Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2510/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduqda) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-732/2024 nömrəli 16 aprel 2024-cü il tarixli qətnaməsindən iddia çı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları
1. İddiaçı "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (ƏSF) məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 3.984,12 manat, faiz borcu üzrə 2.423,32 manat və Mülki Məcəllənin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün faiz borcuna görə 238,15 manat, eləcə də iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzinə görə 87 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Füzuli Rayon Məhkəməsinin (hakim Y.Həşimov) 10 yanvar 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh2 iddiaçı LPO "xxxx" ASC-nin LƏSFnin xeyrinə əsas borc üzrə 3.984,12 manat, faiz borcu üzrə 2.070,48 manat və MM-in 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanmış 238,15 manat faiz borcu, iş üzrə ödənilmiş 87 manat dövlət rüsumu olmaqla, cəmi 6.379,75 manatın tutulması qət edilmiş, iddia tələbi digər hissədə rədd edilmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən – faiz borcunun 2.070,48 manat müəyyən edilməsi və iddia tələbinin zaminə münasibətdə rədd edilməsi hissəsində ləğv edilməsini və həmin hissələrdə iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-732/2024 nömrəli, 16 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – İ.Əsədov (sədrlik edən və məruzəçi), S.Mayılov və T.Heydərov) apellyasiya şikayəti təmin edilmə miş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
5. İddiaçı kassasiya şikayəti verərək qətnamənin faiz borcunun tutulması hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
6. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.
7. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamə lər istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
8. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.
9. Maddə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəf indən qaytarılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir.
11. Belə ki, iddiaçı iddia ərizəsində əsas borc və gecikdirilmiş faiz borcu ilə yanaşı, cavabdehlərdən kredit üzrə əsas borca hesablanmış faiz borcu kimi 2.423,32 manat tutulmasını tələb etmiş, məhkəmələr isə həmin hissədə iddianı 2.070,48 manat faiz borcuna münasibətdə əsaslı hesab edərək təmin etmişlər. Hazırda iddiaçı qətnaməni kassasiya qaydasında faiz borcuna dair təmin edilməyən hissədə müahisələndirmişdir. Göründüyü kimi, mübahisələndirilən hissədə iddianın qiymətinin 5000 manatdan az olması aşkardır.
12. MPM ilə mübahisələndirilən hissədə iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassas iya şikayəti verilməsi istisna edilmişdir. (maddə 402.1)
13. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir.
14. Məhkəmə kollegiyası hesab edir ki, mövcud hal mübahisələndirilən məhkəmə aktı üzrə kassasiya icraatının həyata keçirilməsinə imkan vermir.
15. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti MPM-in 408.1.1-ci maddəsinə əsasən qeyri-mümkün hesab edilməli və geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
16. Yuxarıda göstərilənlərə əsasən, MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2 (106)-732/2024 nömrəli 16 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin.