahəsi 0,347 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların açıq hərracda satılması və satışdan əldə ediləcək məbləğin banka olan borcunun ödənilməsinə sərf edilməsi nəticəsinə gəlmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 427.3, 429.1.3, 442, 448.1, 445.2.1, 449.4, 449.1, 470.1, 472.1, 472.2, 472.3, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34, 36.1, 36.2, 36.2.4, 36.3-cü maddələrinə istinad edərə k əsaslandırmışdır. Həmin qətnamədən Cavabdeh3 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki 1-ci icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi və prosessual hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Belə ki, ipoteka müqaviləsi faktiki olaraq mülkiyyətçinin iradəsinə zidd olmaqla, qanunsuz olaraq bağlanmışdır. Həmçinin, iddiaçı Bankın tələb etdiyi borc və cərimə məbləğləri həddindən artıq şişirdilmiş və işin faktiki hallarına uyğun deyildir. Bu ndan başqa, birinci instansiya məhkəməsi mülki işə baxarkən Cavabdeh3 məhkəmə proesində iştirakını təmin etməmişdir. Bu səbəbdən də hesab edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli qətnaməsi ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Etibar Nəbiyev - sədrlik edən və məruzəçi, Raqib Qurbanov, Sənan Hacıyev) 22 may 2017-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Yasamal rayon məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli qətnaməsi Cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahis əli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, həmin dəlillər məhkəmə kollegiyası tərəfindən yoxlanmış, lakin öz təsdiqini tapmaığından əsassız hesab edilməlidir. Apellyasiya şikayətində göstərilən mülkiyyətçinin razılığı olmadan əmlakın ipoteka ilə yüklü edilməsi dəlilinə cavab olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, tərəflər arasında müqavilə azadlığı prinsipinə uyğun olaraq kredit müqaviləsi bağlanmış, cavabdeh öz iradəsi ilə müqavilədə qeyd edilən daşınmaz əmlakları ipoteka ilə yüklü etmiş, lakin müqavilə üzrə nəzərdə tutulan öz öhdəliklərini yerinə yetirməmişdir. Bu səbəbdən də, iddiaçı Bank ipoteka müqaviləsində nəzərdə tutulan qaydada kredit borcunun ip oteka yüklü edilmiş ipoteka predmeti olan daşınmaz əmlaklara yönəldilməsini tələb etməkdə haqlıdır. Cavabdeh3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 22 may 2017-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya instansiyası məhkəməsindəki 1-ci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin (hakimlər Ə.Nurməmmədov - sədrlik edən və məruzəçi, M.Əhmədova və Ə.Rüstəmov) 29 may 2018-ci il tarixli, 2(102)-7043/2018 saylı qərarı ilə Cavabdeh3 kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 22 may 2017-ci il tarixli, 2(103)-5089/2017 saylı qətnaməsi ləğv edilmiş, iş yeni apellyasiya baxışına qaytarılmışdı r. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında ipoteka predmetlərinin ilkin satış qiymətləri ilə bağlı razılıq əldə etməmişlər. Bu hal birinci instansiya məhkəməsi tərəfindən “xxxx” MMC-dən rəy alması ilə də təsdiq olunur. Lakin məhkəmə qətnamənin nəticə hissəsində ipoteka predmetlərinin ilkin satış qiymətlərini göstərməmiş, apellyasiya instansiyası məhkəməsi də bu hala diqqət verməmiş, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamışdır. Məhkəmə kollegiyası “İpoteka haqqında” Qanunun 39-cu maddəsinə əsasən əsaslanaraq hesab etmişdir ki, məhkəmə ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka qiymətinin ilkin satış qiymətini qətnamədə göstərməli olduğu hald a işə baxan məhkəmələr bu qaydada əməl etməmiş, nəticədə maddi hüquq normasının tələbləri pozulmuşdur. Digər tərəfdən işdən görünür ki, birinci instansiyası məhkəməsi iddia tələbini ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi hissədə təmin etməmişdir. Lakin birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirimədən saxlayan apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməsində birinci instansiyası məhkəməsinin haqlı olaraq iddia tələbinin ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməsi qənaətinə gəldiyini qeyd etmişdir. Apellyasiya instansiyası birinci instansiyası məhkəməsinin qətnamə sini dəyişdirmədən saxlamasına baxmayaraq, iddia tələbini ipoteka predmeti olan əmlaklar satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlərin yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməsi hissəsində rədd edən məhkəmənin, bu hissədə iddia tələbini təmin etdiyini və məhkəmənin belə qənaətə gəlməkdə haqlı olduğunu göstərməklə qətnamədə ziddiyyətli nəticəyə gəlmişdir. Bundan başqa işdən görünür ki, Cavabdeh3 Nəsimi rayon məhkəməsində ayrıca iddia tələbi ilə 27.07.2013-cü il tarixli QUFS-3514 saylı kredit və ipoteka müqaviləsinin etibarsızlığını mübahisələndirir. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi həmin icraatda olan işin hazırki işin nəticəsinə təsirinin olub-olmamasını, hazırki iş üzrə icraatın dayandırılması üçün əsaslar ın olub-olmamasını müzakirə etməlidir. Məhkəmə kollegiyası qərarını “İpoteka haqqında” Qanunun 39-cu maddəsinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki 2-ci icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 29.01.2019-cu il tarixli qərardadı ilə iş üzrə icraat iddiaçı Cavabdeh3 cavabdehlər “xxxx”ASC və X3 qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə Bakı şəhər Nəsimi rayon Məhkəməsinin icraatında olan 2(006)-1713/2019 saylı işə baxılıb həll edilənədək dayandırılmış, məhkəmənin 16.06.2020-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Ziya Şirinov və Fuad Talışinski) 21 iyul 2020-ci il tarixli, 2(103)-146/2020 nömrəli qətnaməsi il ə iddiaçı «xxxx» ASC-nin Cavabdeh3 və digərlərinə qarşı «kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli, 2(004)-1874/2015 saylı qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli, 2(004)-1874/2015 saylı qətnaməsi qismən, yəni ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən olunmaması hissəsində ləğv edilərək ipoteka predmeti olan X kəndində yerləşən 2 mərtəbəli, 5 otaqlı, 168,0 kvadrat metr yaşayış sahəsi, 149,7 kvadrat metr yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 110000 (bir yüz on min) manat, Xndə yerləşən 1,1425 ha torpaq sa həsinin ilkin satış qiyməti 16530 (on altı min beş yüz otuz) manat, Xndə yerləşən 0,347 ha torpaq sahəsinin ilkin satış qiyməti 4930 (dörd min doqquz yüz otuz) manat, Xndə yerləşən 1,2635 ha torpaq sahəsinin ilkin satış qiymətinin isə 18270 (on səkkiz min iki yüz yetmiş) manat müəyyən edilməsi, qətnamənin qalan hissələrdə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşə təkrar baxan apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası hazırki iş üzrə 29 may 2018-ci il tarixli, 2(102)-7043/2018 saylı qərarında qeyd edilmiş göstərişləri nəzərə alaraq hesab etmişdir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd et mişdir ki, iddiaçı Cavabdeh3 cavabdehlər «xxxx» ASC-yə və Cavabdeh2 qarşı «əqdin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, hazırki mübahisənin predmetini təşkil edən 27.07.2013-cü il tarixli kredit və ipoteka müqavilələrini mübahisələndirilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 12 fevral 2020-ci il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 iddia tələbləri təmin olunmamış, sonuncunun verdiyi apellyasiya və kassasiya şikayətləri təmin olunmamışdır. Göründüyü kimi, Cavabdeh3 iddiası üzrə mübahisələndirilən əqdlərin qanuniliyinə məhkəmələr tərəfindən hüquqi qiymət verilmişdir. Bu səbəbdən də, hazı rki icraat çərçivəsində həmin əqdlərin qanunsuzluğu, aldatma yolu ilə bağlanması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməsinə zərurət qalmamışdır. Cavabdeh apellyasiya şikayətində kredit borcunun və cərimənin şişirdilməsini göstərmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Eyni zamanda işdə olan sübutlardan da (kredit müqaviləsi, ödəniş cədvəli, maliyyə arayışı və s.) kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluğun mövcudluğu müşahidə olunmur. Bununla yanaşı qətnamədən gör ünür ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467ci maddəsinə əsasən tələb olunan yüksək cərimə pulunu azaldaraq 2000 manat həddində təmin etmişdir ki, həmin məbləğ də əsas borca (99973,58 manat) münasibətdə tənasübsüz deyildir. Bu səbəbdən də tutulması qət edilmiş cərimənin daha da azaldılmasına hər hansı zərurət müəyyən edilmir. Məhkəmə kollegiyası kassasiya instansiyasının ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi mövqeyi ilə razılaşaraq qeyd etməyi zəruri hesab etmişdir ki, «İpoteka haqqında» Qanunun 39-cu maddəsinə əsasən qeyd etmişdir ki, birinci instansiya məhkəməsi bu qaydada əməl etməmiş, nəticədə maddi hüquq normasının tələbləri pozulmuşdur. Halbuki, işdən görünür ki, birinci instansiya məhkəməsi tərəflər arasında müvafiq razılığın əldə olunmaması səbəbindən ipoteka qoyulmuş əmlakların qiymətləndirilməsini həyata keçirmiş, bu istiqamətdə müstəqil qiymətləndirici təyin etmişdir. Məhkəmə kollegiyası tərəflər ipoteka qoyulmuş əmlakların dəyərləri barədə məhkəməyə əlavə hər hansı sübut təqdim etmədiklərindən ipoteka predmetlərinin ilkin satış qiymətinin işdə olan qiymətləndirmə rəylərinə əsasən müəyyən olunmasını qanuni və ədalətli hesab etmişdir. Birinci instansiya məhkəməsi isə ipoteka predmetlərinin ilkin satış qiymətlərini qətnamədə göstərmədiyindən, qətnamə qeyd edilən hissədə MPM-in 385.1 və 385.1.1-ci maddələrinin tələblərinə əsasən ləğv olunmalıdır. Məhkəmə kollegiyası qətnaməsini «İpoteka haqqında» Qanunun 39, Azərbaycan Respublikası Mülki Məcəlləsini 739, 317.1, 385.1, 442-ci maddəsinə istinadən əsaslandırmışdır. Qətnamədən i ddiaçı tərəfindən kassasiya şikayəti verilərək Bakı Apellyasiya Məhkəməsi mülki Kollegiyasının 21 iyul 2020-ci il tarixli 2(103)-146/2020 nömrəli qətnaməsinin qismən ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Qətnamədən Cavabdeh3 tərəfindən kassasiya şikayəti verilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21 iyul 2020-ci il tarixli 2(103)-146/2020 nömrəli qətnaməsinin tam ləğv edilərək işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri «xxxx» ASC-nin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsinə dair istinad etdiyi qiymətləndirmə rəyi 2015-ci ildə, yəni mübahisələndirilən qətnamə qəbul edildiyi tarixdən 5 (beş) il əvvəl tərtib edilmişdir. Həmin 5 (beş) il ərzində ölkədə 2 dəfə devalvasiya baş vermiş və daşınmaz əmlak bazarında da qiymət dəyişikliyi baş vermişdir. Belə ki, MPM-nin 102.2-ci maddəsinə əsasən məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Bundan əlavə, məhkəmə ipoteka predmetlərinə qoyulan qiymətlərin likvid olub-olmamasını müəyyən etməyib. Cavabdeh 3 tərəfindən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən 21 iyul 2020-ci il tarixində işə baxılarkən məhkəmə prosesində vəsatət verərək ipoteka qoyulmuş əmlakların hesabatda göstərilmiş əmlaklarla eyni olub olmaması barədə rəy verilməsini və həmin əmlaklara yerində baxış keçirilməsini istəsə də vəsatəti əsassız olaraq təmin edilməmişdir. Halbuki vəsatətin təmin edilməsi işin obyektiv araşdırılması üçün mühüm əhəmiyyət kəsb edirdi. İş materiallarında olan əmlakların qiymətləndirilməsinə dair rəy saxtadır. Belə ki, rəydə göstərilən ev ona məxsus deyil, yəni ipotekaya faktiki çıxarışla qoyulmuş evlə qiymətləndirilmiş ev fərqlidir. Qiymətləndirilmiş ev və evin həyəti tam təmirli bir villadır, "xxxx" ASCyə girov qovulmuş ev isə təmirsiz yarımtikilidir. Bakı Apellyasiya Məhkəməsi qeyd olunan vəsatəti təmin etməməklə böyük qanunsuzluğa yol vermiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 47.2, 88, 386-cı maddələrinin tələblərini pozmuşdur. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili X4 məhkəmə kollegiyasının iclasında tərəflərindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, cavabdehin kassasiya şikayətinin isə təmin edilməməsini xahiş etdi. Cavabdeh3 və vəkili X5 məhkəmə kollegiyasının iclasında tərəflərindən verilmiş kassasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin təmin edilmməsini xahiş etdilər. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri b arədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər i lə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə

33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutma yönəldilməsi haqqında qərarında ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İ lkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka muqaviləsi uzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka muqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yonəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş muddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yonəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qa baqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə oluna n nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhə miyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilm iş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkəməsi tərəfindən qismən təmin edilmiş, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini qismən faiz borcu hissəsində mübahisələndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdehin apellyasiya şikayətinə əsasən faiz borcunun tutulması hissədə yoxlamışdır. Qətnamə iddiaçı tərəfindən ipotekanın ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirilmiş, cavabdeh kassasiya şikayətində qətnamənin tam ləğvini istəsə də, kassasiya şikayətinin əsas dəlili ipoteka predmeti olan yaşayı evinin qiymətləndirilməsi barəd rəin saxta olması, həmin rəyin ona məxsus evə aid olmam asını mübahisələndirildiyindən məhkəmə aktı mübahisələndirilən hissədə,yəni ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində hər iki tərəf ip oteka predmetlərinin ilkin satış qiymətləri ilə razı olmadıqlarını, iddiaçı qiymətləndirmə keçirildiyi vaxtdan iddia qaldırılan vaxtadək 5 il müddət keçdiyini, həmin 5 il ərzində 2 dəfə devalvasiya baş verdiyini qeyd edərək ipoteka predmetlərinin təkrar qiymətləndirilməsinin zəruri olduğunu, cavabdeh isə yaşayış evinin qiymətləndirmə rəyində ona məxsus evə deyil, başqa evə qiymət qoyulduğunu, bu barədə vəsətətə məhkəmə tərəfindən qiymət verilmədiyini göstərmişdir. Kassasiya şikayətlərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkd ir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. 21.07.2020-ci il tarixli məhkəmə iclas protokolundan görünür ki, hər iki tərəf məhkəmə iclasında sədrlik edənin sualına cavab olaraq ipoteka predmetlərinin ilkin satış qiymətinin işdə olan rəylərə əsasən müəyyən edilməsinə etiraz etmədiklərini bildirmişlər. Cavabdeh kassasiya şikayətində yaşayış evi nin qiymətləndirmə rəyində ona məxsus evə deyil, başqa evə qiymət qoyulduğunu, bu barədə vəsətətə məhkəmə tərəfindən qiymət verilmədiyini göstərsə də, iş materiallarından müəyyən edilir ki, cavabdeh nə apellyasiya şikayətində bu barədə heç bir şey qeyd etməmiş, nə də vəsatət verməmişdir. Yəni hal-hazırda kassasiya şikayətində mübahisələndirilən məsələlər apellyasiya baxışının predmetini təşkil etməmişdir. Cavabdeh məhkəmə iclasında apellyasiya məhkəməsi tərəfindən onun izahatının təhrif edildiyini və vəsatəti dəftərxana vasitəsilə deyil, birbaşa məhkəmə zalında təqdim etdiyini bildirsə də, nə məhkəmə iclas protokoluna qeyd verməmiş, nə də bu barədə müvafiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya ins tansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etməkdən ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-in 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İşin mübahisəsiz halları tərəflərin həm şifahi, həm də yazılı izahatları əsasında müəyyən oluna bilər. Bu baxımdan məhkəmə iclasında şifahi izahat verən tərəfin işin hallarını məhkəməyə düzgün bildirmək vəzifəsi vardır və o, həmin izahatın hüquqi nəticələrindən irəli gələn riskləri daşıyır. Tərəfin məhkəmə iclasında bildirdiyi və protokola əlavə olunmuş izahatını gəlcəkdə heç bir əsaslı səbəb göstərmədən dəyişməsi birinci instansiya məhkəməsinin həmin izahatı nəzərə alaraq qəbul etdiyi qərarın birmənalı ləğvi üçün əsas ola bilməz. Mülki prosessual qanunvericilik tərəfləri şifahi izahatlarının təhrif olunmasından qorumaq üçün xüsusi institut – protokola dair qeydlər vermək imkanı nəzə rdə tutmuşdur. Belə ki, əks olunmuş izahatı ilə razılaşmayan işdə iştirak edən şəxs MPM-in 273-cü maddəsinə əsasən onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Qanunvericilk nəzərdə tutur ki, protokolu imzalamış hakim qeydlərlə razılaşmadıqda belə həmin qeydləri işə əlavə etməldir. Sonuncu məsələni müəyyən etməkdə qanunvericinin məqsədi işə baxan yuxarı instansiya məhkəməsinə hər bir halda qeydlər barədə məlumatlı olmaq və işdə iştirak edən şəxsin birinci instansiya məhkəməsində verdiyi şifahi izahata hüquqi qiymət vermək imkanını təqdim etməkdir. Baxılan iş üzrə cavabdeh birinci instansiya məhkəməsinin tərtib etdiyi məhkəmə iclas protokollarına qeydlər verməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan büt ün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya şikayətinin dəlilləri çərçivəsində iş üzrə həqiqətə nail olmaq üçün sübutl arı tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrd ə ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-146/2020 nömrəli iş üzrə 21 iyul 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə mi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar