Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2519/2019 15.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi-hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı, vəkili Vəkil2 və Cavabdeh iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.11.2018-ci il tarixli 2(107)2887/2018 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Ucar rayon Məhkəməsinin (hakim H.Xəlilov) 12.09.2018-ci il tarixli 2(063)-18/2018 nömrəli qətnaməsi ilə İ ddiaçı Cavabdeh qarşı “gediş-gəlişi təmin edən yolun açılması və torpaq sahəsinə su buraxılmasının cavabdehə qadağan edilməsi” tələbinə dair iddiası qismən təmin edilərək, Ucar rayonu, Qaradağlı kəndində yerləşən Ucar Rayon Aqrar İslahat Komissiyasının 19.08.1998-ci il tarixli, **** saylı qərarı ilə İddiaçı və ailə üzvlərinə verilmiş 0.51 hektar ölçüdə torpaq sahəsinə gediş-gəliş üçün nəzərdə tutulmuş 6 metr enində yolun açılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyərinə görə 100 manat İddiaçı F1 və 100 manat Cavabdeh X1 və mütəxəssis rəylərinin dəyərinə görə 60 manat İddiaçı və 60 manat Cavabdeh Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər İ.Quliyev, T.Məcidov, M.Əsədli) 27.11.2018-ci il tarixli 2(107)-2887/2018 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Ucar rayon Məhkəməsinin 12.09.2018-ci il tarixli qətnaməsinin Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdeh iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.11.2018-ciil tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı “gediş-gəlişi təmin edən yolun açılması və torpaq sahəsinə su buraxılmasının cavabdehə qadağan edilməsi” tələbinə dair iddia ərizəsi ilə 07.04.2017ci il tarixdə məhkəməyə müraciət edərək, Aqrar İslahatlar Komissiyasının 19.08.1998-ci il tarixli, **** saylı qərarı ilə onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.51 ha torpaq sahəs inə gediş-gəlişi təmin edən yolun açılması, yaşadıqları fərdi yaşayış evinin arxa tərəfində yerləşən torpaq sahəsinin suvarılmasının, həmin torpaq sahəsinə su buraxılmasının Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisə etdiyi yolu onun evinə gediş-gəlişi təmin edən yol kimi qiymətləndirmişdir. Lakin əslində həmin yol iddiaçının evinə gediş-gəlişi təmin edən əsas yol deyildir. Belə ki, iddiaçının əsas yola başqa çıxışı vardır. Həmçinin cavabdeh iş materiallarında olan ekspert rəyləri ilə razı olmamış və apelyasiya şikayəti ndə təkrar ekspertiza keçirilməsini xahiş etmiş, lakin apelyasiya məhkəməsi öz qətnaməsində göstərmişdir ki, guya cavabdeh təkrar ekspertiza keçirilməsi üçün əsasların nədən ibarət olmasını şikayətində göstərməmişdir. Halbuki ekspert rəyində göstərilən gediş-gəliş yolunun cavabdehin və ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində olması apelyasiya şikayətində qeyd edilmişdir. İddiaçının həmin cığıra heç bir aidiyyəti yoxdur. Çünki həmin cığır cavabdehin torpağında yerləşir və iddiaçının ana yola 3 ədəd başqa bir çıxışı vardır. İddiaçı yalnız cavabdehə ziyan vurmaq üçün iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Ona görə d ə, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.11.2018-ciiltarixli 2(107)-2887/2018 nömrəli qətnaməsinin ləğv edilməsi və İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin Cavabdeh vəkili Vəkil1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən İddiaçı və vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək, məhkəmədən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını x ahiş etdilər. Cavabdeh məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, Ucar rayonu, Qaradağlı kəndində yerləşən Ucar Rayon Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, ***** saylı qərarı ilə X2 və ailə üzvlərinə verilmiş torpaq sahəsinə gediş-gəliş yolu 6 m enində nəzərdə tutulur və həmin yolun 6 metr enində 67 metr uzunluğunda hissəsinin Cavabdeh tərəfindən istifa də edilir. Eyni zamanda, Ucar Rayon Aqrar İslahat Komissiyasının 19 avqust 1998-ci il tarixli, 11 saylı qərarı ilə X2 və ailə üzvlərinə verilmiş torpaq sahəsinə nəzərdə tutulmuş 6 metr enində gediş-gəliş yolu və həmin yolun Cavabdeh istifadəsində olan 6 metr enində, 67 metr uzunluğunda hissəsinin Cavabdeh və ailə üzvlərinin mülkiyyətində olan 0,17 ha və 0,38 ha torpaq sahələrinin hüdudları daxilində yerləşmədiyi, yolun cavabdehlərə məxsus torpaq sahələrinin qonşuluğunda olduğu müəyyən edilmişdir. Həm ekspert, həm də mütəxəssis rəylərində iddiaçı X2 və ailə üzvlərinə verilmiş torpaq sahəsinə gediş-gəliş yolu 6 metr enində nəzərdə tutulur və həmin yolun 6 metr enində 67 metr uzunluğunda hissəsi Cavabdeh tərəfindən istifadə edilir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsini n gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ–subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülki yyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb e də bilər. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların öz başına tutulması (zəbt edilməsi) qanunla qa dağan olunur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı kassasiya kollegiyası qeyd edir ki, kassasiya şikayətində göstərilən dəlillər mülki iş üzrə işin hallarından ibarət olmuş, birinci və apelyasiya instansiyası məhkəmələri həmin hallara ətraflı şəkildə hüquqi qiymətini verməklə münasibət bildirmiş və mübahisənin həllinə düzgün yanaşmışdır. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, mə hkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 27.11.2018-ci il tarixli 2(107)-2887/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2519/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2519/2019
15.04.2019 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver