Məhkəmə qərarları › İş №2(102)-2507/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2507/2023

05.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2507/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (X2 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) iş üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X3 ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2794/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbu l etdi. İşin halları

1. Mübahisə “Mülkiyyət hüququ haqqında” Şəhadətnaməyə əsasən Cavabdeh xüsusi mülkiyyətində olmuş, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən, ümumi sahəsi 122,7 kv.m olan 57 saylı pavilyona dair alqı-satqı müqaviləsinin bağlanmış sayılması tələbi ilə bağlıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən 57 saylı pavilyonla bağlı cavabdeh ilə onun arasında bağlanılmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin pavilyon üzərində onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandı rılmışdır ki, mərhum X8 mülkiyyətində olmuş Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən 57 saylı pavilyonun ikidə bir hissəsi ona vəsiyyət edilmişdir. Tovuz Rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən 57 saylı pavilyonun ikidə bir hissəsinin onun tərəfindən qəbul edilməsi faktı müəyyən olunmuşdur. Həmin qətnamənin icrası zamanı ona məlum olmuşdur ki, həmin pavilyon bütövlükdə cavabdehin mülkiyyətindədir. Cavabdeh ilə aralarında olan razılığa əsasən, həmin pavilyonu ona satmışdır. Lakin həmin vaxt etibarı olduğuna görə o, həmin alqı-satqını rəsmiləşdirməmişdir. Hazırda o, həmin pavilyonu öz adına sənədləşdirə bilmir. Hesab edir ki, 20 aprel 2018-ci il tarixli qətnaməsinə əsasən Tovuz rayonu, Qovlar şəhə ri, Vağzal küçəsində yerləşən 57 saylı pavilyonla bağlı cavabdeh ilə onun arasında alqı-satqı bağlanmış hesab edilməlidir.

4. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(062)713/2022 saylı, 15 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Z.Hünmətov) iddia təmin edilməmişdir.

5. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisəli pavilyonun alınması ilə bağlı alqı-satqı müqaviləsi bağlanılarkən Mülki Məcəllədə göstərilmiş qaydalara riayət edilmədiyindən həmin əqd etibarlı hesab edilərək, bağlanılmış hesab edilə bilməz. Bundan başqa da, iddiaçı əqdin bağlanılmamasını əks tərəfin təqsiri ucbatından baş verməsini və məhz əks tərəfin əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmasına dair sübutlarını da məhkəməyə təqdim etməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni A zərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2, 405.1, 647.1, Mülki Prosesual Məcəllənin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

7. İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs M.İsmayılov apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişlər.

8. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2003-cü ildə yaxın dostu və yaxın münasibətdə olduğu şəxs mərhum X11 ona təcili pul lazım olduğunu bildirərək, ondan 14000 (on dörd min) ABŞ dolları borc pul istəmiş və ona həmin pulla yəni ondan borc aldığı pulla o Tovuz rayon, Qovlar şəhərində yerləşən 57 saylı pavilyonu ö zəlləşdirəcəyini bildirmişdir. O, da mərhumla yaxın dost və yaxın münasibətdə olduğu üçün iddiaçıya onun təcili ehtiyacı olan 14 000 (on dörd min) ABŞ dolları pulu verdi. O, isə aldığı borcu tez bir müddətdə yəni ən geci 1 aya qaytaracağını dedi. Lakin qaytara bilmədi. Hətta bir neçə dəfə mərhumdan onun ona olan borcunu israrla qaytarmasını tələb etsə də, o ona olan borcunu qaytara bilmədikdən sonra borcunun təminatı kimi ona Tovuz rayonu Qovlar şəhərində yerləşən və hazırda 2/1 mülkiyyətini təşkil edən 57 saylı pavilyonun, mülkiyyətində olan 2/1 hissəsini ona vəsiyyət etmişdir. 24 may 2004-cü il tarixdə X11 vəfat etmişdir. O, uzun müddət mərhumun qohumlarına mərhumun ona olan borcunun qaytarılmasmı ismarıc göndərsə də, mərhumun ona olan borcunu onun heç bir qohum əqrabası ona qaytarmamı şdır. O isə sonda Tovuz rayon Məhkəməsində mərhum X8 mülkiyyətində olmuş Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən 57 saylı pavilyonun 2/1 hissəsindən ibarət miras əmlakın faktiki qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair iddia qaldırmış və həmin iddia tələbi Tovuz rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli 2(062)-854/2018 saylı qətnaməsi ilə təmin olunmuş, Tovuz rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli 2(062)-854/2018 saylı Qətnaməsi 21 may 2018-ci il tarixdə qanunu qüvvəsini aldıqdan sonra Tovuz rayon, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən və Tovuz rayon Məhkəməsinin 20 aprel 2018-ci il tarixli 2(062)-854/2018 saylı Qətnaməsi üzrə onun 2/1 mülkiyyətini təşkil edən 57 saylı pavilyonun digər mülkiyyətçisi olan və həmin pavilyon üzərində onunda 2/1 mül kiyyəti olan hazırkı mülki iş üzrə cavabdehə qarşı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən 57 saylı pavilyonla bağlı cavabdeh ilə onun arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə və həmin pavilyon üzərində onun mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli 2(062)-2322/2018 saylı qiyabi qətnaməsinə əsasən iddia təmin edilmişdir. Qiyabi qətnamə qanunu qüvvəsini aldıqdan sonra qətnamən icra olunaraq xx.xx.2019-cu il tarixdə Qeydiyyat nömrəsi **********, Reyestr nömrəsi **********77-06301 nömrəli torpaq sahəsi dövlət mülkiyyətində olmaqla elektron çıxarış almı şdır. Elektron çıxarış aldıqdan sonra özəlləşdirilən dövlət müəssisəsi və obyektlərinin, fıziki və hüququ şəxslər tərəfındən inşa edilmiş müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı qaydasına uyğun olaraq xx.xx.2019-cu il tarixli 998 nömrəli alqı-satqı müqaviləsi əsasında 0,013240 ha torpaq sahəsini dövlətdən almışdır. Hamıya məlumdur ki, huququ və Fiziki şəxslər tərəfındən inşa edilmiş müəssisəsi və obyektlərin yerləşdiyi dövlət torpaqlarının satılması, Ulu öndər Heydər Əliyevin 19 dekabr 1997-ci il tarixli 659 saylı Fərmanı ilə təsdiq edilmişdir. Torpaq sahəsini aldıqdan sonra xx.xx.2019-cu il tarixdə qeydiyyat nömrəsi **********, Reyest nömrəsi **********29-06301 nömrəli torpaq sahəsi də xüsusi mülkiyyətinə aid edilməklə həmin 57 saylı pavilyona həm də 0,013240 ha torpaq sahəsinə mülkiyyət hüququna dair elektron çıxarış almışdır. Bundan sonra yuxarıda qeyd etdiyi mülkiyyətində olan əmlakı xx.xx.2020-ci il tarixli, 8İ-2172 nömrəli ərizəsinə görə (borc müqaviləsinə görə) və Tovuz Rayon Məhkəməsinin 23 noyabr 2020-ci il tarixli 2(062)-1848/2020 saylı qətnaməsinə, Tovuz Rayon Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 8(062)-63/2021 saylı və 03 dekabr 2021-ci il tarixli 8(062)-735/2021 saylı qərardadları əsasında yuxarıda qeyd etdiyi mülkiyyətində olan əmlak tələbkar X7 adına qeydə alınmışdır. Bundan sonra həmin əmlakı X9 05 fevral 2022-ci il tarixli AN-İ Ns ******* saylı Daşınmaz Əmlakın alq-satqı müqaviləsi ilə yəni Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən 122,7 kv.metr sahəsi olan 57 saylı pavilyonu 105.000 (bir yüz beş min) manata X1. Sonrad an iş üzrə Cavabdeh 07 noyabr 2018-ci il tarixli, 2(062)-713/2022 saylı qiyabi qətnaməsindən şikayət vermiş, qiyabi qətnamə ləğv edilmiş və Tovuz Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(062)-713/2022 saylı qətnaməsinə əsasən iddiaçının iddiası təmin edilməmişdir. Hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli, 2(062)-713/2022 saylı qətnaməsi qanunsuz və əsassız qətnamədir. Onun iddiası kifayət qədər əsaslı olmasına baxmayaraq hakim işin hallarına düzgün qiymət verməyərək, əsassız qətnamə qəbul edib. Mübahisəli pavilyonun yerləşdiyi torpaq sahəsi hazırda X2 mülkiyyətindədir. Belə ki, həmin torpaq sahəsini alqı-satqı yolu ilə dövlətdən almışdır. Onun torpaq sahəsinin üzərində yerləşən vaxtı ilə cavabdeh tərəfındən ona satılmış pavilyonla bağlı alqı-satqı müqa viləsinin bağlanmış hesab olunmasına dair iddiasının əsassızlığını məhkəmə necə müəyyən etmişdir o anlamır. Axı Azərbaycan Respublikasının Ali Qanunu olan Konstitusiyamızın 13 və 29-cu maddələrində mülkiyyətin toxunulmaz olduğu və dövlət tərəfındən qorunduğu qeyd edilib. Belə olan halda Tovuz Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli 2(062)-713/2022 saylı qətnaməsi Azərbaycan Respublikasının Ali Qanunu olan Konstitusiya ilə qorunan mülkiyyət hüquqlarını pozmaqla qəbul edilmişdir.

9. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 05 fevral 2022-ci il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqısatqı müqaviləsinə əsasən Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən 122,7 kv.metr sahəsi olan 57 saylı pavilyonu X5 105.000 (b ir yüz beş min) manata almışdır. Həmin povilyon 10 fevral 2022-ci il tarixli Qeydiyyat nömrəli ********** saylı elektron çıxarışa onun adına mülk kimi qeydə alınıb. Sonradan iş üzrə Cavabdeh, 07 noyabr 2018ci il tarixli 2(062)-2322/2018 saylı qiyabi qətnaməsindən şikayət vermişdir. Həmin iş üzrə Tovuz Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qərardadına əsasən o müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində kimi işə cəlb olunmuşdur. Həmin işə sonradan Tovuz Rayon Məhkəməsinə təyin olunmuş Zaur Hünmətov tərəfındən baxılmışdır. O məhkəmənin sonuncu iclasında yəni 15 avqust 2022-ci il tarixdə məhkəmə iclasında işə X15 tərəfindən baxılmasına etiraz etmiş və etirazı əsassız olaraq təmin edilmədiyinə görə buna iradını bildirərək, məhkəmə iclas zalını tərk etmişdir. Bundan sonra guya o nun yumruqla kürsüyə vurmağını və məhkəmə iclas zalını icazəsiz olaraq tərk etdiyinə görə akt tərtib olunmuş, Tovuz Rayon Polis Şöbəsinə göndərilmiş və onun barəsində qanunsuz və əsassız olaraq törətmədiyi əmələ görə, əməlində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin tərkibi olmadığı halda onu Azərbaycan Respublikasının İXM-nin 510cu maddəsi ilə qanunsuz və əsassız qanuna zidd olaraq onun barəsində inzibati protokol tərtib edilərək, baxılması üçün Tovuz Rayon Məhkəməsinə göndərilmişdir. O məhkəmə iclasında yumruqla kürsüyə vurmadığını sübut etsə də onu qanunsuz olaraq 10 gün müddətinə həbs etmişlər. Bir sözlə şərlənərək, sifarişlə qanunsuz və əsassız olaraq həbs edilmişdir. Bunları qeyd etməkdə məqsədi işə baxan hakimin ona qarşı qərəzli olmasını çatdırmaqdır. Məhz həmin gün yə ni 15 avqust 2022-ci il tarixdə X15 hazırda mübahisələndirdiyi qanunsuz qətnaməni qəbul etmişdir. Qanunsuz qətnamə qəbul etməyi bir yana onun barəsində həmin qətnamədə bir kəlmə belə yazmamışdır. O, həmin iş üzrə məhkəmə iclas protokolu ilə tanış olmaq üçün rəsmi ərizə ilə 02 sentyabr 2022-ci il tarixdə Tovuz Rayon Məhkəməsinə müraciət etmişdir X12 göndərdiyi 05 sentyabr 2022-ci il tarixli məktubla ona iş günləri ərzində Tovuz Rayon Məhkəməsinin inzibati binasında iş materialları ilə tanış ola biləcəyini bildirmişdir. O 30 avqust 2022-ci il tarixdə saat 10:00-da Tovuz Rayon Məhkəməsinin inzibati binasına gələrək X15un iclas katibi Əli Mustafayevə mülkü iş materilları ilə tanış olmağa gəldiyini bildirmiş, Əli Mustafayev 15 dəqiqə gözləməyini bildirsə də 2 saata yaxın gözləməyinə baxmayaraq, mülkü iş materilları ilə onu tanış etməmişdir. O bu barədə Tovuz Tovuz Rayon Məhkəməsinin sədri Qafil Baxşıyevə ünvanladığı ərizəni məhkəmənin dəftərxanasına verərək, saat 12:05-də məhkəmə binasını tərk etmişdir. Bütün bunlar bir daha X15un ona qarşı qərəzli mövqedə olmasını göstərir. O ki, qaldı onun həmin işdə hüquqlarının pozulması məsələsinə bu barədə qeyd edir ki, məhz X15 tərəfındən rədd edilmiş iddia tələbinə əsasən Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 122,7 kv.metr sahəsi olan 57 saylı pavilyon İddiaçı mülkiyyətinə keçmiş, sonradan həmin əmlak İddiaçı borcuna görə X7 mülkiyyətinə verilmişdir. O da vicdanlı alıcı kimi (heç nədən xəbəri olmadan vicdanlı alıcı olaraq) 05 fevral 2022-ci il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alq-satqı müqaviləsinə əsasən Tovuz rayonu Qovlar şəhəri Vağzal küçəsində yerləşən 122,7 kv.metr sahəsi olan 57 saylı pavilyonu X5 105.000 (bir yüz beş min) manata almışdır. Həmin povilyon 10 fevral 2022-ci il tarixli Qeydiyyat nömrəli ********** saylı elektron çıxarışa əsasən onun adına mülk kimi qeydə alımış, daha sonra binanın yararsız vəziyyətdə olduğu üçün və mülkiyyətində olan torpaq sahəsində yeni bina inşa etdirmək məqsədi ilə həmin binanın qeydiyyat yazısını qanuna uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşmmaz Əmlakın Reyestr xidmətinin 15 saylı Tovuz rayon Ərazi İadarəsində ləğv etdirərək təkcə torpaq sahəsinə AJV2741627 nömrəli torpaq sahəsinin plan və ölçüsü olmaqla xx.xx.2022-ci ildə Qeydiyyat nömrəsi ********** nömrəli 0,0132 ha torpaq sahəsinə elektron çıxarış almışdır. Həmin torpaq sahəsi ni isə İddiaçı özəlləşdirilən dövlət müəssisəsi və obyektlərinin, fıziki və hüququ şəxslər tərəfındən inşa edilmiş müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqı qaydasına uyğun olaraq xx.xx.2019-cu il tarixli 998 nömrəli alqı-satqı müqaviləsi əsasında alınmışdır. Hüquqi və Fiziki şəxslər tərəfındən inşa edilmiş müəssisəsi və obyektlərin yerləşdiyi dövlət torpaqlarının satılması, Ulu öndər Heydər Əliyevin 19 dekabr 1997-ci il tarixli 659 saylı Fərmanı ilə təsdiq edilmişdir. Göründüyü kimi, torpaq sahəsinə dövlətə aid olduğundan İddiaçı sözügedən torpaq sahəsini müvafiq alqı-satqı müqaviləsi əsasında dövlətdən almışdır. Bundan başqa Konistitutsiyanın 13,29-cu maddələrində xüsusi mülkiyyət anlayışı öz əksini tapmışdır. Bu halda ona onu deməyə əsas verir ki, Tovuz Rayon Məhkəməsi nin 15 avqust 2022-ci il tarixli 2(062)-713/2022 saylı Qətnaməsi onun Azərbaycan Respublikasının Ali Qanunu olan Konstitusiya ilə qorunan mülkiyyət hüquqlarını tam pozur. Tovuz Rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli 2(062)713/2022 saylı qətnaməsi özü özlüyündə qanunsuz olduğunu tam sübut edir. Çünki Tovuz Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli qərardadına əsasən o müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində kimi işə cəlb olunmuşdur. Lakin qətnamədə onun barəsində bir kəlmə belə yazılmayıb. Onu iş materialları ilə tanış olmağa imkan vermədiklərinə görə 15 avqust 2022-ci il tarixdə məhkəmə iclas zalını tərk etdikdən sonra orada nələrin olması hansı prosessual hərəkətlərin aparılmasından xəbərdar deyil. Onun bu hüquqları da əlindən alınmışdır. Hakim bu qətnaməni məhz 1 5 avqust 2022-ci il tarixdə qəbul edən zaman ona qarşı tam qərəzli olmuşdur. Həmin vaxt hakimin ədalətli qərara qəbul etməsinə özü belə inana bilməz. Hakim məhkəmə iclasında onun barəsində akt tərtib edəndən sonra necə olurdu ki, mülki işə baxmağı davam edib qətnamə qəbil edir. İşdə iştirak edən şəxslər və nümayəndələr, həmçinin vəkillər protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Yuxarıda qeyd etdiyi kimi onun bu hüququ X15 tərəfındən məhdudlaşdırılmışdır. Buna görə də apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

10. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(104)-2794/2022 nö mrəli, 02 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.Hüseynzadə (sədrlik edən və məruzəçi), L.Süleymanov, İ.Həsənov) İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, mübahisəyə tətbiq olunan qanunvericilik normalarının tələbindən göründüyü kimi qanunvericilik daşınmaz əmlaka dair əqdlərin bağlanma formasını dəqiq tənzimləyərək bu cür müqavilələrin yazılı şəkildə tərtib olunmasını və notariat qaydada təsdiqlənməsini tələb edir. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir. Daşınmaz əşyaların alğı-satqı müqaviləsi yazılı formada bağlandıq da və notariat qaydasında təsdiqləndikdə etibarlı sayılır. Digər hallarda isə bağlanmış əqd etibarsız əqd hesab olunmaqla, əqdin məhkəmə qaydasında bağlanmış hesab edilməsi də yolverilməzdir. Belə ki, 01 sentyabr 2000-ci il tarixdən qüvvədə olan Mülki Məcəllənin əvvəlki redaksiyasında “əqdin notarial formasına riayət edilməməsinin nəticələri” adlı 335-ci maddə mövcud olmuşdur ki, həmin maddəyə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Lakin, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin t əsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” 24 iyun 2005-ci il tarixli, 949-İİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə Məcəllədən 335-ci maddə çıxarılmışdır ki, bununla da birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbini təmin etməmişdir. Hazırkı işin hallarına görə isə mübahisəli daşınmaz əmlaka görə iddiaçı ilə cavabdeh arasında nəinki yazılı, hətta şifahi müqavilənin də bağlanması müəyyən edilməməkdədir.

12. Məhkəmə mübahsiəli əmlakın sonradan başqa şəxsin, sonda isə onun mülkiyyətinə keçməsi, vicdanlı əldə edən olması və mülkiyyət hüququnun toxunulmazlığı ilə bağlı müstəq il tələb sürməyən üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd etmişdir ki, həmin hallar hazırkı mübahisənin predmetinə daxil olmamışdır. Hazırkı mübahisənin predmeti iddiaçı ilə cavabdeh arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi ilə bağlı tələbinin qanuni və əsaslı olub-olmaması ilə əlaqədar olmuşdur.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 144.1, 146.1, 394, 646.1, MPM-nin 14.1, 14.2, 76.1, 76.3, 77.1, 88, 217.3, 372.1, 372.6, 372.7-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

14. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X6 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülk i işin yenidən apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi qətnaməni əsaslandırarkən Mülki Məcəllənin normalarının pozuntusuna yol vermişdir. Belə ki, qanunvericiliyin tələb və prinsiplərinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı qəbul edib, əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Belə olan halda kassator bu tələblərinə əməl edərək, 05 fevral 2022-ci il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən 122,7 kv.metr sahəsi olan 57 saylı pavilyonu X5 105.000 manata almışdır. Həmin pavilyon 10 fevral 2022-ci il tarixli Qeydiyyat nömrəli ********** saylı ele ktron çıxarışa onun adına mülk kimi qeydə alınıb. 05 fevral 2022-ci il tarixdə yəni alqı-satqı müqaviləsi bağlanan gün alqı-satqı predmeti olan əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Yəni bir sözlə, həmin əmlak qanunvericiliyin tələb və prinsiplərinə uyğun olaraq tam alqısatqı predmeti olmaqla, qanuni əsaslarla kassatora 105.000 manata satılmışdır. Kassator həmin əmlakı qanuni əsaslarla ümumi dəyəri olan 105.000 manat məbləğində pulu "xxxx" ASC-nin Gəncə filialına Atəş Alıyevin hesabına depozit qoyaraq satın almışdır. Belə olan halda, reyestr xidmətinin məlumatlarına və baza məlumatlarına güvənərək, alqı-satqı müqaviləsi bağladığı üçün kassator əldə etdiyi əmlakı vicdanlıqla əldə etdiyindən, əldə etdiyi əmlakın və əmlaka hüquq ularının qorunması məhz vicdanlı alıcı olduğu üçün qanuni və əsaslıdır.

16. Məhkəmə qətnaməni qəbul edərkən nəzərə almamışdır ki, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur və əmlakın hüquqi müqəddaratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanı mülkiyyətçinin səlahiyyətindədir.

17. Bundan əlavə, qətnamənin məzmununa diqqət yetirəndə aydın şəkildə görünür ki, kassator mülki iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilsə də apellyasiya instansiya məhkəməsinin qəbul etdiyi qətnaməsində bu hala hüquqi qiymət verilməmişdir. Belə ki, mübahisə predmeti olan daşınmaz əmlakı kassator qanuni əsaslarla reyestr xidmətinin məlumatların a və baza məlumatlarına güvənərək, 105.000 manat məbləğində pulu "xxxx" ASC-nin Gəncə filialına Atəş Alıyevin hesabına depozit qoyaraq, həmin əmlakı satın almışdır. Satın almağına və qanuni əsaslarla qeyd olunan əmlakın kassatorun xüsusi mülkiyyətini təşkil etməsinə baxmayaraq, Tovuz Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 8-1(044)-51/2021 saylı qərardadı ilə əmlakın üzərinə həbs qoyulmuş və Gəncə Apellyasiya Məhkəməsinin 25 avqust 2022-ci il tarixli MTT (104)-37/2022 saylı qərardadı ilə Tovuz Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli, 8-1(044)-51/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırda mübahisə olunan qətnamədən isə belə nəticəyə gəlinir ki, kassatorun qeyd olunan əmlaka və hazırki mülki işə heç bir aidiyyətı yoxdur.

18. Qeyd olunan qətnamədə heç bir əsas landırıcı müddəa və ya bənd yoxdur. Məhkəmə kassator tərəfindən iş üçün mötəbər əhəmiyyət kəsb edən sübutlar təqdim edilsə də, bu sübutları ümumiyyətlə əsaslandırmamış və həmin sübutlara hüquqi qiymət verməmişdir.

19. Apellyasiya instansiya məhkəməsinin qətnaməsi kassatorun mülkiyyət hüquqlarının tam məhv edilməsi ilə nəticələnir.

20. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 26, 29, 31, 59, 71, 149, Mülki Məcəllənin 144.1, 146.1, 152.1, 152.2, 152.3, 152.4, 394, 646.1, MPM-nin 2.1, 4.1, 81, 88, 101.3, 217.1, 218.1-ci maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarın 2.2, 2.4, 6.3, 6.4, 9.1, 11.2-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı e tirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

22. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. Təsdiqləmə zamanı notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər əşyaya dair sərəncam verən tərəfin sərəncam hüququnu və müqavilənin qanunauyğunluğunu yoxlamalıdır. Onlar təsdiqlədikləri müqavilənin yanlışlığı üçün məsuliyyət daşıyır.

23. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

24. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

25. Maddə

394. Bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir.

26. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Məhkəmə kollegiyası, qətnaməni işdə iştirak edən şəxsin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə k ollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və M.İsmayılovun dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəm əsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

36. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

37. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2794/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar