Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2501/2020 22.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(104)-65/2019 nömrəli qətnaməsindən iddiaçı “xxxx” xxx ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 201 7-ci il tarixli, 2(044)164/2017 nömrəli qətnaməsi ilə (hakim A.A.Mahmudov) iddiaçı “xxxxbank” ASC-nin iddiası qismən təmin edilmiş, Cavabdeh1 xx xxxxxx 2013-cü il tarixli 857/13 nömrəli kredit müqaviləsi üzrə 8402,98 manat məbləğində əsas borcun, 5000 manat məbləğində faiz borcunun, 100 manat məbləğində dəbbə pulunun, ümumilikdə 13502,98 manat kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun alınaraq “xxxxbank” ASC-nin xeyrinə ödənilməsi, tutmanın kredit üzrə öhdəliklərin təminatı kimi cavabdeh X2 məxsus olan və tərəflər arasında 24000 manata qiymətləndirilmiş ünvan 1 küçəsində İV nömrəli binanın 3-cü mərtəbəsində yerləşən X1 mülkiyyətindəki 48,8 m2 yaşayış, 13,1 m2 yardımçı, 61,9 m2 ümumi sahədən ibarət 3 otaqlı 42 nömrəli mənzilə yönəldilməsi, həm in evin açıq hərracda ixtisaslaşmış təşkilat vasitəsilə satılması, satışdan əldə olunan vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 8402,98 manat məbləğində əsas borcun, 5000 manat məbləğində faiz borcunun, 100 manat məbləğində dəbbə pulunun, ümumilikdə isə 13502,98 manat kredit borcunun və iddia qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsinin təmin edilməsi, qalan vəsaitin isə mülkiyyətçi X5ma qaytarılması; yaşayış evinə tutma yönəldikdən və o, satıldıqdan sonra X1 yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması, iddia tələbinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(104)-65/2019 nömrəli qətnaməsi ilə (hakimlər R.Ş. Muradov - sədrlik edən və məruzəçi, Ş.M.Əliyeva və Ə.İ.Məmmədov) cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(044)- 164/2017 nömrəli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin qismən təmin edilməsi, xx xxxxxx 2013-cü il tarixli 857/13 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 ümumilikdə 2827 manat və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi alınaraq “xxxx” xxx ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş və X3in mülkiyyətində olan ünvan 1 küçəsində İV nömrəli binanın 3-cü mərtəbəsində yerləşən 48,8 m2 yaşayış, 13,1 m2 yardımçı, 61,9 m2 ümumi sahədən ibarət 3 otaqlı 42 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda ixtisaslaşmış tə şkilat vasitəsilə satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 40000 manat dəyərində müəyyən edilməsi, satışdan əldə olunan vəsait hesabına ödənişlərin həyata keçirilməsi, ödənişlər həyata keçirildikdən sonra satışdan əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyan X2 qaytarılması, mənzilə tutma yönəldikdən və satıldıqdan sonra X1 yaşayış sahəsini ən gec bir ay ərzində çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı “xxxx” xxx ASC Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(104)-65/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdir. Lakin sonradan kassator “xxxx” xxx ASC xx xxxx 2020-ci il tarixli məktubla ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək, verilmiş kassasiya şikayətindən imtina etdiyini göstərmişdir. A zərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410-cu maddəsinə əsasən kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının verdiyi kassasiya şikayətindən imtinası səlahiyyətli şəxs tərəfindən imzalanmaqla yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və ya hər hansı bi r şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından qəbul olunmalı və kassasiya instansiyasında icraata xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 410, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı “xxxx” xxx ASC-nin Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(104)-65/2019 nömrəli qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilsin və işin kassasiya instansiyasında icraatına xitam verilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var
Məhkəmə qərarları › İş №2(102)-2501/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2501/2020
22.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver