Məhkəmə qərarları › İş №2(102)-2513/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2513/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2513/2024 26.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun tutulması, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-624/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 26 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" ASC ilə Tələt Rufulayev arasında 10 aprel 2015-ci il tarixli 474-xx.xx.2015SM105 kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Tələt Rufulayevə illik 22% olmaqla, 36 ay müddətinə 10.753 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə borcalan bu müqavilədə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir.

2. Ölüm haqqında AZ-İ 808045 saylı şəhadətnaməyə əsəsən X3 09 oktyabr 2016-ci il tarixdə vəfat etmişdir.

3. Astara rayon Notariat Ofisi tərəfindan verilmiş 30 avqust 2023-cü il tarixli 447 nömrəli məktuba əsasən Tələt Rufulayevin mirası qabul etmiş vərəsəsi Cavabdeh notariat ofisinə müraciət etmiş və Notariat Ofisi tərəfindən vərəsəyə 23 noyabr 2016-cı il tarixli 2V58 reyestr nömrəli “Qanun üzrə vərəsəllik hüququ haqqında” şəhadətnamə verilmişdir. 4. "xxxx" ASC-nin Müştəri Xidməti Departamenti tərəfindan təqdim edilmiş 30 oktyabr 2023-ci tarixli maliyyə arayışına əsasən Tələt Rufulayevin 30 oktyabr 2023-cü ilədək banka ödənilməmiş sözügedən kredit üzrə 5.826,70 manat əsas, 127,87 faiz borcu olmaqla, cəmi 5.954,57 manat borcu qalmışdır. 5. "xxxx" ASC tərəfindən Cavabdeh 15 sentyabr 2023-cü il tarixli 6-2-22/225115/2023 nömrəli xəbərdarlıq məktubu göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

6. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan so nra iddiaçı və ya Bank) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Lerik Rayon Məhkəməsinə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə xx.xx.2015-ci tarixli kredit müqaviləsi üzrə 5.826,70 manat əsas, 127,87 faiz borcu olmaqla, cəmi 5.954,57 manat borcun və ödənilmiş 79.54 manat dövlət rüsumunun və 0,4 manat manat bank xidmət haqqı tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırmışdır ki, iddiaçı Bank ilə X4 arasında xx.xx.2015-ci il tarixli 474-xx.xx.2015SM105 kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Tələt Rufulayevə illik 22 % olmaqla, 36 ay müddətinə 10.753 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edi lmişdir ki, borcalan bu Müqavilə də müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödeməlidir.AZ-İ 808045 saylı ölüm haqqında şəhadətnaməyə əsəsən, Tələt Rufulayev xx.xx.2016-ci il tarixdə vəfat etmişdir. Astara rayon notariat ofisi tərəfindan verilmiş xx.xx.2023-cü il tarixli 447 nömrəli məktubdan görünür ki, Tələt Rufulayevin mirası qabul etmiş vərəsə Cavabdeh notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən vərəsəyə xx.xx.2016-cı il tarixli 2V-58 reyestr nömrəli, "Qanun üzrə vərəsəllik hüququ haqqında" şəhadətnamə verilmişdir.Bankın Müştəri Xidməti Departamenti trəfindan təqdim edilmiş xx.xx.2023-ci tarixli maliyyə arayışına əsasən, Tələt Rufulayevin xx.xx-2023-cü ilədək Banka ödənilməmiş sözügedan kredit üzrə 5.826,70 manat əsas, 127,87 faiz borcu olma qla, cami 5.954,57 manat borcu qalmışdır.Cavabdeh mərhum Tələt Rufulayevdən qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın Bank qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kanar həlli üçün cavabdehə xx.xx.2023-cü il tarixli 6-2-22/2-25115/2023 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir.

8. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən tələb olunan pulu mərhum atası bankdan götürmüşdür. Mərhum atası ilə anası arasında ciddi narazılıq olduğundan atası onlardan ayrılıb uzun müddət Bakı şəhərində yaşamışdır. Bu narazılığa görə onun mərhum atası münasibəti soyuq olduğundan mərhum atasının bankdan pul götürməsindən mə lumatı olmamışdır. Atası 2016-cı ildə vəfat etmişdir. O, mərhum atasının pensiya kartından pul çıxartmaq üçün mərhum atasının vərəsəsi kimi ona şəhadətnamə verilmişdir. O, banka 23 manat dövlət rüsumu keçirmiş, mərhum atasının pensiya kartında olan 54 manat pulu isə çıxarmışdır. Sonradan məhkəmədən ona bildiriş gəlmiş atasının banka borcu olduğu və atasının vərəsəsi olduğu üçün bank onu cavabdeh şəxs kimi məhkəməyə verməsi ona məlum olmuşdur. Atası ilə bank arasında müqavilə 2015-ci il tarixdə 36 ay müddətinə bağlanmışdır. Göründüyü kimi iddiaçı məhkəməyə müraciət edərkən iddia müddətini ötürmüşdür. Cavabdeh həmçinin iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə ərizəsini məhkəməyə təqdim etmişdir.

9. Lerik Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(048 )910/2023 nömrəli, 25 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Atabəy Kiçibəyov) iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər tam yerinə yetirilmişdir. Kredit müqaviləsi üzrə cavabdeh tərəfindən öhdəliklər yerinə yetirilməsəydi belə iddiaçının hərəkətlərində açıqakşar hüquqdan sui-istifadə halları vardır.

11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddia tələbi iddiaçı tərəfindən məhkəməyə tərəflər arasında mövcud münasibətlərin yarandığı vaxtdan 5 (beş) il keçdikdən sonra “X1 vərəsəsi Cavabdeh qarşı” yəni 15 noyabr 2023-cü il tarixdə müraciət etmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, hazırki mübahisə üzrə iddiaçı ilə cavabdeh arasında qanun üzrə vərəsə kimi məsuliyyət xx.xx.2016-cı il tarixdən yaransa da lakin iddiaçı iddia tələbi ilə qanun üzrə vərəsə kimi cavabdehə qarşı məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Bununla da iddiaçı qanunda nəzərdə tutulan 3 illik iddia müddətin üzrsüz səbəbdən ötürmüşdür.

13. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1, 373.2, 373.3, 375.1, 375.2, 385.1, 386.1, 389.1, 528, 529.1, 558, 1153, 1255, 1306, 1146-cı, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunun 2.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 217.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

14. Qətnamədən iddiaçı Bank apellyasiya şikayəti verərək, birin ci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqav iləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Kredit öhdəliyi borcalanın ölümü ilə aradan qalxan öhdəliklərə aid deyil. Borcalanın mirasını qəbul etmiş vərəsəsi miras qoyanın öhdəlikləri üzrə məsuliyyət daşımalıdır. X1 adına vərəsəlik işinin açılması və miras əmlakın olması barədə məlumat kreditora 5 sentyabr 2023-cü il tarixdə məlum olmuşdur. Yəni iddia müddətinin axımı həmin vaxtdan axmağa başlamışdır. Qanun üzrə vərəsəlik şəhadətnaməyə əsasən vərəsə olan cavabdeh miras əmlakdan tam hissədə pay almışdır. Cavabdeh miras əmlakını yəni miras qoyanının aktivlərini tam həcmdə qəbul edərək, miras passivlərini də tam həcmdə qəbul etmişdir. Beləliklə, miras əmlakını tam həcmdə qəbul etdiyi üçün borc öhdəl iklərini tam həcmdə ödəməyi öz üzərinə götürmüşdür. Vərəsəlik işi 23 noyabr 2016-cı il tarixdə açılsa da, vərəsə mirasın açılması barədə miras qoyanın kreditoruna məlumat vermək öhdəliyini icra etməmişdir. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə də cavabdeh atası tərəfindən kredit götürülməsindən xəbərdar olmadığını əsas gətirərək 2016-cı ildə aldığı “Qanun üzrə vərəsəlik haqqında şəhadətnamə”ni banka təqdim etmədiyini etiraf etmişdir. Belə olduğu təqdirdə bankın borcalanın vəfat etməsi və onun vərəsəsi olması ilə bağlı məlumatı olması qeyri-mümkün olmuşdur. Kreditorun vərəsəliklə bağlı tələb hüququna ümumi iddia müddəti, yəni 10 il şamil olunur. Odur ki, tərəfimizdən iddia müddəti ötürülməmişdir. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq suby ektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Lakin məhkəmə cavabdeh tə rəfindən hüququn pozulub-pozulmadığını müəyyən etməmiş, iş üzrə heç bir araşdırma aparmadan, yalnız cavabdehin izahatına istinad edərək iddia müddətinin keçməsinə görə iddianı rədd etmişdir. Qanunvericiliyin tələblərinə əsasən vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.

16. Məhkəmədə cavabdeh apelyasiya şikayətinin əsassız olduğunu bildirmiş, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, nə atasının sağlığında kreditindən xəbəri olmuşdur, nədəki ölümündən sonra həmin kredit üzrə hər hansı bir məbləğdə ödəniş etməmişdir.

17. Şirvan Apelly asiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(106)-624/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Cahid İmanov və Samir Həsənov) apellyasiya şikayəti təmin edilməmişdir.

18. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, kredit münasibətlərindən yaranan mübahisələrə üç illik iddia müddəti tətbiq edillir. Hazırkı halda isə kreditor müqavilə üzrə sonuncu ödənişin 10 sentyabr 2016-cı ildə edilməsinə, müqavilə müddətinin isə 10 aprel 2018-ci ildə bitməsinə, iddia qaldırmaq üçün son müddətin 10 aprel 2021-ci il tarixinə düşməsinə rəğmən, 03 noyabr 2023-cü ildə kredit müqaviləsi üzrə öhdəliklərin icrası tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə qan unla müəyyən olunan iddia müddətini ötürmüş olmuşdur. İddiaçının hüquqlarının pozulduğunu bildiyi anı kimi məhz notariat ofisinin vərəsəlik işinin açılmasına dair verdiyi cavab məktubunun tarixinin, yəni 5 sentyabr 2023-cü il tarixinin qəbul edilməsinə dair apellyasiya şikayətinin dəlili əsassızdır. Belə ki, hazırkı kredit müqaviləsi üzrə borcalan Tələt Rufullayevə zamin durmuş X2 cavabdeh "xxxx" ASC-yə qarşı “zaminlik müqaviləsinə xitam verilməsi” tələbinə dair iddiası üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 06 aprel 2017-ci il tarixli qətnaməsində göstərilmişdir ki, iddia təmin olunmuşdur. Həmin iş üzrə iddiaçı tələbini əsaslandırarkən borc alan Tələt Rufullayevin 2016-cı ilin oktyabr ayında vəfat etməsi barədə məlumat vermişdir. İşə cavabdeh Bankın nümayəndəsi X5 iştirakı ilə baxılmı ş, bundan savayı iddia ərizəsinin surəti rəsmən cavabdeh banka təqdim edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 372.1, 373.1, 377.1, 377.2, 380.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına və Mülki Prosessual Məcəllənin 384.0.1, 385.2, 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

20. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyi l. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Lakin məhkəmə cavabdeh tərəfindən hüququn pozulub-pozulmadığını müəyyən etməmiş, iş üzrə heç bir araşdırma aparmadan, yalnız cavabdehin izahatına istinad edərək iddia müddətinin keçməsinə görə iddianı rədd etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi.

22. Maddə 369.1. İllərlə hesablanan müddət müddətin sonuncu ilinin müvafiq ayında və günündə qurtarır. Yarım illə müəyyənləşdirilmiş müddətə aylarla hesablanan müddətlər üçün qaydalar tətbiq edilir. Həm də yarım il altı ay bərabər sayılır, yarım il isə ilin əvvəlində n hesablanmağa başlanır.

23. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

24. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

25. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

26. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

27. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imt ina barəsində qərar çıxarması üçün əsasdır.

28. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

29. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

30. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

31. Maddə 554.1. Müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır.

32. Maddə 554.3. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Azərbaycan Respublikasının Mülki Prose ssual Məcəlləsi.

33. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

34. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcu d olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

37. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

38. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olu nmuş sübutlarla əsaslandırır.

41. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərind ən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

44. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

45. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsinməhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Kassasiya baxışının hədləri:

46. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurət indən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

48. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbi q olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Kassasiya şikayətinə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.

50. Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.).

51. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Xüsusi iddia müddətləri bəzi iddialar üçün müəyyən edilir. Ümumi müddətlə müqayisədə onlar qısaldılmış və ya uzadılmış ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarı).

52. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçika ya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

53. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahi səsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.

54. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

55. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.

56. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə al ıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə bağlı hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri araşdırmağa lüzum yoxdur.

57. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə q eyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

58. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tar ixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

59. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydı nlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 60. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

61. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

62. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkə mə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-624/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar