Məhkəmə qərarları › İş №2(102)-252/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-252/2024

06.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-252/2024 06.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiаçı İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübаhisə prеdmеti bаrəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu) iş üzrə QƏRARİ (Açar sözlər: istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi; zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edilməsi; özəlləşmə zamanı hüquqi varislik) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “istehsalat qəzası nəticəsində vurulmuş ziyana görə ödənilməli müavinətin bərpa olunması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-922/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı “Azərkəndsutəchizat” Dövlət Komitəsində 3-cü dərəcəli elektrik montyoru vəzifəsində işləmiş və 01 mart 1988-ci il tarixdə pensiyaya çıxdığı üçün həmin müəssisədən işdən azad edilmişdir (14 noyabr 1979-cu il t arixli İT-l ******* saylı əmək kitabçası). 2. 24 oktyabr 1987-ci il tarixli 01 saylı istehsalatda bədbəxt hadisə haqqında aktda və 27 iyun 1997-ci il tarixli çıxarışda əksini tapmış məlumata görə, “Azərkəndsutəchizat” Dövlət Komitəsi 7 saylı səyyar mexanikləşdirilmiş dəstədə işləmiş İddiaçı məhz həmin müəssisədə işlədiyi dövrdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış və əmək qabiliyyətinin 80 faizini itirmişdir.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin 06 dekabr 2022-ci il tarixli **********20 saylı məktubunda qeyd edilib ki, Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət proqramına uyğun olaraq, "xxxx" ASC keçmiş Dövlət Əmlak Komitəsinin 21 sentyabr 1998-ci il tari xli, 1321 nömrəli sərəncamı ilə “Azərkəndsutəchizat” Dövlət Komitəsinin tabeliyində olmuş 7 saylı X1 bazasında yaradılmışdır və onun hüquqi varisidir. Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi 27 iyun 2018-ci il tarixində başa çatmışdır.

4. Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Sosial Ödənişlər Alt Sistemində qeyd edilən məlumata əsasən, İddiaçı Dövlət Sosial Müdafiə Fondu tərəfindən “sağlamlığı pozulmuş işçisinə (peşə əmək qabiliyyəti 80 faiz və daha çox itirildikdə)” müavinət növü üzrə xx.xx.2003-cü il tarixdən xx.xx.2022-ci il tarixədək özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən əldə olunmuş məlumata əsasən “Azərkəndsutəchizat” Dövlət Konserni 7 saylı X1 özəlləşdirilməsi xx.xx.2018-ci il tarixdə başa çatmışdır. Lakin fond tərəfindən iddiaçıya ödənişlər xx.xx.2022-ci il tarixə qədər davam etdirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ona istehsalat qəzası nəticəsində vurulmuş ziyana görə müavinət ödənişinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 24 oktyabr 1987-ci ildə Yevlax şəhərində yerləşən 7 saylı Tikinti Quraşdırma İdarəs ində (hazırda Cavabdeh ASC) işləyərkən, istehsalat xəsarəti alaraq əmək qabiliyyətini 80% itirmiş, istehsalat xəsarəti aldığına görə ona müavinət təyin olunmuşdur. 2009-cu ildə ona 3600 manat birdəfəlik ödəniş olmuş və sonradan hər ay 240 manat aylıq ödəniş təyin edilmişdir. Hazırda "xxxx" ASC özəlləşdirilmişdir. Ona dövlət büdcəsi hesabına verilən 240 manat müavinət dayandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında” Qaydalara əsasən ona müavinət Cavabdeh ASC tərəfindən ödənilməlidir. Lakin Cavabdeh ASC 14 sentyabr 2022-ci il tarixli məktubla ona m üavinət verməkdən imtina etmişdir.

7. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, "xxxx" ASC özəlləşdirilsə də, həmin cəmiyyətin fəaliyyəti dayandırılmışdır. Fəaliyyət dayandırıldığı üçün gəliri də yoxdur. Yəni iddia təmin olunsa belə, hər hansı ödənişin edilməsi qeyri-mümkündür. Bundan başqa, "xxxx" ASC özəlləşən zaman iddiaçının adı keçmiş işçilərin siyahısında olmamışdır. Yəni həmin şəxsə qarşı onların heç bir öhdəliyi yoxdur.

8. Yevlax Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(039)-114/2023 saylı qətnaməsi ilə (hakim R.Əlizadə) iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən hər ay minimum əmək haqqının 80 faizi hissəsində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişd ir.

9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ididaçı “Azərkəndsutəchizat” Dövlət Komitəsi 7 saylı səyyar mexanikləşdirilmiş dəstədə işləmiş, 24 oktyabr 1987-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış və əmək qabiliyyətinin 80 faizini itirmişdir. Həmin hadisəyə görə iddiaçıya birdəfəlik ödəniş olunmuş və aylıq 240 manat ödəniş təyin edilmişdir. “Azərkəndsutəchizat” Dövlət Komitəsi 7 saylı X1 özəlləşdirilməsi başa çatdığı üçün iddiaçıya təyin olunmuş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi dayandırılmışdır. "xxxx" ASC keçmiş Dövlət Əmlak Komitəsinin 21 sentyabr 1998-ci il tarixli, 1321 nömrəli sərəncamı ilə “Azərkəndsutəchizat” Dövlət Komitəsinin tabeliyində olmuş 7 saylı X1 bazasında yaradılmışdır və onun hüquqi varisidir.

10. Məhkəmə gəl diyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il tarixli 804 saylı sərəncamı ilə “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi” Qaydaları təsdiq edilmişdir. Bu Qaydalara müvafiq şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlər verilməsi qaydası müəyyən edilmişdir. Qaydalara görə bu Qaydaların qüvvəyə mindiyi tarixədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələrinin, 27 sentyabr 2003-cü il tarixdən bu Qaydalar qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəs sisələrinin istehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur.

11. Məhkəmə hesab etmişdir ki, Cavabdeh ASC tərəfindən İddiaçı istehsalat qəzası nəticəsində vurulmuş ziyana görə müavinət bərpa olunmalıdır. Azərbaycan Respublikasında 2023-cü il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2023-cü ildən əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 261 manat müəyyən edilmişdir.

12. Həmçinin məhkəmə qeyd etmişdir ki, "xxxx" ASC-nin fəaliyyətinin dayandırılması iddiaçıya müavinətin ödənilməsinin dayandırılması üçün əsas deyil.

13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.2-ci maddəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il tarixli 804 saylı sərəncamı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi” Qaydalarının 4.3, 5.1-ci bəndləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı, Azərbaycan Respublikasında 2023-cü il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 124, 217.4cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, iddia tələbinin təmin edilən hissəsində qətnamənin ləğv edilməsi və iddia tələbinin tam rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, bu işdə vacib məqam odur ki, məhkəmə qərar çıxararkən “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il tarixli 804 saylı sərəncamı ilə “Özəlləşd irilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi” Qaydalarına istinad etmişdir ki, bu Qaydalar cavabdehə şamil edilə bilməz. Çünki adından da göründüyü kimi, bu Qaydalar özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinə və onların aylıq ödənc üzrə borclarına aiddir. Məhkəmə özü də qətnamədə qeyd etmişdir ki, müəssisənin səhmlərinin özəlləşdirilməsi 2018-ci il iyun ayında başa çatmışdır. Yəni bu Qaydalar o halda onlara şamil edilə bilərdi ki, iddiaçı ən geci 27 iyun 2018-ci il tarixə kimi müəssisədən pensiyaya çıxardı və onun adı Azərbaycan Respublikasının Prezidentinin 2 003-cü il 26 sentyabr tarixli 920 nömrəli Fərmanında qeyd olunduğu kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı ilə müəssisələri arasında tərtib edilmiş üzləşmə aktında əks olunardı. İddiaçının isə məhkəməyə təqdim etdiyi yeganə sənəddən görünür ki, ona pensiya yalnız xx.xx.2022-ci il tarixdə təyin olunmuşdur. Məhkəmə müavinətin kimin tərəfindən verilməsini araşdırmadan, MPM-in 54-cü maddəsinə əsasən işə əsl tərəfi cəlb etmədən, onları cavabdeh tərəf kimi qəbul etmiş və işə baxmışdır. Onların cavabdeh kimi, iddiaçının qarşısında öhdəliklərinin yaranması üçün iddiaçı onların müəssisədən pensiyaya çıxmalı idi ki, iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı cavabdeh müəssisədən pensiyaya çıxsaydı bu barədə Azərbaycan Respublikası “Azərkənd su təchizat” X4 7 saylı X1 Səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında olardı. Bu siyahı onlar tərəfindən məhkəməyə təqdim olunsa da, məhkəmə bu fakta hüquqi qiymət verməmişdir. Bununla yanaşı iddiaçının adı həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə dövlət müəssisələri arasında tərtib edilmiş üzləşmə aktında da olmalı idi ki, iddiaçı onu məhkəməyə təqdim etməmiş, məhkəmə isə bu faktı araşdırmamış və ona hüquqi qiymət verməmişdir. Nazirlər Kabinetinin 2008-ci il oktyabr tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsin də sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi” Qaydasının 2ci bəndinin 3-cü abzasında qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş siyahılarda adları olmayan işçilər tərəfindən müavinət alınması üçün müraciət olunduğu halda, müavinət almaq hüququ təqsirkar müəssisənin yerləşdiyi ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və Maliyyə Nazirliyinin yerli orqanlarının (qurumlarının) və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyi əsasında müəyyən olunur. Həmin bəndin 5ci abzasında qeyd olunur ki, müraciət edən şəxsin müavinət almaq hüququ təsdi q olunmadığı halda, komissiya imtinanın səbəbi göstərilməklə müraciət edən şəxsə məlumat verir. İddiaçıya pensiyanın təyin olunmasında olan ziddiyyətli məqamlara məhkəmə ümumiyyətlə heç bir münasibət bildirməmişdir. Belə ki, iddiaçının gətirdiyi yeganə sübut olan ƏƏSMN DOST Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinin arayışından görünür ki, iddiaçıya pensiya xx.xx.2022-ci ildə təyin edilmişdir. Müəssisənin səhmlərinin özəlləşdirilməsi 27 iyun 2018-ci il tarixində başa çatmışdır. Belə olan halda 2022-ci ildə iddiaçının özəlləşdirilmiş müəssisədə işlədiyi vaxt xəsarət aldığına görə ona ƏƏSMN “DOST” Agentliyinin 3 saylı “Bakı DOST” Mərkəzi tərəfindən pensiya təyin olunub ona Dövlət büdcəsindən müavinət ödənilə bilməzdi. İddiaçının adı Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş siya hıda olmadığından onun müavinət almaq hüququ Yevlax rayon üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və Maliyyə Nazirliyinin yerli orqanlarının (qurumlarının) və müəssisələrinin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyi əsasında müəyyən olunmalı idi. Pensiyanın təyin olunmasında olan maraqlı məqamlardan biri də odur ki, hadisə 1987ci ildə baş versə də 80% əmək qabiliyyətinin itirilməsi 1997-ci ildə müəyyən olunub, yəni 10 il sonra.

16. Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayətinə etiraz göndərərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması nı xahiş etmiş, həmçinin bildirmişdir ki, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Sosial Ödənişlər Alt Sistemində qeyd edilən məlumata əsasən İddiaçı Dövlət Sosial Müdafiə Fondu tərəfindən “sağlamlığı pozulmuş işçisinə (peşə əmək qabiliyyəti 80 faiz və daha çox itirildikdə)” müavinət növü üzrə xx.xx.2003-cü il tarixdən xx.xx.2022-ci il tarixədək özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət ödənilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə 3 saylı “Bakı Dost” Mərkəzinə müraciət e dərək ona ödənilən aylıq müavinətin dayanmasına əsas olan səbəblər barədə məlumat verilməsini xahiş etmişdir. Buna müvafiq olaraq Dövlət Sosial müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********5 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən əldə olunmuş məlumata əsasən “Azərkəndsutəchizat” Dövlət Konserni 7 saylı X1 özəlləşdirilməsi xx.xx.2018-ci il tarixdə başa çatmışdır. Lakin fond tərəfindən iddiaçıya ödənişlər xx.xx.2022-ci il tarixə qədər davam etdirilmişdir. Nəticədə iddiaçı barəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aylıq ödənc əvəzinə aylıq müavinət üzrə artıq ödəmə müəyyən edilmişdir. “Azərkəndsutəchizat” Dövlət Konserni 7 say lı X1 özəlləşdirilməsi başa çatdığı üçün aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi Dövlət Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən haqlı olaraq dayandırılmışdır. Dövlət Sosial Müdafiə “Azərkəndsutəchizat” Dövlət Konserni 7 saylı X1 özəlləşdirilməsi başa çatanadək İddiaçı müvafiq müavinəti ödəmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən müəssisənin özəlləşdirilməsi başa çatdığı üçün ödəniş dayandırılmışdır.

17. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-922/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Elçin Mehdiyev (sədrlik edən və məruzəçi) Ələddin Məcidov və Elçin Hüseynov) cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Yevlax Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(039)-114/2023 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi tam təmin edilmiş, Cavabdeh ASC tərəfindən İddiaçı istehsalat qəzası nəticəsində vurulmuş ziyana görə ödəncin verilməsinin bərpa olunması qət edilmişdir.

18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh ASC tərəfindən İddiaçı istehsalat qəzası nəticəsində vurulmuş ziyana görə vəsaitin verilməli olmasına dair mövqeyi ilə razılaşsa da hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

19. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı “Azərkəndsutəchizat” dövlət komitəsi 7 saylı səyyar mexanikləşdirilmiş dəstədə işləmiş, 24 oktyabr 1987-ci il tarixdə istehsalatd a baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçı xəsarət almış və əmək qabiliyyətinin 80 faizini itirmişdir. Həmin hadisəyə görə iddiaçıya birdəfəlik ödəniş olunmuş və aylıq 240 manat ödəniş təyin edilmişdir. Azərkəndsutəchizat Dövlət Komitəsi 7 saylı X1 özəlləşdirilməsi başa çatdığı üçün İddiaçı təyin olunmuş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi dayandırılmışdır. "xxxx" ASC keçmiş Dövlət Əmlak Komitəsinin 21 sentyabr 1998-ci il tarixli, 1321 nömrəli sərəncamı ilə Azərkəndsutəchizat Dövlət Komitəsinin tabeliyində olmuş 7 saylı X1 bazasında yaradılmış və onun hüquqi varisidir. Həmçinin Cəmiyyətin özəlləşdirilməsi 27 iyun 2018-ci il tarixdə başa çatdırılmışdır.

20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il tarixli 804 sayl ı sərəncamı ilə “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi” Qaydalarının onlara şamil edilə bilməməsi, həmin qaydaların iddiaçı ən geci 27 iyun 2018ci il tarixə kimi müəssisələrindən pensiyaya çıxdığı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı ilə müəssisələri arasında tərtib edilmiş üzləşmə aktında əks olunduğu halda onlara şamil edilməli olması, məhkəmənin işlə bağlı faktiki halları tam və hərtərəfli aydınlaşdırmaması, qərarını yalnız Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008- ci il tarixli 804 saylı sərəncamı əsasında çıxarması, digər normativ-hüquqi sənədlər olan Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 26 sentyabr tarixli 920 nömrəli Fərmanı və Nazirlər Kabinetinin 2008-ci il oktyabr tarixli 242 nömrəli qərarını isə nəzərə almaması, hadisə 1987-ci ildə baş versə də 80% əmək qabiliyyətinin itirilməsinin 1997-ci ildə müəyyən olunması, 1997-ci ildə əmək qabiliyyətinin 80% itirilməsinin 10 il ondan öncə baş vermiş hadisə ilə bağlı olmasının nə ilə sübut olunması, müavinətin verilməsi onlar tərəfindən kəsilmədiyindən, onların işdə əsl tərəf olaraq cavabdehə müavinətin kimin tərəfindən verilməsinin araşdırılmaması, işə əsl tərəfin cəlb edilməməsi, iddiaçının onların müəssisəsindən pensiyaya çıxmasına dair məhkəməyə heç bir sübutun təqdim edilməməsi, iddiaçı nın adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə dövlət müəssisələri arasında tərtib edilmiş üzləşmə aktında da olmalı olması, “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən sosial ödənişlər üzrə ödənilməmiş borcların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə dövlət müəssisələri arasında tərtib edilmiş üzləşmə aktlarına əsasən ödənilməli olması, iddiaçının özəlləşmədən əvvəl müəssisədən hər hansı bir sosial ödənişləri alması barədə də heç bir sübut gətirməməsi, iddiaçının adı Dövlət Sosial Müdafiə Fondu tərəfind ən təqdim olunmuş siyahıda olmadığından onun müavinət almaq hüququnun Yevlax rayon üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və Maliyyə Nazirliyinin yerli orqanlarının (qurumlarının) və müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyi əsasında müəyyən olunmalı olmasına dair dəlillərini əsassız hesab edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il oktyabr tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödəni lməsi” Qaydasının 1ci bəndinə görə bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nın İİ bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir.

21. Belə ki, həmin normalar müəssisə tərəfindən işçiyə ödəncin verilməsini deyil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müavinətin ödənilməsi imkanlarını nəzərdə tutmuşdur.

22. Bundan ba şqa, işdə olan iddiaçının adına verilmiş əmək kitabçasından iddiaçının məhz cavabdeh təşkilatın hüquqi varisi qismində çıxış etdiyi “Azərkəndsutəchizat” Dövlət Komitəsinin tabeliyində olmuş 7 saylı səyyar mexanikləşdirilmiş dəstədən pensiyaya çıxması müəyyən edilmişdir.

23. Kollegiya qeyd etmişdir ki, iddiaçı cavabdeh təşkilat olan "xxxx" ASC-nin hüquqi varisi qismində çıxış etdiyi “Azərkəndsutəchizat” Dövlət Komitəsi 7 saylı səyyar mexanikləşdirilmiş dəstədə 3-cü dərəcəli elektrik montyoru vəzifəsində işlədiyi dövrdə, yəni 24 oktyabr 1987-ci il tarixdə baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alıb, əmək qabiliyyətinin 80 faizini itirdiyindən iddiaya cavab verməli təşkilat məhz "xxxx" ASCdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 26 sentyabr tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi” Qaydalarının 1.1-ci bəndinə əsasən bu Qaydalar "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirməyə açıq elan edilmiş, habelə idarəetməyə verilmiş dövlət müəssisələrinin sosial ödənişləri üzrə ödənilməmiş borclarının ödənilməsi prosesini tənzimləyir.

24. Həmin Qaydaların 4.1-ci bəndinə görə borclar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə dövlət müəssisələri arasında tərtib edilmiş üzləşmə aktlarına ə sasən ödənilir Qeyd edilən Qaydalardan da göründüyü kimi üzləşmə aktlarının özəlləşdirməyə açıq elan edilmiş, habelə idarəetməyə verilmiş dövlət müəssisələrinin sosial ödənişləri üzrə ödənilməmiş borclarının ödənilməsi məqsədi ilə tərtib edilməli olması nəzərdə tutulmuşdur. "xxxx" ASC-nin özəlləşdirilməsi 27 iyun 2018-ci il tarixində başa çatdığından cavabdeh müəssisənin işçiyə ödənc verməsi üçün “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi” Qaydalarında nəzərdə tutulmuş üzləşmə aktlarına istinad edilməsi zərurəti mövcud deyildir. Həmçinin işçinin özəlləşmədən əvvəl müəssisədən hər hansı bir sosial ödəniş alıb-almaması onun işəgötürənin özəlləşmiş hüquqi varisindən ödəncin tələb etməsini istisna etmir.

25. Məhkəmə koll egiyası apellyasiya şikayətinin iddiaçıya pensiyanın təyin olunmasında olan ziddiyyətli məqamlara məhkəmənin ümumiyyətlə heç bir münasibət bildirməməsinə, 80% əmək qabiliyyətini itirmiş şəxsin harada işləməsinə, nə ilə dolanmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd etmişdir ki, hazırkı halda iddiaçının tələbi pensiya təminatı ilə bağlı deyildir və tələb Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı yönəlməmişdir. Əmək qabiliyyətinin 80%-ni itirmiş işçinin ötən müddət ərzində haradasa işləyib-işləməməsi də cavabdeh təşkilatı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsi üzrə yaranmış məsuliyyətdən azad etmir.

26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin işlə bağlı faktiki hallarını tam və hərtərəfli aydınlaşdırmaması, maddi hüquq normalarının pozulmasına dair dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iş materialından, qəbul edilmiş məhkəmə qətnaməsindən birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin faktiki hallarının tam və hərtərəfli aydınlaşdırmaması, maddi hüquq normalarının pozulması halı müəyyən edilməsə də işə baxan birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş ”İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 1.1-ci bəndinin 3-cü abzasına əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə cavabdeh "xxxx" ASC-dən hər ay minimum əmək haqqının 80 faizi hissəsində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsini qət etsə də, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı hər ay minimum əmək haqqının 80 faizi hissəsində pulun tutularaq onun xeyrinə ödənilməsinə dair iddia tələbi mövcud olmamışdır. Göründüyü kimi, bi rinci instansiya məhkəməsi cavabdeh "xxxx" ASC-dən hər ay minimum əmək haqqının 80 faizi hissəsində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi nəticəsinə gələrkən iddia tələbindən kənara çıxmaqla səhvə yol vermişdir.

28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmaqla iddia tələbindən kənara çıxılmışdır ki, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Lakin iddiaçı hazırkı iddia tələbində haqlıdır və apellyasiya şikayətinin dəlilləri iddia tələbinin rədd edilməsi üçün əsaslı hesab edilə bilməz.

29. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı iddia tələbində cavabdeh təşkilatdan ona vurulmuş ziyana görə müavinətin bərpa olunmasını xahiş etsə də sadalana n qanunvericilik normaları işəgötürən tərəfindən bununla bağlı ödəncin verilməsini nəzərdə tutmuşdur. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası iddiaçının cavabdeh təşkilatdan məhz ödənc tələb etməsini qəbul etmişdir.

30. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 56.1-56.5, 1126.1-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2008ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının 5.3, 5.5, 5.6-cı bəndləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında” 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli Qərarının 1.1, 3.3, 3.10-cu bəndləri, MPM-in 14.2, 77.1, 88, 217, 218.1, 372, 385, 386, 387.1 və 384-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

31. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi" Qaydaları cavabdehə şamil edilə bilməz. Çünki, adından da göründüyü kimi, bu Qaydalar özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinə və onların aylıq ödənc üzrə borclarına aiddir. Məhkəmə özü də qətnamədə qeyd etmişdir ki, müəssisə səhmlərinin özəlləşdirilməsi 27 iyun 2018-ci il tarixində başa çatmışdır. Yəni bu Qaydalar o halda cavabdehə şamil edə bilərdi ki, iddiaçı ən geci 27 iyun 2018-ci il tarixə kimi müəssisədən pensiyaya çıxardı və onun adı, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 26 sentyabr t arixli 920 nömrəli Fərmanında qeyd olunduğu kimi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı ilə müəssisə arasında tərtib edilmiş üzləşmə aktında əks olunardı. İddiaçının isə məhkəməyə təqdim etdiyi yeganə sənəddən görünür ki, ona pensiya yalnız xx.xx.2022-ci il tarixdə təyin olunmuşdur. Belə olan halda yəni, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il oktyabr tarixli 242 nömrəli qərarında qeyd olunduğu kimi, Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş siyahılarda adları olmayan işçilər tərəfindən müavinət alınması üçün müraciət olunduqda, müavinət almaq hüququ təqsirkar müəssisənin yerləşdiyi ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və Maliy yə Nazirliyinin yerli orqanlarının (qurumlarının) və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyi əsasında müəyyən olunur.

33. Cavabdeh müəssisə bu işdə tərəf ola bilməz. Çünki iddiaçıya verilən müavinəti o, dayandırmamışdır. Məhkəmə müavinətin cavabdeh tərəfindən dayandırılmamasını nəzərə almadan, MPM-nin 54-cü maddəsinə əsasən işə əsl tərəfi cəlb etmədən, ASC-ni cavabdeh tərəf kimi qəbul etmiş və işə baxmışdır. İddiaçı cavabdeh müəssisədən pensiyaya çıxdığı iddia edirsə, belə olduğu halda də bu barədə Azərbaycan Respublikası "Azərkəndsutəchizat" X4 7 saylı X1 səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında olardı. Bu siyahı cavabdeh tərəfindən məhkəməyə təqdim edilmişdir. İddiaçı ilk öncə bir başa cavabdeh müəssisəyə deyil, müəssis ənin yerləşdiyi ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və Maliyyə Nazirliyinin yerli orqanlarının (qurumlarının) və cavabdeh müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyaya müraciət etməlidir. Cavabdehin deyil, komissiyanın imtinasını alandan sonra məhkəməyə müraciət etmək hüququ yaranardı. Və məhz yalnız bundan sonra cavabdeh müəssisə məhkəmədə tərəf ola bilərdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Mübаhisə prеdmеti bаrəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, onun rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublik ası Əmək Məcəlləsi

35. Maddə 239, 1-ci hissə. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

36. Maddə 239, 2-ci hissə. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclə r ödənilməlidir.

37. Maddə 239, 3-cü hissə. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.

38. Maddə 239, 4-cü hissə. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 39. 1126.1. Həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. 40. 1126.2. Həyata və ya sağlamlığa vurulmuş zərər üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin ləğv olunduğu halda müvafiq ödənişlər zərərçəkənə verilmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş qaydalara uyğun kapitallaşdırılmalıdır. Qanunvericiliklə ödənişlərin kapitallaşdırıla bildiyi başqa hallar da müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında” 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli Qərarı

41. Bənd 1.1. Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar mü əssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Zərərçəkənə istehsalatda əmək xəsarəti nəticəsində onun itirdiyi peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) dərəcəsindən asılı olaraq aylıq ödənclər, habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclər ödənilir.

42. Bənd 3.3. Zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Zərərçəkənin orta aylıq əmək haqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əmək haqqı nın ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda, orta aylıq əmək haqqı sağlamlığının pozulmasından əvvəlki faktiki işlənmiş aylar üçün əmək haqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda, hesabdan çıxarılır. Zərərçəkənə peşə xəstəliyinə tutulduqda, zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin işlədiyi peşə (vəzifə) üzrə əmək fəaliyyətinin dayandırıldığı və ya peşə xəstəliyinin təsdiq edildiyindən əvvəlki 12 təqvim ayı üzrə hesablanır.

43. Bənd 3.10. Zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil e dildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydaları

44. Bənd 5.3. Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosia l Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir.

45. Bənd 5.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir.

46. Bənd 5.6. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı p ozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 5

0. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

53. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

54. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

55. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

56. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Belə ki, işin məhkəmələr tətəfindən müəyyən olunan halları bu qərarın 1-4-cü paraqraflarında qeyd olunmuşdur. İddia tələbi, işəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclərin ödənilməsindən ibarətdir.

58. Bu iddia tələbinin həlli zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239cu maddəsinin tələbləri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında” 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli Qərarının müddəaları əsas tutulmalıdır.

59. Həmin Qərara görə işçinin istehsalat qəza sı və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır.

60. Təqsirkar işəgötürənin əmək xəsarətinə görə dəyən zərəri ödəməsi iki faktın mövcudluğunda yaranır:

1. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı);

2. İşçinin peşə əmək qabiliyyət inin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) şəhadətnaməsi.

61. Baxılan iş üzrə hər iki əsas mövcuddur. 62. "xxxx" ASC özəlləşən zaman iddiaçının adı keçmiş işçilərin siyahısında olmadığı barədə kassatorun dəlilləri iddianın rədd olunması üçün əsas deyildir. Çünki yuxarıda qeyd olunduğu kimi iddiaçının istehsalat qəzası nəticəsində sağlamlığı pozulduğuna görə dəyən zərərin ödənilməsi üçün cavabdehin öhdəliyi yaranmışdır.

63. Kassatorun «müavinət almaq hüququ təqsirkar müəssisənin yerləşdiyi ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və Maliyyə Nazirliyinin yerli orqanlarının (qurumlarının) və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyi əsasında müəy yən olunur» dəlili ilə bağlı qeyd edir ki, bu cür komissiyanın yaradılmasından "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nda bəhs olunur. Həçin Qaydaların 2.2-ci bəndinə əsasən, Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş siyahılarda adları olmayan işçilər tərəfindən müavinət alınması üçün müraciət olunduğu halda, müavinət almaq hüququ təqsirkar müəssisənin yerləşdiyi ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və Maliyyə Nazirliyinin yerli orqanlarının (qurumlarının) və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyi əsasında müəyyən olunur. Müraciət edən şəxsin müavinət almaq hüququ təsdiq olunduğu halda, komissiya bu barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Müraciət edən şəxsin müavinət almaq hüququ təsdiq olunmadığı halda, komissiya imtinanın səbəbi göstərilməklə müraciət edən şəxsə məlumat verir. Komissiya tərəfindən hazırlanmış məlumatın düzgünlüyü Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən yoxlanıla bilər.

64. Göründüyü kimi bu cür komissiya, istehsalat qəzası nəticəsində sağlamlığı pozulmuş işçiyə aylıq müəssisə tərəfindən ödənc verilməsi üzrə yaradılmır. Həmin komissiya, özəlləşdirilə n və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə aylıq ödənc üzrə borclarının əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilməsi zamanı yaradılır və komissiyanın rəyi məhz ödəncin əvəzində müavinət ödənilməsi üçün əhəmiyyətli ola bilər. Hazırda isə iddia tələbi müavinətin ödənilməsi barədə deyil, ödəncin verilməsi barəddir.

65. Həmçinin “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq iddiaçıya aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilmişdir.

66. Həmin Qaydaların 5.6-cı bəndinə görə, dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir.

67. Yəni, özəllıəşdirmənin başa çatdığı vatxdan sonra ödənclərin verilməsi müəssisə tərəfindən davam etdirilir. Bu cür öhdəlik təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisinə keçir. Baxılan iş üzrə Dövlət Əmlak Komitəsinin 21 sentyabr 1998-ci il tarixli, 1321 nömrəli sərəncamı ilə “Azərkəndsutəchizat” Dövlət Komitəsinin tabeliyində olmuş 7 saylı səyyar mexanikləşdirilmiş dəstə özəlləşdirilərək, bazasında "xxxx" ASC yaradılmşıdır. Yəni iddiaçıya istehsalat qəzası nəticəsində sağlamlığının pozulması səbəbindən dəyən zərərə görə müvafiq ödənclərin ödənilməsi öhdəliyi cavabdehə keçmişdir.

68. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

69. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kas sasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

70. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-922/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə m

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar