Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2512/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 qarşı (maraqlarına toxunan şəxs Nəzərova (Balayeva) Lalə Möhübbət qızı) iş üzrə QƏRARİ (Açar sözlər: maddi ziyanın ödənilməsi tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh1 qarşı (maraqlarına toxunan şəxs Nəzərova (Balayeva) Lalə Möhübbət qızı) “maddi ziyanın ödənilməsi” tələblərinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-586/2024 nömrəli, 30 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 İddiaçı oğlu, cavabdeh X2 isə onun gəlinidir. Cavabdehlər Lalə Nəzərova ilə Cavabdeh1 2008-ci il tarixdə nikaha daxil olmuş, nikahları məhkəmə qətnaməsi ilə pozulmuşdur.
2. İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğuldur.
3. İddiaçı "xxxx" QSC-nin “Lənkəran” filialından 30 mart 2009-cu il tarixdə 20000 ABŞ dolları məbləğində kredit götürmüş və həmin kredit borcunu 30 sentyabr 2010-cu il tarixdə tam həcmdə ödəmişdir.
4. İddiaçı "xxxx" QSC-nin “Lənkəran” filialından 31 mart 2010-cu il tarixdə 60000 ABŞ dollar məbləğində kredit götürmüş və həmin kredit borcunu 1 aprel 2013-cü il tarixdə tam həcm də ödəmişdir. 5. “TuranBank” tərəfindən verilmiş ödəniş qəbzlərinə əsasən, İddiaçı müxtəlif vaxtlarda kredit ödənişi həyat keçirmişdir. 6. 7 dekabr 2021-ci il tarixli bağışlanma müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan 0.0088 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. 7. 17 dekabr 2021-ci il tarixli bağışlanma müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan 0.07 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. 8. 17 dekabr 2021-ci il tarixli bağışlanma müqaviləsi ilə Cavabdeh1 mülkiyyətində olan 0.045 ha torpaq sahəsini İddiaçı bağışlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və X1 təsərrüfat malları dükanından təmir-tikinti işləri ilə əlaqədar qaimələr əsasında götürülmüş mall arın və usta, fəhlələrə ödənilmiş pulların ümumi dəyəri olan 155.535 manat pulun, kredit olaraq götürüb onlar üçün xərclədiyi 116.245 ABŞ dolları pulun və 11 ay onlar üçün ödədiyi kredit borclarının ümumi məbləği olan 24.750 manat pulun, ümumilikdə 180.285 manat və 116.245 ABŞ dolları maddi ziyan pulunun və ödənilmiş 563 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 onun oğludur, Cavabdeh2 isə onun keçmiş gəlinidir. L. Nəzərova ilə oğlu Z. Nəzərov 2008-ci il tarixdə ailə həyatı qurmuşlar. Ailə qurduğu zaman Lalə Nəzərova Bakı şəhərində ata-anası ilə birlikdə yaşamışdır. Oğlu Zaur isə onlarla birlikdə Lerik şəhərində yaşamışdır. Onlar evlənib ailə həyatı qurduqdan sonra oğlu Zaura nikaha daxil olmamışdan əvvəl aldığı Bakı şəhəri, M.Hadi küçəsi, 3171 saylı məhəllədə yerləşən binanın 57 nömrəli mənzilində yaşamaq qərarına gəlmişlər. Mənzil təmirsiz olduğundan məcbur qalıb mənzili təmir etdirmək üçün "xxxx" QSC-nin “Lənkəran” filialından xx.xx.2009-cu il tarixdə 20.000 ABŞ dolları məbləğində pulu kreditə götürüb həmin mənzilin təmirinə başlamışdır. Cavabdeh Z. Nəzərov musiqiçidir, yeganə gəlir mənbəyi toy şənliklərindən əldə etdiyi gəlirlərdir. Bakıda yaşayış məsrəfləri yetəri qədər çox olduğunu görən Zaur məcbur qalaraq ailəsi ilə Lerik şəhərinə qayıdıb onlarla birlikdə yaşamağa başlamışdır. Birlikdə yaşadıqları dövrdə o, 2005-ci ildə qonşusu Nazim Əliyevdən aldığı, evinin qarşısında yerləşən həyətyanı torpaq sahəsində Zaura həyət evi inşa etməyə başlamışdır. Bunun üçün əlində nağd pul və saiti olmadığı üçün məcbur qalaraq "xxxx" QSC-nin “Lənkəran” filialından yenidən 6.000 ABŞ dolları pul krediti götürmüş, pul krediti əsasında cavabdehlərin hal-hazırda yaşadığı həyət evin inşa etdirməyə başlamışdır. Həmin evi inşa edərkən kredit olaraq götürdüyü pulu ora yönləndirməkdən əlavə olaraq evin tikintisinə sərf olunmuş tikinti materiallarının təqribən 60 faizi özünə məxsus Lerik şəhəri, İ.Yaqubov küçəsində yerləşən təsərrüfat malları dükanından götürüb istifadə etmişdir. Lakin buna baxmayaraq, ev çox böyük və 3 mərtəbəli, mansardlı olduğundan onun götürdüyü kredit pulu və dükanından götürərək tikintiyə sərf olunmuş materiallarla həmin evin tikintisini tamamlaya bilməmişdir. Evin yarımçıq qaldığını görən Cavabdeh1 onun aldığı Bakı şəhəri, M.Hadi küçəsi, 3171 saylı məhəllədə yerləş ən binanın 57 nömrəli mənzilini satıb evin yarımçıq qalmış təmir işlərini davam etdirmişdir. Bundan başqa, evin inşası zamanı orada çalışmış bütün usta və fəhlə heyətinin yemək-içmək xərcləri və əmək haqları da onun tərəfindən ödənilmişdir. Həmçinin illər ötdükcə o, öz ticarət dövriyyəsini genişləndirərkən ona əlavə sahəyə anbarda ehtiyac olduğundan, həmin evin yuxarı hissəsində anbarlar və maşın üçün qaraj inşa etdirmiş, habelə bu məqsədlə xx.xx.2010-cu ildə Lerik şəhər sakini X3 10.000 manata Lerik şəhər C.Cabbarlı küçəsində yerləşən 2.5 sot torpaq sahəsi almış və pulu nağd şəkildə vermişdir. Lakin həmin torpaq sahəsini sənədləşdirərkən səhhətində yaranmış problemlə bağlı müvafiq dövlət qurumuna gedə bilməmiş, həmin sənədlərin oğlu Zaurun adına qeydiyyata alınmasına razılıq vermişdir. Ha zırda da orada təmir-tikinti işlərini davam etdirir. Ümumilikdə, məhkəməyə müraciət edən tarixədək o, həmin tikililərə 47.772,5 manat pul sərf etmişdir. Onun bütün etdiklərinə baxmayaraq, cavabdehlər kredit olaraq onlar üçün xərclədiyi pullarını və təsərrüfat malları dükanından qaimələr əsasında aparılıb tikintidə istifadə edilmiş mallarının dəyərini ödəməmişlər. İddiaçı həmçinin bir neçə il öz təsərrüfat malları mağazasının idarəçiliyini və rəhbərliyini Cavabdeh1 həvalə etmişdir ki, onlar daha da məsuliyyətlə, canla-başla işləyib həm sahibkarlıq fəaliyyətini genişləndirsinlər, həm də onun borcunu qaytarsınlar. Lakin bunun əksinə olaraq cavabdehlər onun biznesinə külli miqdarda maddi ziyan vurmuşlar. Belə ki, iddiaçının xəbəri olmadan onlar birləşərək ünvan 1 ünvanında yerləşən evi “Turanb ank”da girov qoyaraq ünvan 2tomobil almaqdan ötrü 60.000 manat pulu kreditə götürmüşlər. Həmin kreditin aylıq ödənişlərini də - yəni hər ay 2.250 manatı onun biznesindən dolayı yollarla çıxararaq ödəmişlər. 2019-cu ilin mart ayında cavabdehlərin yaşadığı evdə yanğın hadisəsi törədilmişdir. Yanğın zamanı evin yataq, mətbəx və qonaq otaqlarına ziyan dəymişdir. Yanğın zamanı dəymiş zərərin aradan qaldırılmasında bir valideyn olaraq öz köməkliyini əsirgəməmiş və evin təmirində istifadə edilmiş tikinti materialları üçün 9.785 manat pul xərcləmişdir. Cavabdehlərin yaşadıqları evdə yanğın olduğu tarixədək iddiaçının cavabdehlərin götürdükləri kreditdən, onun biznesinin başına açdıqları oyunlardan xəbəri olmamışdır. O belə bir halın olduğunu aşkar etdikdən sonra oğlu Cavabdeh1 öz bisnesinin rəhbər liyindən kənarlaşdırmışdır. Biznesindən kənarlaşdırılan Cavabdeh1 aylıq kredit ödənişlərini ödəmək qabiliyyəti olmadığını görən iddiaçı cavabdehin aylıq kredit ödənişlərini, yəni evin bankda girovda olması, evə həbs qoyulmaması üçün məcbur qalaraq müxtəlif tarixlərdə 2.250 manatı özü ödəmişdir. Cavabdehlər birinci növbədə iddiaçının onlar üçün kredit olaraq götürüb xərclədiyi pulları və bankın faizlərini qaytarmalı idilər. Lakin cavabdehlər nəinki onun pullarını qaytarmaq, hətta bir o qədər də onun biznes fəaliyyətinə maddi ziyan vurmuşlar. Ona görə də o, cavabdehlər Cavabdeh1 və L.Nəzərovadan onların yaşayış və mənzil şəraitlərini yaxşılaşdırmaqdan ötrü kredit olaraq götürüb yeni həyət evlərinin tikintisi üçün xərclədiyi 80.000 dollar kredit pulunun, bankın faizi olan 36.245 ABŞ dolları p ulun və təsərrüfat malları dükanından təmir-tikinti ilə əlaqədar müxtəlif tarixlərdə qaimələr əsasında götürülmüş malların, tikintidə işləmiş usta və fəhlələrin ödənişlərinin ümumi dəyəri olan 145.750 manat pulun, evləri yandıqdan sonra təmirinə çəkdiyi 9.785 manat pulun və müxtəlif tarixlərdə cavabdehlər üçün ödədiyi kredit borclarının ümumi məbləği olan 24.750 manat pulun ümumilikdə 180.285 manat maddi ziyan pulunun və 116.245 ABŞ dolları kredit pulunun alınması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda Cavabdeh1 ona 231.526 manat borcu vardır.
11. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək Cavabdeh2 qarşı iddiasından imtina etdiyini və onun cavabdehlikdən çıxarılmasını xahiş etdiyini bildirmişdir. Belə ki, xx.xx.2022-ci ildə cavabdehin adına verilmiş aylıq əm ək haqqı barədə arayışı əldə edəndən sonra ona məlum olmuşdur ki, Cavabdeh2 işlədiyi xx.xx.2010-cu ildən xx.xx.2020-ci illər ərzində aldığı cüzi miqdarda olan əmək haqqı bir qadın olaraq onun palpaltarının və kosmetik vasitələrinin aylıq tələbatını güclə ödəyə bilərdi. Ona görə də o, Cavabdeh2 himayəsində 2 azyaşlı övladın olduğunu, tibb müəssisəsində operator işləməklə az miqdarda əmək haqqı aldığını, ondan külli miqdarda maddi ziyan tələb etməyi onun həyat şəraitinə, yaşayışına, maddi cəhətdən sıxıntıya və həyat şəraitinin pisləşməsinə gətirib çıxara biləcəyini nəzərə alaraq ondan külli miqdarda maddi ziyan tələbindən imtina etmiş və borcun Cavabdeh1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı əlavə olaraq bildirmişdir ki, oğlu Cavabdeh1 və onun keçmiş arvadı Cavabdeh2 qarşı maddi ziyan tələbinə dair iddia tələbinin bir qismini, yəni onların kredit borcuna görə ödədiyi 24.750 manat pulu bir valideyn olaraq onlara güzəştə getdiyini, Cavabdeh1 tərəfindən də ona 10.000 manat dəyərində torpaq verildiyini və nəticədə cavabdehlərin ona cəmi 145.535 manat və 110.245 ABŞ dolları ödənilməmiş borcu qaldığını bildirmişdir.
12. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qismən qəbul edərək bildirmişdir ki, o, iddiaçının səhhəti ilə bağlı çox narahat olduğundan onun tez-tez məhkəmə proseslərinə çağırılıb stress keçirməsini bir övlad olaraq həzm edə bilmir. O, iddiaçının onlar üçün kredit olaraq götürüb xərclədiyi və öz təsərrüfat malları dükanından götürüb istifadə etdiyi malların və fəhlə-usta pullarının ümumi məbləği olan 180.285 manat pul və 116.245 ABŞ dolları kred it pulu barədə olan iddianı qismən qəbul edir. Hazırda onun iddiaçıya 231.526 manat borcu olduğunu bildirmiş, bundan əlavə cavabdeh hər ay 200 manat aliment ödədiyini, maddi durumunun aşağı olduğunu bildirərək məhkəmədən tələb olunan pulun hissə-hissə tutulmasını xahiş etmişdir.
13. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini qəbul etmədiyini, iddia tələbinin Cavabdeh1 tərəfindən qəbul edilməsini qanuna zidd hesab etdiyini bildirmişdir.
14. Şahid qismində dindirilmiş X6 məhkəmə iclası zamanı izahat verərək bildirmişdir ki, o, İddiaçı yaşadığı evinin qarşısında inşa etdirdiyi evdə usta olaraq işləmiş, təmir-tikinti işlərin həyata keçirmiş, gördüyü iş müqabilində işinin haqqı vaxtı-vaxtında İddiaçı tərəfindən ona tam olaraq ödə nilmişdir.
15. Şahid qismində dindirilmiş X4 və X5 məhkəmə iclası zamanı X6 ilə eyni məzmunlu izahat vermişdir.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi Tərəfindən verilmiş 21 fevral 2023-cü il tarixli 10/7761 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, ünvan 3 ünvanında təqdim olunan fərdi yaşayış evi iki yerüstü mərtəbədən və mansard mərtəbəsindən ibarətdir. Fərdi yaşayış evinin birinci mərtəbəsi üç yaşayış otağından, dörd köməkçi otaqdan, dəhliz, hamam və ayaqyolu tikililərindən ibarətdir. Evin ikinci mərtəbəsi dörd yaşayış otağından, bir sanitar qovşağı, bir mətbəx, bir dəhliz və bir açıq eyvan tikililərindən ibarətdir. Mansard mərtəbəsi zaldan, iki otaqdan və bir köməkçi otaqdan ibarətdir. Fərdi yaşayış evi faktiki olaraq təmirli vəziyyətdə olmaqla m üxtəlif növ eləcə də gizli tikinti-təmir işləri görülmüşdür. Təqdim olan yaşayış evində müxtəlif növ eləcədə gözə görünməyən tikinti-təmir işləri aparldığından, iş materiallarına tikinti-təmir işləri ilə bağlı layihə-smeta sənədləri əlavə edilmədiyindən, həmin fərdi yaşayış evində aparılmış təmir-tikinti işlərinin ustaların əmək haqqı və materialların qiyməti göstərilməklə dəyəri müəyyən etmək mümkün olmamışdır
17. Lerik Rayon Məhkəməsinin 4 iyul 2023-cü il tarixli, 2(048)130/2023 saylı qərardadı ilə iddiaçının iddiasından imtinası qəbul edildiyindən mülki iş üzrə icraata cavabdeh L.Babayevaya aid hissədə xitam verilməsi qərara alınmışdır
18. Lerik Rayon Məhkəməsinin (hakim A. Kiçibəyov) 2(048)-130/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 i ddiaçıya dəymiş maddi ziyanın əvəzi olan 231.526 manat pul və 563 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
19. Məhkəmə müəyyən etmişdir ki, iddiaçının oğlu Cavabdeh1 ilə Cavabdeh2 2008-ci il tarixdə evlənmişlər. Cavabdehlər ailə həyatı qurduqdan sonra ilk öncə Bakı şəhərində yaşamaq qərarına gəlmişlər. İddiaçı oğlu Cavabdeh1 evlənməmişdən öncə Bakı şəhəri, M.Hadi küçəsi, 2371 saylı məhəllədə yerləşən binanın 57 nömrəli mənzilini almışdır. Sözügedən mənzil təmirsiz olduğundan iddiaçı bankdan 20.000 ABŞ dolları kredit götürərək həmin mənzili təmir etdirmişdir. Cavabdehlərin Bakı şəhərində yaşamaqlarında maddi çətinliklər olduğundan onlar Lerik rayonuna qayıdaraq iddiaçıya məxsus Lerik şəhəri R.Axundov küçəsində yerləşən evdə birlikdə yaşamaq qərarına gəlmiş lər. İddiaçı 2005-ci ildə qonşusu Nazim Əliyevdən aldığı torpaq sahəsində cavabdehlər üçün ev tikmək məqsədilə yenidən bankdan 60000 ABŞ dolları pulu kreditə götürərək evin inşasına başlamışdır. Həmin evin inşası zamanı iddiaçı öz təsərrüfat malları dükanından da qaimələrdə qeyd edilmiş tikinti materiallarını götürərək evin inşasına sərf etmişdir. Cavabdehin krediti ödəmək qabiliyyəti olmadığına görə iddiaçı müxtəlif tarixlərdə onun üçün kredit ödəmişdir. Məhkəmə iclasında tərəflərin izahatından da məlum olmuşdur ki, Cavabdeh1 İddiaçı 231526 manat borcu vardır.
20. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
21. Maraqlarına toxunan şəxs Nəzərova (Balay eva) Lalə Möhübbət qızı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə ləğv edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinə ona münasibətdə icraatına xitam verilsə də, digər cavabdehə münasibətdə iddianın təmin edilməsi onun hüquqlarını pozmuşdur. Belə ki, iddianın digər cavabdehə münasibətdə təmin edilməsi həmin tələb icra olunduqdan sonra icra edilmiş tələbin yarısının Cavabdeh1 tərəfindən reqress qaydasında gələcəkdə ondan tələb etməsinə zəmin yaradır.
23. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-586/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İlham Əsədov (sədrlik edən və məruzəçi) Tofiq Heydərov və Samir Mayılov) L.Nəzə rovanın apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddianın təmin edilməməsi qət edilmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində cavabdehdən formaca maddi ziyanı tələb etsə də mahiyyətcə tələb etdiyi pulu borc olaraq, yaxud vurulmuş ziyan kimi, yoxsa əsassız varlanma nəticəsində yaranan məbləğ kimi tələb etdiyini konkret olaraq əsaslandırmamışdır. İddiaçının tələbi bir neçə hissədən ibarətdir. İddiaçı tələbində "xxxx"ın “Lənkəran” filialından 2009-cu ildə və sonradan kredit götürmüş, cavabdehlərə məxsus evin təmirinə və tikintisinə sərf etdiyini göstərmişdir. Bu məbləğ faizi ilə birlikdə 116.245 ABŞ dolları edir. İddiaçı cavabdeh lərə məxsus evin təmirinə görə (ustalara çəkilən xərc olaraq, inşaat materialları və s.) 145.750 manat tələb etmişdir. Bundan başqa, iddiaçı cavabdehlərə məxsus evdə yanğından sonra təmirə görə 9785 manat xərclədiyini iddia etmişdir. Bunlardan başqa, müxtəlif vaxtlarda çəkdiyi xərcə görə isə 24.750 manat tələb etmişdir. İddiaçı tərəf izahatında tələb etdiyi məbləğin borc olduğunu qeyd etmiş, Cavabdeh1 da atasının ona borc verdiyini etiraf etmişdir.
25. İddiaçının cavabdehə (cavabdehlərə) borca verdiyi pulu tələb etdiyi halda tərəflər borc münasibətlərində olmuşlar. Tərəflər arasında borc münasibətləri olduğu təqdirdə, tələbin qanuni əsasını Mülki Məcəllənin 739.1-ci maddəsi təşkil edir.
26. Tərəflər arasında nəinki borc barədə yazılı müqavilə, borc razılaşmasının bağlandığı vaxt və yer, müqavilənin qüvvədə olma müddəti, tərəflərin öhdəlikləri və digər şərtləri barədə hər hansı razılıq olduğu müəyyən edilmir. Pulun cavabdehə verilməsi barədə də hər hansı sübut yoxdur. Odur ki, bu əsasla iddia təmin edilməməlidir.
27. Digər tərəfdən, işin hallarından, o cümlədən tərəflərin izahatlarından görünür ki, Cavabdeh1 və Nəzərova Lalə arasında nikah münasibətləri pozulmuşdur. Onların arasında əmlak mübahisələri başqa məhkəmənin icraatındadır. Hazırkı iş üzrə Cavabdeh1 borcu etiraf etməsi isə tərəflər arasındakı həqiqi münasibətlərin və işin hallarının gizlədilməsinə xidmət etməyi istisna etmir. Cavabdeh Lalə Nəzərova iddiaya etirazında bildirmişdir ki, hazırkı iddia Cavabdeh1 ilə qabaqcadan düşünülmüş plan üzrə gələcəkdə onlara qarşı iddia tələbindən çəkindirmək niyyəti ilə qaldırıl mışdır.
28. Digər tərəfdən, iddiaçı (ata) ilə Cavabdeh1 (oğulun) münasibətləri normaldır. Birgə bizneslə məşğul olmuşlar. Cavabdeh apellyasiya baxışında verdiyi izahatında bildirmişdir ki, bir övlad olaraq atasının borcunu ödəmək istəyir. Bu da onu deməyə əsas verir ki, əgər iddiaçı cavabdehlərin mənzilinə hər hansı məbləği xərcləmiş olsa belə, bu, kreditor-borclu münasibətlərindən törənməmişdir. Cavabdeh1 atasının (iddiaçının) borcunu ödəmək istəyirsə, bunu məhkəmə müstəvisindən kənar da edə bilər. İddiaçı ərizəsində, cavabdehin (cavabdehlərin) hüquqazidd hərəkətləri nəticəsində vurulmuş ziyanı tələb edə bilər. (Birinci instansiya məhkəməsi də bu münasibətlərə əsaslanmışdır). Bu zaman tələbin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci, 1096 və 1097-ci maddələri təşkil edir.
29. Vurulmuş ziyan tələb edildiyi halda, bu cür iddia verilərkən mövcud ziyan ortada olmalı, ziyan cavabdeh (cavabdehlər) tərəfindən, onun təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verməli, cavabdehin hərəkətləri ilə vurulmuş ziyan arasında səbəbli əlaqə olmalıdır. Lakin bu hallar müəyyən edilməmişdir. Kollegiya hesab etmişdir ki, bu əsasla da iddia təmin edilə bilməz.
30. İddiaçı əsassız varlanma nəticəsində (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091 və 1092-ci maddələrinin tələbləri qaydasında) vurulmuş ziyanı tələb edə bilər. Üzrlü bir səbəb olmadan iddiaçının səbəbinə cavabdehin zənginləşməsi halını sübuta yetirmək yükü iddiaçının üzərindədir. İddiaçı tələbində bankdan cavabdehin əvəzinə kredit götürüb, həmin krediti və faizləri ödədiyini bildirsə də, bu hallar ı təsdiq edən sübutları təqdim edə bilməmişdir. Cavabdeh1 formal olaraq bu iddianı qəbul etsə də digər cavabdeh Lalə Nəzərov bu faktı təsdiq etməmişdir. İddiaçının bankdan cavabdehin xahişi ilə, yaxud cavabdehə görə kredit götürməsi halı təsdiq edilmir.
31. İddiaçı tələbində "xxxx" QSC-nin “Lənkəran” filialından götürdüyü krediti cavabdehlər üçün ev inşa etdiyini bildirsə də bu, mötəbər sübutlarla təsdiq edilmir. Eləcə də, cavabdehlərin kredit borcunu ayda 2250 manat olmaqla ödəməsi halına dair iddiaçı hər-hansı sübut təqdim etməmişdir. İddiaçı ona məxsus mağazadan alınmış inşaat-tikinti materiallarının cavabdehlərin yaşayış evinə sərf edildiyini iddia etmiş, müəyyən sayda qaimə-fakturaları təqdim etmişdir. Lakin təqdim edilmiş qaimə-fakturalarda göstərilən materialların iddiaçının vəsaiti hesabına alınaraq cavabdehlərin mənzilin təmirinə sərf edilməsi müəyyən edilmir. İddiaçı istinad etdiyi bu halı, nə məqsədlə xərc çəkdiyini, eləcə də cavabdehlərin evinə çəkilən xərcin miqdarını sübuta yetirə bilməmişdir. İddiaçı cavabdehlərin evinin inşasında ustalara çəkilən xidmət haqqını ödədiyini, onların yeməyinə pul xərclədiyini qeyd etsə də bu barədə hər-hansı sübut təqdim etməmişdir. İş üzrə dindirilmiş şahidlər iddiaçının yaşadığı evinin qarşısında inşa etdirdiyi evdə usta olaraq işlədiklərini, təmir-tikinti işlərin həyata keçirdiyini bildirmişlər. Lakin ustaların konkret olaraq hansı işi gördükləri, kimin evində işlədikləri, bu işlərin dəyərinin nədən ibarət olduğu da müəyyən edilmir. Bundan başqa, iddiaçı tərəfin, eləcə də Cavabdeh1 izahatlarından bəlli olur ki, cavabdehin 200 5-ci ildən VÖEN-i olmuşdur. Atası ilə birlikdə bizneslə məşğul olmuşlar. Cavabdeh mağazada əvvəl rəhbər olub, sonra işçi kimi işə qəbul olunub. İddiaçı bildirmişdir ki, torpaq sahəsini cavabdehin adına rəsmiləşdirmişdir. Torpaq sahəsində müəyyən tikinti işləri görmüşlər. Bu baxımdan, biznesin inkişafı üçün kredit götürülməsi də mümkündür. İddiaçı və cavabdehin birgə işlədikləri dövrdə biznesin inkişafı üçün kredit götürmələri, müəyyən tikinti işləri görmələri, bu zaman (istər ata-oğul kimi, istərsə də biznes partnyoru olaraq) tərəflərin öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almadan fəaliyyət göstərmələri də istisna edilmir. Lakin bu, iddiaçının heç bir üzrlü səbəb olmadan cavabdehin (cavabdehlərin) əvəzinə müəyyən iş görməklə cavabdehin (cavabdehlərin) əsas sız olaraq zənginləşdirməsi anlamına gəlmir.
32. Kollegiya hesab etmişdir ki, hazırkı halda iddiaçıların tələbinin təmin edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinin dispozitiv şərtləri müəyyən edilmir. Bu baxımdan həmin əsasla da iddia təmin edilməməlidir.
33. Kollegiya qeyd etmişdir ki, hazırkı halda borca pul verdiyini, yaxud ona ziyan vurulduğunu, olduğu halda ziyanın cavabdehin (cavabdehlərin) qanunsuz hərəkətləri nəticəsində vurulduğunu, yaxud heç bir hüquqi əsası olmadan cavabdehlərin əvəzinə ödəniş (kredit və s.) etdiyini, eləcə də heç bir üzrlü səbəb olmadan müəyyən haqq və ya qarşılıqlı əvəz olmadan cavabdehlərin əvəzinə iş gördüyünü sübuta yetirmək yükü iddiaçının üzərindədir. İddiaçı bu halları sübuta yetirə bilməmişdir.
34. Apellyasiya instansi yası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.1, 739.1, 740.2, 1091.1, 1092, 1096.1, 1096.2, 1097.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 106.4, 385.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
35. İddaçı İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
36. İddiaçı kassasiya şikayətini onunla əsaslandırmışdır ki, ona dəymiş külli miqdarda ziyanı və cavabdehin təqsirli hərəkətlərini, iddiaçının sahibkarlıq fəaliyyətinə böyük ziyan vurulmasını məhkəmə nəzərə almamış və bununla da Mülki Məcəllənin 21.2-ci maddəsini düzg ün tətbiq etməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 351.3-cü maddəsini tətbiq etməməklə maddi hüquq normasının tələblərini pozmuşdur. Cavabdeh əqdin mövcudluğunu təsdiq edir və mübahisələndirmir. Belə olduqda, üçüncü şəxslərin həmin əqdi mübahisələndirməsi hüququn prinsiplərinə və Mülki Məcəllənin 351-ci maddəsinə ziddir. L.Nəzərova isə cavabdeh olmadığından onun əqdi mübahisələndirmək hüququ yaranmır və buna görə də, məhkəmə kollegiyası düzgün nəticəyə gəlməmişdir.
37. Cavabdehin öz öhdəliklərinin icra etməməsi (çəkilmiş xərcləri etiraf etsə də, pul qaytarılmır) hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Lakin məhkəmə cavabdehin öhdəliyini icra etməməsini ata-oğul münasibətləri ilə əlaqələndirməyə çalışmışdır ki, bu da cavabdehin sui-istifadə hər əkətlərini davam etdirməsinə bir az da münbit şərait yaratmış olacaq.
38. İddiaçı şikayətini Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Mülki Məcəllənin 21, 324.1, 324.4, 324.5, 351, 355.1, 355.2, 357, 404.1, 404.2, 560.1, 560.2, 560.3.2-ci, Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 106.1, 372-ci, İnsan Hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə qarşı maraqlarına toxunan şəxs Nəzərova (Balayeva) Lalə Möhübbət qızı tərəfindən etiraz daxil olmuşdur.
40. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri formal əsaslıdır. Qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
42. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
43. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
44. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
45. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
46. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya he sablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.
47. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
48. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
49. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 50. 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 51. 1092.1.2. əldə edən şəxsin əldə etd iklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 52. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 53. 1092.3. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmi
54. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
55. Maddə 1096.2. Delikt t örətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
56. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
25. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
26. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
27. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara y ol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
28. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verməklə, iddiaçının iddiasının əsaslığını sübut edə bilmədiyi nəticəsinə gə lmişdir.
32. Kassasiya şikayətinin dəlilləri sübutetmə ilə bağlıdır. Belə ki, iddiaçı müxtəlif əsaslarla cavabdehə məxsus olan əmlakların tikilməsinə təmirinə pul sərf etdiyini göstərir və həmin məbləğləri ayrı-ayrı əsaslarla tələb edir. Belə olan halda həmin vəsaitlərin sərf olunması və işlərin məhz onun vəsaiti əsasında həyata keçirilməsini sübutetmə vəzifəsi məhz iddiaçı tərəfin üzərinə düşür.
33. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
34. Hazırki işdə isə, iddiaçı iddianın və kassasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı sübutu işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir.
35. Bu səbəbdən məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətna məsinin ləğvi üçün qanuni əsas deyildir.
36. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 aprel 2024-cü il tarixli, 2(106)-586/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.