Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2521/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili Məmmədov ƏAnun, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 23 noyabr 2018-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 17 aprel 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Oğuz Rayon Məhkəməsinin 28 avqust 2018 -ci il tarixli qətnaməsi ilə (sədrlik edən K.Ş.Süleymanov, iş 2(054)-554/2018) İddiaçı iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada həyətyanı torpaq sahəsinin hazırkı dəyəri kimi 8000 (səkkiz min) manat və dövlət rüsumu kimi 24 (iyirmi dörd) manat olmaqla- cəmi 8024 (səkkiz min iyirmi dörd) manat pulun tutularaq İddiaçı ödənilməsi, İddiaçı məhkəməyə müraciət etmək üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumu məbləğinin 6 (altı) manatdan ibarət hissəsinin İddiaçı özünə aid edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı qarşı 10.000 (on min) manat miqdarında maddi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi və qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 (otuz) ma nat dövlət rüsumu məbləğinin Cavabdeh1 özünə aid edilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 23 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (M.A.Əsədli (sədrlik edən və məruzəçi), hakimlər A.A.Mahmudov və Ə.T.Məcidov) Oğuz Rayon Məhkəməsinin 28 avqust 2018-ci il tаrixli, 2(054)-554/2018 saylı qətnaməsinin ləğv edilməsi, yeni qətnamənin qəbul edilməsi, ilkin iddia tələbinin qismən təmin edilməsi, mərhum X1 hüquqi varisləri kimi işə cəlb edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada həyətyanı torpaq sahəsinin hazırkı dəyəri kimi 8000 (səkkiz min) manat pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə və Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı qarşı maddi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək həyətyanı torpaq sahəsinin hazırkı dəyəri kimi cəmi 10.000 (on min) manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onlara məxsus həyətyanı torpaq sahəsindən 11 il ərzində İddiaçı tərəfindən istifadə edilməsinə görə əldən çıxmış fayda kimi 10.000 (on min) manat məbləğin iddiaçıdan tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul ediməsini məhkəmədən xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin də lilləri Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişlər. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların vəkili Vəkil K kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili ƏA kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydad a xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mül kiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 152.1-152.4, 157.2 və 157.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ – subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Sаhiblik hüququ - əmlаkа (əşyаyа) fаktik sаhibliyin həyаtа keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdə hüququ - əmlаkdаn (əşyаyаdаn) оnun fаydаlı təbii xаssələrini hаsil etməyin, hаbelə оndаn fаydа götürməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. İstifаdədən fаydа, gəlir, аrtım, bəhər törəmə şəklində və bаşqа fоrmаlаrdа оlа bilər. Sərəncаm hüququ əmlаkın (əşyаnın) hüquqi müqəddаrаtını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkаnıdır. Mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və yа bаşqа mаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər. Bu cür hərəkətlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə sоn qоyulmаsını məhkəmə vаsitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. -560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -157.2-ci maddəsinin tələbinə görə mülkiyyətçi özgəsinin qаnunsuz sаhibliyindən öz əmlаkını geri tələb edə bilər. -238.1, 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. -239.2-ci mаddəsinə görə «Fiziki və yа hüquqi şəxsin mülkiyyətində оlаn tоrpаq sаhəsinə оnun mülkiyyətçisinin icаzəsi оlmаdаn g irməyə icаzə verilmir». Аzərbаycаn Respublikаsı Tоrpаq Məcəlləsinin 67-ci mаddəsinin 4-cü bəndinə görə tоrpаq üzərində hüquqlаrın dövlət qeydiyyаtı qаnunvericilikdə müəyyən edilmiş qаydаdа dаşınmаz əmlаkın dövlət reyestrində qeydə аlınmаlıdır. Tоrpаq sаhələri üzərində qeydiyyаtdаn keçməmiş hüquqlаrın müdаfiəsinə və tоxunulmаzlığınа dövlət təminаt vermir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən görünür ki, mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunur. Аzərbаycаn Respublikаsı Tоrpаq Məcəlləsinin 84-cü mаddəsinə görə, tоrpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrı qаnunlа qоrunur. Оnlаrın pоzulmuş hüquqlаrı qаnunvericilikdə nəzərdə tutu lmuş qаydаdа bərpа edilir və hüquqlаrın pоzulmаsı nəticəsində оnlаrа dəyən zərər tаm həcmdə ödənilir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini qismən təmin edib, iddiaçıya dəymiş maddi zərərin miqdarını məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi və oxşar torpaq sahələri üzrə notariat qaydasında təsdiq edilmiş salqı-satqı müqavilələrinin qiyməti nəzərə alınmaqla 8000 (səkkiz min) manat miqdarında müəyyən etməkdə düzgün hüquqi nəticəyə gəlsə də, cavabdehlərin mərhum RAə münasibətdə yaranmış vərəsəlik hüquqlarını nəzərə almamış və onları hüquqi varis kimi işə cəlb etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Qanunun normasına görə, mirasın qəbul edilməsi müddəti həm qanun üzrə vərəsələrə, həm də vəsiyyət üzrə vərəsələrə aiddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Hazırki işin materiallarından və müəyyən edilmiş faktiki hallarından aydın olur ki, cavabdehlər mərhum RAdən qalan torpaq sahəsini faktiki idarə etməklə miras əmlakın qəbul edilməsi ilə bağlı öz iradələrini aşkar surətdə ifadə etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Həmin Məcəllənin 1306.2-ci maddəsinə əsasən əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Apellya siya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, cavabdehlər mərhumun hüquqi varisləri kimə işə cəlb edilməklə ilkin iddia tələbi onlara münasibətdə qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada həyətyanı torpaq sahəsinin hazırkı dəyəri kimi 8000 (səkkiz min) manat pul tutularaq İddiaçı ödənilməli, İddiaçı məhkəməyə müraciət etmək üçün ödədiyi 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehlər özlərinə məxsus olan torpaq sahəsini iddiaçıya satmaq adı ilə ondan pul aldıqlarını və iddiaçının qeyd olunan torpaq sahəsinin tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən edilmiş dəyərini tam şəkildə ödədiyini etiraf etmişlər. Lakin iddiaçı alıcı kimi, cavabdehlər və mə rhum RA isə satıcı kimi öz üzərlərinə düşən vəzifələri icra etsələr də, tərəflər arasında qanunvericiliyin tələbinə uyğun şəkildə alqı-satqı müqaviləsi tərtib edilərək notariat qaydasında təsdiq edilmədiyindən onlar arasında bağlanmış alqısatqı əqdi etibarlı sayıla bilməz. Bununla yanaşı, cavabdehlər bir neçə il əvvəl iddiaçıdan torpaq sahəsinin tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş dəyərini tam şəkildə aldıqları halda, hazırda həmin torpaq sahəsini iddiaçıya satmaqdan imtina etməklə iddiaçının hesabına əmlak əldə etmiş əsassız varlanan şəxslər sayılırlar. İddiaçı isə qeyd olunan torpaq sahəsinin tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş dəyərini tam şəkildə ödəməklə cavabdehlərin sonradan həmin torpaq sahəsini satmaqdan imtina etmələri nəticəsində ona maddi zərər dəy mişdir. Eyni zamanda, cavabdehlər, özlərinin də etiraf etdikləri kimi, həmin torpaq sahəsini iddiaçıya satmaqdan imtina etmələrini iddiaçının tərəflər arasında olan razılaşmanın şərtlərini hər hansı şəkildə pozması ilə deyil, iddiaçının və onun ərinin cavabdehlərin ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlətmiş olmaları, onlara qarşı kobud münasibət göstərmələri ilə əsaslandırılmışlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. -21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçü n çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. -1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. -1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, 2007-ci ildə iddiaçı Oğuz rayonu, Xndə yerləşən 0,10 hektar həyətyanı torpaq sahəsinin tərəflər arasında razılaşdırılmış dəyərini ödəyərkən digər tərəfin, yəni cavabdehlərin gələcəkdə həmin torpaq sahəsini onun adına rəsmiləşdirəcəklərinə güvənmiş və onların gələcəkdə bundan imtina edəcəklərini güman etməmişdir. Torpaq sahəsini iddiaçının adına rəsmiləşdirib-rəsmiləşdirməmək həmin torpaq sahəsinin mülkiyyətçiləri kimi cavabdehlərin hüququ olsa da, onlar həmin hüquqlarını əvvəlki rəftara, yəni 2007-ci ildə tərəflər arasında olan danışıq və razılaşmaya zidd olaraq həyata keçirməklə hü quqdan sui-istifadə etmişlər. Cavabdehlər 2007-ci ildən bəri, təxminən, 11 il müddət ərzində iddiaçını həyətyanı torpaq sahəsinin onun adına rəsmiləşdiriləcəyinə arxayın edərək iddiaçının öz vəsaiti hesabına digər ərazidə həyətyanı torpaq sahəsi əldə etmək imkanlarını məhdudlaşdırmış, bununla da iddiaçıya maddi ziyan vurmuşlar. Ona görə də cavabdehlərin torpaq sahəsini iddiaçıya satmaqdan imtina etmələri nəticəsində iddiaçıya dəymiş maddi zərər məbləği cavabdehlərdən müştərək tutularaq iddiaçıya ödənilməlidir. Mübahisə predmetinə aid olan 0,10 hektar torpaq sahəsi 2007-ci ildə tərəflərin qarşılıqlı razılığı ilə, iddiaçı tərəfindən dəyəri tam şəkildə ödənildikdən sonra cavabdehlərin öz iradəsinin ifadəsi olaraq iddiaçının istifadəsinə verilmiş və həmin vaxtdan sonra uzun müddət iddiaçınıin faktiki istifadəsində olmuşdur. Cavabdehlər torpaq sahəsini iddiaçıya satmaqdan imtina etdikdən sonra isə iddiaçı həmin torpaq sahəsini cavabdehlərin tələbi ilə onlara təhvil vermişdir. İddiaçının qeyd olunan torpaq sahəsindən cavabdehlərin iradəsi ziddinə istifadə etməsi, torpaq sahəsini onlara təhvil verməkdən imtina etməsi və ya torpaq sahəsinin məcburi şəkildə boşaldılması halları məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. 0,10 hektar torpaq sahəsi iddiaçının faktiki istifadəsində olduğu, təxminən, 11 il müddət ərzində iddiaçı həmin torpaq sahəsinin vicdanlı sahibi olmuşdur. Həmin müddət ərzində iddiaçı özünün istifadəsində olan əmlakdan, yəni dəyərini ödədiyi 0,10 hektar torpaq sahəsindən gəlir götürməyə tam hüquqlu şəxs olmuşdur. İddiaçı mübahisə predmetinə aid olan 0,10 hektar torpaq sahəsindən, həmin torpaq sahəsi faktiki istifadəsində olduğu müddət ərzində nə qədər gəlir götürmüş olsa da, buna görə onun cavabdehlər qarşısında hər hansı öhdəliyi və maddi məsuliyyəti yaranmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ö dənilməsini tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin vəsatəti əsasında Oğuz rayonu, Xndə mübahisə predmetinə aid olan torpaq sahəsində yerləşən fındıq və qoz ağaclarının orta məhsuldarlıq səviyyəsi müəyyən edilsə də, bu xüsusat həmin torpaq sahəsindən əldə edilən məhsulun cavabdehlərə məxsus olması, torpaq sahəsi iddiaçının sahibliyində olduğu müddətdə onun həmin məhsulu əldə etməklə cavabdehlərə maddi ziyan vurması kimi qiymətləndirilə bilməz. Eyni zamanda, cavabdehlərin qanunsuz olaraq kəsildiyini iddia etdikləri iki ədəd qoz ağacı iddiaçı tərəfindən kəsilmiş olsa belə, həmin ağaclar 0,10 hektar torpaq sahəsinin iddiaçının faktiki istifadəsində olduğu müddətdə, yəni iddiaçının qeyd olunan torpaq sahəsinə vicdanlı sahiblik etdiyi müddət ərzind ə kəsildiyinə görə bu hal da cavabdehlərə maddi zərər vurulması kimi qiymətləndirilə bilməz. İddiaçının özünün istifadəsində olan və bilavasitə özünə məxsus hesab etdiyi bağ sahəsinə sahibliyi zamanı onun mülkiyyətçi olmadan da həmin bağ sahəsinə dair mülkiyyət hüquqları yarandığından iddiaçının özünün istifadəsində olan və sahiblik etdiyi bağ sahəsində hər hansı ağacı kəsməsi üçün cavabdehlərdən razılıq almasına hər hansı zərurət olmamışdır. Torpaq sahəsi cavabdehlərin tələbi ilə onlara qaytarıldıqdan sonra həmin torpaq sahəsinə, torpaq sahəsində yerləşən meyvə ağaclarına iddiaçı tərəfindən hər hansı müdaxilə edilməsi halları aşkar edilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehlər qarşılıqlı iddia ərizəsində qeyd edilən kimi iddiaçı tərəfindən onlara maddi zər ər vurulduğunu təsdiq edən hər hansı sübutu təqdim etməmiş və belə hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın 23 noyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilm
Məhkəmə qərarları › İş №2(102)-2521/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2521/2019
17.04.2019 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver