Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2505/2023 19.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X5 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-285/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 iyun 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Cavabdeh adından tərtib edil ərək imzalanmış xx.xx.2022-ci il tarixli yazının mətnində qeyd olunur ki, «mən Cavabdeh 2021-ci ildə İddiaçı 19500 manat borc pul alıb X3 vermişəm və X2 razılığı ilə sənət və kimliyimi təsdiqi ilə bunu yazdım. Həmin pulun dəst qaytarılmasına mən mənə məxsus olan əmlakımla məsuliyyət daşıyıb və pula ödəməyə söz veririk». İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən ona borclu olduğu 19500 manat məbləğində pulun və 148,5 manat ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə əvvəllər qonşu olmuşlar və uzun illərdir ki, bir-birilərini tanıyırlar. 2020-ci ildə cavabdeh ondan hissə-hissə olmaqla, ümumilikdə 19 500 manat məbləğində borc pul almış, aldığı pulu onun ehtiyacı olan zaman dərhal ödəyəcəyini bildirmişdir. Bir neçə ay bundan əvvəl o, pulunu tələb etdikdə qısa zaman ərzində ödəyəcəyini bildirmiş, lakin hər dəfə müxtəlif bəhanələr gətirərək, ona olan borcunu könüllü şəkildə ödəməkdən yayınır. Pulu ondan alıb Zenfira Alıyeva adlı şəxsə verəcəyini bildirmişdir.
4. Birinci instansiya məhkəməsində iştirak edən cavabdeh iddanı qəbul etmiş, iddiaçıdan 19500 manat pul aldığını etiraf edərək MPM-in 52.2-ci maddəsinə müvafiq qaydada bu barədə yazılı ərizə təqdim etmiş, həmçinin MPM-nin 106.3-cü maddəsinə uyğun olaraq məhkəmə iclas protokoluna imza etmişdir.
5. Tovuz Rayon Məhkəməsinin 5 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Zaur Hünbətov, iş N 2(062)-1767/2022) iddia təmin edilmişdir.
6. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, işə əlavə olunmuş sadə yazılı qəbzdən görünür ki, Cavabdeh 2021-ci ildə İddiaçı 19500 manat borc pul almış və həmin məbləği qaytaracağını öz öhdəsinə götürmüşdür. İşə əlavə olunmuş Cavabdeh iddianın etirafına dair ərizədən görünür ki, iddianı tamamilə etiraf etmiş, iddia ərizəsində göstərilən məbləği iddiaçıya ödəməyə razıdır. İddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması halları aşkar edilməmişdir.
7. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MPM-in 52.2, 52.5, 191.1 və 191.3-cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, vermiş olduğu şikayə tin icraatının dayandırılmasını, dayandırılmadığı təqdirdə qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə həm Mülki Prossesual, həm də Mülki Məcəllənin tələblərini kobud surətdə pozaraq qanunsuz qətnamə qəbul etmişdir. Bunu onunla əsaslandırır ki, məhkəmə qətnamə qəbul edərkən, cavabdehin konkret olaraq kim olması, yəni iddia tələbinin faktiki mübahisə ilə əlaqədar kimə yönəlməli olduğunu iddiaçıya bildirməli idi. İddiaçıya hüquqlarını başa salmalı idi. Baxmayaraq ki, onunla İddiaçı arasında yazılı əqd olsa belə, sadəcə olaraq o, ortada vasitəçi olmuş, pulu da Zenfira Əliyeva adlı şəxs almışdır. İddiaçı özü də iddia tələbində göstərir ki, pul onun vasitəsilə Zenfira Əliyevaya verilmişdir. Bu gün Zenfira Əliyeva pulu qaytarmaqdan yayınır, vermək istəmir, İddiaçı iddia tələbini sırf ona qarşı qaldırmaqla qərəzli münasibət sərgiləmiş olur. Məhkəmə bu halları iddiaçıya izah etməli idi ki, ən azından iddia tələbi tək ona deyil, onunla birgə Zenfira Əliyevaya qarşı da qaldırılmalı idi. Yəni, cavabdeh o, və Zenfira Əliyevanı qoyulmalı idi. Məhkəmə göstərdiyi halları nəzərə almayaraq, birtərəfli qaydada qərəzli qərar qəbul etmişdir. Digər cavabdehin cəlb edilməsi istiqamətində hərəkətlər etməli idi. Bundan başqa MM-nin 740-cı maddəsinin tələbi də pozulmuşdur.
10. Apellyasiya instansiyası məhkəməsinin iclasında İddiaçı vəkili X1 apellyasiya şikayətinə etiraz təqdim edərək təmin edilməməsini xahiş etmişdir.
11. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasını n 27 yanvar 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Aygül İsgəndərova (sədrlik edən və məruzəçi), Azər Bayramov və Rəşad Mamedov, iş N 2(104)-285/2023) birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq iddia tələbi təmin edilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh borcun olmasını təsdiq edən xx.xx.2022-ci il tarixli sənədin özü tərəfindən yazılmasını və həmin tarixə 19500 manat borcunun olduğunu tərəfindən məhkəməyə verilmiş ərizə ilə etiraf etmiş, həmin sənəd və ərizənin özü tərəfindən yazılması və təsdiqlənməsi halına şübhə yaradacaq dəlil irəli sürməmişdir. Başqa sözlə, cavabdeh tərəfindən borc sənədinin yazılması, imzalanması və ya məzmunu mübahisələndirilməmişdir.
13. Mülki Məcəllənin 740.2-ci maddəsinin tələbindən məlum olduğu kimi borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsinin yazılı formada bağlanması imperativ qaydada nəzərdə tutulmuşdur və hazırki iş üzrə tərəflər arasında borc sənədi yazılı formada bağlanmışdır.
14. Belə olduqda cavabdehin özünün sərbəst iradəsinə əsaslanaraq tərəfindən yazılan ərizədə sonuncunun borcu etiraf etməsi sübutun mötəbərliyinə əsas vermişdir.
15. Həmçinin, məhkəmə qeyd etmişdir ki, iddia tələbi borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehin yazdığı sənədə istinad etmişdir. Cavabdeh həmin pulun başqa şəxsə verilməsini, iddiaçının həmin şəxsdən pulunu tələb etməsini bildirsə də, etirazının əsası kimi istinad etdiyi bu halı apellyasiya bax ışında sübut edə bilməmişdir. Halbuki Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Digər tərəfdən cavabdeh apellyasiya şikayətində Zenfira Əliyevaya qarşı pul tələbinə dair iddiası baxılıb qurtaranadək icraatın dayandırılmasını xahiş etsə də iş üzrə Mülki Prosessual Məcəllənin 254-255-ci maddələrində nəzərdə tutulan hallar müəyyən edilməmişdir.
17. Beləliklə, iddiaçı tərəfindən 19500 manat pulun cavabdehə verilməsinə dair sübut iş materiallarında olsa da, cavabdeh tərəfindən qeyd olunan məbləğin iddiaçıya ödənilməsini təsdiq edən hər hansı bir sübut məhkəmə kollegiyasına təqdim edilməmişdir.
18. Birinci instansiya məhkəməsi tərəfindən iş üzrə Mülki-Prosessual Məcəllənin 191.3- cü mad dəsinə əsasən cavabdeh iddianı etiraf etdiyindən və məhkəmə tərəfindən təsdiq olunduğundan iddiaçının irəli sürdüyü tələbin təmin olunması barədə qətnamə çıxarılmış, lakin iddia tələbi üzrə tətbiq edilməli olan maddi hüquq norması müəyyən edilməmiş və tətbiq olunmamışdır. Bu isə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır.
19. Məhkəmə kollegiyası iddia tələbinin rədd edilən hissəsində öz mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1, 529.3, 739.1, 740.1 və 740.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri
20. Cavabdeh (Vəkil) qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmı şdır ki, o, vasitəçi olmuş, pulu da Zenfira Alıyeva adlı şəxs almışdır. Qətnaməyə diqqət yetirəndə, görünür ki, iddiaçı özü də iddia tələbində göstərir ki, pul onun vasitəsilə Zenfira Əli}evaya verilmişdir. Bu gün Zenfira Əliyeva pulu qaytarmaqdan yayınır, vermək istəmir, iddiaçı iddia tələbini sırf ona qarşı qaldırmaqla qərəzli münasibət sərgiləmiş olur. Məhkəmə bu halları iddiaçıya izah etməli idi ki, ən azından iddia tələbi tək ona deyil, ikinci cavabdeh kimi Zenfira Alıyevaya qarşı da qaldırılmalı idi. Onun (kassatorun) Zenfira Alıyevaya qarşı həmin pulla bağlı iddiası olmuşdur.
22. Digər tərəfdən, iddiaçı borc məbləğini yanlış göstəmişdir. O, iddiaçıdan 8500 manat məbləğində pul alıb Zenfira Alıyevaya vermişdir. 2020-ci ilin avqust ayından 2022-ci ilin may axınadək hər ay ona 1240 m anat, ümumilikdə, 26040 manat pul ödəmişdir.
23. Apellyasiya Məhkəməsində işin halları tam araşdırılmamış, əsas məqamlar bağlı qalmışdır. Belə ki, o, iddiaçıya olan borcunu artıqlaması ilə ödəmişdir. Sonuncu ödəniş 2022-ci ilin may ayında olmuş, növbəti ay ödəyə bilməyəndə isə, iddiaçı ona və övladlarına qarşı hədə-qorxu gələrək, azyaşlı qız övladının gözü qarşısında döymüş, fiziki təsir göstərərək, həmin kağıza qol çəkdirdi. Həmin vaxt qızı gizli onların şəklini çəkmişdir. Bundan əlavə Tovuz Rayon Xəstəxanasında tibb bacısı işləyir, iş yerinə gəlib iş yoldaşlarının gözü qarşısında onu döyüb şantaj edib biabır edib. Bu faktları iş yoldaşları, qızını və pulu alan Zenfira Əliyeva da təstiq edər. Məhkəmə bu halları araşdımalı idi. Borc ona artıqlaması ilə ödənildiyi halda, guya 20000 borcunun olması ilə bağlı kağıza qol çəkməyə məcbur edilmişdir. İddiaçı onun dediyini etməsə, övladlarının başına oyun açacağını bildirmiş, o da həssas ana kimi, övladlarının təhlükəsizliyi naminə bu faktı hər kəsdən gizlətməli olmuşdur. İndi isə hesab edir ki, Ali Məhkəmədən bu məqamı gizlətməməlidir. Ona olan borcu iki ilə yaxın müddətdə (2020-ci ilin avqust ayından 2022-ci ilin may ayınadək) pulu razılaşdıqları kimi vaxtı-vaxtında ödədiyini İddiaçı, Zenfira Əliyeva, qızım, və iş yoldaşlarını da bilir. İddiaçı onun iş yerimə gələrək, iş yoldaşlarının yanında etiraf etmişdir ki, ona ödənişi vaxtı-vaxtında edir. Bununla bağlı şahid ifadələri də işə əlavə olunacaqdır. İddiaçının əsaslandırdığı öhdəlik kağızını iddiaçı tərəfindən göstərilən təzyiq və hədə-qorxu təsiri altında imzalamışdır. Bu və dig ər məqamların aşkara çıxaraq məsələyə düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə kassasiya şikayəti vermək qərarına gəlmişdir. Adını çəkdiyi şəxslər şahid kimi dindiriİməlidir. Aşağı məhkəmələr bu halı araşdırmadığından işin yenidən apelyasiya baxışında araşdırılınası məqsədə mtifaviq olardı.
24. Cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən MM-nin 339.2, 339.4, 354.2, 337, 337.3, 337.4 və 739-cu, MPM-in 9, 165, 182, 77.1 və 88-ci maddələrinin tələblərinin pozulmasına istinad etmişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
30. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ö dəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
31. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
32. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə dax il olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
34. Maddə 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir.
35. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya e yni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
36. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
37. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsa sı kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
43. Maddə 4 07.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının h ədləri
46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
47. Hazırda cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Cavabdehin kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Mülki Prosessual Məcəllənin 88 -ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bü qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Bu baxımdan da həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün qanuni əsas hesab etmir.
50. Cavabdehin kassasiya şikayətində göstərdiyi borclu olması barədə qəbzi ona və övladlarına qarşı hədə-qorxunun, azyaşlı qız övladının gözü qarşısında döyülməsinin, fiziki təsirin nəticəsində yazması, iddiaçıya olan borcu artıqlaması ilə qaytarması, bu halları əvvəlki məhkəmə iclaslarında bildirməməsinin övladlarının təhlükəsizliyini təmin etmək olması, göstərdiyi halları iş yoldaşları və qızı tərfindən təsdiq edilcəyi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər nə birinc i, nə də apellyasiya instansiyası məhkəməsində irəli sürülməmiş, apellyasiya baxışının predmeti olmamışdır. Ona görə də bu dəlillərin kassasiya baxışında araşdırıliması da istisna olunur.
51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-285/2023 nömrəli, 27 yanvar 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.