Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2502/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X4 Azərbaycan” QSC-nin cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “kredit üzrə borcun qaytarılması, ipoteka ilə yüklü edilmiş əmlaklara tutmanın yönəldilməsi və yüklü edilmiş əmlakların açıq hərracdan satılması” tələbinə dair ilkin və iddiaçı Cavabdeh2 cavabdeh “X4 Azərbaycan” QSC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” barədə tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən edilməsi, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh7 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2(103)652/2020 nömrəli qətnaməsindən Cavabdeh7 tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 22 fevral 2013-cü il tarixli, 92304/1 saylı kredit müqaviləsi ilə “X4 Azərbaycan” QSC tərəfindən “xxxx” MMC-yə 120 ay müddətinə 274500 manat məbləğində kredit xətti açılmışdır. 30 yanvar 2013-cü il tarixli Sazişlə kredit xəttinin məbləği a rtırılaraq 300000 ABŞ dolları müəyyən edilmişdir. Həmin kredit xətti çərçivəsində bağlanmış 17 sentyabr 2014-cü il tarixli, 10 №-li kredit sazişi ilə bank tərəfindən MMC-yə 6 ay müddətinə, kreditdən istifadəyə görə illik 15% olmaqla 229680 ABŞ dolları məbləğində; 04 dekabr 2014-cü il tarixli, 11 №-li kredit sazişi ilə - 6 ay müddətinə, kreditdən istifadəyə görə illik 15% olmaqla 65580 ABŞ dolları məbləğində və 19 dekabr 2014-cü il tarixli, 12 №-li kredit sazişi ilə - 6 ay müddətinə, kreditdən istifadəyə görə illik 15% olmaqla 168200 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit xətti müqaviləsinin təminatı olaraq Cavabdeh8 22 fevral 2013-cü tarixli İpoteka müqaviləsi ilə mülkiyyətində olan 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240,95 kv.m ümumi, 193,15 kv.m yaşayış, 47,8 kv.m yardımçı sahədən ibarət olan ünvan 1 ünvanında yerləşən bağ evini “X4 Azərbaycan” QSC-nin qarşısında ipoteka ilə yüklü etmişdir. Eyni zamanda kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün “X4 Azərbaycan” QSC-nin Cavabdeh7 arasında bağlanmış 22 fevral 2013cü il tarixli zaminlik müqaviləsi ilə sonuncu borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Bundan əlavə 29 aprel 2014-cü il tarixli, 92304/3 saylı kredit müqaviləsi ilə “X4 Azərbaycan” QSC tərəfindən “xxxx” MMC-yə 36 ay müddətinə, illik 13% ödəmək şərti ilə 600000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh9 29 aprel 2014-cü tarixli İpoteka müqaviləsi ilə mülkiyyətində olan ünvan 2 ünvanın da yerləşən əmlak kompleksini; Cavabdeh2 27 sentyabr 2014-cü il tarixli İpoteka müqaviləsi ilə mülkiyyətində olan 0,0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272,76 kv.m ümumi, 141,66 kv.m yaşayış sahədən ibarət olan ünvan 4 ünvanında yerləşən mənzili “X4 Azərbaycan” QSC-nin qarşısında ipoteka ilə yüklü etmişlər. Həmçinin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi üçün “X4 Azərbaycan” QSC-nin Cavabdeh7, Cavabdeh6 və Cavabdeh5 arasında bağlanmış 29 avqust 2014-cü il tarixli zaminlik müqavilələri ilə sonuncular borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı öhdəsinə götürmüşlər. İddiaçının təqdim etdiyi maliyyə arayışına əsasən borcalanın 19 fevral 2019-cu il tarixinə: - 29 aprel 2014-cü il tarixli kredit müqavi ləsi üzrə 508834,73 manat əsas, 277958,77 manat faiz, 28689,24 manat cərimə; - 17 sentyabr 2014-cü il tarixli kredit sazişi üzrə 68200 ABŞ dolları əsas, 115894,47 ABŞ dolları faiz, 0 ABŞ dolları cərimə; - 04 dekabr 2014-cü il tarixli kredit sazişi üzrə 65580 ABŞ dolları əsas, 40413,68 ABŞ dolları faiz, 63940,50 ABŞ dolları cərimə; - 19 dekabr 2014-cü il tarixli kredit sazişi üzrə 116141,52 ABŞ dolları əsas, 65443,97 ABŞ dolları faiz, 0 ABŞ dolları cərimə borclu vardır. İş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 12 iyun 2020-ci il tarixli rəyinə əsasən “xxxx” MMC-nin “X4 Azərbaycan” QSC-yə: - 22 fevral 2013-cü il tarixli, 92304/1 saylı Kredit Xətti Müqaviləsinin 17 sentyabr 2014-cü il tarixli 10 nömrəli Kredit Sazişi üzrə müqavilə müddətinə yəni, 17 mart 2015-ci il tarixinə əsas borc üzrə 116018,15 ABŞ dolları; faiz borcu üzrə 2568,73 ABŞ dolları, cərimə borcu üzrə 66,99 ABŞ dolları olmaqla, ümumilikdə 118653,87 ABŞ dolları məbləğində; - 04 dekabr 2014-cü il tarixli 11 nömrəli Kredit Sazişi üzrə müqavilə müddətinin sonuna yəni, 04 iyun 2015-cı il tarixinə 65580 manat əsas, 3333,65 ABŞ dolları faiz və 378,94 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 69292,59 ABŞ dolları məbləğində; - 19 dekabr 2014-cü il tarixli 12 nömrəli Kredit Sazişi üzrə müqavilə müddətinə yəni, 04 iyun 2015-cı il tarixinə 168200 ABŞ dolları əsas, 10512,50 ABŞ dolları faiz, 1576,87 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 180289,37 ABŞ dolları; - 29 avqust 2014-cü il tarixli 92304/3 saylı Kredit müqaviləsi üzrə müqavilə müddətinə yəni, 29 avqust 2017- ci il tarixinə 526587,39 manat əsas, 165508,43 manat faiz, 14824,92 manat cərimə borcu təşkil edir. “xxxx” MMC-nin 24 yanvar 2019-cu il tarixli hesabatlarına əsasən Cavabdeh2 məxsus ünvan 1 saylı binanın 28 saylı mənzilinin qiyməti 504000 manat; Cavabdeh8 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində yerləşən 709c saylı bağ evinin qiyməti 430000 manat; Cavabdeh9 məxsus ünvan 5 ünvanında yerləşən əmlak kompleksinin qiyməti 630000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı “X4 Azərbaycan” QSC cavabdehlər “xxxx” MMC-yə, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizələ rlə məhkəməyə müraciət edərək, “xxxx” MMC və Cavabdeh7 22 fevral 2013-cü il tarixli 92304/1 №-li kredit müqaviləsi (kredit xəttinin açılması barədə müqavilə) üzrə 349921,52 ABŞ dolları əsas kredit borcunun, 221752,12 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcunun, 63940,50 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 635614,14 ABŞ dolları məbləğində borcun və 29 avqust 2014-cü il tarixli 92304/3 №-li kredit müqaviləsi üzrə “xxxx” MMC, Cavabdeh7, Cavabdeh6 və Cavabdeh5 508834,73 manat əsas kredit borcunun, 277958,77 manat əsas məbləğə hesablanmış faiz borcunun, 28689,24 manat hər gecikdirilmiş günə görə cərimə borcunun, cəmi 815482,74 manat məbləğində borcun, həmçinin 15,40 manat müqavilə üzrə öhdəliklərin pozulmasına dair bildirişlərin (pretenziyanın) və ipoteka qoyanl ara ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərclərinin, 90 manat ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun “X4 Azərbaycan” QSC-nin xeyrinə tutulması (ödənilməsi), habelə Banka olan borcun cavabdehlərdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş Cavabdeh8 məxsus olan 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240,95 kv.m ümumi, 193,15 kv.m yaşayış, 47,8 kv.m yardımçı sahədən ibarət olan ünvan 1 ünvanında yerləşən bağ evinə tutma yönəldilməklə açıq hərracdan ilkin satış qiyməti 450000 manata, Cavabdeh9 məxsus olan 0,02063 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 245,3 kv.m ümumi sahədən ibarət olan ünvan 6 ünvanında yerləşən əmlak kompleksinə tutma yönəldilməklə açıq hərracdan ilkin satış qiyməti 530000 manata, Cavabdeh2 məxsus olan 0,0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272,76 kv.m ümumi, 141,66 kv.m yaşayış sahədən ibarət olan ünvan 4 ünvanında yerləşən mənzilə tutma yönəltməklə, açıq hərracdan ilkin satış qiyməti 400000 manata satılması hesabına kredit borclarının ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borc məbləğin qalan hissəsi borcalan və zaminlərin digər əmlakları hesabına təmin edilməsi (ödənilməsi), ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən yaşayış və bağ evində qeydiyyatda olan və yaşayanların istifadə hüquqlarına xitam verilməklə ü nvan 2 ünvanından çıxarılmaları, bağ və yaşayış evinin, həmçinin əmlak kompleksinin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan tərəfindən kredit müqavilələrindən irəli gələn öhdəliklər tam icra edilmədiyindən, onun iddiaçı qarşısında borcu yaranmışdır. İddiaçı Cavabdeh2 cavabdeh “X4 Azərbaycan” QSC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla “X4 Azərbaycan” QSC arasında bağlanmış 27 sentyabr 2014-cü il tarixli, 92304/3-3 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, “X4 Azərbaycan” QSC ipoteka predmeti olan ünvan 7 ünvanında yerləşən daşınmaz əmlaka tutmanın yönəldilməsi qaydasını pozmuş, müvaf iq qaydada özündə əks edilən məlumatlarla tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəlməsi barədə bildirişi ona göndərmədən ipoteka predmetinə tutmanı yönəltməyə başlamışdır. Bununla da, onun hüquqları pozulmuşdur. Həmçinin onunla “X4 Azərbaycan” QSC-si arasında bağlanmış 92304/3-3 nömrəli, 27 sentyabr 2014-cü il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş ünvan 7 ünvanında yerləşən daşınmaz əmlakın qiymətləndirilməsi düzgün aparılmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(001)-105/2019 nömrəli qətnaməsi ilə (hakim İ.N.K.Abbasova) ilkin iddianın qismən təmin edilməsi, cavabdehlər “xxxx” MMC-dən və Cavabdeh7 22 fevral 2013-cü il tarixli, 92304/1 saylı Kredit xətti müqaviləsi üzrə cəmi 340432,5 959,86 ABŞ dolları (qətnamədə qeyd olunduğu kimi) əsas borcu n, 27527 ABŞ dolları faiz borcunun, 2752 ABŞ dolları cərimənin (tutulacaq faiz borcunun 10%), habelə cavabdehlər “xxxx” MMC-dən, Cavabdeh7, Cavabdeh6, Cavabdeh5 29 avqust 2014-cü il tarixli, 92304/3 saylı Kredit müqaviləsi üzrə 526587,39 manat əsas borcun, 40005,10 manat faiz borcunun, 4000 manat cərimənin (tutulacaq faiz borcunun 10%) iddiaçı “X4 Azərbaycan” QSC-nin xeyrinə tutulması, tutmanın ipoteka (girov) qoyulmuş aşağıdakı əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və əldə ediləcək vəsait hesabına kredit borclarının ödənilməsi: Cavabdeh8 məxsus olan 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240,95 kv.m ümumi, 193,15 kv.m yaşayış, 47,8 kv.m yardımçı sahədən ibarət olan ünvan 1 ünvanında yerləşən bağ evi, ilkin satış qiyməti 450000 manata müəyyən edilməklə; Cavabdeh9 məxsus olan 0,02063 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 245,3 kv.m ümumi sahədən ibarət olan ünvan 6 ünvanında yerləşən əmlak kompleksi, ilkin satış qiyməti 530000 manata müəyyən edilməklə; Cavabdeh2 məxsus olan 0,0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272,76 kv.m ümumi, 141,66 kv.m yaşayış sahədən ibarət olan ünvan 4 ünvanında yerləşən mənzil, ilkin satış qiyməti 450000 manat müəyyən edilməklə, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən yaşayış və bağ evi satıldıqdan sonra bir ay müddətində cavabdehlər Cavabdeh2, Cavabdeh8 və Cavabdeh9 tərəfindən boşaldılmadığı təqdirdə məcburi boşaldılması, qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat İddiaçı “X4 Azərbaycan” QSC apellyasiya şikayəti ver ərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(001)-105/2019 nömrəli qətnaməsinin qismən – ilkin iddianın təmin olunmamış hissələrində ləğv edilməsi və ilkin iddianın həmin hissələrdə tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2(103)-652/2020 nömrəli qətnaməsi ilə (hakim F.F.Babayevin sədrliyi və məruzəsi ilə, hakimlər X.A.Mərdanovadan və E.M.Həsənovdan ibarət tərkibdə) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 mart 2019-cu il tarixli, 2(001)-105/2019 nömrəli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbi qismən təmin edilmiş, cavabdehlər “xxxx” MMC-dən və Cavabdeh7 22 fevral 2013cü il ta rixli, 92304/1 saylı Kredit Xətti Müqaviləsinin 17 sentyabr 2014-cü il tarixli 10 nömrəli Kredit Sazişi Müqaviləsi üzrə 116018,15 ABŞ dolları əsas, 2568,73 ABŞ dolları faiz, 66,99 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 118653,87 ABŞ dollarının, 04 dekabr 2014cü il tarixli 11 nömrəli Kredit Sazişi Müqaviləsi üzrə 65580 manat əsas, 3333,65 ABŞ dolları faiz və 378,94 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 69292,59 ABŞ dollarının, 19 dekabr 2014-cü il tarixli 12 nömrəli Kredit Sazişi Müqaviləsi üzrə 168200 ABŞ dolları əsas, 10512,50 ABŞ dolları faiz, 1576,87 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 180289,37 ABŞ dollarının (ödəniş gününə Azərbaycan manatı ifadəsində), habelə cavabdehlər “xxxx” MMC, Cavabdeh7, Cavabdeh6 və Cavabdeh5 29 avqust 2014-cü il tarixli, 92304/3 saylı Kredit müqaviləsi üz rə 508834,73 manat əsas, 165508,43 manat faiz, 14824,92 manat cərimə olmaqla, cəmi 689168,08 manatın iddiaçı “X4 Azərbaycan” QSC-nın xeyrinə tutulması, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfində ödənilmiş 45 manat dövlət rüsumunun əvəzinin cavabdehlər “xxxx” MMC, Cavabdeh7, Cavabdeh6 və Cavabdeh5 iddiaçı “X4 Azərbaycan” QSC-nın xeyrinə tutulması, tutmanın ipoteka (girov) qoyulmuş aşağıdakı əmlaklara yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması və əldə ediləcək vəsait hesabına kredit borclarının ödənilməsi: Cavabdeh8 məxsus olan 0,06 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 240,95 kv.m ümumi, 193,15 kv.m yaşayış, 47,8 kv.m yardımçı sahədən ibarət olan ünvan 1 ünvanında yerləşən bağ evi, ilkin satış (likvid) qiyməti 450000 manat müəyyən edilməkl ə; Cavabdeh9 məxsus olan 0,02063 ha torpaq sahəsində yerləşən, 2 mərtəbəli, 245,3 kv.m ümumi sahədən ibarət olan ünvan 6 ünvanında yerləşən əmlak kompleksi, ilkin satış (likvid) qiyməti 530000 manat müəyyən edilməklə; Cavabdeh2 məxsus olan 0,0651 ha torpaq sahəsində yerləşən, 7 mərtəbəli, 272,76 kv.m ümumi, 141,66 kv.m yaşayış sahədən ibarət olan ünvan 4 ünvanında yerləşən mənzil, ilkin satış (likvid) qiyməti 400000 manat müəyyən edilməklə, ipoteka ilə yüklü edilmiş yuxarıda qeyd edilən yaşayış və bağ evi satıldıqdan sonra bir ay müddətində cavabdehlər Cavabdeh2, Cavabdeh8 və Cavabdeh9 tərəfindən boşaldılmadığı təqdirdə məcburi boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh2 cavabdeh “X4 Azərbaycan” QSC-yə qarşı “ipoteka müqavilə sinin etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini prosessual qanunvericiliyin tələblərinə uyğun tərtib etməmiş, iddiaçı bankın iddia həcminin artırılması barədə ərizə təqdim etməsinə baxmayaraq, həmin ərizəni əsassız olaraq icraata qəbul etməmiş və ərizədə qeyd edilənlərə münasibət bildirməmiş, həmçinin qətnamənin nəticə hissəsində 22 fevral 2013cü il tarixli, 92304/1 saylı Kredit xətti müqaviləsi üzrə cəmi 340432.5 959,86 ABŞ dolları əsas borc şəklində qeyd etmiş, ipoteka predmetlərindən ünvan 4-in ilkin satış qiymətini 450000 manat məbləğində müəyyən edərkən əsasını göstərməmişdir. Məhkəmə iş materiallarını bu kontekstdə araş dıraraq hesab etmişdir ki, qeyd olunan hal birinci instansiya məhkəməsinin qətnaməsinin prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və apellyasiya şikayətlərinin dəlillərindən asılı olmadan qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı bankla cavabdeh “xxxx” MMC arasında kredit müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən “xxxx” MMC- dən apellyasiya instansiyası məhkəməsi tərəfindən alınmış ekspert rəyində qeyd edilən borc məbləğləri iddiaçı bankın xeyrinə tutulmalıdır. Həmçinin Cavabdeh7 22 fevral 2013cü və 29 avqust 2014-cü il tarixli kredit müqavilələri üzrə, Cava bdeh6 və Cavabdeh5 isə 29 avqust 2014-cü il tarixli kredit müqaviləsi üzrə zamin qismində öhdəliklərin icrası ilə bağlı əsas borclu ilə birgə məsuliyyət daşıyacaqları barədə müqavilə bağladıqlarından, kredit müqavilələri üzrə əsas, faiz və cərimə borcunun, habelə məhkəmə xərcləri əsas borclu ilə yanaşı onlardan da müştərək qaydada tutulmalıdır. Həmçinin apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən müqavilənin - “X4 Azərbaycan” QSC-si ilə Cavabdeh2 arasında bağlanmış 27 sentyabr 2014-cü il tarixli, 92304/3-3 nömrəli ipoteka müqaviləsinin etibarsızlığına əsas ola biləcək halların məhkəmə baxışında müəyyən edilmədiyindən qarşılıqlı iddia təmin edilməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh7 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2(103)-652/2020 nömrəli qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, cavabdeh məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmamış, məhkəmənin istinad etdiyi ekspert rəyi əsassız olmuş, konkret olaraq isə 29 avqust 2014cü il tarixli kredit müqaviləsi üzrə faiz və cərimə borcu düzgün hesablanmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə yazılı etiraz daxil olmamış dır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 və Cavabdeh7 vəkilsiz iştirak etdiklərinə görə Azərbaycan Respublikasının MPM-nin 67-cı maddəsinə əsasən məhkəmə kollegiyası onların izahatlarını almayaraq işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq digər cavabdehlər gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansi yası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Kassasiya şikayətini yalnız Cavabdeh7 verdiyindən kassasiya baxışının hədlərini apel lyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin mübahisələndirilən – kredit müqavilələri üzrə borcun müəyyən edilməsi hissəsində kassasiya şikayətinin dəlillərinə uyğun yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıla rı arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müva fiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurul duğunu sübuta yetirməyə borclu deyildir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə v ə miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işd ə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq kredit müqaviləsi üzrə borcu müvafiq ekspertiza keçirilməklə müəyyən etmişdir. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən cavabdeh borcun düzgün hesablanmaması, ödənişlərin düzgün silinməməsi ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu (etdiyi, lakin eksp ert tərəfindən nəzərə almadığı ödənişlə bağlı maliyyə sənədləri, alternativ ekspert rəyi və s.) təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Odur ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq Azərbaycan Respublikası MPM-in 88, 101.7 və 103-cü maddələrinə uyğun olaraq tələb olunan borcu keçirilmiş məhkəmə-ekspertizasının rəyi əsasında müəyyən etmişlər. İş üzrə əlavə və ya təkrar ekspertizanın keçirilməsini zəruri edən əsaslar iş materialları ilə müəyyən olunmamışdır. Kassatorun apellyasiya instansiyası məhkəməsini n iclasında iştirak etməməsinə dair kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd olunmalıdır ki, iş materiallarına əsasən tərəflər məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumatlandırılmış, hətta cavabdeh “xxxx” MMC-nin nümayəndəsi, Vəkil1 məhkəmə iclaslarında iştirak etmişdir. Nəzərə alınmalıdır ki, iş materiallarına əsasən Cavabdeh7 “xxxx” MMC-nin təsisçilərindən biri, Vəkil1 isə hazırki kassasiya şikayətini tərtib etmiş vəkildir. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə mübahisələndirilən hissədə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh7 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2020-ci il tarixli, 2(103)-652/2020 nömrəli qətnaməsi mübahisələndirilən - kredit müqavilələri üzrə borcun müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2502/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2502/2021
31.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver