Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-250/2019 09.01.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş№ 2(102)-250/2019 09 yanvar 2019-cu il Bakışəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu vəŞadiyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, Məhərrəmova ÇinarəƏdalət qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17.07.2018-ci il tarixli 2(107)-1448/2018 saylı qətnaməsindən İddiaçı və cavabdehlər Cavabdeh5, Cavabdeh3, Cavabdeh2 vəCavabdeh4 Cəmaləddin oğlu tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şəki rayon məhkəməsinin 16 mart 2018-ci il tarixli qətnaməsi ilə (hakim E.M.Mehdiyev, iş № 2(075)-60/2018) İddiaçı-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun tutulması tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlərdən əsas borca görə 17830,51 ABŞ dolları, faiz borcuna görə 4467,54 ABŞ dolları, cəmi 22.298,05 ABŞ dollarının müştərək qaydada tutularaq banka ödənilməsi qət edilmişdir. Həmin qətnamə ilə cavabdehlər Cavabdeh5, Cavabdeh2 qarşılıqlı iddiaları qismən təmin edilərək bankın vəzifəli şəxsinin “Azəriqaz” X1 X3 İdarəsinə və “xxxx” MMC-yəünvanladığı bank qarşısındakıöhdəliyin icrasına məsuliyyətsiz yanaşması barədə Cavabdeh5 və Cavabdeh2 haqqında tədbirlərin görülməsinə dair 24 noyabr 2015-ci il tarixli müraciəti ilə bağlı hərəkətin qanunsuz hesab edilməsi, mənəvi zərərə görə bankdan Cavabdeh5 və Cavabdeh2 hər birinin xeyrinə 1500 manat tutulması, qarşılıqlı iddiaların qalan hissələrdə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə eyni zamanda Cavabdeh3 bankla onun arasında bağlanmış 31 yanvar 2013-cü il tarixli zaminlik müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 iyul 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər: İ.F.Quliyev, Ə.T.Məcidov və M.A.Əsədli) cavabdehlərin apellyasiya şikayəti təmin edilməmiş, bankın apellyasiya şikayəti isə qismən təmin edilərək Şəki rayon məhkəməsinin 16 mart 2018-ci il tarixli qətnaməsi qismən-iddianın təmin olunmamasına dair hissədə ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilərək cavabdehlərdən cəriməyə görə müştərək qaydada 500 ABŞ dollarının tutularaq banka ödənilməsi, q ətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: 31 yanvar 2013-cü il tarixdə bankla Cavabdeh1 arasında 60 ay müddətinə 100.000 ABŞ dolları məbləğində kredit xəttinin açılması barədə müqavilə bağlanmış və 23 iyul 2015-ci il tarixdə kredit xətti müqaviləsinin müddəti artırılaraq 144 ay müddətinə müəyyən edilmişdir. Kredit xətti müqaviləsinəəsasən tərəflər arasında 23 yanvar 2015-ci il tarixdə kredit razılaşması müqaviləsi bağlanmış və həmin razılaşmaya əsasən Cavabdeh1 aylıq istifadə dərəcəsi 2,1667 faiz olmaqla 24 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 öhdəliklərinin təminatı kimi Cavabdeh5, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ilə bank arasında zaminlik müqavilələri bağlanmışdır. 2016-cı ilin oktyabr ayında bank borcluya və zaminlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borclu Cavabdeh1 kredit müqaviləsi üzrəöhdəliyinin lazımınca icra etməməsi səbəbindən banka 29.995,51 ABŞ dolları məbləğində borcunun yaranmasını, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsinin təmin olunmamasınıəsas göstərməklə həmin məbləğin borclu və zaminlərdən tutularaq banka ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə cavabdehlər Cavabdeh5 və Cavabdeh2 ayrı-ayrılıqda qarşılıqlı iddia verərək İddiaçı-nin Şəki filialının müdirinin onların işlədiyi təşkilatlara 24 noyabr 2015-ci il tarixdə məktubla müraciət edərək kredit müqaviləsi üzrə borcun ödənilməsini təmin etmədiyi üçün onların barəsində müvafiq tədbir görülməsini xahiş etməsini, halb uki onların zamin kimi yalnız borclu tərəfindən kreditin ödənilmədiyi halıüçün kreditin ödənilməsi barədəüzərlərinəöhdəlik götürmələrini, işlədikləri təşkilatın rəhbərliyinə həqiqətə uyğun olmayan məlumat verməklə bankın onların işgüzar nüfuzunu ləkələməsini əsas göstərməklə həmin hərəkətin qanunsuz hesab edilməsi və mənəvi zərərə görəŞəki filialının müdiri X2 onların hər birinin xeyrinə 50.000 manat tutulmasına və onlarla bağlanmış zaminlik müqavilələrinin etibarsız sayılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddia tələbi üzrə Cavabdeh3 da onunla bağlanmış zaminlik müqaviləsinin etibarsız sayılması barədə qarşılıqlı tələb irəli sürmüşdür. İddia və qarşılıqlı iddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Qətnam ədən hər iki tərəf kassasiya şikayəti vermişdir. Bankın kassasiya şikayətində qətnamənin qismən-qarşılıqlı iddianın qismən təmin olunmasına dair hissədə ləğv edilib həmin iddianın rədd olunmasına dair qərar qəbul edilməsi xahiş olunarkən kredit öhdəliklərinin icrasına görə zaminin borclu ilə birlikdə məsuliyyət daşımasıəsas göstərilmişdir. Qarşılıqlı iddia tələbi üzrə iddiaçılar Cavabdeh3, Cavabdeh5 və Cavabdeh2 kassasiya şikayətində qətnamənin ləğv edilib işin yeni apellyasiya baxışına göndərilməsini xahiş edərkən qətnamənin sübutlara düzgün qiymət verilmədən, kredit xətti müqaviləsinin və kredit razılaşması barədə sazişin qanunun tələblərinə uyğun olmamasını nəzərə alınmadan, onlara müvafiq hüquqi qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması iləçıxarılmasınıəsas gö stərmişlər. Kassasiya kollegiyasının iclasında çıxış edən iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehlər işin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görəkassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, bankla Cavabdeh1 arasında kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləçərçivəsində onlar arasında bağlanmış razılaşmaya əsasən Cavabdeh1 kredit verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinəəsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Kredit müqaviləsi və razılaşma, işdən göründüyü kimi, tərəflərin ümumi razılığıəsasında, onların iradəsinə uyğun bağlanmış bu zaman hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görəborc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağıöhdəsinə götürür. Kredit müqaviləsini bağlamaqla borclu Cavabdeh1 kreditin müqavilədə müəyyən olunmuş qaydada və müddətdə banka qaytarılması barədəüzərinəöhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görəöhdəliyəəsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ v ardır. Lakin müəyyən olunduğu kimi borclu Cavabdeh1 borcun müqaviləyə uyğun qaytarılması iləəlaqədar öhdəliyini icra etməmiş və bu səbəbdən ümumi razılıq əsasında müqavilənin müddəti uzadılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinəəsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Göstərilən vəziyyətdə müqavilənin müddətinin uzadılması da qanunun tələbinə uyğun olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinəəsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin t əmin edilməsi üçün də bağlana bilər (470.2.). Həmin Məcəllənin 472-ci maddəsinəəsasən borclu zaminliklə təmin edilmişöhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulmasıüzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır(472.2.). İlkin iddia tələbi üzrə cavabdehlər bankla zaminlik müqavilələri bağlamaqla borclu tərəfindən öhdəliyinin icrasının təmi n edilməməsi halıüçün borcun ödənilməsi barədəüzərlərinəöhdəlik götürmüşlər. Borclu Cavabdeh1 kredit müqaviləsi üzrəöhdəliyini icra etmədiyi üçün ödənilmiş borcun zaminlərdən tutulması barədə qətnamə qəbul etməkdə məhkəmə haqlı olmuşdur. Kollegiya hesab edir ki, kredit və zaminlik müqavilələrinin bağlanması və həmin müqavilələr üzrəöhdəliklərin icrasının cavabdehlərdən tələb olunması qanunun tələblərinə uyğun olduğundan onların kassasiya şikayətində göstərilənlər qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Göstərilənlərləəlaqədar kollegiya hesab edir ki, cavabdehlərin kassasiya şikayəti təmin edilməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, Cavabdeh1 öhdəliyini icra etmədiyi üçün bank məktubla zaminlərin işlədikləri müəssisələrin rəhbərliyinə müraciət edərək onların barəsində tədbir görülməsini xahiş etmişdir. Zaminlik müqaviləsi, onun məzmunundan göründüyü kimi, kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi bağlanılır və yalnız borclu öz öhdəliyini icra etmədikdə onun məsuliyyəti yaranır. Hazırkı vəziyyətdə bankın borcun ödənilməsi iləəlaqədar zaminlərin iş yerlərinə müraciət etməsi qanunsuz olmuşdur. Göstərilən vəziyyətdə qarşılıqlı iddia tələblərinin həmin hissələrdə təmin olunması qanuni vəəsaslı olduğundan kollegiya bankın kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, mübahisə həmin hissədə düzgün həll olunduğuna görə bankın kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmi n edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı işüzrə olan 17 iyul 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-250/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-250/2019
09.01.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver