Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-251/2021 27.01.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı ASC İddiaçı ının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı “İddiaçı ” ASC-nin vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxx nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclası nda baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx xxxxxxxx 2014-cü il tarixli *********saylı kredit müqaviləsinə əsasən, tərəfindən Cavabdeh1 19 % olmaqla 48 ay müddətə 85000 manat məbləğində kredit verilmişdir.
2. Eyni tarixli ipoteka müqavilələrinə əsasən, Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evini, Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri Şərbablar küçəsində yerləşən 0.02 ha torpaq sahəsini, Cavabdeh3, mülkiyyətində olan Şəki şəhəri Otaq eşiyi küçəsində yerləşən 0.0292 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kvadrat metr ümumi, 45.79 kvadrat metr yaşayış, 77.76 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 2 otaqlı, 14 nömrəli evini ipoteka ilə yüklü edərək «İddiaçı » ASC-nin tələb hüququna təminat vermişlər. Bundan sonra ipoteka predmetlərinin qeydiyyata alınmasına dair ASC İddiaçı ının adına xx xxxxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli, xx xxxxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli və xx xxxxxxxx 2014-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarışlar verilmişdir.
3. Buna baxmayaraq Cavabdeh1 borcunu qrafik üzrə qaytarmayaraq öhdəiliyin icrasını gecikdirmişdir. İddiaçı, borcun ödənilməsi, əks halda məhkəməyə müraciət ediləcəyi haqqında cavabdehə xəbərdarlıq etmiş və ipoteka predmetlərinə tutmanın yönəldilməsi haqqında bildirişi daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 4. “İddiaçı ” ASC ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixli **********1 №-li ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh2 məxsus Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evinə, xx.xx.2014-cü il tarixli ********** №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh1 məxsus Şəki şəhəri Şərbablar küçəsində yerləşən 0.02 ha torpaq sahəsinə, xx.xx.2014cü il tarixli, **********34715/3 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən və Cavabdeh3 məx sus Şəki şəhəri Otaq eşiyi küçəsində yerləşən 0.0292 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kv.m ümumi, 45.79 kv.m yaşayış, 77.76 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 14 nömrəli fərdi yaşayış evinə tutma yönəldilərək həmin əmlakların açıq hərracda satılması və satışan əldə olunan vəsait hesabına xx.xx.2014-cü il tarixli **********№-li Kredit müqaviləsi üzrə Cavabdeh1 iddiaçı ASC İddiaçı ı qarşısında 70218.75 manat məbləğində əsas borc, kredit müqaviləsi ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddətinə kimi (xx.xx.2018-ci il tarixədək) kreditdən istifadəyə görə hesablanmış 43745.62 manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18% (on səkkiz) faiz dərəcəsi ilə hesablanmış 13806.69 manat məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş) faiz dərəcəsi ilə hesablanmış 30008.01 manat məbləğində penya olmaqla, cəmi 157779.07 manat və xx.xx.2019-cu il tarixindən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinə qədər əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzi, illik 15% dərəcəsi ilə hesablanan penya, ipoteka predmentinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 47 manat məbləğində çəkilmiş xərclərin ipoteka predmetinin dəyərindən iddiaçı ASC İddiaçı ının xeyrinə tutulması, iddia ər izəsinin verilməsinə görə 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehdən tutulması, ipoteka müqaviləsi üzrə ipoteka predmetinin ilkin satış qiymətinin cavabdehlərin buna etiraz etmədikləri təqdirdə ipoteka predmetlərinin müvafiq ipoteka müqavilələrinin 3.5-ci bəndlərində qeyd olunmuş likvid dəyəri məbləğində, cavabdehlərin etiraz etdikləri təqdirdə isə məhkəmə tərəfindən cəlb edilmiş müstəqil qiymətləndiricinin rəyi əsasında təyin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdehlərə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, onlar borcun ödənilməsi üçün tədbir görməmiş, müqavilədən irəli gələn öhdəliklərini lazımi qaydada icra etmə mişlər.
6. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev) xx xxxxxx 2020-ci il tarixli, 2(075)-3/2020 nömrəli qətnaməsi ilə ASC İddiaçı ının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pulun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək, xx.xx.2014-cü il tarixli ********** №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh2 məxsus Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsi və və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evinə tutma yönəldilərək ilkin satış qiyməti 70 000 (yetmiş min) manat, xx.xx.2014-cü il tarixli ********** №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh1 məxsu s Şəki şəhəri Şərbablar küçəsində yerləşən 0.02 ha torpaq sahəsinə tutma yönəldilərək ilkin satış qiyməti 8000 (səkkiz min) manat və xx.xx.2014-cü il tarixli **********34715/3 №-li İpoteka müqaviləsi üzrə ipoteka predmeti olan və Cavabdeh3 məxsus Şəki şəhəri Otaq eşiyi küçəsində yerləşən 0.0292 ha torpaq sahəsinə və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kv.m ümumi, 45.79 kv.m yaşayış, 77.76 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 14 nömrəli fərdi yaşayış evinə tutma yönəldilərək ilkin satış qiymətinin 60 000 (altmış min) manat müəyyən edilməklə açıq hərracda satılması, əmlakların satışından əldə olunmuş vəsait hesabına xx.xx.2014-cü il tarixli **********81314 №-li Kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ı qarşısında 70218.75 (yetmiş min iki yüz on səkkiz manat yetmiş beş qə pik) manat məbləğində əsas, 43745.62 (qırx üç min yeddi yüz qırx beş manat altmış iki qəpik) manat məbləğində faiz borcu, 308.01 (üç yüz səkkiz manat sıfır bir qəpik) manat məbləğində enya olmaqla, cəmi 114272.38 (bir yüz on dörd min iki yüz yetmiş iki manat otuz səkkiz qəpik) manat borc, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına görə 30 (otuz) manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə 47 (qırx yeddi) manat məbləğində çəkilmiş xərclərin ASC İddiaçı ının xeyrinə tutulması, 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada ASC İddiaçı ının xeyrinə tutulması qət edilmiş, iddianın qalan hissəsi təmin edilməmişdir.
7. Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cav abdehlər öhdəliklərinin icrasını gecikdirmişlər və iddiaçının təmin edilmiş tələbləri müqavilə öhdəliklərinə dair normalar çərçivəsində əsaslıdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
8. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-G.Abbasov (sədrlik edən və məruzəçi), M.Hüseynov və E.Hüseynov) xx xxxx 2020-ci il tarixli, 2(107)-1008/20 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
10. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin onun tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməyən hissədə ləğv, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
11. Kassasiya onunla əsaslandırılmışdır ki, apelyasiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinin təmin olunmamasını xahiş etdi.
14. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Mə hkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
15. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
16. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
17. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.
18. Maddə 445.7. Borclu, pul məbləğinin ödənilməsini gecikdir dikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
19. Maddə 462.1 və
467. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır.
20. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə al dıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
21. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında”Azərbaycan Respublikasının Qanunu:
22. Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
23. Maddə
33. Borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər.
24. Maddə 34.1.2 Əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayana ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu verir.
25. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
28. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətinin həddi və dəlilləri ilə bağlıdır.
29. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi k assasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. 32. xx xxxxxxxx 2014-cü il tarixli, **********81314 saylı kredit müqaviləsindən görünür ki, həmin kredit müqaviləsi əsasın da ASC İddiaçı ı tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 19 % olmaqla 48 ay müddətinə 85000 manat məbləğində kredit verilmişdir. 33. xx xxxxxxxx 2014-cü il tarixli, ********** saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 borc öhdəliklərinin təmini üçün ASC İddiaçı ına Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin bazar qiyməti 85000 manat, likvid dəyəri 78000 manat müəyyən edilmişdir. 34. xx xxxxxxxx 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ipotekaqoyan Cavabdeh2 arasında xx xxxxxxxx 2014-cü il tarix li, ********** saylı İpoteka müqaviləsinin şərtlərinə görə ASC İddiaçı ının xeyrinə Cavabdeh2 mülkiyyətində olan Şəki şəhəri, Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü etmişdir. 35. xx xxxxxxxx 2014-cü il tarixli, ********** saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 borc öhdəliklərinin təmini üçün ASC İddiaçı ına Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, Şərbablar küçəsində yerləşən 0.02 ha torpaq sahəsi ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin bazar qiyməti 8000 manat, likvid dəyəri 6000 manat müəyyən edilmişdir. 36. xx xxxxxxxx 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ipotekaqoyan Cavabdeh1 arasında xx xxxxxxxx 2014-cü il tarixli, **********aylı İpoteka müqaviləsinin şərtlərinə görə ASC İddiaçı ının xeyrinə Cavabdeh1 mülkiyyətində olan Şəki şəhəri, Şərbablar küçəsində yerləşən 0.02 ha torpaq sahəsi ipoteka ilə yüklü etmişdir. 37. xx xxxxxxxx 2014-cü il tarixli, **********81314/3 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 borc öhdəliklərinin təmini üçün ASC İddiaçı ına Cavabdeh3 mülkiyyətində olan Şəki şəhəri Otaq eşiyi küçəsində yerləşən 0.0292 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kvadrat metr ümumi, 45.79 kvadrat metr yaşayış, 77.76 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 2 otaqlı, 14 nömrəli ev ipoteka ilə yüklü etmişdir. İpoteka predmetinin bazar qiyməti 77000 manat, likvid dəyəri 700 00 manat müəyyən edilmişdir. 38. xx xxxxxxxx 2014-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ipotekaqoyan Cavabdeh3 arasında xx xxxxxxxx 2014-cü il tarixli **********81314/3 saylı İpoteka müqaviləsinin şərtlərinə görə ASC İddiaçı ının xeyrinə Cavabdeh3 mülkiyyətində olan Şəki şəhəri Otaq eşiyi küçəsində yerləşən 0.0292 hektar torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kvadrat metr ümumi, 45.79 kvadrat metr yaşayış, 77.76 kvadrat metr köməkçi sahədən ibarət olmaqla, 2 otaqlı, 14 nömrəli ev ipoteka ilə yüklü etmişdir. 39. 2x xxxxxx 2016-cı il tarixli, 152 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, Şəki şəhəri, Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzəri ndəki 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsinə başlanıldığı Cavabdeh2 izah edilmişdir. 40. 2x xxxxxx 2016-cı il tarixli, 153 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, Şəki şəhəri, Şərbablar küçəsində yerləşən 0.02 ha torpaq sahəsinə tutmanın yönəldilməsinə başlanıldığı Cavabdeh1 izah edilmişdir. 41. 2x xxxxxx 2016-cı il tarixli, 154 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin surətindən görünür ki, Şəki şəhəri, Otaq eşiyi küçəsində yerləşən 0.0292 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kv.m ümumi, 45.79 kv.m yaşayış, 77.76 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 14 nömrəli fərdi yaşayı ş evinə tutmanın yönəldilməsinə başlanıldığı Cavabdeh3 izah edilmişdir.
42. ASC İddiaçı ı tərəfindən DƏDRX-nin 12 saylı Ərazi İdarəsinə ünvanlanmış xx xxxx 2016-cı il tarixli, 159, 160 və 161 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişlərin qeydə alınmasına dair ərizələrdən, həmin müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barədə təsdiq etmə bildirişlərinin surətlərindən görünür ki, Cavabdeh2 məxsus Şəki şəhəri, Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evi, Cavabdeh1 məxsus Şəki şəhəri, Şərbablar küçəsində yerləşən 0.02 ha torpaq sahəsi və Cavabdeh3 məxsus Şəki şəhəri, Otaq eşiyi küçəsində yerləşən 0.0292 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kv.m ümumi, 45.79 kv.m yaşayış, 77.76 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 14 nömrəli fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqda bildirişlərin qeydə alınmasına dair ASC İddiaçı ının ərizəsi DƏDRX-nin 12 saylı Ərazi idarəsində xx xxxx 2016-cı il tarixdə qeydiyyata alınmışdır.
43. «xxxx» MMC tərəfindən xx xxxxx 2017-ci il tarixdə verilmiş 17-46 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus Şəki şəhəri, Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 70000 manat, Cavabdeh1 m əxsus Şəki şəhəri, Şərbablar küçəsində yerləşən 0.02 ha torpaq sahəsinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 8000 manat və Cavabdeh3 məxsus Şəki şəhəri, Otaq eşiyi küçəsində yerləşən 0.0292 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kv.m ümumi, 45.79 kv.m yaşayış, 77.76 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 14 nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 60000 manat təşkil edir.
44. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli, 27562 saylı məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, «xxxx» Cavabdeh1 tərəfindən ASC İddiaçı ından alınmış kredit vəsaiti üzrə a öd ənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: xx xxxxxx 2016-cı il tarixə əsas kredit borcu üzrə - 74822.07 manat; faiz borcu üzrə - 16217.39 manat, xx xxxx 2018-ci il tarixə əsas kredit borcu üzrə - 74822.07 manat; faiz borcu üzrə 39713.60 manat. Ekspert qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmiş halların nəzərə alınması sualı qoyulmuşdur. Qeyd edilir ki, xx xxxxxxxx 2014-cü il tarixli, **********81314 saylı kredit müqaviləsinin müddəti xx xxxxxxxx 2018-ci il tarixdə bitdiyindən xx xxxxxx 2014-cü il tarixli qərardadda göstərilmiş hallar nəzərə alınmadı. Ekspertiza tədqiqatının də yəri 50 manat təşkil edir.
45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli, 19208 saylı məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, «xxxx» Cavabdeh1 tərəfindən ASC İddiaçı ından alınmış kredit vəsaiti üzrə a ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: xx xxxx 2018-ci il tarixə əsas kredit borcu üzrə - 74822.07 manat; faiz borcu üzrə - 42872.75 manat, xx xxxx 2018-ci il tarixə əsas kredit borcu üzrə - 74822.07 manat; faiz borcu üzrə 42912.24 manat, xx xxxxxxxx 2018-ci il tarixə əsas kredit borcu üzrə - 74822.07 manat; faiz borcu üzrə 46387.31 manat. Ekspert qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respub likasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmiş halların nəzərə alınması sualı qoyulmuşdur. Belə olan halda, yəni xx xxxxxxxx 2018ci il tarixdən xx xxxxxxxx 2019-cu il tarixədək (ekspert rəyi verilən tarixədək) olan dövrdə illik faiz dərəcəsi 5% ilə hesablanmaqla Cavabdeh1 xx xxxxxxxx 2014-cü il tarixli, **********81314 saylı kredit müqaviləsi üzrə ASC İddiaçı ına olan borcu aşağıdakı kimi müəyyən edilir: əsas kredit borcu üzrə - 74822.07 manat; faiz borcu üzrə - 50045.28 manat. Ekspertiza tədqiqatının dəyəri 145 manat təşkil edir.
46. Apelyasiya instansiyası məhkəməsi işin faktiki hallarına istinadən qeyd etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında iddiaçı ASC İddiaçı ından kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğini və həmin müqavilərlə müəyyən edilmiş faizləri həmin təşkilata qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin buna baxmayaraq Cavabdeh1 ASC İddiaçı ından kredit müqaviləsi əsasında kredit vəsaiti almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən cavabdehdən əsas kredit borcları, faiz borcları ilə bərabər cərimənin də ödənilməsi tələb edilir.
47. İddiаçı tərəfindən bоrcаlаnа öhdəliyini ləngitdiyi üçün 30008.01 manat məbləğdə cərimə hesаblаnmışdır. Mülki qanunvericiliklə öhdəlikləri n icrasının təminatı üsulu və mülki-hüquqi məsuliyyət tədbiri olaraq dəbbə pulu borcluya qarşı maliyyə sanksiyası kimi müəyyən edilir və onun məqsədi kreditorun pozulmuş hüquqlarının bərpasıdır. Dəbbə pulu heç bir halda kreditorun varlanma vasitəsi ola bilməz. Bu mənada məhkəmə kollegiyası belə hesab edir ki, ASC İddiaçı ı tərəfindən hesablanmış 30008.01 manat məbləğində dəbbə pulu (hesablanmış cərimə borcu) tənasübsüz surətdə yüksək olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cərimənin azaldılaraq 308.01 (üç yüz səkkiz manat bir qəpik) manat məbləğində saxlanılması daha məqsədəuyğun və ağlabatan hesab olunmalıdır. Bunun kreditorun əmlak mənafelərinə elə bir ciddi zərəri olmamaqla yanaşı, borclu şəxsin mülkiyyət maraqları da qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.
48. Cavabdehlərin vəsatəti əsasında birinci instansiya məhkəməsi ipoteka predmetlərinin qiymətləndirilməsini keçirmiş, «xxxx» MMC tərəfindən xx xxxxx 2017-ci il tarixdə verilmiş 17-46 saylı mütəxəssis rəyindən görünür ki, Cavabdeh2 məxsus olan və Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 70000 manat, Cavabdeh1 məxsus olan və Şəki şəhəri Şərbablar küçəsində yerləşən 0.02 ha torpaq sahəsinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 8000 manat və Cavabdeh 3 məxsus olan və Şəki şəhəri “Otaq eşiyi” küçəsində yerləşən 0.0292 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kv.m ümumi, 45.79 kv.m yaşayış, 77.76 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 14 nömrəli fərdi yaşayış evinin hazırkı bazar qiymətləri ilə müqayisədə ilkin satış qiyməti 60000 manat təşkil edir. Həmin qiymətlər sonradan tərəflərdən heç biri tərəfindən mübahisələndirilməmişdir. Qeyd olunmalıdır ki, mütəxəssis rəyi ilə müəyyən edilən qiymətlər ipoteka müqavilələri ilə müəyyən edilən qiymətlər ilə də uyğundur və həmin qiymətlərin arasında kəskin ziddiyyət yoxdur.
49. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 məxsus olan və Şəki şəhəri Maksim Qorki küçəsində yerləşən 0.0493 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 154.7 kv.m ümumi, 72 kv.m yaşayış, 82.7 kv.m yardımçı sahədən ibarət, 4 otaqlı 8 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 70000 manat, Cavabdeh1 məxsus Şəki şəhəri, Şərbablar küçəsində yerləşən 0.02 ha torpaq sahəsinin ilkin satış qiyməti 8000 manat və Cavabdeh3 məxsus Şəki şəhəri, Otaq eşiyi küçəsində yerləşən 0.0292 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 123.55 kv.m ümumi, 45.79 kv.m yaşayış, 77.76 kv.m yardımçı sahədən ibarət, 2 otaqlı 14 nömrəli fərdi yaşayış evinin ilkin satış qiyməti 60000 manat məbləğində müəyyən etməkdə düzgün nəticəyə gəlmişdir.
50. ASC İddiaçı ı Cavabdeh1 ASC İddiaçı ının xeyrinə 70218.75 manat məbləğində əsas borc, 43745.62 manat məbləğində adi faizlər üzrə borc, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə q ədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş) faiz dərəcəsi ilə hesablanmış 30008.01 manat məbləğində penya olmaqla, cəmi 157779.07 manat pulun tutulmasını məhkəmədən xahiş etmişdir.
51. İşdə olan məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxxxx 2019-cu il tarixli 19208 saylı rəyi ilə Cavabdeh1 ASC İddiaçı ına olan əsas borcunun 74822.07 manat məbləğində əsas borc, 46387.31 manat məbləğində faiz borcu olması müəyyən edilmişdir.
52. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizasının rəyində göstərilmiş borc məbləğinin iddia tələbində göstərilən məbləğdən əsas borc üzrə 4603.32 manat, faiz borcu üzrə isə 2641.69 manat çox olması müəyyən edilmiş və iddiaçı ASC İddiaçı ı tərəfindən iddia ərizəsində borc məbləğinin həmin miqdarda tələb edilməsini nəzərə alar aq iddia ərizəsində göstərilən məbləği daha əsaslı və Cavabdeh1 ASC İddiaçı ına olan borcun müəyyənləşdirilməsində məhz həmin ərizəyə istinad edilməsini doğru hesab etmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18% (on səkkiz) faiz dərəcəsi ilə hesablanmış 13806.69 manat məbləğində əldən çıxmış faydanın əvəzinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində məhkəmə hesab edir ki, iddiaçının tələblərinin faktiki təmin edilmə tarixi qabaqcadan bəlli olmadığından, həmin tarixin bəlli olmaması səbəbindən gələcək dövr üçün tələb edilən faiz və cərimənin məbləğini də hazırda müəyyən etmək qeyri mümkündür. Habelə, iddiaçı ASC İddiaçı ı 09.2018-ci il tarixdən xx.xx.2019-cu i l tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 18% (on səkkiz) faiz dərəcəsi ilə hesablanmış 13806.69 manat məbləğində əldən çıxmış faydanın əvəzinin cavabdehlər xeyrinə tutulmasını xahiş etsə də, iddiaçı tərəfindən 13806.69 manat məbləğində zərərin (əldən çıxmış faydanın) olması ilə bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir.
53. Kollegiya apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispoz isiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
54. Baxılan işin yuxarıda qeyd edilən faktiki hallarından görünür ki,, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə göstərilən məbləği əsas borclu Cavabdeh1 vermiş və tərəflər borcun qaytarılma tarixlərini və məbləğlərini ödəniş cədvəlində razılaşdırmışlar. Eyni zamanda ın tələb hüququ ipoteka müqavilələri ilə təminat altına alınmışdır. Buna baxmayaraq əsas borclu ödəmələri vaxtında aparmadığı üçün öhdəliyin icrasını xatırlatmasız gecikdirmiş borclu vəziyyətinə düşmüş və ın tələb hüququ meydana gəlmişdir. Belə olan halda, iddiaçının borcun tutulması, habelə ipoteka predmetinə yönəldilməsi haqqında tələbləri yuxarıda qeyd edilən maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşır.
55. Odur ki, kassasiya şikayəti əsassız olmaqla qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
56. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
57. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xxx nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın (mübahisələndirilən hissədə). Qərar qəbul edildiyi andan qüvvəyə minir.