Məhkəmə qərarları › İş №2(102)-2503/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2503/2021

05.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2503/2021 05.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 Cavabdeh1 qarşı, İddiaçı2 İddiaçı1 və “xxxx” QSC-yə qarşı işlər üzrə QƏRARİ (Açar sözlər:mülki hüquq pozuntusu nəticəsində dəymiş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili X1, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-227/2020 nömrəli iş üzrə 13avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı1 ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "Cəlilabad" filalı arasında xx xxxxxx 2015-ci il tarixdə bağlanmış “müddətli əmanət hesabı müqaviləsi” əsasında Vəfa İbrahimova banka illik 5 faizlə, 12 ay müddətinə 38004 ABŞ dolları məbləğində əmanət yerləşdirmiş, onun tərəfindən Cavabdeh1 30 il müddətinə verilmiş xx xxxxxx 2012-ci il tarixli etibarnamə əsasında sonuncu, iddiaçının bank hesabından 10 sentyabr və xx xxxxxxx 2015-ci il tarixlərdə əmanətə görə hesablanmış faizləri, xx xxxxxxx 2015-ci il tarixdə isə qalıq əmanət olan 37680 ABŞ dolları məbləğində pulu bütünlüklə bankdan götürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bakı şəhər Nəsimi Rayon Məhkəməsində icraat İddiaçı1 Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, 38002 ABŞ dolları məbləğində pulun, xx.xx.2015-ci il tarixdən həmin pul vəsaitinin ona ödəniləcəyi tarixədək hər il üçün 3420 ABŞ dolları faiz məbləğinin və 31 manat dövlət rüsumunun Cavabdeh1 onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh1 qardaşı İddiaçı2 ilə 2001-ci il tarixdən qeyri-rəsmi nikaha daxil olaraq 2014-cü il tarixinə qədər Cəlilabad rayonunun Göytəpə qəsəbəsində yaşamış, ailə münasibətlərindən 2005-ci ildə X8, 2008ci ildə X9 və X10 adını verdikləri uşaqları dünyaya gəlmişdir. Göytəpədə yaşadığı 13 il ərzində 1 hekta r sahədə tərəvəz məhsulları əkərək satmış, əldə etdiyi pulun bir hissəsini özünün və uşaqlarının tələbatına xərcləmiş, qalan pul vəsaitini isə yığmışdır. 2014-cü ildə İddiaçı2 onu və uşaqlarını tərk edərək başqa bir qadınla qeyri-rəsmi ailə qurub onunla Rusiya Federasiyasına getmiş, beləliklə ailə münasibətləri pozulmuş, bundan sonra uşaqları ilə birlikdə adına olan Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi 11F saylı evin 40 nömrəli mənzilinə köçərək orada yaşamağa başlamışdır. Özünün və uşaqlarının tələbatını təmin etmək məqsədilə 2015-ci ilin ortalarında “xxxx” QSC-də adına hesab açdıraraq uzun illər ərzində tərəvəz məhsulları əkərək satıb yığdığı 38000 ABŞ dolları məbləğində pulu həmin hesaba qoymuş, lakin xx xxxxxxx 2015-ci il tarixdə həmin pul vəsaiti Cavabdeh1 tərəfindən qanunsuz o laraq hesabdan çıxarılaraq mənimsənilmişdir. Cavabdeh tərəfindən bu qanunsuz məqsədin həyata keçirilməsi üçün Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov kiiçəsi 11F saylı evin 40 nömrəli mənzilinə dair adına çıxarış almaq üçün vermiş olduğu xx xxxxxx 2012-ci il tarixli etibarnamədən istifadə edilmişdir. Cavabdeh həmin etibarnamə əsasında mənzilə dair heç bir sənədləşdirmə aparmamış, ondan etibarnamə alarkən başqa məqsədi olmuş, etibarından sui-istifadə edərək pul vəsaitini bankdan çıxarmış, əmlakından qanunsuz olaraq məhrum edərək ona zərər vurmuşdur. Həmin pul vəsaitinin cavabdeh tərəfindən bankdan çıxarılаraq mənimsənilməsi nəticəsində adi mülki dövriyyə nəticəsində əldə edəcəyi gəlirdən də məhrum olmuşdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Emin Mehtiyev) xx xxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 37680 ABŞ dolları məbləğində pulun ödəniş gününə manat məzənnəsi ilə, həmçinin 30 manat dövlət rüsumunun alınaraq İddiaçı1 ödənilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı1 apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin tam təmin olunması barədə; Cavabdeh1 şikayət verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər: Vüqar Həsənov sədrlik edən və məruzəçi, Vüsalə Baxışova, Namiq Cəfərov) xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı1 apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh1 apellyasiya şikayəti təmin olunaraq Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi qismən - Cavabdeh1 37680 ABŞ dolları məbləğində pulun ödəniş gününə manat məzənnəsi ilə, həmçinin 30 manat məbləğində dövlət rüsumunun alınaraq İddiaçı1 ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi rədd edilmişdir. İddiaçı1 qətnamədən kassasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər: İlqar Xələfov - sədrlik edən və məruzəçi, Qəhrəman Allahverdiyev, Ənvər Şadiyev) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə İddiaçı1 kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsi işi yeni apellyasi ya baxışına göndərərkən mövqeyini aşağıdakı kimi irəli sürmüşdür; İddiaçı tərəfindən ona məxsus əmlaka sərəncam hüququ verən etibarnamə cavabdehə xx xxxxxx 2012-ci il tarixdə verilmiş, mübahisə predmeti olan əmanət isə iddiaçı tərəfindən banka xx xxxxxx 2015-ci il tarixdə, yəni etibarnamənin verildiyi vaxtdan təxminən üç il sonra qoyulmuşdur. Bu isə mübahisəsiz təsdiq edir ki, etibarnamə verilərkən əmanət şəklində banka qoyulmuş pul məbləği iddiaçının mülkiyyətində olmamışdır. xx xxxxxx 2012-ci il tarixli etibarnamənin məzmunundan isə görünür ki, iddiaçı göstərilən etibarnamə ilə həmin müddətə onun mülkiyyətində olan əmlakı üzərində sərəncam vermək hüququnu cavabdehə etibar etmişdir. Həmin etibarnamədə gələcəkdə yarana biləcək əmlak üzərində sərəncam vermək hüququnun cavabdehə etibar edilm əsi nəzərdə tutulmamışdır. Belə olduqda, cavabdehin iddiaçının adına qoyulmuş pul vəsaitini bankdan götürmək səlahiyyətinə malik olub-olmamasına hüquqi qiymət verilməli idi. İddiaçıya görə o, xx xxxxxx 2012-ci il tarixli etibarnaməni cavabdehə ona məxsus yaşayış sahəsinə Dövlət Reyestrindən çıxarışın alınması üçün vermişdir. Etibarnamənin verildiyi vaxtdan xeyli sonra yaranmış mülkiyyətinin cavabdeh tərəfindən ələ keçirilməsi iddiaçının iradəsinə uyğun olmamışdır. Cavabdehin vəkilinin məhkəmə kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli məhkəmə iclasında verdiyi izahatından görünür ki, cavabdeh həmin pul vəsaitini qardaşı Azərlə onun faktiki arvadı olan İddiaçı1 arasında mübahisə yaranandan sonrakı gün bankdan götürmüşdür”. d) Bakı şəhər Xətai Rayon Məhkəməsində icraat İddiaçı2 İddiaçı1 q arşı müqavilədən yaranan öhdəlik münasibətlərinin və əmlak üzərində mülkiyyət hüququnun tanınması, əmanət müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2015-ci il tarixli müddətli əmanət hesabı müqaviləsi vasitəsi ilə “xxxx" QSC-nin Cəlilabad fılialına İddiaçı1 adına qoyulmuş, xx.xx.2015-ci il tarixli müddətli əmanət hesabı müqaviləsi ilə İddiaçı1 adına 38004 ABŞ dolları məbləğinə konvertasiya olunmuş 40000 manat pul vəsati üzərində özünün mülkiyyət hüququnun tanınması və formal xarakter daşıyan həmin müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh İddiaçı1 ilə 2001-ci ildən ailə həyatı quraraq, 2014-cü ilin avqust ayınadək Cəlilabad rayonun Gö ytəpə qəsəbəsində ər arvad kimi qfifvsi, birgə təssərrüfat aparmışlar. Aralarında rəsmi nikah olmasa da, birgə evlilikdən üç övladları olmuşdur. Həmin dövrlərdə bizneslə məşğul olduğu üçün “xxxx” QSC-nin Cəlilabad fılialından kredit götürmüş və borcu yaranmışdır. Rusiya Federasiyasında yaşayan qardaşı X3 vəfatından sonra ona məxsus olan əmlaklər satılaraq yaxın qohumlar arasında bölünmüş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 174,1 kvadrat metr olan 3 otaqlı 34 saylı mənzil ona verilmişdir. Qeyd olunan mənzil formal olaraq digər qardaşı X4 adına rəsmiləşdirilmişdir. “Accessbənk QSC-yə olan borcunu bağlamaq zərurəti yarandığından qardaşı X28dən mənzili satmağı xahiş etmiş və AN-İ N 0433031saylı daşmmaz əmlakın əlqı-satqı müqaviləsi ilə mənzili xx.xx.2015-ci ildə 340000 manata satmışlar. xx.xx.2015-ci ildə həmin mənzilin satışından əldə edilmiş pul vəsaitındən müəyyən hissəsi ilə banka olan kredit borcunu ödəmiş, qalan 160000 manatı isə banka depozitə qoymaq qərarına gəlmişdir. Lakin depozitə qoyulan 30000 manatdan artıq pul vəsaitinin sığortalanmasının mümkün olmaması səbəbindən qardaşları X25i, X26i və həyat yoldaşı İddiaçı1 banka gətirmiş, həm öz adına, həm də formal olaraq onların hər birinin adına 40000 manat olmaqla müddətli əmanət müqavilələri rəsmiləşdirməklə cəmi 160000 manat məbləğində pul vəsaitini 12 ay müddətinə banka qoymuşdur. xx.xx.2015-ci il tarixdə isə banka gəlib həmin pul vəsaitlərini ABŞ dollarına çevirmək üçün yenidən əmanət müqavilələri bağlamışlar. X3 vəfatından sonra ona məxsus olan əmlakların satılmasından əldə edilən pul vəsaitindən böyük qardaş ı Cavabdeh1 daha az məbləğdə pul düşdüyündən ona mənzilin satışından əldə olunacaq pul vəsaitindən 40000 manat verəcəyinə söz vermişdir. Qalan 160000 manatı banka depozitə qoyarkən qardaşı X17ə bildirmişdir ki, o, Bakı şəhərində yaşadığından ona verəcəyi 40000 manatı formal olaraq həyat yoldaşının adına rəsmiləşdirir və istədiyi vaxt həmin pulu götürə bilər. Belə ki, həyat yoldaşı İddiaçı1 qardaşı X17ə baş elibarnamə vermişdi. X17 də onunla razılaşmış və dediyi qaydada pulu banka qoymuşdur. xx.xx.2015 -ci ildə qardaşı X17 etibarnamə əsasında "xxxx” QSC-dən İddiaçı1nin depozit hesabına qoyulmuş 40000 manat (37680 ABŞ dolları) pul vəsaitini götürmüşdür. Bu fakt İddiaçı1 da bəlli olmuş və o, pulun bankdan çıxarılmasına heç bir etiraz və ya narazılıq bildirməmişdir. Az sonra İddiaçı1 ilə arala rında ailə münaqişələri başlanmış və 2015-ci ilin axırında ayrılmışlar. Cavabdeh İddiaçı1 mübahisəli pul vəsaiti üzərində hər hansı mülkiyyət hüququnun olmadığı halda pulu məhkəmə qaydasında tələb etdiyindən həmin pul vəsaiti üzərində mülkiyyət hüququnun tanınması və həmin pul vəsaiti ilə bağlı formal olaraq bağlanmış əmanət müqavilələrinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Sərdar Mehrəliyev) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. İddiaçı1 qətnamədən apellyasiya şikayəti vermişdir. e) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının xx xxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı1 Cavabdeh1 qarşı iddiası üzrə işlə, İddiaçı2 İddiaçı1 və “xxxx” QSCyə qarşı “müqavilədən yaranan öhdəlik münasibətlərinin və əmlak üzərində mülkiyyət hüququnun tanınması, əmanət müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki işlər bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova, Fuad Babayev) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-577/2018 saylı iş üzrə xx xxxx 2018-ci il tarixli qətnaməsindən İddiaçı1 verdiyi apellyasiya şikayəti qismən təmin olunmuş, qətnamə İddiaçı1 mübahisələndirdiyi hissədə, yəni “xx.xx.2015-ci il tarixdən həmin pul vəsaitinin ona ödəniləcəyi tarixədək hər il üçün 3420 ABŞ dolları faiz məbləğinin xeyrinə tutulması” tələbinin təmin edilməməsi hissəsində ləğv olunmuş və sözügedən tələb qismən təmin edilmiş, Cavabdeh1 1900,2 ABŞ dolları (ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla) pulun tutulması qət edilmiş, qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Qətnamə ilə həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-648/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, həmin qətnamə ləğv edilərək yeni qətnamə çıxarılmış, İddiaçı2 İddiaçı1 və “xxxx” QSC-nə qarşı “müqavilədən yaranan öhdəlik münasibətlərinin və əmlak üzərində mülkiyyət hüququnun tanınması, əmanət müqaviləsinin etibarsız hesab olunması” tələbinə dair iddia tələbi rədd edilmişdir. Apellyasiya məhkəməsi Ali Məhkəmənin qərarındakı hüquqi mövqeyi də nəzərə alaraq qeyd etmişdir ki, həmin pul məbləğinin Cavabdeh1 tərəfindən etibarnamə əsasında bankdan çıxarılması iddiaçının mənafeyinə uyğun olmamışdır. Belə ki, İddiaçı1 etibarnaməni Cavabdeh1 xx xxxxxx 2012-ci il tarixdə vermiş, mübahisə predmeti olan əmanət isə İddiaçı1 tərəfindən banka xx xxxxxx 2015-ci il tarixdə, yəni etibarnamənin verildiyi vaxtdan təxminən üç il sonra qoyulmuşdur. Etibarnamədə gələcəkdə yarana biləcək əmlak üzərində sərəncam vermək hüququnun Cavabdeh1 etibar edilməsi nəzərdə tutulmadığından, onu İddiaçı1 adına qoyulmuş pul vəsaitini bankdan götürmək səlahiyyəti olan şəxs kimi qəbul etmək mümkün deyildir. Şərh edilənlərə əsasən məhkəmə Cavabdeh1 apellyasiya şikayətini əsassız hesab etmiş və İddiaçı1 iddia tələ binin təmin olunan hissəsi üzrə Nəsimi Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq bununla bağlı əlavə əsaslandırma aparılmasına zərurət görməmişdir. İddiaçı1 Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən verdiyi şikayəti apellyasiya instansiyası məhkəməsi qismən əsaslı hesab edərək qeyd etmişdir ki, onun illik 5 faiz dərəcəsi ilə 12 ay müddətinə banka yerləşdirmiş olduğu 38004 ABŞ dolları vəsaitin Cavabdeh1 tərəfindən qanunsuz olaraq müddətindən əvvəl bankdan çıxarılması nəticəsində İddiaçı1 əldə edəcəyi 1900,2 ABŞ dolları faiz gəlirindən (38004 ABŞ dolları x 5% = 1900,2 ABŞ dolları) məhrum olmuşdur. İddiaçı1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verdiyi şikayətlə bağlı apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin qətnamənin aid oldu ğu iş üzrə İddiaçı2 iddia tələbini qardaşı Cavabdeh1 Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayətində irəli sürdüyü arqumentlərlə əsaslandırmış, bununla belə, Cavabdeh1 mübahisəsi gedən pul vəsaitinin özünə məxsus olduğunu iddia etdiyi halda, İddiaçı2 pulun ona məxsus olduğunu iddia etməklə bunun Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edildiyini bildirmişdir. İşin hallarından aydın olur ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hazırda yoxlanılan qətnaməsində də istinad olunan sözügedən qətnamə (xx.xx.2019-cu il tarixli qətnamə) Cavabdeh1 İddiaçı1 qarşı “pul vəsaiti üzərində mülkiyyət hüququnun tanınması və müqavilənin etibarsız hesab olunması” tələbi üzrə çıxarılmış, həmin işə baxan məhkəmə şahid ifadələrinə əsaslanmaqla mübahisəsi ge dən “əmanət məbləğinin nə iddiaçıya, nə də cavabdehə deyil, iddiaçının qardaşı İddiaçı2 məxsus olduğunu” müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsində qeyd olunan hal, hazırda yoxlanılan qətnamənin aid olduğu iş baxımından preyudisial əhəmiyyət kəsb edə bilməz. Belə ki, mülki-prosessual qanunvericiliyin müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar yalnız işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir. Yuxarıda qeyd olunduğu kimi, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi Cavabdeh1 İddiaçı1 qarşı qaldırdığı iddia əsasında çıxarılmış, İddiaçı2 həmin işdə tərəf olmamışdır. Bu isə o deməkdir ki, həmin qətnamə ilə müəyyən olunmuş hesab edilən hal İddiaçı2 münasibətdə preyudisiyal əhəmiyyət kəsb edə bilməz və onun tərəfindən müvafiq qaydada sübuta yetirilməlidir. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı2 İddiaçı1 və “xxxx” QSC-nə qarşı “müqavilədən yaranan öhdəlik münasibətlərinin və əmlak üzərində mülkiyyət hüququnun tanınması, əmanət müqaviləsinin etibarsız hesab olunması” tələbinin təmin olunması üçün hüquqi əsaslar mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şik ayətinin dəlilləri İddiaçı2 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi preyudisiya mexanizmini özünün istədiyi istiqamətdə şərh etməklə ədalətsiz mövqe nümayiş etdirmişdir. Halbuki Azərbaycan Respublikasmı Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi baxımından bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndilmir və yenidən sübut edilmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Birinci iş üzrə cavabdeh “xxxx” QSC kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apell yasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti “xxxx” QSC-yə münasibətdə əsassızdır. Belə ki, xx.xx.2015-ci il tarixli müddətli əmanət müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsas mövcud deyildir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı2 nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı1 nümayəndəsi və vəkili X2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə birinci iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. “M.Şahverdiyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxx 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2013-cü il tarixl i Qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...təmsil olunan təmsilçilikdə ən üstün müdafiəyə malik olduğundan onun qanuni maraqları təmin edilməlidir. İlk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdlərin bağlamasına yönələn iradə ifadəsinin olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məh kəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instans iyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma sı kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə İddiaçı2 tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilini məhkəmə kollegiyası əsassız hesab edir. Apellyasi ya instansiyası məhkəməsi preyudisiallıqla bağlı prosessul qanunvericiliyin tələblərini düzgün tədbiq etmişdir. Məsələ ilə bağlı Azərbaycan Respublikasının Konstitusya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx xxxxxx 2016-cı il tarixli Qərarında aşağıdakıları qeyd etmişdir:...Preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edil miş faktları mübahisələndirə bilərlər. Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir”. İddiaçı2 preyudisial hal kimi istinad etdiyi Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi Cavabdeh1 İddiaçı1 qarşı qaldırdığı iddia əsasında çıxarılmış, İddiaçı2 həmin işdə tərəf olmamışdır. Bu isə o deməkdir ki, həmin qətnamə ilə müəyyən olunmuş hesab edilən hal İddiaçı2 münasibətdə preyudisiy al əhəmiyyət kəsb edə bilməz. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-227/2020 nömrəli iş üz rə 13avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar