Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2518/2022 12.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh4 Adəm oğluna və Cavabdeh3 qarşı “qanunsuz quraşdırılmış dolabın sökülməsi, vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair işi üzrə QƏRARİ (Açar sözlər: Buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4328/2021 saylı iş üzrə 10 fevral 2022-ci il tarixli qərardadından Cavabdeh3 tərəfindən verilmiş kassasiya şik ayəti üzrə işə 12 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya, Cavabdeh4 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK tərəfindən inşa edilmiş Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy ünvan 1 ünvanda yerləşən binanın 11-ci mərtəbəsində, ümumi dəhlizdə qonşu tərəfindən qanunsuz inşa edilmiş dolabın cavabdehlər tərəfindən sökülərək dəhlizin əvvəlki vəziyyətinə qaytarılması, cavabdehlər Cavabdeh1 MTK-dan və ünvan 2 ünvanda yerləşən binanın 11-ci mərtəbəsindəki 68 saylı mənzilin sahibi Cavabdeh4 və Cavabdeh3 vurduqları maddi zərərə görə 3000 manat və mənəvi zərərə görə 3000 manat tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02 fevral 2021-ci il tarixli, 2(004)560/21 saylı qətnaməsi ilə (hakim V.Hacıyev) iddia qismən təmin edilərək İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi 53 A nömrəli evin 11-ci mərtəbəsində yerləşən 74 nömrəli mənzilinin qarşısında, yəni 11-ci mərtəbədə qonşuların ümumi istifadəsində olan ümumi dəhlizdə (meydançada) yük liftinin yanında cavabdehlər Cavabdeh4 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi 53A nömrəli evin 11-ci mərtəbəsində yerləşən 68 nömrəli mənzilində yaşayan Cavabdeh3 tərəfindən qanunsuz quraşdırılmış dolabın (şkafın) sökülməsi və dəhlizin əvvəlki vəziyyətinin bərpa edilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 MTK-nın, Cavabdeh4 və Cavabde h3 öhdəsinə qoyulması, iddiaçının nümayəndəsi Vəkil1 ərizə və şikayətlərin yazılması üçün 17.09.2020-ci il tarixli FİD320031 nömrəli mədaxil qəbzinə əsasən X1 ödədiyi 220 manat pul və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 MTK-dan, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4328/2021 saylı mülki iş üzrə 19 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İskəndərov (sədrlik edən və məruzəçi hakim), R.Həsənov və E.Kazımov) Cavabdeh3 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə 02 fevral 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayəti üzr ə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh3 kassasiya şikayəti vermişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4328/2021 saylı mülki iş üzrə 13 yanvar 2022-ci il tarixli qərardadı ilə (hakimlər A.İskəndərov (sədrlik edən və məruzəçi hakim), İ.Kərimli və E.Kazımov) Cavabdeh3 kassasiya şikayəti latın qrafikalı Azərbaycan əlifbası ilə tərtib edilmədiyindən geri qaytarılmışdır.
6. Cavabdeh3 göstərilən nöqsanı aradan qaldırdıqdan sonra təkrar kassasiya şikayəti təqdim etmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4328/2021 saylı mülki iş üzrə 10 fevral 2022-ci il tarixli qərardadı ilə (hakimlər A.İskəndərov (sədrlik edən və mər uzəçi hakim), İ.Kərimli və E.Kazımov) Cavabdeh3 kassasiya şikayəti prosessual müddətin buraxılması əsası ilə geri qaytarılmışdır.
8. Cavabdeh3 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4328/2021 saylı iş üzrə 10 fevral 2022-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, guya qətnamə cavabdeh tərəfə poçt vasitəsi ilə 31 may 2021-ci ildə təqdim edilmiş, xəbər edilmiş, lakin cavabdeh qətnamənin verilməsini tələb etməmişdir. Məhkəmə bunu qətnaməni almaqdan imtina kimi qiymətləndirərək prosessual müddətin ötürülməs i nəticəsinə gəlmişdir. Halbuki cavabdehə qətnamə təqdim edilməmiş bu barədə xəbər edilməmişdir. İş materiallarında cavabdeh tərəfin qətnaməni almaması barədə ərizəsi vardır və qətnamənin ona verilməsini həmin ərizədə xahiş etmişdir. Bu ərizə əsasında qətnamə cavabdeh tərəfə 05.11.2021-ci il tarixdə verilib.
10. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, qeyd etmişdir ki, cavabdehin kassasiya şikayəti əsassızdır, müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etməsinin məqsədi vaxt uzadmaqdır. Kassasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclası yazılı icraat qaydasında keçirildiyindən MPM-nin 10.8-1-ci maddəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları d inlənilmək üçün çağırılmadan baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
12. Maddə 137.2 Ünvan sahibi və ya digər şəxs məhkəmə bildirişini qəbul etməkdən imtina etdikdə, onu təqdim edən şəxs məhkəmə bildirişində müvafiq qeydlər etdikdən sonra onu məhkəməyə qaytarır. Bu halda məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab olunur.
13. Maddə 130.1 Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
14. Maddə 130.2 Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir.
15. Maddə 130.3 Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
16. Maddə 408.1.4 kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa geri qaytarılır.
17. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
18. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri
19. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktik i hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
20. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
21. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kim i qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur.
23. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iş materiallarında olan zərfdən müəyyən olunur ki, mübahisələndirilən qətnamə Cavabdeh3 yaşadığı Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 3 ünvana poçt vasitəsilə göndərilmiş, lakin üzərinə “evdə yoxdur, xəbər edilib 31.05.2021, 01.06.2021. Tələb edilməyib.” qeydi ilə geri qaytarılmışdır. Göründüyü kimi, müvafiq məhkəmə qətnaməsinin tərəfə göndərilməsi və gəlməsi ilə bağlı iki dəfə ona xəbər edilmiş, lakin Cavabdeh3 tərəfində n hərəkətsizlik göstərilərək məktub qəbul edilməmişdir. Məhkəmə kollegiyası bu halı haqqlı olaraq sənədin qəbul edilməsindən imtina kimi qiymətləndirmişdir. Digər tərəfdən, iş üzrə apellyasiya icraatı məhz Cavabdeh3 apellyasiya şikayəti əsasında başlanmış, keçirilmiş məhkəmə iclaslarında Cavabdeh3 vəkili Vəkil2 vasitəsilə təmsil edilməklə iştirak etmişdir. Həmçinin 19 may 2021-ci il tarixli qətnamə cavabdehin nümayəndəsinin iştirakı ilə elan edilmiş, cavabdeh tərəf həmin qətnamənin nəticəsindən xəbərdar olmuşdur.
24. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır, onu qanuni və əsaslı hesab edir.
25. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxark ən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdırmış, kassasiya şikayətini geri qaytarmaqda düzgün hüquqi nəticəyə gəlmiş, prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
26. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
27. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən dəlillər isə əsassız olduğu üçün hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 kas sasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4328/2021 saylı iş üzrə 10 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.