Məhkəmə qərarları › İş №2(102)-2522/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2522/2019

18.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2522/2019 18.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Mirzəliyev Əsəd Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Qoldman Tatyana Aleksandrovnadan, Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, katib A.Cəfərlinin iştirakı ilə, iddiaçı X1 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 2(019)-1109/2018 nömrəli qətnaməsi ilə (hakim H.Səlimov) ilk iddia təmin edilmiş, iddiaçı X2 ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında cavabdehlərin ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Püştətala kəndində yerləşən, JN-0243 KOD 40111018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 243-cü planşetdə göstərilmiş 12116.59 kv.m kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsinin аlqı-sаtqısının bağlanmış hesаb edilməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi MK-nın 17 oktyabr 2018-ci il tarixli, 2(103)2498/2018 saylı qətnaməsi ilə (hakimlər Ə.Məcidov, İ.Quliyev, M.Əsədli) Balakən Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli,2(019)-1109/2018 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı X1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı cavabdehlərin ümumi birgə mülkiyyətində olan, Balakən rayonu Püştətala kəndində yerləşən, JN -0243 KOD 40111018 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktında 243-cü planşetdə göstərilmiş 12 116.59 kv.m kənd təsərrüfаtı təyinаtlı tоrpаq sаhəsinin аlqı-sаtqısının bağlanmış hesаb edilməsi tələbinə dair ilk iddiasının təmin edilməməsi, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 x4 qarşı torpağa sahiblik hüququnun bərpası, torpaqdan çıxarılma tələbinə dаir qarşılıqlı iddiasının təmin edilməsi, X1, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyətlərində olan Balakən rayonu Püştətala kəndində yerləşən 1.210 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin sahənin istifadəyə yararlı şəkildə cavabdehlərə təhvil verilməsi, apellyasiya şikayətinin xüsusi qərardad çıxarılması ilə bağlı hissəsinin təmin edilməməsi qət edilmşdir. İddiaçı X2 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi MK-nın 17 oktyabr 2018-ci il tarixli, 2(103)-2498/2018 saylı qətnaməsinin ləğv edilməsi, kassasiya şikayətinin təmin edilməsi, iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiаçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddiа ərizəsi ilə Balakən Rayon Məhkəməsinə mürаciət edərək Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətinə verilmiş Balakən rayonu Püştətala kəndində yerləşən kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş 12116.59 kv.m torpaq sahəsinə dair cavabdehlərlə aralarındakı alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Balakən rayonunun Püştətala kəndində yaşayır. Cavabdehlər həmkəndliləridir. Cavabdeh1 və onun ailə üzvlərinə Balakən rayon Aqrar İslaha t komissiyasının 17.10.2002-ci il tarixli 06 nömrəli qərarı ilə 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi verilmişdir. 1.29 ha pay torpaq sahəsinə JN 243 KOD 40111018 olan Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktı verilmişdir. Cavabdehlərə verilmiş torpaq sahəsi iki ərazidən verilmişdir. Cavabdehlər çöldə yerləşən 12116.59 kv.m torpaq sahəsini istifadə edə bilmədiklərinə və təcili pula ehtiyacları olduğuna görə satmaq istədiklərini bildirmişlər. Torpaq sahəsinə ehtiyacı olduğuna görə həmin əmlakı almaq qərarına gəlmişdir. 24 aprel 2004-cü ildə şahidlərin iştirakı ilə Balakən rayon Püştətala Bələdiyyəsində akt tərtib edərək cavabdehlərə məxsus olan 12116.59 kv/m kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini o vaxtkı məzənnə ilə ******* (AZM) manata almışdır. Cavabdehlər pulu aldıqdan sonra torpaq sahələrini ona təhvil vermişlər. Həmin vaxt torpaq sahəsinin alqı-satqısında çətinliklər olduğundan və cavabdehlərin sənədləri qaydasında olmadığından torpaq sahəsinin notariat qaydasında alqı-satqısı mümkün olmamışdır. Cavabdehlər bildirmişlər ki, özlərinin sənədləri qaydasında olduqdan sonra alqı-satqını notarial qaydada rəsmiləşdirəcəklər. Onlara inandığına görə cavabdehlərlə razılaşmışdır. Eyni zamanda cavabdehlər iltizam verərək gələcəkdə torpaq sahəsi ilə bağlı heç bir tələbləri və şikayətləri olmayacağını bildirmişlər. Bundan sonra o həmin torpaq sahəsindən istifadə etmiş, torpağı yaxşlaşdırmışdır. Sonradan dəfələrlə cavabdehlərə daşınmaz əmlakın notarial qaydada rəsmiləşdirilməsi üçün müraciət etsə də, hər də fə mülkiyyətçilərdən biri kənddə olmadığından və ya sənədlərində problem olduğundan alqısatqının bağlanması mümkün olmamışdır. Cavabdehlərin torpaq sahəsinin alqı-satqısına heç bir pretenziyaları olmadığı, torpağın alqı-satqısı ilə bağlı mübahisə olmadığı üçün məhkəməyə müraciət etməmişdir. 2017-ci ildə cavabdehlər dəfələrlə tələb etməsinə baxmayaraq notariat kontoruna getməkdən imtina etmişlər və torpaq sahəsini geri tələb etməyə başlamışlar. 14 ildir ki, həmin torpaq sahəsi qanuni istifadəsindədir. O, vaxtdan həmin torpaq sahəsi onun tərəfindən əkinçilik və maldarlıq üçün istifadə olunmuş, müvafiq qaydada torpaq vergisi ödənilmişdir. Həmçinin mübahisəli torpaq sahəsinin alqı-satqısına dair əldə olunmuş razılıq qanuna zidd olmamışdır. Məhkəmənin aralarındakı müqaviləni bağlanmış hesab etm əyə qətnamə çıxarmaq hüququ vardır. Buna görə də o, mübahisəli torpaq sahələrinə dair müqavilənin bağlanmış hesab edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçı x4 qarşı qarşılıqlı iddiа ərizəsi ilə Balakən Rayon Məhkəməsinə mürаciət edərək alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddianın rədd edilməsi, cavabdeh Bayramova Şamsu Müzaməddin qızının paylı mülkiyyətlərində olan Balakən rayonu Püştətala kəndində yerləşən 1.210 ha. kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması və həmin sahənin istifadəyə yararlı şəkildə onlara təhvil verilməsi barədə qətnаmə çıxаrılmаsını xаhiş etmişlər. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışlar ki, onlara Balakən rayon Aqrar İslahat Komissiyasının 17. 10.2002-ci il tarixli 06 nömrəli qərarı ilə Balakən rayonu Püştətala kəndində yerləşən iki hissədən ibarət olan, cəmi 1,29 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsi və həmin torpağa JN 243 KOD 40111018 olan Torpağın Mülkiyyət Hüquqlarına dair Dövlət Aktı verilmişdir. X1 iddiası tamamilə əsassızdır, iddia ərizəsində bir çox hallar təhrif olunmuş, iddiaçı onların ağır maddi duruma düşmələrindən istifadə edərək mülkiyyətlərində olan Balakən rayonu Püştətala kəndində yerləşən 1,29 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün pay torpaq sahəsini zəbt edərək bu günə kimi istifadə edir. X2 iddia etdiyi torpağın paylı mülkiyyətçisi Cavabdeh3 anadan gəlmə serebral iflic xəstəsidir, birinci qrup əlilidir. Oğlunun müalicəsi ilə bağlı ona 2002-ci ilin aprel ayınd a pul lazım olmuşdur. X2 həmin dövrdə bələdiyyə sədri olduğuna görə maddi cəhətdən çox imkanlı olduğu üçün o pul üçün ona müraciət etmiş və həmin dövrün məzənnəsi ilə 1 000 000 (bir milyon) manat pul lazım olduğunu bildirmişdir. X2 ona etiraz etməmiş, lakin bunun müqabilində boş kağıza imza atmağı və onların mülkiyyətində olan torpaq sahəsini 3-4 ilə onun istifadəsinə verməyi təklif etmişdir. Oğlunun sağlamlığı üçün pul lazım olduğuna görə o iddiaçının bu təklifi ilə razılaşaraq, boş kağıza qol çəkmişdir. Bu söhbətdən sonra təxminən beş il keçmişdir ki, o torpağın ona qaytarılmasını X2dan xahiş etmiş, lakin onun xahişinə iddiaçı rədd cavabı verərək demişdir ki, aldığı pulun müqabilində həmin torpaq sahəsi artıq ona bağışlanmış hesab olunur. Dəfələrlə cavabdehdən torpağı qaytarmağı tələb etsə də, o buna məhəl qoymamışdır. O, çarəsiz qaldığına görə X2 bu qanunsuz hərəkətlərinə son qoyulmasına nail ola bilməmişdir. Lakin bu yaxınlarda məhkəmə tərəfindən göndərilən bildirişdən və iddia ərizəsindən ona məlum olmuşdur ki, 2002-ci ilin aprel ayında borc pulun müqabilində X2 təklifi ilə imza atdığı boş kağızı sonradan akt kimi tərtib edərək, cavabdehlərin ona torpaq sahəsini satmağını iddia edərək, məhkəmədən həmin torpağa dair alqı-satqı müqaviləsinin bağlanmasının tanınmasını xahiş edir. Onlar 12116.59 kv.metr torpaq sahəsini x4 satmamışlar. X2 özündən akt tərtib edərək, onu torpağın satılmasına dair sübut kimi qələmə verməyə çalışır. Qeyd etdiyi hallara görə iddiaçının bu tələbi tamamilə əsassızdır və mülki qanunvericiliyin tələbinə ziddir. Aralarında torpaq sahəsinə dair alqı -satqı müqaviləsi olmadığına görə bu əqd notariat qaydasında təsdiqlənməmişdir. Digər tərəfdən mübahisəli torpaq sahəsi paylı mülkiyyətdə olduğu halda, necə ola bilər ki, təkcə Gülxanım ona sərəncam verə bilər. Paylı mülkiyyətdə olan torpaq sahəsi yalnız paylı mülkiyyətçilərinin hamısının razılığı ilə satıla bilərdi ki, buna dair İddiaçı hər hansı sübut gətirə bilmir. Eyni zamanda daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə müəyyən olunmuş 6 illik iddia müddətini ötürdüyünə görə iddia müddətinin tətbiqi ilə bağlı məhkəməyə təqdim etdiyi ərizə əsasında onun iddiası rədd olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İddiaçı X2 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi m addi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsi MK-nın 17 oktyabr 2018-ci il tarixli, 2(103)-2498/2018 saylı qətnaməsinin ləğv edilməsi, kassasiya şikayətinin təmin edilməsi, iddia tələbinin təmin, qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, qətnamə ləğv edilməli, iş yeni apelyasiya baxışına göndərilməli, kassasiya şikayəti qismən təmin edilməlidir. İş materialla rından göründüyü kimi Balakən rayon Məhkəməsinin qətnaməsini ləğv etməklə iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qərar qəbul etmiş apelyasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında alqısatqı barədə razılaşma olmamış, iddiaçı 24 aprel 2004-cü il tarixli aktı tərtib etdiyi andan əqdin notariat kontorunda bağlanmalı olduğunu bildiyindən iddia müddətini ötürmüşdür. Aşağıda göstərilənlərə əsasən apelyasiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmaq olmaz. İşdə оlаn JN 0243 KOD 40111018 saylı tоrpаğа mülkiyyət hüququnа dаir Dövlət Аktının surətindən görünür ki, Bаlаkən rаyоn Aqrаr İslаhаt Kоmissiyаsının 17.10.2002-ci il tarixli 06 nömrəli qərarı ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 1.29 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün tоrpаq sаhə si verilmişdir. İşdə оlаn 24 aprel 2004-cü il tаrixdə Balakən rayonu Püştətala kəndində tərtib edilmiş və üzərinə bələdiyyənin möhürü vurulmuş аktdаn görünür ki, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 özlərinə məxsus 12116.59 kv/m kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün verilmiş torpaq sahəsini o vaxtkı məzənnə ilə ******* (dörd milyon) manata x4 satmışlar. İşdə оlаn 24 aprel 2004-cü il tаrixdə tərtib edilmiş və üzərinə bələdiyyənin möhürü vurulmuş Cavabdeh1 tərəfindən verilmiş iltizamda göstərilmişdir ki, Cavabdeh1 özünə düşən 0.41 hektar və oğlu Ovçiyev Mikayıla düşən 0,40 hektar torpaq sahəsini aralarında olan razılaşma qiyməti əsasında x4 satmışdır. Gələcəkdə bununla əlaqədar hər hansı iddiası olarsa qanunsuz hesab olunsun. İltizamı özü və ruhi xəstə olan oğlu Mikayılın əvəzind ən Cavabdeh1 imzalamışdır. İşdə оlаn 24 aprel 2004-cü il tаrixdə tərtib edilmiş və üzərinə bələdiyyənin möhürü vurulmuş Cavabdeh2 tərəfindən verilmiş iltizamda göstərilmişdir ki, Cavabdeh2 özünə düşən 0,40 hektar torpaq sahəsini aralarında olan razılaşma qiyməti əsasında x4 satmışdır. Gələcəkdə bununla əlaqədar hər hansı iddiası olarsa qanunsuz hesab olunsun. İltizam Cavabdeh2 tərəfindən imzalanmışdır. Apellyasiya məhkəməsi işin göstərilən hallarını sadalasa da həmin sübutları hansı səbəbdən nəzərə almamasını göstərməmiş, göstərilənlərin əksinə olaraq tərəflər arasında torpağın alqı-satqısı ilə əlaqədar razılaşma olmaması nəticəsinə gəlmişdir. Apellyasiya məhkəməsinin istinad etdiyi 24 aprel 2004-cü il tarixli torpağın alqı-satqısına dair aktı, Cavabdeh1 və Cavabdeh2 torpağın alqı-satqısı ilə əlaqədar verdikləri iltizamları hansı səbəbdən sübut kimi qəbul etməməsini əsaslandırmamış, bununla da sübutların qiymətləndirilməsini nəzərdə tutan Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Həmin normaya əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tələbini təsdiq edən sübut kimi cavabdehlərin torpağı satmalaranı dair 24 aprel 2004-cü ildə tərtib olunmuş akta, həmin tarixdə cavabdehlərin yazdığı iltizamlara əsaslanmış, tələbə etiraz edən cavabdehlər isə torpağı müvəqqəti olaraq 3-4 il müddətinə istifadə üçün verdiklərinə əsaslanmışlar. Apellyasiya məhkəməsi həmin sü butların qarşılıqlı müqayisəsini aparmamış, cavabdehlərin dəlillərinin hansı səbəbdən daha inandırıcı olmasını əsaslandırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1 noyabr 2005-ci il tarixədək qüvvədə olan və «Azərbaycan Respublikası Mülki Məcəlləsinin tətbiq edilməsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında» Azərbaycan Respublikasının Qanununa və həmin Qanunla təsdiq edilmiş «Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 24 iyun 2005-ci il tarixli Qanunu ilə Mülki Məcəllənin mətnindən çıxarılmış 335.2-ci maddəsinin müddəalarına əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əq din notariat qaydasında təsdiq edilməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Oxşar münasibətləri tənzimləyən İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 mart 2006-cı il tarixli qərarında qeyd edilir ki, yuxarıda göstərilən maddənin mahiyyətinə görə əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: -əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; -məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; -əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tə rtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Balakən rayon Məhkəməsi göstərilən normaların tələblərini rəhbər tutmaqla Cavabdeh1 və Cavabdeh2 münasibətdə qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi də həmin normalara istinad etməklə qərar qəbul etməsini qeyd etmiş, lakin maddi hüquq normalarını səhv təfsir etməklə düzgün olmayan nəticəyə gəlmiş, əqdin etibarlı hesab olunması üçün hansı maneələrin olmasını göstərməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsində göstərilir ki, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə m üəyyənləşdirilir. Qeyd olunan normaların ziddinə olaraq apelyasiya məhkəməsi nəticəyə gəlmişdir ki, iddiaçı 24 aprel 2004-cü il tarixdə müqavilə bağladığı andan hüquqlarının pozulmasını bilmiş, iddia müddətinin axımı 24 aprel 2004-cü il tarixdən başlamışdır. Hansı ki, həmin tarixdə iddiaçının hüquqlarının pozuntusu baş verməmiş, torpaq onun faktiki sahibliyinə verilmiş, iddiaçı torpağın qanuni sahibi kimi 14 il ondan istifadə etmişdir. İddiaçının deməsinə görə 2017-ci ildə cavabdehlər əqdi notariatda təsdiq etdirməkdən boyun qaçırdığından sonra iddiaçı hüquqlarının pozulmasını bilmiş və 10 iyul 2018-ci ildə məhkəmədə iddia qaldırmışdır. Apellyasiya Məhkəməsinin iddia müddətinin axımının 24 aprel 2004-cü il tarixdən başlanmasına dair nəticəsini əsaslı hesab etmək olmaz. Məhkəmə belə nəticəy ə gələn zaman istinad etdiyi Mülki Məcəllənin normalarını, eləcə də Konstitusiya Məhkəməsinin qərarını səhv təfsir etmişdir. Apellyasiya Məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normaları pozulduğundan qətnamə ləğv edilməli, iş yenidən baxılması üçün apelyasiya məhkəməsinə gönlərilməlidir. İş materiallarından göründüyü kimi torpağın mülkiyyətçilərdən biri olan 1973-cü il təvəllüdlü Cavabdeh3 24 aprel 2004-cü ildə torpağın alqı-satqısına dair akta imza etməmiş, həmin tarixdə tərtib olunmuş iltizamda Cavabdeh1 oğlu Mikayıl ruhi xəstə olduğu üçün onun əvəzindən də imza etdiyini bildirmişdir. Balakən rayon Məhkəməsi, eləcə də Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası Mikayıl Ovçiyevin fəaliyyət qabiliyyətli olub-olmamasını, eləcə də hazırda qəyyumluq və himayədə olub-olmamas ını araşdırmamış, anası Cavabdeh1 onun əmlakına sərəncam vermək, onun adından müqavilə bağlamaq hüququna malik olubolmamasına qiymət verməmişdir. İşə yenidən baxılarkən cavabdeh1 qəyyumluq və himayədə olması müəyyən edilərsə ona məxsus torpaq sahəsinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 36.2-ci maddəsinin tələblərinə uyğun sərəncam verilməli olması nəzərə alınmalıdır. Həmin normaya əsasən qəyyumluq və himayəçilik orqanının qabaqcadan icazəsini almadan qəyyum qəyyumluqda və ya himayədə olanın əmlakının özgəninkiləşdirilməsinə, o cümlədən dəyişdirilməsinə və ya bağışlanmasına, bu əmlakın icarəyə, əvəzsiz istifadəyə verilməsinə və ya girov qoyulmasına dair əqdləri, qəyyumluqda və ya himayədə olana mənsub hüquqlardan imtinaya, onun əmlakının bölüşdürülməsinə və ya bu əmlakdan payların a yrılmasına səbəb olan əqdləri, habelə qəyyumluqda və ya himayədə olanın əmlakının azalmasına səbəb olan hər hansı digər əqdləri bağlaya bilməz, himayəçi isə onların bağlanmasına razılıq verə bilməz. Qəyyumluqda olanın əmlakının idarə edilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir. İşə yenidən baxılarkən nəzərə alınmalıdır ki, 24 aprel 2004-cü ildə torpağın alqısatqısına dair akt tərtib olunan zaman Mülki Məcəllənin 36.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara əməl olunmamışdırsa Cavabdeh1 ruhi xəstə oğlu Mikayıl Ovçiyevə məxsus torpaq sahəsini satmağa hüququ olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə yenidən baxılarkən işin göstərilən hallarına dair sübutlar təqdim etməsi tərəflərə təklif olunmalı, nəticəsindən asılı olaraq qərar qəbul edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 419-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: X1 kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 17 oktyabr 2018-ci il tarixli qətnaməsindən ləğv edilsin, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar